Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                 

İqbal Ağazadədən Fazil Mustafaya SƏRT SÖZLƏR... - "SÜLH QUŞU OLMAQDANSA..."
Tarix: 7-10-2023, 06:42 | Çap et
İqbal Ağazadədən Fazil Mustafaya SƏRT SÖZLƏR...
...Sizə bu istiqlalı...
İngilis və alman imperialistləri
deyil,bəlkə böyük Şura
hökuməti veribdir ki, bugünkü
gün yeni dünyaya qədəm qoyur
ki,onunla da rabitəmizi düzəlt-
mək lazımdır. Biz Antanta im-
perialistlərinə tüpürürük və bu
qanunu qəbul edərək qərar qo-
yuruq ki, biz Şura hökuməti ilə
sıxı bir əlaqədə bulunmalıyıq,
nəinki, zənciri-əsarətdə bizi
saxlayan İngiltərə...

19 aprel, 1920 ci il.
Əliheydar Qarayev...

...ancaq özləri də anlayırlar ki,
Qarabağı məhz Rusiya ilə mü-
nasibətləri ağıllı balanslaşdı-
raraq işğaldan azad etmişik.
...Pafosla deyirlər ki, "Biz niyə
Rusiya sülhməramlılarına gü-
zəştə getməliyik? Nəyimizə la-
zım Şevçenko, Puşkin?" Və ar-
dınca da xəbərlər dinləyirik ki,
Avropa İttifaqı əleyhimizə qət-
namə çıxardı, Rusiya isə açıq
şəkildə bizim mövqeyimizi
müdafiə edir...

06 oktyabr, 2023 cü il
Təcrübəli Partiya sədri...


Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist George Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək.

Səbəb isə sadəymiş - erməni aktivist çıxışlarında deyirmiş ki, Qarabağ Azərbaycandır...

Mən də bir təcrübəli jurnalistlə müsahibəmdə buna lüzum olmadığını, həmin ərazilərdə küçə və meydanlara qəhrəmanlarımızın və tarixi şəxsiyyətlərimizin adının verilməsini təklif etdim...

Və...

Və bu gün o təcrübəli partiya sədri bir yazı ilə mövqeyimi aşağılamağa cəhd etdi.

Əcəba, mən nəyi yanlış dedim?!

Gəlin əvvəlcə tarixi səhvlərimizə ekskurs edək...

1923-cü ildə Xankəndinın adını bolşeviklər Stepanakert etdilər. Bu gün də hələ Stepanakert adından qurtula bilmirik, beynəlxalq sənədlərdə belə hələ də Xankəndi qeyd edən yoxdur. Tarixi şəhərimizin adını Stepanakert etməklə öz halal yurdumuzu erməniləşdirdik.

1930-cu ildə Xocavəndin adını Martuniyə dəyişdik. Bundan əvvəl isə Qərbi Azərbaycandakı Qaraqoyunlu mahalının adını Ermənistan Martuni adlandırmışdı. Hələ də özümüzdən başqa ora Xocavənd deyən yoxdur.

1931-ci ildə Gülüstan və Ağcakəndin də daxil olduğu ərazini Şaumyan adlandırdıq. Dünənə qədər keçmiş DQMV-dan kənarda da olsa, ermənilər həmin əraziyə də iddia edirdilər.

1930-cu ildə əlimizdən aldıqları Kəvər rayonunun adını Kamo ilə əvəzlədilər. Gədəbəy rayonu ərazisində olan Başkənd kədi də anklav kimi bu rayona verildi, adını da Artsvaşen qoydular.
1992-ci ildə nə qədər şəhid verərək ərazini azad etdik.
İndi də danışıqlarda bu əraziyə iddiadan əl çəkmirlər...

Davam edimmi?!

Məncə kifayətdir...

O dövrün ad dəyişdirənləri də bizi beynəlmiləlçi, marksist, leninçi, kommunist olmağa çağırırdılar.

Tarixi yer adlarımızı dəyişdirərək rusun, erməninin gözündə yaxşı olmağa çalışırdılar.

Axı onda da problemlərimiz indikindən fərqli deyildi.
Ermənistan Zəngəzuru, Naxçıvanı, Qarabağı özünə birləşdirmək üçün dəridən-qabıqdan çıxırdı.

1920-ci il dekabrın 1-də Azərbaycan İnqilab komitəsinin sədri N. Nərimanov Bakı Sovetinin iclasında ermənilərin israrlı tələb etdiyi Zəngəzuru onlara vermək qərarını elan edir:
(Hətta Naxçıvanın da)" Zəngəzur və Naxçıvan Sovet Ermənistanın ayrılmaz hissəsidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyinetmə hüququ verilir ."

Hər dövrün öz "qəhrəmanları" var, təcrübəli partiya sədri.

Sizcə, ermənilər niyə Sovet hakimiyyətinin Azərbaycanda qələbə çalmasından vəcdə gəlib, iddia etdikləri Azərbaycan ərazilərindən əl çəkmirdilər?

Niyə bizim kimi onlar da toponimlərini Azərbaycanlaşdırmırdılar demirəm, oz tarixi adlarında saxlamırdılar?

Niyə bütün türk adlarını erməniləşdirirdilər? Onlar bolşevik, kommunist, leninçi, Şura hökuməti deyildilər?

Niyə ermənilər kommunist, bolşevik, leninçi, daşnak, millətçi, sağ, sol, hətta cinsi azlıq olanda belə erməni kimliklərini unutmurlar, torpaqlarımızı alıb özlərinə dövlət quraraq toponimləri erməniləşdirməkdən çəkinmirlər, biz isə beynəlmiləlçi olub hər şeyimizdən keçirik, halal torpağımızı işğaldan azad edəndə belə "aman, nə deyərlər?" kompleksinə düşürük?

Biz niyə özümüzü sübut etməyə, isbatlamağa ehtiyac duyuruq?

Bu natamamlıq kompleksini yaradan nədir?

Var əlbəttə bu suallara cavab...

Bu yazıda bütün səbəbləri sadalamaq imkansız da olsa, bir neçəsinə toxunacam.

- Bütün dönəmlərdə şəxsi maraqları sosial və ictimai maraqlardan üstün tutmağımız; (nəticədə şəxsi maraqları itirməmək xatirinə ictimai və sosial maraqlardan imtina)

- Dövlət fəlsəfəsini ailə və tayfa düşüncəsindən aşağı tutmağımız;(ən yaxşı halda kənd, rayon, oba təfəkkürü)

- Fərdi tərbiyədə tabeçilik və qul olmağı aşılayan təhsil və tərbiyə metodu;

- Cəsarətli insan olmaq üçün təbii və hüquqi şəraitin yoxluğu;

- Nəhayətdə, ya dövlətimizin olmaması, ya da çox zəif olması;

Hey bizdən nələrisə alıblar, əzilmişik, itirmişik, məğlub olmuşuq, amma heç QALİB ola bilməmişdik...

İndi QALİBİK...

Təəssüf ki, hələ də köhnə şakərimizdən və natamamlıq kompleksindən qurtula bilmirik.

Verdiyiniz təkliflə yenə də özümüzü kiməsə sübut etməyə və ya təzim etməyə çalışdığımızı göstərmək istəyirsiniz.

Cəsarət üçünsə...

Onu ya doğulduğumuz coğrafiyanın ağır şərtləri (məs: Afrika cəngəlliklərində şirin əlindən ceyran alan xalqlar kimi), ya da hüquq yaratmalıdır.

Sivil dünyada insanları cəsarətli edən azad məhkəmədir. Kim vətəndaşların haqqını pozursa, o məhkəmə vasitəsilə hüququnu bərpa edir, beləliklə də kimsədən çəkinmir.

İndi gəlim o "sensasion " yazınıza, təcrübəli partiya sədri...

Əvvəla, Sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar.

Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür.

Vanyanın da nə yuvanın quşu olduğunu bilirdik, o da bir neçə azərbaycanlı ilə birlikdə xalq diplomatiyası projesinin içində idi, sadəcə qrant alırdı.

Sizə nə düşüb?

Rusiya qrant vermir axı?!!!

Rusiya bizə yaxşılıq edib - son dövrün dəbdə olan siyasi frazasıdır bu.

Tarixi bildiyinizə şübhə etmirəm.
Amma bir daha xatırladım:
Rusiyanın istədiyi Ermənistan və rəhbərliyi olsaydı bizim üçün çox çətin olardı.

Rusiya öz marağına, biz isə öz əlimizə oynadıq.

Məharətli Komandan oyunu xeyrimizə dəyişdi.
Praqada, sonra isə Rusiya ilə masada və döyüş meydanında.

Heç Rusiyanın özü nəticənin belə olacağını ehtimal etmirdi, eynilə Ukraynadakı kimi.

Yoxsa, bu o Rusiya deyil 5 rayonumuzun qayıtmasına razılıq verib, Laçın, Kəlbəcər daxil olmaqla Qarabağı ermənilərə peşkəş edirdi?

Bunu ki, mən demirəm, Putin deyir.

Hə, Ukrayna demişkən, Taras Şevçenko Ukraynalıdır, rus deyil. Sağ olsaydı, Puşkinin heykəlinin götürülməsinə özü başçılıq edərdi.

Vaxtanq Kikabidze Rusiya ordenindən imtina etdiyi kimi...

Çoxları hələ bunları bilmir. Bilirsiniz niyə?

Çünki 1920-ci ilin dekabrında Zəngəzur və Naxçıvanı ermənilərə ərmağan edən N. Nərimanovun heykəli hələ də Bakının ən hündür yerindədir, adına rayon, metro stansiyası, onlarla küçə və prospektlər var.

Bu və ya buna oxşar adlar yığışdırılmayana kimi təcrübəli partiya sədrləri də Vanyanın adına küçə verilməsini istəyəcək.

Yəqin sırada Paşinyandır...

Bu məntiqlə onun adına rayon düşür. Axı adam rəsmi sənəd imzalayaraq Qarabağı bizim ərazi kimi tanıyıb. Vanyan söz demişdir, bu konkret addım atıb...

Eh...

Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan Vanyan küçəsi yazılıb?

Düşündünüzmü, ayağını, qolunu itirən qazi Vanyan küçəsində əlil arabasında gedir?

Düşündünüzmü, övlad itirmiş ana, ata o küçədə necə yaşaya bilər?

Düşündünüzmü, işgəncədən şəhid olmuş bir övladımızın doğması, ya da özü işgəncələrə məruz qalmış soydaşımız o küçədə necə gəzər?

Yox, düşünmədiniz...

Eynən, Ə. Qarayev, H. Sultanov, N. Nərimanov və başqaları düşünmədikləri kimi...

Heç olmasa Hadrutun Edilli kəndindən olan Ağacanyan Kamo Kərim oğlu qədər düşünün.

Atası azərbaycanlı ola-ola südünə çəkib bizi qırdı, əzdi, öldürdü.

Mən əzin, öldürün, vurun demirəm...

Yox, həm də deyirəm. Çünki vurmasaq, əzməsək, bizi öldürürlər, yurdumuzdan, yuvamızdan didərgin salırlar. Xislətlərindən əl çəkməyənə kimi belə olmalıyıq, başqa çarə buraxmayıblar bizə.

Yazıda cənab Prezidenti misal gətirirsiniz.

Məncə siyasi spekulyasiyanın son mərhələsidir bu.

Gərəkiləndə "vur" əmri vermək, lazım olanda Sülh dili ilə danışmaq onun vəzifəsi və səlahiyyətidir.

Siz kimsiniz?

Prezidentmi, iqtidarmı, nazirmi, danışıqlara məsul şəxsmi?

Siz sülh quşu olunca, radikal millətçi olun ki, cəmiyyətin ümumi halı müqabilində danışıqlar aparan Prezident daha sülhpərvər görünsün...

Görəvinizi anlayın...

Siyasət budur, student qədeş, pardon, təcrübəli partiya sədri...

Kimsə bizim üçün çalışmır, sadəcə zamanında hər vəziyyətdən istifadənin diplomatik və hərbi yolunu tapmalı idik...

Tapdıq, aldıq... İndi qorumalıyıq...

Daha bolşevik olmağa lüzum yox...

Şüvənliyə qalanda...

Şüvən yaxşı sözdür - ucadan, fərqli ağlamaqdır.

Vay o gündən ki, ağlayanda da səsin qırıq kamança səsi kimi çıxa...

Vətəni sevmək də, ağlamaq da, qorumaq da şərəfdir...

P. S. Yazı uzun oldu. Allah gözünüzün nurunu əskik etməsin ki, oxuya biləsiniz...

İqbal Ağazadə
Ümid Partiyasının lideri

****

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru