ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                 

"Qərbi Azərbaycana qayıdışımızı təmin etmək üçün Türkiyənin orada ordusu yerləşdirilməlidir" - Əli Ömərov
Tarix: 3-02-2023, 09:01 | Çap et
"Qərbi Azərbaycana qayıdışımızı təmin etmək üçün Türkiyənin orada ordusu yerləşdirilməlidir"
DİA.AZ sabiq baş prokuror Əli Ömərovun hafta.az-a müsahibəsini təqdim edir:

- Əli müəllim, sizin uşaqlığınız və gənclyinizin xeyli hissəsi “Ermənistan” adlanan Qərbi Azərbaycanda keçib. O dövrdə erməni hökumətləri tərəfindən soydaşlarımıza qarşı ayrı-seçkilik hiss olunurdumu?

- Bu gün Azərbaycanın guya Qarabağdakı ermənilərin hüququnu tapdamağından, onları blokadada saxlamağəndan şikayətlənir. Amma özləri hələ sovet dövründə “Ermənistan” adlanan Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı etdikləri haqsızlıqlardan danışmırlar... Ermənistanın bizim yaşadığımız Amasiya rayonuna yaxın olan keçmiş Leninakan (indiki Gümrü) şəhərindəki ermənilərin isə demək olar ki, hamısı daşnak xislətlidirlər. Onlar, sanki elə daim axtarırlar ki, bir türk başı tapıb kəsələr. Bu baxımdan biz hələ sovet dövründə Qərbi Azərbaycanda böyük mənəvi çətinliklər, sıxıntılar içində yaşayırdıq.

Düzdü, Amasiya rayonunda ermənilərin kompakt yaşadığı cəmi 3-4 kənd var idi. Bu rayonda azərbaycanlılar çox idi. Bizim Göllü kəndindən savayı, soydaşlarımızın yaşadığı böyük kəndlər var idi: Əzizbəyov (keçmiş Qaraçanta), Daşkörpü, Güllübulaq, Oxçuoğlu və s... Buna baxmayaraq, ermənilərin düşmənçiliyini, bizə qarşı ayrı-seçkiliklərini, Azərbaycan türklərinə, müsəlmanlara qarşı diskriminasiya siyasəti yürütdüklərini gənc yaşlarımdan hiss edirdim. Təsəvvür edin ki, 1970-ci illərin əvvəlində Amasiya rayonunda yeganə azərbaycanlı hüquqşünas mən idim. Bununla belə, öz ixtisasım üzrə mənə iş vermirdilər. Yalnız sonradan Moskvaya-filana müraciət etdikdən sonra ali təhsilli hüquqşünas olaraq mənə mühafizə idarəsində iş verdilər...

- 1970-ci illərin ortalarından, təxminən, 4 il keçmiş Dağlıq Qarabağdakı ermənilərin də arasında – Xankəndidə prokurorluq orqanlarında çalışmısınız. Oradakı ermənilərlə Ermənistandakılar arasında hansısa fərq hiss etmisinizmi?

- Qarabağda - Xankəndidə – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayət Prokurorluğunda 4 il baş müstəntiq işləmişəm. Odur ki, Qərbi Azərbaycandakı kimi keçmiş Dağlıq Qarabağ ərazisindəki ermənilərin də xislətinə, xarakterinə yaxşı bələdəm... Sadəcə, orada hiss etmişəm ki, Qarabağdakı ermənilər qərbi azərbaycandakılara nisbətən azərbaycanlılara münasibətdə yumşaqdırlar...

O vaxt orada azərbaycanlılar çox idi. Xeyli soydaşımız hökumət qurumu və hüquq-mühafizə orqanlarında işləyirdi. Azərbaycanlı müəllim və tələbələrin çox olduğu pedaqoji institut var idi. Xüsusən Ağdamın yaxın olması erməniləri daim qorxu altında saxlayırdı. Onların Ağdamdan qorxusu çox idi. Bu səbəblərdən bizlərə qarşı o qədər də baş qaldıra bilmirdilər. 1988-ci ildən bəri Moskva arxalarında durub onları qızışdırdıqdan, Xankəndidəki, ətraf kəndlərdəki azərbaycanlılar köçürüldükdən və xüsusən Rusiyanın 366-cı alayının köməyi ilə Xocalı, Ağdam işğal edildikdən sonra ermənilər daha çox quduzlaşdılar...

Hesab edirəm, Azərbaycan Dövləti, ilk növbədə, keçmiş Dağlıq Qarabağ ərazisindən köçkün soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışını təmin etməlidir. Yenə də əvvəlki kimi Şuşa, Malıbəyli, Kərkicahan, Xankəndi, Xocalı, Əsgəran ətrafı, Ağdərə, Hadrut, Xocavənd – hamısında azərbaycanlılar məskunlaşmalı və çoxluq təşkil etməlidirlər. Bu halda ermənilərin yaşamaq istəyəni Qarabağda yaşayacaq, yaşamaq istəməyəni çıxıb gedəcəklər. Yəni bütün hallarda qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişməlidir...

- İnşAllah, Qərbi Azərbaycana qayıdış artıq reallaşacağı zaman yenidən haylarla yanaşı yaşamaq problemi həllini necə tapacaq?

- Düzdür, Qərbi Azərbaycana qayıdış üçün təşkilatlanırıq, çalışırıq. Bu, xeyli müşkül məsələdir. Bunun çox çətinlikləri olacaq. Hər bir azərbaycanlı, xüsusən də Qərbi azərbaycanlı kimi mən də arzu edərdim ki, qayıdaq. İnsan harada doğulubsa, gecə yuxusunda da o yerləri görür. Məsələn, mən Azərbaycan Respublikasında 40 ildir yaşasam da, həmişə gecələr yuxularıma Qərbi Azərbaycandakı – Amasiyadakı kəndimiz, dağlarımız, meşələrimiz, bulaqlarımız girir....

Təki Allah etsin, qayıdaq... Ancaq Qərbi Azərbaycana qayıtmaq, soydaşlarımızın orada yenidən ermənilərlə yanaşı, dinc yaşaması üçün orada həm yerli, həm beynəlxalq səviyyədə azərbaycanlıları mühafizə edən güclü qüvvələr formalaşdırmaq lazımdı. Türkiyə ilə bununla bağlı müqavilə bağlamaq gərəkdir. Yəni Qərbi Azərbaycana real qayıdışımızı təmin etmək üçün Türkiyənin orada hərbi qüvvəsi, ordusu yerləşdirilməlidir. Yoxsa ermənilər elə murdar millətdirlər ki, gecə yatdığın yerdə gəlib evini partladarlar, hər şey edərlər...

Bir sözlə, soydaşlarımızın ciddi mühafizə təminatı olmasa, Qərbi Azərbaycanda yaşaması çox çətin olar. Özü də ki, ermənilər 44 günlük savaşdan sonra Azərbaycan xalqına məğlub olmalarını, aldıqları bu yaranı heç vaxt unutmayacaqlar. Bunu birdəfəlik bilmək lazımdır...

- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, nəhayət, rəsmən vəzifəsindən azad edilib. Bəs sizcə, bölgədə 30 ilə yaxın bir vaxtda yaranmış sosial, maliyyə, iqtisadi, hüquqi və s. problemləri qısa müddətdə həll edə biləcəyikmi?

- Öncədən proqnoz vermək çətindir. Əsas məsələ odur ki, qanunun aliliyi təmin olunarsa, hər bir bölgədə olduğu kimi, Naxçıvanda da problemləri tez bir zamanda həll etmək mümkündür. Söhbət qanunun aliliyindən gedir; hansı dövlətdə, hansı ölkədə qanun ali deyilsə, orada heç zaman görülən işlərdən müsbət nəticə gözləmək olmaz... Kimliyindən, vəzifəsindən, sosial mövqeyindən, varından-dövlətindən asılı olmayaraq qanun hamı üçün eyni olarsa, hər yerdə hər iş yaxşı gedəcəkdir...

- Naxçıvan Muxtar Respublikasının statusunun ləğv edilməsi ilə bağlı söz-söhbətlərə necə münasibət bildirərdiniz?

– Hesab edirəm, əslində Azərbaycan Respublikası unitar dövlət olduğundan onun tərkibində başqa bir respublikanın olması düzgün hal deyil. Unitar dövlətdə idarəçilik sistemi bir mərkəzdən aparılmalıdır. Odur ki, Naxçıvanın sovet dövründə bünövrəsi qoyulmuş muxtar respublika statusunun ləğv edilməsi zəruridir. Son dövrdə baş verənlər də sübut etdi ki, bir mərkəzdən idarəçilik daha doğrudur... Və statusun ləğv olunması üçün ölkə üzrə referendum keçirilməli və Konstitusiyada dəyişiklik edilməlidir...

- Ötən ilin sonunda yenicə yaradılmış Qərbi Azərbaycan İcmasının yerləşdiyi binanın açılışı oldu. Orada dövlət başçısı İlham Əliyev də çıxış edərək gələcəkdə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təminatı üçün görüləcək işlərin vacibliyindən danışdı. Sizin də o yurdlardan qaçqın düşmüş bir insan kimi bu haqda fikirlərinizi bilmək maraqlı olardı...

- Qərbi Azərbaycan İcmasının yaradılması haqqında Prezidentin təşəbbüsünü alqışlamaq gərəkdir. Çünki uzun illərdən bəri bu məsələ kölgədə qalmışdı. Heç kim rəsmi baxımdan Qərbi Azərbaycandan didərgin soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması problemi ilə maraqlanmırdı. Nəhayət, dövlət başçısının bu məsələni şəxsən qabartması və önə çəkməsi, bununla bağlı qərar qəbul etməsi, fikrimcə, bütün Qərbi Azərbaycanlıların ürəyincədir...

Yaxşı yadımdadır, 1988-ci ildən bəri Qərbi azərbaycanlılar öz doğma yurdlarından didərgin düşəndən sonra hansı zülmləri çəkirdilər. Hətta onların Azərbaycanda qeydiyyata alınması işi də olduqca müşkül məsələyə çevrilmişdi. O vaxtkı Qaçqınlar Komitəsində bunun üçün, bir arayış üçün qərbi azərbaycanlılardan pul istəyirdilər. Yadımdadır ki, mən baş prokuror işləyərkən bir qrup qaçqın soydaşımız bununla bağlı yanıma şikayətə gəldilər. Onlardan soruşdum ki, konkret olaraq kimlərin sizdən arayış üçün pul istədiyini deyə bilərsinizmi. Onlar bir neçə adamın adını çəkdilər, amma yazılı qaydada vermədiklərinə görə mən o adamların adını çəkmək istəmirəm. Əlimdə yazılı əsasım yoxdur...

Qərbi Azərbaycan İcmasının İdarə Heyətində layiqli şəxslər var. Məsələn, Misir Mərdanov, Əhliman Əmiraslanov, Vahid Əziz, Hikmət Babaoğlu. Bunları həmin quruma rəhbərlik etməyə layiq hesab edirəm. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinə elə şəxslər seçilməlidir ki, onlar həm Qərbi Azərbaycan camaatı arasında böyük hörmətə malik olsunlar, həm də bizim hazırda “Ermənistan” adlandırılan torpaqlarımızın keçmiş tarixində də tanınan müdrik, əsil ağsaqqal adamlar olsun. Bu baxımdan Deportasiya Qurbanları Cəmiyyəti adından, hesab edirəm, Qərbi Azərbaycan İcmasının İdarə Heyətində bizim qurumun da əksər rəhbər üzvləri iştirak etməli idi. Ona görə ki, bu cəmiyyəti 20 ildir ki, yaratmışıq və həmin müddətdə daim qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmışıq. Məsələn, şəxsən mətbuata dəfələrlə bu mövzuda müsahibə vermişəm. Bildirmişəm ki, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımıza da Qarabağ köçkünlərinə verilən imtiyazlardan verilməlidir. Halbuki bu haqda həm mərhum Prezident Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin fərmanları var.

- Bəs konkret olaraq kimləri qeyd edilən qurumda görmək istərdiniz?

- Məsələn, sabiq deputat və professor Eldar Abbasovu, Paşa Qəlbinuru, Firudin Cəlilovu, Köçəri Nağıbəylini və s. kimi tanınmış adamları təklif edərdim. Elə Hafiz Hacıyevi götürək, neçə illərdir Qərbi Azərbaycandan ötrü fəallıq göstərir, çıxışlar edir...

Heç hələ özümü demirəm... Halbuki, qərbi azərbaycanlıların hamısı məni yaxşı tanıyır. Əgər yadınızdadırsa, hələ 1992-ci ildə Xocalı faciəsindən sonra Qərbi Azərbaycandan qaçqın soydaşlarımız haqda müzakirələr gedirdi. Mən o vaxt üzümü rəhbərliyə tutub dedim ki, 1988-ci ildən Ermənistandan qaçqın düşən soydaşlarımızın hüquqları ilk günlərdən pozulub. O vaxtkı rəhbərlər Moskvanın göstərişi ilə onların Qarabağda, Şuşada, Xocalıda və s. yerləşməsinə imkan verməyiblər. Onları Şuşadan, Xocalıdan polis gücünə yük maşınlarına mindirib çıxarıb iqliminə öyrəşmədikləri isti aran bölgələrə köçürürüdülər. Əgər o vaxt qərbi azərbaycanlılar kompakt şəkildə Şuşada, Xocalıda yerləşdirilsəydi, ermənilər Qarabağda başımıza bu qədər oyunlar aça, ərazilərimizi işğal edə bilməzdilər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru