ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                 

"Qərbin də, Rusiyanın da Qarabağdakı erməni silahlılara dair mövqeyindəki oxşarlıqlar Bakını narahat etməyəcək" - Ekspert danışır
Tarix: 14-12-2022, 08:55 | Çap et
"Qərbin də, Rusiyanın da Qarabağdakı erməni silahlılara dair mövqeyindəki oxşarlıqlar Bakını narahat etməyəcək"
Avropa İttifaqının Ermənistanla olan sərhədlə bağlı monitorinq missiyası dekabrın 19-da işini yekunlaşdıracaq. Bu barədə Aİ-nin xarici siyasət üzrə xüsusi nümayəndəsi Jozef Borrel bildirib. Onun sözlərinə görə, oktyabrda formalaşdırılmış missiya özünün səmərəli olduğunu göstərib: "Buna baxmayaraq biz Ermənistan və Azərbaycan arasında dialoqda öz nüfuzumuzu saxlamaq üçün Ermənistanda nümayəndələrdən ibarət komandamızı yerləşdirəcəyik. Bu komanda gələn il baş tuta biləcək mümkün mülki missiyanın müzakirəsi üçündür”. Xatırladaq ki, Aİ-nin monitorinq missiyası Zəngəzurda sərhədlə bağlı toqquşmalardan sonra vəziyyəti müşahidə etmək üçün Ermənistana dəvət olunmuşdu.

DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Ermənistanın Avropa İttifaqından gözlədiyi ümidlər İttifaqın Azərbaycanla sərhəddəki “istismar müddəti”ni yekunlaşdırması ilə suya düşür. Analitik vurğulayıb ki, bu il oktyabrın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa İttifaqının “hakimliyi” ilə Praqada keçirilən görüşündə əldə edilən razılığın praktik əhəmiyyəti də itir:

"Bakı Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədinə monitorinq qrupu göndərməsinə razılıq vermişdi, İrəvan bunu toy-bayram kimi qeyd edirdi. Ermənistan düşünürdü ki, Avropa İttifaqının Azərbaycanla sərhəddəki missiyası İrəvanın perspektivdə Bakıya dil uzatmasına şərait yaradan vasitə kimi ona fayda gətirəcək. Keçən müddət ərzində Rusiya da Avropa İttifaqının hərbi monitorinq qrupunun regiona gəlməsindən narahatlıq keçirərək elə addımlar atdı ki, Ermənistan sərhədə adekvat tərzdə KTMT qüvvələrinin cəmlənməsi üçün bəhanələr tapsın. Dərin özüllərdə isə əraziyə qoşun gəlməsi heç Rusiyanın da marağında deyildi. Sadəcə, KTMT-dəki öhdəliklərə sadiqlik üçün hansısa bir addım atmaq lazım idi. Ancaq dövlət başçısı İlham Əliyev peşəkarlıqla bir-birinə əks qütblərin regionda kəllə-kəlləyə gəlməsinin qarşısını aldı və bununla dörd hədəfə çatdı. Ermənistanın istəkləri ürəyində qaldı və region yeni hərbi eskalasiyadan yayındı. Avropa İttifaqının üzvü Fransanın Cənubi Qafqazdakı oyunbazlığı səmərəsiz oldu. Bakı Avropa İttifaqı və Rusiya ilə münasibətlərində yaranan situativ həngaməni tərəflərdən birinin əlinə böyük kozır verməməklə balanslaşdıra bildi. Azərbaycan ABŞ ilə soyuyan münasibətlərinə yenidən hərarət verməyi bacardı. Bu da Moskvanın ambisiyalarının önündə cüzi də olsa kontur-arqumentlərdən birinə çevrildi".

A.Kərimov deyib ki, bütün bunların fonunda Avropa İttifaqı Ermənistandakı missiyasını sonlandırmağa hazırlaşır:

"İrəvan üçün acınacaqlı panoram budur ki, o, monitorinq qrupunun xidmət müddətini uzatmağa nail ola bilmədi. Şuşa-Xankəndi yolundakı aksiyalar, yəni yumşaq güc fonunda Ermənistanın Avropa İttifaqından aldığı zərbə proseslərin səmtini müəyyən edəcək. Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasına dair tələblərini Qarabağda Bakının xeyrinə cərəyan edən hadisələrin paralelində sərtləşdirəcək. Delimitasiya mövzusunda Bakı daha uzaq tarixə istinad edərək İrəvan üzərində mənəvi-psixoloji, hərbi-siyasi, diplomatik təzyiqlərini gücləndirir ki, bunun əməli təzahürlərinə doğru istiqamət götürüləcək. Şuşadan Xankəndiyə gedən marşrutda Azərbaycanın ayaq səslərini gurlaşdırması Rusiya və Qərbə mesajının kodunu aça bilər. Azərbaycan Rusiyanın Qarabağdakı sülhməramlılar və erməni əhali vasitəsilə yaratmaq istədiyi təzyiq mexanizmlərinə xalqın dili ilə cavab verir, milli müqavimətin ştrixləri Bakının danışıqlarda yumruğunu bərkidəcək. Şuşa-Xankəndi yolundakı aksiyaların şüarında ekoloji terrora meydan oxuyan fikirlərin üstünlük təşkil etməsi Qərbin diqqətini çəkəcək və onun Bakıya qarşı erməni əhalinin hüquqlarının müdafiəsi adı altında bəhanələri qalmayacaq".

Ekspert bəyan edib ki, Qərbin də, Rusiyanın da Qarabağdakı erməni silahlılara dair mövqeyindəki oxşarlıqlar Bakını narahat etməyəcək:

"Çünki vəziyyət elə həddə çatıb ki, Azərbaycan ərazilərindəki quldur dəstələr və onların texnikaları avtomatik olaraq çıxarılma proseduru ilə üzləşir. Qarabağdakı hadisələr, Azərbaycanın Xankəndi, Xocalı üzərindəki suveren hüquqlarını bərpa etmək üçün göstərdiyi iradə Bakının sərhəddə də delimitasiya haqqındakı tələblərini itiləşdirməsinə şərait yaradacaq. Hesab etmək mümkündür ki, sərhəddə də güc tətbiqinin müxtəlif formaları zühur edəcək və İrəvan yola gəlməsə, Şərqi Zəngəzurdan tətbiq edilən qarışıq təzyiqlər hərbi əməliyyatların açarına çevriləcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru