ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                 

"Azərbaycan siyasəti büsbütün yenilənməli, ilk növbədə partiyalar birləşməlidir" - ÇAĞIRIŞ
Tarix: 12-12-2022, 10:01 | Çap et
"Azərbaycan siyasəti büsbütün yenilənməli, ilk növbədə partiyalar birləşməlidir"
Azərbaycanda dövlət qeydiyyatına alınmış kifayət qədər siyasi partiya var. Bunların əksəriyyəti özünü cəmiyyətə hakimiyyət əleyhdarı kimi təqdim etsə də, fəaliyyətləri qənaətbəxş sayılmır, üstəlik, bir çoxunun hakim düşərgə ilə gizli sövdələşmələrinin olduğu iddia edilir. Bu və digər səbəblərdən tənqidə məruz qalır, getdikcə sıraları seyrəlir.

DİA.AZ bildirir ki, müxalifət partiyasından istefa verənlərdən biri də ixtisasca həkim olan Səxavət Əlisoydur.

Bir müddət əvvəl Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) Partiyası İdarə Heyəti üzvülüyündən istefa verən S. Əlisoy Reyting.az-a müsahibəsində həm vaxtilə təmsil olunduğu müxalif düşərgəni gözləyən yeni məğlubiyyətin səbəblərindən, həm də Ermənistandakı ciddi tənəzzülün tibbi-genetik, sosioloji faktorlarından söz açaraq deyib ki, yaxın illərdə bu ölkə xaricdən damazlıq kişi idxal etmək məcburiyyətində qalacaq.

- Səxavət bəy, ADR partiyasını tərk etməyinizdən xeyli müddət keçib. Hazırda hansı işlə məşğulsunuz və gələcəyə hesablanan siyasi planlarınız varmı?

- Hazırda özəl klinikada işləyirəm. Eyni zamanda siyasi araşdırma mərkəzi yaratmaq üçün məsləhətləşmələr aparırıq. Böyük ehtimalla Novruz bayramına qədər yeni qurumu cəmiyyətə təqdim edəcəyik.

Bununla yanaşı, gələn il çapa verəcəyim iki kitabımın üzərində çalışıram.

Üstəlik, ayda iki dəfə dostlarla toplaşıb fikir mübadiləsi aparırıq.

- Sosial şəbəkələrdə Azərbaycanda fəaliyyət göstərən partiyaları daima tənqid edir, onları “şirkət” adlandırırsınız. Buna səbəb nədir?

- Siyasi partiyalar cəmiyyət üçün yaradılır və cəmiyyətin bir fərdi olaraq, mənim də bu qurumlar barədə fikrimi ifadə etmək hüququm var.

Bilirsiniz, bizim toplum yalnız tərifi, xoş sözləri sevir. Təkcə siyasətçilər yox, dost-tanış, qohum-qardaş da tərifi bal kimi qəbul edir. Amma bəsit bir iraddan kimsə xoşlanmır. Gedin, test edin, illərlə tanıdığınız, çörək kəsdiyiniz birinə ikilikdə səhv hərəkətlərini xatırladın, sizdən inciyəcək, üz çevirəcək.

Özünütənqid hissindən məhrum olanlara adi bir irad tutanda metobolizmi pozulur. Əslində bu, bizim mental patologiyamızdır. Buna görə də cəmiyyətdə normal sosial münasibətlər formalaşmır.

Biriləri özlərini üst təbəqənin adamı sayır, aşağıdakıları bəyənmir. Bunun adı - təkəbbür, yekəxanalıqdır. Bizim partiya sədrlərinin də əksəriyyəti təkəbbürlü və yekəxanadır. Onları “şirkət” deyil, Siyasi Təriqət İmamı adlandırıram. Ətrafında 50-100, lap belə 500 adam olan quruma kim və hansı ağılla “partiya” deyə bilər?

Həmin sədr-imamlar elə zənn edirlər ki, yüksək intellektə sahibdirlər. Onlar özlərinin inteqral açdığını, sıravi üzvlərin isə yalnız vurma cədvəlini bildiyini düşünürlər. Hesab edirlər ki, ağızlarından çıxanı hər kəs qəbul etməlidir. Bu nə zehniyyətdir? İllərlə proqnozlar verirlər, biri də özünü doğrultmur. Amma xəcalət çəkmədən, utanmadan hər qurultayda sədrliyə namizəd olurlar. Beş partiya sədrinin sözü üst-üstə düşmür. Mən indi dedilkərimi kimsədən eşitmədim, o tarixi yaşadım.

1998 və 2003-cü il seçkilərində partiya sədrlərinin siyasi addımlarını cəmiyyət unutdumu? Unutmayıb, əsla!

Siyasətin əlifbasından xəbərsizin biri partiya sədri olur. Özü ağılda 5-10 nəfəri ətrafına toplayıb, boynuna da bir qalstuk taxaraq özünü ağıl dəryası sayır. Bu zatların internet televiziyalarında “ağıl dərsi” keçmələri, əslində, toplumu təhqir etməkdir. Adama deməzlər ki, öncə halal yolla özünə paltar almağın yolun tap, sonra milləti yağ içində böyrək kimi yaşadacağından danış?

Ölkəmizdə 60-dan yuxarı siyasi partiya qeydiyyatdan keçib. Bu, nə deməkdir? Bir tərəfdən haray salırıq ki, demokratiya yoxdur, digər yandan 5-10 nəfərlik “siyasi təriqətlər” qeydə alınır.

Kimsə “siyasi plüralizm”, “söz azadlığı” və s. basmaqəlib nəsnələr barədə fikrə getməsin, əsla bunların əleyhinə deyiləm. Söhbət saxta təriqətlərdən gedir.

Cəmiyyət AXCP, “Müsavat”, “Ümid” və daha bir-iki partiyadan başqalarını tanıyırmı?

30 ildən artıqdır siyasətdəyəm, adını eşidəndə təəccübləndiyim partiyalara rast gəlirəm. Toplum üçün bu təriqətlərin bir qutu “Tetrasklin” qədər faydası yoxdur.

- Ömrünüzün müəyyən hissəsini siyasi fəaliyyətə sərf etmisiniz. Bu illəri itirilmiş saymaq olarmı? Halbuki sizin həm yaxşı qələminiz, həm də həkim kimi böyük təcrübəniz var...

- Aktiv şəkildə siyasətə qoşulanda böyük bir klinikanın baş həkimi idim. İşimə davam edib sərvət toplaya, zəngin ola bilərdim. YAP-a üzv olacağım təqdirdə isə daha yüksək vəzifələr vəd olunurdu.

Cəmiyyətin xəstə olduğunu anladım. Bir, beş, lap 1000 xəstəni sağaltmaqla cəmiyyətin düzəlməyəcəyini dərk etdikdən sonra siyasətə keçdim. Tək istəyim cəmiyyətin problemlərini həll etmək üçün çaba göstərmək oldu. Buna nail ola bilmədik və bunun səbəbindən danışmaq istəmirəm. Çünki zehniyyətim yalnız evolyusiyanı qəbul edir. Müəyyən zaman kəsimində bəzən dəyişmək mümkün olmur və Elçibəyin təbiri ilə desək, zamana ehtiyac duyulur.

Siyasətə qoşulduğum üçün əsla peşman deyiləm. Nəinki bu illəri, hətta bu illərin heç bir gününü belə itirilmiş hesab etmirəm. Maddi itkilər boş şeydir. Əsas olanı qürurla, ləyaqətlə yaşamaqdır. Milyonlarla sərvəti olan tanıdığım adamlar var, onlar qürursuz, ləyaqətsiz yaşadılar, yaşayırlar və yaşayacaqlar.

- Ölkə siyasəti ilə bağlı hər hansı təklifiniz varmı?

- Bu gün hansısa müxalifətçidən siyasi mübarizənin səmərəsiz olduğunun səbəbini xəbər alsan, cavab verəcək ki, ölkədə normal siyasi mübarizə mühiti yoxdur. Bu cavabı verənlərə sual ünvanlayıram: hansı müsəlman ölkəsində demokratik mübarizə üçün münbit şərait var? Hansı müsəlman ölkəsində dövlətin başında dayanan bir-iki dönəm işlədikdən sonra kənara çəkilir? Qardaşımız olan Türkiyədə vəziyyət necədir?

Yeri gəlmişkən, kimsə İranı nümunə göstərməsin, oradakı sistemin demokratiyaya əsla dəxli yoxdur.

O biri qardaşımız olan Pakistana baxın. Baş nazirləri sonda ya həbsxanaya salınır, ya da öldürülür. Siyasətçi məhz belə bir mühitdə yalnız ağıl sayəsində - evolyusiya yolu ilə hakimiyyətə gəlməyin çarəsini tapmalıdır. Bunun üçün siyasətlə məşğul olan öncə zehniyyətini dəyişməyə nail olmalıdır. Beyin mərkəzi qurmalı və kollektiv ağılın süzgəcindən keçən qərarlar qəbul edilməlidir.

Azərbaycan siyasəti büsbütün yenilənməlidir. Hesab edirəm ki, ilk növbədə partiyalar birləşməlidir. Zəif və pərakəndə müxalifət cəmiyyət üçün faydalı ola bilməz. Bunu partiya sədrləri də bilirlər. Anlayırlar ki, belə müxalifətçilik cəmiyyətə heç nə vermir. Cəmiyyət də gözəl bilir ki, bu müxalifətin əsas məqsədi demokratik dəyərlər yox, şəxsi gün-güzəran üçündür. Təbii ki, gerçək müxalif qurumlar istisnadır.

Qənaətmcə, əvvəl-axır Azərbaycanda siyasi partiyaların fəaliyyəti üç istiqamətdə özünü biruzə verəcək. Siyasi arenada millətçi kəsim, dini təmayül və Qərb standartlarına rəğmən liberal istiqamət özünü göstərəcək. Bu, qaçılmazdır, bayrağımızın rəngləri də bunu diqtə edir. Bu üç dəyəri bir platformaya inteqrasiya etməyə nail olan qüvvə aparıcı müxalifətə çevriləcək.

Zamana ehtiyac var. “Tək adamın” iqtidarından xilas olmaq üçün mübarizə edənin özü “tək adam” olduğunun fərqinə varmalıdır.

İqtidarı büdcəni dağıtmaqda ittiham edən şəxs, cəmiyyət bir yana, ən azı təşkilat üzvləri qarşısında dürüst hesabat verməyi bacarmalıdır. Yaxud iqtidarı qeyri-şəffaf olmaqda ittiham edən özü başında dayandığı təşkilatda şəffaflığı təmin etməlidir ki, cəmiyyət müqayisə edib, düzgün qiymət verə bilsin.

Bunları dilə gətirirsən, “düşmənlərin” sayı artır. “Düşmənin” az ya çox olması məni ilgiləndirmir. Mən öz mövqeyimi ortaya qoyuram. Məsələn, deyirəm ki, partiya sədri həm də Məclis sədridirsə, 1-ci müavin vəzifəsini də ləğv edibsə və İdarə Heyətinin üzvü başını aşağı salaraq bunu qəbul edirsə, bu, siyasi partiya yox, imamına “ləbbeyk” deyən təriqətdir. Bəs, necə deməliyəm? Qoy, bu suala cavab versinlər.

Təzə yaranmış partiyanın sədri “Bandotdel”ə çağırılır, ölkədən çıxışına “stop” qoyulur. Bu, normalmı?

Bununla yanaşı, Müsavat Partiyasındakı bilet alverindən bütün Avropa xəbər tutdu. Normalmı?

Ədliyyə Nazirliyi siyasi partiyaların nizamnəmə çərçivəsində fəaliyyətinə səthi bir əl gəzdirsə, nə qədər partiya qapadılmağa haqq edər?

Bunları dilə gətirəndə, bəzi gerizəkalılar haray-həşir qaldırır ki, müxalifətdən yox, hakimiyyətdən yazmaq lazımdır. 22 il əvvəl bu iqtidardan ən sərt şəkildə tənqid yazanda, indiki bu gerizəkalıların siyasətdə izi-tozu belə yox idi.

Obyektiv olmaq lazımdır, partiya sədrini iqtidar “tora” salıb “Bandotdel”ə apardı, ya bilet alverini iqtidar təşkil etdi?

Hələ ki, mübarizə bir neçə siyasi partiya istisna olmaqla, şəxsi mənafe və gün-güzəran üçün gedir. Ancaq inanıram ki, bir müddət sonra siyasi təşkilatlar “doymuş məhlullardan” xilas olacaq və məntiqə söykənmiş strategiya və taktika ortaya qoyulacaq.

- Sizi sabiq səhiyyə naziri Əli İnsanov işdən çıxarmışdı, amma onun həbsi zamanı heç vaxt əleyhinə danışmadınız. İndi İnsanov partiya sədridir və mövqeyi də aydındır. Onunla bağlı nə deyə bilərsiniz?

- Əli İnsanov həbsdən çıxandan sonra müxalifətə yaxınlaşdı. Daha doğrusu, o təcrübə və intellekt sahibi olaraq mövcud müxalifətin nəbzini yoxladı. Daha yaxından tanıdıqca anladı ki, bu müxalifət onu heç vaxt lider olaraq dəstəkləməyəcək. Digər tərəfdən, stavka etdiyi elektoratın belə onu dəstəkləməyəcəyini gördü. Qurduğu partiyanın boyunun sabit qalması artıq onu deyirdi ki, siyasi perspektiv yoxdur. Bu durumda praqmatik olan Əli müəllim ən doğru addımını atdı ki, ən azı yaşadığı ömrün qış fəslini rahat və problemsiz başa vura bilsin.

- Hazırda Naxçıvanda müəyyən struktur dəyişikliyi gedir. Bunu necə qiymətləndirirsiniz?

- Naxçıvanda gedən proseslər hər kəsin diqqətindədir. Buradakı proseslərin sonu ya cümlə Azərbaycanda qanunun aliliyini bərpa edəcək, rüşvətin, korrupsiyanın, inhisarçılığın, məmur özbaşınalığının qarşısını alacaq bir ciddi islahat olaraq tarixə düşəcək, ya da hakimiyyətdaxili savaş kimi dəyərləndiriləcək.

Özünü siyasətin bilicisi kimi göstərənlər Naxçıvanda baş verən prosesləri doğru-düzgün qiymətləndirə bilmir. Naxçıvanı dərindən tanımayanlar, naxçıvanlıların hansı psixoloji basqı altında yaşadığından xəbəri olmayanlar çox gülünc açıqlamalar verirlər.

DTX-nın Naxçıvan əməliyyatı indiyə qədər bəzi rayonlarda aparılmış əməliyyatlardan tam fərqlidir. Bu əməliyyatın görünməyən tərəfləri görünənlərdən daha ciddidir. DTX əməliyyatları bitəndən sonra təbii ki, hər şey bəlli olacaq.

- Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı, Siz də bildirmişdiniz ki, artıq ölkədə prezident İlham Əliyevin alternativi yoxdur. İndiki mərhələdə Qarabağ ətrafındakı vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin perspektivini necə görürsünüz?

- Vətən torpaqları 30 il düşmən tapdağında qaldığı müddətdə qürursuz yaşadıq. Qərəzi olmayanlar, 44 günlük zəfəri bu xalqa yaşadanların haqqını verməlidir. Zəfəri bizə bəxş edən Şəhid və Qazi əsgərlərimiz, zabitlərimiz, generallarımız, bir sözlə, ordumuzdur. Və bu ordunun başında dayanan da Ali Baş Komandan İlham Əliyevdir! Bu durumda İlham Əliyevin fəaliyyətini kim inkar edə bilər?

30 il az qala hər gün deyildi və yazıldı ki, bir qarış torpaq geri alınmadı. 44 günlük savaşda torpaqlarımızın əksəriyyəti işğaldan azad edildi, Dağlıq Qarabağ məfhumu tarixin arxivinə gömüldü. Kimin prezidentliyi zamanında? İlham Əliyevin! Ağlı başında olan insan bunu inkar edə bilərmi? Demişəm və təkrar edirəm, bu Zəfərdən sonra keçiriləcək seçkidə Mərkəzi Seçki Komissiyası hətta tam tərkibdə müxalifətdən ibarət olsa belə, böyük fərqlə İlham Əliyev qalib gələcək. Zəfər onun reytinqini əlçatmaz edib.

Mövqeyimdən əndişələnənlər fikirlərimi hakimiyyətə dəstək vermək kimi oxuyur. O zatlar anlamır ki, mən populizmdən yox, əlahəzrət reallıqdan danışıram.

Prezident İlham Əliyevin daxili siyasəti başqa bir söhbət, amma xarici siyasət konturları ilə razılaşmamaq mümkün deyil. Onun Rusiya və Qərblə balanslı siyasəti, Türkdilli dövlətlərlə münasibətləri, Qoşulmama Hərakatındakı mövqeyi məntiqlə düşünən siyasətçi üçün normal qəbul olunmalıdır.

Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, dünyanın heç bir ölkəsində heç bir müxalifət iqtidarla zor müstəvisində mübarizə apara bilməz. Heç bir iqtidar da zorla danışan müxalifətə loyal yanaşmır. Artıq yaşadığımız zamanın siyasi mübarizəsi intellektə söykənir. Şüarla, toy-bayramla, çal-çağırla, mitinqlə, tətillə hakimiyyət bir dəfə dəyişildi, bundan sonra isə evolusyon yolla mübarizə mərhələsidir.

Qarabağ ətrafındakı vəziyyətə və Ermənistanla münasibətlərin perspektivinə gəldikdə, fikrimcə, Qarabağ ətrafında bu gün baş verənlər təbii qarşılanmalıdır. Kimsə düşünürsə ki, Rusiya Ermənistanı meydanda tək qoyacaq, yanılır. Nə qədər ki, hərbi gücə malik Rusiya var, Ermənistan da onun ağuşunda olacaq. Rusiyanın Gürcüstandan sonra Ermənistanı da itirməsi Cənubi Qafqazla vidalaşması deməkdir ki, buna da Kreml əsla razılaşa bilməz.

Ancaq bu prosesin uzun müddət davam edəcəyinə inanmıram. Rusiyanın Ukrayna ilə savaşa başlaması və özündən qat-qat zəif bir güc qarşısında məğlub duruma düşməsi onu deməyə əsas verir ki, Kreml öz içində zəif bir “zəlzələdən” sonra çox miskin vəziyyətə düşə bilər. O zaman Rusiyanın Ermənistanın qayğısını çəkməyə halı olmayacaq. Ermənistanın bəzi siyasətçiləri bunu görür və Azərbaycan-Türkiyə birliyi ilə münasibətlərin normallaşmasını istəyirlər.

85 milyonluq Türkiyə, 10 milyonluq Azərbaycan və 40 milyonluq Cənubi Azərbaycan türkünün əhatəsində olan 3 milyonluq bir millət gələcəyini düşünürsə və 44 günlük savaşda biabırçı məğlubiyyətindən nəticə çıxarıbsa, Azərbaycanla sülh sazişini sevinə-sevinə imzalayacaq. Yox, əgər daşnak zehniyyəti Paris-Kreml-Tehran üçbucağı arasında var-gəl edəcəksə, daha ağır məhrumiyyətlərə düçar olacaqlar.

BMT-nin proqnozlarına görə, Ermənistan əhalisi 2050-ci ildə təxminən 2 milyondan bir az artıq olacaq.

Tibb elmində “erməni xəstəliyi” adlanan məfhum var, gün ərzində çoxsaylı yalançı tenezmlə - gücənmə ilə müşaiyət olunan bu xəstəliyin müalicəsi yoxdur, tək çarəsi yaşayış məkanını tərk etməkdir. Ermənilərin Ermənistanı kütləvi şəkildə tərk etməsinin səbəblərindən biri də budur. Digər tərəfdən, o ölkədə qadınların kişilərə nisbətən sayı ilbə-il artmaqda davam edir və Ermənistan yaxın illərdə xarici ölkələrdən damazlıq kişi idxal etmək məcburiyyətində qalacaq.

Yəni Ermənistan təkcə iqtisadi faktora görə tənəzzülə uğramayacaq, həm də sadaladığım tibbi-genetik və sosioloji faktor ermənilərin millət olaraq varlığını təhlükə qarşısında qoyur. Ona görə də Ermənistanın nicatı, gələcəyi və varlığı nə Kremlə, nə Parisə, nə də Tehrana bağlıdır. Ermənistanın gələcəyi də, nicatı da, varlığı da Azərbaycana və Türkiyə ilə əlaqəlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru