“Qarabağ ermənilərinin reinteqrasiyasının vaxtı çatıb” - Həsən Həsənov
Tarix: 3-11-2022, 08:29 | Çap et
 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi görüşündə Bakı və İrəvan arasında davam edən sülh prosesinə dair birgə bəyanat imzalandı. Soçi bəyanatı mürəkkəb mahiyyəti və ağır diplomatik dili ilə ictimaiyyət tərəfindən o qədər də asan anlaşılmadı. Ona görə də ölkə ictimaiyyətində yeni bir müzakirə mövzusu yarandı. Sosial şəbəkələrdə “Soçi bəyanatı kimin xeyrinədir?” sualı ətrafında qızğın mübahisələr başlayıb. Bu müzakirələrdə çıxan suallara aydınlıq gətirmək üçün sabiq xarici işlər naziri Həsən Həsənova müraciət etdik. DİA.AZ xəbər verir ki, diplomat Pressklub.az-a eksklüziv açıqlamasında Soçi bəyanatını rəsmi Bakının diplomatik zəfəri hesab etdiyini bildirdi və mövqeyini bənd-bənd əsaslandırdı:
“Soçi görüşünün başlanğıc hissəsində Prezident İlham Əliyev birmənalı şəkildə qeyd etdi ki, Qarabağ məsələsi müzakirə mövzusu deyil. Bu bəyanat görüşün digər iştirakçıları üçün çox ciddi mesaj idi və danışıqların istiqamətini müəyyənləşdirdi”.
Sabiq nazir hesab edir ki, sonradan qəbul edilmiş sənəd bu mövqe əsasında formalaşıb. Ona görə də Soçidə qəbul edilmiş üçtərəfli sənəd Ermənistan-Azərbaycan münasibətlərinin gələcək tənzimlənməsi prosesi üçün çox mühüm bir diplomatik aktdır və bu akt tamamilə Azərbaycanın milli maraqlarına xidmət edir.
“Bu fikri 5 müddəaya söykənərək əsaslandırmaq mümkündür:
Sənəddə hər hansı başqa problem deyil, məhz “Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşması”ndan söhbət gedir. Mətndə əks olunan “kompleks” sözü iki dövlət arasında sülh müqaviləsinin qəbulu üçün Azərbaycanın əsas kimi təklif etdiyi beş prinsipə işarə edir. Sənəddə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün fəal hazırlığın vacibliyi vurğulanır. Bu isə Azərbaycanın prioritet kimi vurğuladığı problemdir. Sənəddən belə anlaşılır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdə səsləndirdiyi bəyanatların əksinə, Rusiya sülhməramlı qüvvələrinin əməliyyat zonasının genişləndirilməsinə, qəbul olunmuş zamanın dəyişdirilməsinə, eləcə də hər hansı digər qüvvələrin cəlb edilməsinə ehtiyac yoxdur. Bu sənəd təsdiq edir ki, Azərbaycanın erməni əhalisinin statusu və xüsusi hüquqları problemi, ümumiyyətlə, danışıq predmeti deyil. Nəticə olaraq, onların reinteqrasiyası ətrafında fəaliyyətə başlamaq vaxtı çatıb. Bunun üçün sənəddə təklif edilir ki, ictimai xadimlər, ekspertlər, dini liderlər tərəfindən birgə düşünülmüş addımlar atılmalıdır. Ən əsası, qəbul edilmiş sənədin mühüm dəyəri ondadır ki, son vaxtlar müxtəlif ermənipərəst qüvvələr tərəfindən fəal şəkildə irəli sürülən ideyalar burada öz əksini tapmayıb və rədd edilib”. H.Həsənov sonda vurğuladı ki, qəbul edilmiş sənəd Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini istəməyənlərə xəbərdarlıqdır ki, onların cəhdlərinin heç bir faydası yoxdur.
“Tarixin təkərini çevirmək olmaz. Azərbaycan XX əsrin 80-ci illərindəki kimi deyil, dünya da əvvəlki kimi deyil. Bu sənəd bir daha onu göstərdi ki, İlham Əliyevin təbirincə desək, “Dağlıq Qarabağ münaqişəsi həll olunub, bitib, mövcud deyil, tarixə göndərilib və nida işarəsi”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Dünən, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Dünən, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Dünən, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Dünən, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Dünən, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Dünən, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Dünən, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Dünən, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Dünən, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Dünən, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Dünən, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Dünən, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Dünən, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Dünən, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Dünən, 04:07 |
|
|
|
|