"Erməni təbliğat maşını uzun illərdi ki..." - deputat
Tarix: 27-10-2022, 08:11 | Çap et
 DİA.AZ: - "Oktyabr ayının 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. 30 il tarix üçün böyük zaman olmasada, Gürcüstanla birlikdə qət etdiyimiz yol, həyata keçirilən transmilli layihələr, əsrlərə bərabərdir". DİA.AZ bildirir ki, bunu açıqlamasında deputat Nəsib Məhəməliyev qeyd edir. Millət vəkili fikrinə daha sonra belə davam edir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, inşa olunmuş, tarixi İpək Yolunun bərpası nəticəsində avtomobil daşımalarının həcmi dəfələrlə artmışdır. İldən ilə, iki dövlət arasında iqtisadi, humanitar əməkdaşlıq, genişlənir, ticarət dövriyəsi artır. Prezident İlham Əliyevin növbəti səfəri, yeni dövrün çağırışlarına uyğun olaraq, Azərbaycan və Gürcüstan dövlətlərinin qarşısında duran aktual problemlərin həllinə, əlaqələrimizin daha da inkişafına xidmət edəcəkdir. Yeni dövrün çağırşları dedikdə, Rusiya-Ukrayna müharibəsi nəticəsində Çini, bəzi Asiya ölkələrini Avropa Birliyi ilə birləşdirən və Azərbaycanla Gürcüstandan keçən Orta Xətt marşrutunun inkişaf etdirilməsini nəzərdə tuturam. Ölkə Başçımız, Ələt dəniz limanının aşırma qabiliyyətinin 25 milyon tona çatdırılacağını, Axalkalaki-Qars dəmiryolunun imkanlarının artırılması üçün maliyyə vəsaitinin ayrılacağını bəyan etdi. Təbii, paralel olaraq, sərhəd-keçid məntəqələrinin də buraxılış qabiliyyəti artırılmalı, hər hansı ləngimələr olmadan, maksimum sürətlə, qatarların ötürülməsi təmin olunmasıdır. Digər aktual məsələ isə, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji layihələrinin icrasıdır. Gələn ildən Bakı-Tbilisi-Ceyxan kəməri ilə ixrac neftinin həcmi artırılacaq, Bakı-Supsanın imkanlarından istifadə ediləcəkdir. Qaz nəqlinin iki dəfə artırılması ilə yanaşı, elektrik enerjisinin ixracı və xüsusilə, Xəzər dənizinin və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsidir. Burada da, Azərbaycanın dünya bazarına çıxışında Gürcüstan, tranzit ölkə olaraq əhəmiyyətli iqtisadi dividentlər əldə edəcəkdir. Bütün bu nailiyyətlərin kökündə, mehriban qonşuluq, qarşılıqlı hörmət, Liderlər arasında formalaşmış səmimi münasibət durur. Bu gün Azərbaycan və Gürcüstan xalqları 30 il ərzində əldə olunmuş nailiyyətlərin bəhrəsini görür və gələcəyə hesablanmış yeni layihələr üzərində işləyirlər. Əfsuslar olsun ki, digər qonşumuz Ermənistanla münasibətlərdə 30 illik düşmənçilik, qətllər, dağıdıcılıq, milyona yaxın soydaşımızın faciəsindən başqa xatırlanası müsbət heç nə yoxdur. Erməni təbliğat maşını uzun illərdi ki, Azərbaycanlılarla birgə yaşayışın qeyri-mümkünlüyü barədə yalanlar yayır, Qarabağ münaqişəsinə dini don geyindirirdilər. Ancaq, Gürcüstanın və bir çox digər xristian ölkələrinin timsalında dünyaya sübut etdik ki, Azərbaycan multikultural dövlətdir və istənilən ölkə ilə ən yüksək səviyyədə əməkdaşlığa hazırdır. Strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətləri, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, regional təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynayır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Dünən, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Dünən, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Dünən, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Dünən, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Dünən, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Dünən, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Dünən, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Dünən, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Dünən, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Dünən, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Dünən, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Dünən, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Dünən, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Dünən, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Dünən, 04:07 |
|
|
|
|