Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                 

“Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı” - Partiya sədri
Tarix: 22-05-2021, 10:25 | Çap et
“Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”
“Rusiya ilə siyasi münasibətlərin yoluna qoyulmasında bu cür faktlardan istifadə olunmalıdır. Azərbaycan tərəfi də əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”.

Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Şuşada qalıqları aşkarlanan “İsgəndər M” raketləri ilə bağlı danışarkən bildirdi. Rusiya tərəfi Ermənistanın əlinə keçən bu operativ-taktiki silah sistemi barədə indiyə qədər rəsmi izahat verməyib. ADP lideri hesab edir ki, müəyyən razılaşma əsasında Azərbaycan hökuməti məsələnin üzərindən artıq sükutla keçir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə bu məsələni qapadılacaq hadisə saymır: “Həmin raketdən istifadə edilməsi faktı ortalıqdadır. ”İsgəndər M" yalnız Rusiyanın istifadəsində ola bilər və digər ölkələrə satışı qadağandır. Ona görə beynəlxalq səviyyəli bir skandaldır və kütləvi qırğına səbəb olan silahdır".

AMİP sədri qeyd etdi ki, Azərbaycan və Rusiya prezidentlərinin son telefon söhbətində bu məsələyə toxunulmasa da, rəsmi Bakı cavab gözləməkdədir: “Bundan əvvəl Prezident İlham Əliyev Putinlə telefon zəngində Şuşada tapılan raket məsələsini qaldırmışdı. Rusiya tərəfi isə bildirir ki, məsələ araşdırılır. Amma araşdırmaların yekunu haqda ictimaiyyət məlumatlandırılmalıdır. Bu olmayana qədər məsələ qapanmış sayıla bilməz”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, bu məsələ hələ bağlanmayıb: “Azərbaycan Rusiyadan hələ izahat almayıb və hazırkı vəziyyətlə qane olduğunu da bildirməyib. Sadəcə, Moskva məsələni uzadır, Bakı isə sakit şəkildə gözləyir. Lakin məsələnin həlli mümkün ola bilər”.

Partiya sədrinin fikrincə, razılaşma o halda reallaşa bilər ki, Qarabağla bağlı qalan məsələlər həllini tapsın, Zəngəzur dəhlizinin açılması prosesi sürətləndirilsin, minalanmış ərazilərin xəritələri verilsin: “Bunun qarşılığında Azərbaycan Şuşaya atılan raketlərlə bağlı məsələnin üzərindən susqunluqla keçə bilər. Ancaq Rusiya tərəfindən sadalanan nüanslar barədə konkret addım atılmadığı üçün Azərbaycan ”İsgəndər M" mövzusunu qapatmayıb".

Ümumiyyətlə, Rusiya, eləcə də onun Bakıdakı səfirliyi Şuşaya atılmış “İsgəndər M” raketləri ilə bağlı qalmaqala hələ də reaksiya verməyib. Bu, o deməkdirmi ki, reaksiya heç vaxt olmayacaq və Moskva öz günahsızlığını qəbul edir? Çünki Kreml başçısı Vladimir Putinlə Prezident İlham Əliyev arasında telefon danışığında da bu məsələyə toxunulmadı. Hər halda mətbuat üçün verilən açıqlamada sözügedən məsələ haqda heç nə yoxdur. Bəs məlum olay ikitərəfli münasibətlərdə hansısa neqativ iz və ya təsir buraxa bilərmi?

Siyasi ekspert Ramiyə Məmmədova Bakı-Moskva münasibətlərinin kövrək olduğunu düşünür. Onun fikrincə, indi tərəflər bir-birini narazı salmamağa çalışır, çünki irəlidə birgə atılacaq addımlar çoxdur.

“Rusiya Qərbin canfəşanlığını yaxşı müşahidə edir və Qarabağ məsələsində öz dominantlığını əldən verməmək üçün Azərbaycan və Ermənistanı narazı salacaq addımlar atmamağa çalışır. Kreml Avropa Parlamentinin, Minsk Qrupunun fəallığını ”zərərsizləşdirmək" üçün regionda kommunikasiya məsələlərini tezləşdirmək niyyətindədir. Putinin həm Əliyevə, həm Paşinyana zəngi də bu tələskənliyin təzahürüdür. Ona görə də indi tərəflər üçün belə vaxtda “İsgəndər M” raketinin gündəmə gətirilməsi, qanqaraçılıq salınmasının zamanı deyil. Əlbəttə, məsələ ört-basdır edilmiş görünür, amma əsla qapanmayıb, bu, Rusiyaya qarşı hər zaman istifadə edilə biləcək faktdır", - deyə siyasi şərhçi qeyd etdi.

Onun fikrincə, Şuşaya atılan raketlərlə bağlı Rusiya araşdırma aparır və yəqin ki, yekunda ümumi bir formal cavab veriləcək: “Bu cavab bizi nə dərəcədə qane edəcək bilmirəm, amma Zəngəzur dəhlizinin açılması işi intensivləşsə, Paşinyan sərhədlərin delimitasiyası işində problem çıxarmasa, bu proseslər üçtərəfli razılıqla normal qaydada davam etsə, ”İsgəndər M" hadisəsinin unudulacağını proqnozlaşdırıram. Yəni deyilə bilər ki, olub-olub da, gəlin üzərindən keçək, müharibədir, hər şey baş verə bilər, əsas bölgədə bundan sonra sülhü təmin etməkdir".

Qeyd edək ki, “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi.

2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sərkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə ”İsgəndər"dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?.."











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru