Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI .....                     Tehranın Moskva ilə birləşmək planı .....                     ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək .....                     Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI .....                     MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... .....                     Səfirliklərin Bakı “döyüşü” .....                     “Onu lüt soyundurdular, ac qoydular və...” .....                     Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz .....                     “Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” .....                     Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu .....                     SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… .....                     Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: .....                     “Anamın ağrılardan canı qurtardı” .....                     İran yola gəlməsə... .....                     Azərbaycanda 31 il əvvəl başlayan proses .....                     FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı .....                     NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir .....                     "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" .....                     Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü .....                     SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... .....                     "Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                 

YAP-ın təcili qurultay müəmması - Hakim partiya bu barədə rəsmi mövqe bildirməyə tələsmir
Tarix: 3-03-2021, 08:52 | Çap et
YAP-ın təcili qurultay müəmması
Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə “Yeni Müsavat”a YAP rəhbərliyinə yaxın qaynaqlar məlumat veriblər. Məlumatın yayılmasından keçən müddətdə YAP bu barədə rəsmi mövqe bildirməyib.

YAP üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Yeni Müsavat”a bildirdi ki, qurultayla bağlı o da mətbuatdan xəbər tutub. “Mən sıravi YAP-çıyam”, deyən S.Seyidov hələ ki qurultaya dəvət almadığını qeyd etdi. Qurultaydan gözləntilərini soruşduqda, S.Seyidov bildirdi ki, o, həmişə bu məsələ ilə bağlı çıxış edib: “YAP-ın iclaslarına dəvət edəndə bildirmişəm ki, belə bir qurultayın keçirilməsi çox vacib, çox əhəmiyyətlidir. Azərbaycanda islahatlar hər yerdə gedir, o cümlədən YAP-ın içərisində də getməlidir və YAP-ın fəaliyyəti ilə bağlı da həyata keçirilməlidir”.

"Qarşıdakı qurultay hakim partiyada gəncləşmə siyasətinin həyata keçirilməsini nəzərdə tuturmu", sualına cavabında deputat qeyd etdi ki, islahatlar yalnız gəncləşməni nəzərdə tutmur: “Təbii, o cümlədən gəncləşməni. Ancaq hesab edirəm ki, siz gəncləşmə deyəndə idarəetməni, ümumiyyətlə, dünyada gedən proseslərin təhlilini, əlaqələri, bütün məsələləri nəzərdə tutursunuz. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bunu gəncləşmə ilə məhdudlaşdırmaq düzgün olmazdı. Təbii ki, o cümlədən də gəncləşmə. Ancaq ümumi islahatlar mütləq getməlidir”. "Özünüzü YAP-ın rəhbər strukturlarında görürsünüzmü", sualına cavabı isə belə oldu: “Mənim xeyli vəzifələrim var və mən sıravi YAP-çı olmağımla fəxr edirəm.”

Adının açıqlanmasını istəməyən qaynaqlar isə iddia edir ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır. Onların yerinə gənc kadrlar seçiləcək. Məlumata görə, hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adlarını təxmin etmək mümkündür. Onlar YAP sədrinin 4 müavinindən ikisi olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti). İddia olunur ki, hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov (baş nazirin sabiq müavini), Vaqif Əliyev (mədəniyyət və turizm nazirinin müavini), Nurlana Əliyeva (Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri), Nizami Xudiyev (Pedaqoji Universitetin kafedra müdiri), Abel Məhərrəmov (BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları aktiv siyasətlə və partiyanın seçkili orqanları ilə vidalaşacaqlar. YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanovun da hakim partiyanın rəhbər heyətinin siyahısından çıxarılacağı vurğulanır.

“Bizdə də belə bir məlumat, informasiya -qeyri-rəsmi- var ki, partiyamızın yaxın zamanlarda növbəti qurultayı ola, keçirilə bilər. Partiyamızın müxtəlif strukturlarında da bu haqda söz-söhbətlər dolaşır. Amma partiya rəhbərliyindən, rəsmi səviyyədə qurultayla bağlı bizə heç nə daxil olmayıb, deyilməyib. Bu baxımdan, qurultay ola da bilər, olmaya da”. Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən və hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən millət vəkillərindən biri deyib. Qeyd edib ki, qurultayla bağlı məlumatlar, fikirlər hələlik və daha çox ehtimallar şəklində, səviyyəsindədir. “Yenə də qeyd edirəm ki, rəsmi səviyyədə hələlik heç nə yoxdur, bizlərə heç nə deyilməyib. Amma qurultayın olma, keçirilmə ehtimalı da az deyil. Burada da qeyri-adi heç nə yoxdur və ola da bilməz. Bu, partiyamızın, onun rəhbərliyinin, seçkili orqanlarının qərar verəcəyi bir məsələdir. Kənardan da kimsənin buna qarışmasına, müdaxilə etməsinə heç bir əsas və səbəb yoxdur. Partiyamız da hər zaman yeniliklərə, dəyişikliklərə açıq olan bir partiyadır. Siyasi palitradakı bütün yeniliklər, dəyişikliklər də məhz bizim partiyaya məxsusdur”, - deyə, YAP-çı deputat sözlərinə əlavə edib. O, qurultay olacağı təqdirdə, YAP rəhbərliyində, partiyanın İdarə Heyətində, Siyasi Şurasında, İcra Katibliyi və Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin baş verəcəyini, həmin strukturlarda yeni simaların təmsil olunacağını da mümkün və gözlənilən variantlardan sayıb. “Amma bir daha qeyd etmək istəyirəm ki, hələlik qurultayla bağlı heç bir rəsmi qərar, məlumat yoxdur. Ona görə də ancaq ehtimallar, mülahizələr şəklində danışmaq olar... Bir qədər gözləyək” - deyə, adının çəkilməsini istəməyən millət vəkili sonda qeyd edib.

YAP-ın qurultayının hansı məkanda keçiriləcəyi və tədbirin hansı formatda baş tutacağı da hələlik məxfi saxlanılır. Bu barədə adının çəkilməsini istəməyən deputat bildirib. Bəzi YAP-çı deputatlara qurultayda iştirakla bağlı hələlik heç nə bildirilməyib, dəvət gəlməyib. Söhbət YAP Siyasi Şurasında və İdarə Heyətində təmsil olunmayan, rayon və şəhər təşkilatlarının sədrləri olmayanlardan gedir. Məlumata görə, qurultay zamanı bəzi iqtidaryönlü tanınmış millət vəkillərinin və nüfuzlu şəxslərin də YAP-da, onun rəhbər orqanlarında təmsilçiliyi, iştirakı baş verə bilər. Mənbə bunu da istisna etməyib, mümkün variantlardan sayıb. Etikxeber.az-a açıqlamasında o, partiyanın 1999-cu ildə keçirilən qurultayında belə bir halın, məqamın yaşandığını, keçmiş ADİP-çilərin (ADİP-1-in üzvü olanlardan söhbət gedir) YAP-a keçdiyini, onların təmsilçisi olaraq, Mübariz Qurbanlının partiya rəhbərliyinə gətirildiyini də xatırladıb. “Ona görə bu qurultayda da oxşa məqamlar yaşana bilər”, - deyə, mənbə əlavə edib.

Pandemdemiya dövründə qurultayın onlayın, yoxsa adi qaydada keçiriləcəyinə gəldikdə, bu da hələlik məlum deyil. Ancaq yayılan xəbərlərdən belə aydın olur ki, ənənəvi toplantı olacaq. Martın 3-də YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən deputatların koronavirus testindən keçəcəkləri bildirilir.

Yazı çapa hazırlanarkən belə məlumat yayıldı ki, YAP-ın qurultayı İdarə Heyəti və Siyasi Şuranın genişləndirilmiş iclası formatında da reallaşa bilər. Qurultayda iştirak edəcək şəxslər isə artıq məlumatlandırılıb və YAP-ın mərkəzi qərargahına dəvət olunub. Martın 3-də isə YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri, İdarə Heyəti və Siyasi Şuranın üzvləri mərkəzi qərargahda olacaqlar.

Qeyd edək ki, YAP-ın 6-cı qurultayı 2018-ci il fevralın 8-də keçirilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 02:02
Tehranın Moskva ilə birləşmək planı - GƏLİŞMƏ
Bu gün, 01:58
ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək - Ursula fon der Lyayen
Bu gün, 01:46
Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI - Dövlət büdcəmizin anası belə ağlar günə qalır...
Bu gün, 01:38
MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... - AFFA-nın yeni sözçüsü nəyə yarıyacaq?
Bu gün, 01:28
Səfirliklərin Bakı “döyüşü” - NƏ BAŞ VERİR?
Bu gün, 01:22
“Onu lüt soyundurdular, ac qoydular və...” – Rusiya əsirliyində yaşananlar
Bu gün, 01:20
Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz - BU NƏDİ BELƏ?
Bu gün, 01:11
“Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” - ETİRAZ
Bu gün, 01:08
Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu - SİYAHI
Bu gün, 01:03
SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… - TƏFƏRRÜAT
Bu gün, 01:01
Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Dünən, 19:23
“Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Dünən, 19:21
İran yola gəlməsə... - ŞƏRH
Dünən, 16:47
Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Dünən, 16:43
FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Dünən, 16:40
NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Dünən, 16:38
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Dünən, 14:51
Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Dünən, 14:48
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:42
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Dünən, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Dünən, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Dünən, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Dünən, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Dünən, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Dünən, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Dünən, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Dünən, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Dünən, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Dünən, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Dünən, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Dünən, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Dünən, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Dünən, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Dünən, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Dünən, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Dünən, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Dünən, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Dünən, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Dünən, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Dünən, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Dünən, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Dünən, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
26-07-2025, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
26-07-2025, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
26-07-2025, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
26-07-2025, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26-07-2025, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
26-07-2025, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru