Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                 

““Beşinci kolon” siyasi həmrəylikdən xoşhal deyil” - AMİP sədri
Tarix: 23-11-2020, 15:56 | Çap et
““Beşinci kolon” siyasi həmrəylikdən xoşhal deyil”
Azərbaycan Vətən müharibəsini zəfərlə başa vurdu. Müharibə bitsə də, Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə cəhd göstərən qüvvələr sakit dayanmır. Fransanın timsalında BMT-nin məlum qətnamələrinin qəbul olunmasına səs verən dövlətlər əks-fəaliyyətə keçid ediblər. Fransa Dağlıq Qarabağda qondarma rejimin müstəqilliyini tanımaq məsələsini müzakirəyə çıxarmağa cəhd edir. Bununla rəsmi Paris bütün dünya üçün yeni və təhlükəli bir presedent yaratmağa çalışır.

Məlumdur ki, işğal olunmuş ərazilərindən Ermənistanın öz qoşunlarını çıxarması ilə bağlı BMT-nin 4 qətnaməsi olub. Lakin dünyanın ən ali qurumu olan BMT-nin qətnamələri 27 il müddətində icra olunmayıb. Buna görə də Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi yoldan başqa alternativi olmadı. Bu da ermənipərəst mövqe tutan bəzi dövlətlər və beynəlxalq təşkilatları əndişələndirir.

Digər tərəfdən isə Ermənistanı bürüyən xaos fonunda Azərbaycandakı sabit daxili durum, siyasi həmrəylik, iqtidar-müxalifət münasibətlərinin sivil formada inkişafı həmin qüvvələrin qısqanclığına səbəb olur.

Mövzu ilə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə cavablandırıb.

“Ermənilər torpaqları qaytarmaq fikrində olmayıb”

-Arzuxan bəy, Azərbaycan dəfələrlə bəyan edirdi ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsi icra edilməlidir. Qarabağ probleminin sülh yolu ilə həll olunması mümkün olmadığı təqdirdə Azərbaycanın başqa yolu qalmırdı. 27 il keçməsinə baxmayaraq, BMT-nin qətnamələri icra olunmadı və Azərbaycan hərbi yolla öz torpaqlarını azad etdi. Necə düşünürsüz, BMT-nin qətnamələri niyə yerinə yetirilmədi? BMT-nin gücü çatmadı, yoxsa qətnamələrin icra mexanizmi yox idi?

-1993-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarından erməni silahlı birləşmələrinin qeyri-şərtsiz çıxarılması ilə bağlı məlum 4 qətnamə qəbul olundu. Füzuli, Kəlbəcər və digər rayonlarımızın adları çəkilməklə, erməni silahlı birləşmələrinin bu ərazilərdən çıxması ilə bağlı BMT qətnamələri təəssüflər olsun ki, uzun illər ərzində icra olunmadı. Hesab edirəm ki, səbəb icra mexanizminin olmaması idi. Eyni zamanda, buna istək də olmayıb. Yəni BMT-də bu qətnamənin qəbuluna səs vermiş ölkələr, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədr BMT-nin Təhlükəsizlik Şuasının daimi üzvü olan dövlətər bu qətnamələrin icrasında maraqlı görünməyib. ATƏT-in Minsk Qrupunun cinayətkar fəaliyyətsizliyi nəticəsində bu qətnamələr yerinə yeterilməyib və Azərbaycan torpaqları işğaldan azad olunmayıb. Azərbaycan dəfələrlə bu məsələləri gündəmə gətirsə də, siyasi həll yolu yoxdursa, hərbi həll yolu var desə də, bütün bunlar qulaqardına vurulub. Faktiki olaraq status kvonun saxlanılması ilə torpaqların işğalda qalması və gələcəkdə işğal faktını rəsmiləşdirmək nəzərdə tutulurdu.

Bu son hadisələr də onu göstərdi ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan və BMT Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər qətnamələrin icra olunmamasında, eyni zamanda fəaliyyətsizlikləri ilə işğal faktını rəsmiləşdirməkdə maraqlı olublar. Ermənilərin də həmin torpaqları geri qaytarmaq fikri yox idi. Çünki işğal etdikləri ərazilərdə istehkamların qurulması faktiki olaraq onu göstərir ki, ermənilər torpaqları qaytarmaq fikrində olmayıb. Azərbaycan ordusu cəmi 44 gün ərzində öz gücünü ortaya qoydu. Doğrudur, şəhidlər verdik, çoxlu yaralılarımız var, amma buna baxmayaraq, BMT qətnamələri 44 gün ərzində Azərbaycan ordusu tərəfindən icra olundu.

“Bu dövlət ən azından bitərəf mövqe nümayiş etdirməli idi”

-Fransa və digər ölkələr, o cümlədən Azərbaycanın torpaqlarını azad etməsinə etiraz edən bir sıra beynəlxalq təşkilatlar niyə 30 ildə erməni işğalına qarşı konkret mövqe ortaya qoymadı?

-Fransa ilə bağlı məsələ xüsusilə diqqət çəkir. Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olaraq mandatına uyğun olaraq bu dövlət ən azından bitərəf mövqe nümayiş etdirməli idi. Təəssüflər olsun ki, Fransa heç vaxt bitərəf mövqedə olmayıb. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra isə bu dövlətin faktiki ermənipərəst mahiyyəti üzə çıxdı. Bu dövlətin başında dayanan insanlar bu vaxta qədər də ermənilərə çox yaxınlığı ilə seçiliblər. İndki Prezident Makron isə birmənalı şəkildə ermənipərəst mövqe tutmaqla, həm ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin nümayəndəsi kimi, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Azərbaycana qarşı ermənilərin tərəfini tutmaqla yadda qalır. Bu da onunla izah oluna bilər ki, Fransada erməni lobbisi çox güclüdür.

Fransada təxminən 4-5 faiz civarında səs vermə hüququ olan erməni var. Fransa rəhbərliyində olan şəxslər xüsusilə də seçki ərəfəsində bu faktoru nəzərə alırlar. Eyni zamanda, hakimiyyətdə olan partiyanın içərisində də erməni mənşəli insanlar var. Digər tərəfdən, onları Ermənistanla qardaşlaşdıran amil isə vaxtı ilə Fransanın özünün müstəmləkəsi olmuş bir çox ölkələrdə soyqırımlar həyata keçirməsi ilə bağlıdır. Görünən odur ki, bu amil də bu ölkəni ermənilərlə yaxınlaşdırır. Fransadan başqa ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkələr də təəssüflər olsun ki, bu illər ərzində göstərdikləri mövqe ilə ermənilərin yanında olduqlarını göstərmiş oldular.

“Bu məsələdə xristian təəssübkeşliyi var”

-Dünyada erməni terroru danılmaz faktdır. “ASALA”-nın dünya ölkələrində törətdiyi terror aktları, o cümlədən ermənilərin Xocalıda törətdikləri soyqırımla Ermənistan terrorçu dövlət olduğunu sübut etdi. Bəs niyə dünya bunu etiraf etmir?

-Görünür, bu məsələdə xristian təəssübkeşliyi var. Çünki Ermənistan özünü ilk xristian dövləti kimi təqdim edir. Bu dövlətlər, dünya gücləri təəssüf ki, islamafobiya ilə əhatə olunub. Azərbaycan öz humanistliyi, tolerantlığı, multikultural dövlət olması ilə kifayət qədər fərqli mövqe, siyasət nümayiş etdirib. Amma bu dövlətlər konkret olaraq terrorçu erməni dövlətinin mövqeyini müdafiə etməklə faktiki olaraq islamafob, xristian təəssübkeşi olduqlarını göstəriblər. Bunu başqa heç bir səbəblə izah etmək mümkün deyil. Çünki Ermənistanın həqiqətən də terrorçu, işğalçı dövlət olduğu bu illər ərzində danılmaz faktlarla sübuta yetirilib. Təkcə Fransanın özündə ermənilərin bir neçə dəfə terror aktı törətməyinin şahidi olmuşuq. Fransada hava limanında ermənilərin törətdiyi terror aktı, türk mənşəli insanlara qarşı edilən terror hücumu nəticəsində təkcə müsəlman yox, eyni zamanda fransızlar, ingilislər, amerikalılar, isveçlilər və digər Avropa ölkələrinin vətəndaşları da qətlə yetirilib. Buna baxmayaraq, çox maraqlıdır ki, Ermənistanın terrorçu dövlət olması heç vaxt qabardılmır. Əksinə, Ermənistana faktiki olaraq dəstək nümayiş olunur.

“Bu, çox pis presedent yarada bilər”

-Fransa bir neçə gün öncə Dağlıq Qarabağın müstəqilliyini tanımaq məsələsini gündəmə gətirdi. Fransanın bu məsələni müzakirəyə çıxarması belə dünya üçün yeni presedent yarada bilər...

-Fransanın qondarma rejimi tanımaq cəhdləri hesab edirəm ki, blefdir. Sadəcə olaraq, Fransa, eləcə də digər dövlətlər bölgədə Türkiyənin və Rusiyanın bir mövqeyə yiyələnməsinə qısqanclıq namyiş etdirir. Hesab edirəm ki, bu fikir də buna etiraz olaraq ortaya atılıb. Bu illər ərzində heç bir dövlət cəsarət edərək beynəlxalq hüquq normalarını pozmaqla qondarma rejimi bir dövlət olaraq tanımayıb. Ayrı-ayrı şəhər bələdiyyələri, xırda qurumlar səviyyəsində qondarma rejimlar tanınıb. Amma bu, beynəlxalq hüquqla heç bir halda qəbul olunmayan məsələdir. Hesab edirəm ki, bu, çox pis presedent yarada bilər və bunun fərqindədirlər. Elə Fransanın özündə, İspaniya daxilində Kataloniya problemi var. Eləcə də bir çox ölkələrdə bu cür probemlər yarana bilər və bütövlükdə dünya düzəninə mənfi təsir göstərər.

Ona görə də hesab edirəm ki, Fransanın bu cəhdi blefdən başqa bir şey deyil. Hətta Fransa parlamentində qəbul olunsa belə, Fransa Konstitusiya Şurası səviyyəsində qərarın qəbulunun qarşısı alınacaq. Türkiyə ilə bağlı da belə bir təcrübə mövcuddur. Ermənilərin Türkiyəyə qarşı qondarma 1915-ci il soyqırımı iddiasına əsasən Fransada 2012-ci ildə beynəlxalq hüquq normalarına zidd qərar qəbul olundu, amma həmin qanunun qarşısı Fransa Konstitutsiya Şurası tərəfindən alındı.

“Bu münasibətlər Azərbaycanın gələcəyi üçün çox yaxşı görüntülər vəd edir”

-Arzuxan bəy, ölkə üçün əhəmiyyətli olan siyasi həmrəylik mühiti var. Müxalifətlə münasibətlər yeni bir mərhələdədir. Dialoq, əməkdaşlıq və s. Bir neçə gün əvvəl siyasi mənsubiyyəti olan bir sıra insanlar da həbsdən azad edildi. Görünən odur ki, Prezidentin göstərişi ilə PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu münasibətlərin daha da dərinləşməsinə və davamlılığı üçün ciddi səylər göstərir...

-Ötən ilin noyabrında Prezident Admnistrasiyasında mahiyyət etibarı ilə yeni bir şöbə yarandı. Həmin şöbənin fəaliyyəti nəticəsində cari ilin fevral ayından başlayaraq ölkədə fəaliyyət göstərən bütün qeydiyyatdan keçmiş siyasi təşkilatlarla şöbə müdiri, hörmətli Ədalət Vəliyev arasında görüşlər keçirildi, təmaslar quruldu. Bir çox məsələlər uzlaşdırıldı, partiyaların təklifləri dinlənildi. Bizim təqdim etdiyimiz bir sıra məsələlər üzrə mövqeyimiz nəzərə alındı. Bu, müharibəyə qədərki dövr ərzində faktiki olaraq iqtidarla müxalifət arasında barış mühiti formalaşdı. Çox sivil münasibətlər quruldu. Dövlət başçısının dediyi kimi, yeni siyasi konfiqurasiya formalaşdı. Birmənalı olaraq hesab edirəm ki, müharibədə əsas sözü Azərbaycan ordusu, qanı-canı bahasına deyib, torpaqları işğaldan azad edib. Amma eyni zamanda arxa cəbhədə barış mühitinin formalaşması, siyasi və cəmiyyətdəki sosial mövqeyindən, əqidəsindən asılı olmayaraq bütün güclərin vahid bir mövqedən çıxış etməsi şübhəsiz ki, müharibədə qələbənin əsaslarından, vacib şərtlərindən biri idi. Hazırda da təmaslar var, siyasi partiyalarla formalaşan sivil münsibətlər davam etməkdədir. Biz bu münasibətlərin davamlı olmasında maraqlıyıq. Eyni zamanda qarşı tərəfdən də həmin fikirlər səslənir və əməli olaraq da görünür ki, bu münasibətlər davamlı olacaq. Bu münasibətlərin davamlı olması necə ki, torpaqlarımızın işğaldan azad olunmasında əsas faktor oldu, eləcə də hesab edirəm ki, Azərbaycanın növbəti etapda daha demokratik, hüquqi dövlət olması, sivil cəmiyyətin inkişaf etməsi baxımında da çox önəmli rol oynayacaq. Düşünürəm ki, iqtidar da, müxalifət də bunun fərqindədir. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanın gələcəyi üçün çox yaxşı görüntülər vəd edir.

-Necə düşünürsüz, mövcud siyasi həmrəylik bəzi dairələrdə qıcıq yarada bilərmi?

-Şübhəsiz ki, yaradır. Ölkədə siyasi və iqtisadi marağı olan, Azərbaycana dost olmayan güclərdə şübhəsiz ki, bu həmrəylik qıcıq yaradır. Necə ki, müharibə dövründə bunun şahidi olduq. Ölkə daxilində də “beşinci kolon” adlandırılan bir cameə var. Öz siyasi və şəxsi maraqlarını hər şeydən üstün tutmağa üstünlük verən qüvvələr var ki, onlar da bu həmrəylikdən xoşhal deyillər. Amma hesab edirəm ki, onların gücü yetərli deyil. Azərbaycan siyasi mühitində mövcud olan təşkilatlar artıq bilirlər ki, ölkənin davamlı inkişafı üçün əməkdaşlığa ehtiyac var. Sivil münasibətlərin qurulması vacibdir. Ona görə də həmin güclər nə qədər müqavimət göstərmək fikrində olsalar da, heç nəyə nail ola bilməyəcəklər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Dünən, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Dünən, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Dünən, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Dünən, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Dünən, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Dünən, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Dünən, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Dünən, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Dünən, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Dünən, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Dünən, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Dünən, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Dünən, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru