Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                 

“Kəlbəcər və Laçın da Ağdam kimi azad olunacaq”
Tarix: 21-11-2020, 09:12 | Çap et
“Kəlbəcər və Laçın da Ağdam kimi azad olunacaq”
Azərbaycan Ordusunun hərbi paradla Ağdama daxil olması zəfər tariximizdə yeni salnamə açır. Ağdamın, eləcə də digər rayonlarımızın azadlığa gedən “yol xəritəsi” şərəfli olduğu qədər də çətindir.

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən hərbi ekspert Ruslan İmamquliyev bir çox nüanslara diqqət çəkib.

- Azərbaycan əsgərinin bir güllə belə atmadan işğaldan azad olunan Ağdam şəhərinə daxil olmasını necə qiymətləndirirsiz?

-Mən Ağdamın azad edilməsini rəşadətli ordumuzun bundan əvvəl əldə etdiyi nailiyyətlərinin nəticəsi kimi qiymətləndirirəm. Ordumuzun Cəbrayil, Qubadlı, Zəngilan, Füzuli və Şuşa şəhərlərində öz qanı bahasına əldə etdiyi nailiyyətləri sayəsində Ermənistan fakt qarşısında qoyuldu. Artıq bu, Qarabağın tamamən azad olunacağını və orda illərdir yerləşmiş, möhkəm istehkamlar qurmuş düşmən qüvvələrinin məhv ediləcəyi demək idi. Düşmən kapitulyasiyaya cəlb olundu və Azərbaycan ərazilərindən çıxmaqla bağlı üçtərəfli bəyanata imza atmağa məcbur edildi. Təbii ki, bəyanata əsasən işğalçının bölgəni tərk etməsinə zəmanət yaradan sülhməramlı qüvvələrin regiona gətirilməsi zərurəti yarandı. Çünki erməni hərbçiləri düçar olduğu bu ağır məğlubiyyətdən və Azərbaycan ordusunun dəmir yumruğunun zərbəsindən vahiməyə düşərək, sülhməramlının gəlişinə imza atmaqla, həm də özünün fiziki müdafiəsinin təminatını yaratmaq istədi. Hesab edirəm ki, bu gün Azərbaycan Ordusunun Ağdama daxil olması orduda əldə olunmuş yüksək nailiyyətdir.

Biz Ağdama xəritədə baxsaq, görərik ki, döyüşlər nəticəsində həm şimaldan, həm də cənubdan ciddi nailiyyətlər əldə olunmuşdu. Xocavəndin azad olunması qüvvələrimizi Xankəndinin sərhəddinə yaxınlaşdırmışdı. Eləcə də Şuşanın azad olunması, Kəlbəcəri artilleriya zərbələri ilə nəzarətdə saxlaya bilməyimiz, Laçın koridorunun yaxınlığında əks-hücumlar nəticəsində əldə olunmuş nailiyyətlərimiz ermənilərin hər tərəfli təminat zolağının kəsilməsi demək idi. Düşmənin bir yol qalırdı; bölgədəki xüsusən də Ağdam, Xocalı istiqamətindəki qüvvələrini geriyə çəkmək... Əgər geri çəkilməsəydilər, mühasirəyə alınacaqdılar və bu bəyanatı imzalamaqdan başqa düşmənin başqa çıxış yolu qalmırdı.

- Siz sonrakı təmizləmə prosesinin Kəlbəcər və Laçında necə keçiriləcəyini düşünürsüz?

-İşğal altında olan rayonlarımızın sadəcə hərbi yolla azad olunmasını arzulamaq və yaxud da düşünmək sadəlöhv yanaşma olardı. Çünki o bölgələrdə mülki əhalinin olmasını və uzun illər ərzində Ermənistan və erməni havadarlarının apardığı informasiya, diplomatik müharibəni nəzərə alsaq, mütləq diplomatik güc alətindən də istifadə olunmasına gərək var idi. Biz bundan uğurla istifadə edə bildik. Bəli, bu gün haqlı olaraq insanlarda bir tədirginlik var. Bu, Rusiya sülhməramlıların burdakı iştirakı və bizim 1992-94-cü ildə yaşadığımız təcrübələrdən qaynaqlanan bir mənzərədir. Amma nəzərə almaq lazımdır ki, bunun da qarşısını almaq, balanslı diplomatik siyasət qurmaq üçün o bölgədə Türkiyəyə məxsus qüvvələrin olması müəyyən edilib. Zamanla Türkiyə qüvvələrinin regiona gəlişinə qarşı çıxışlar edildi. Amma son olaraq Rusiya prezidenti Putin müsahibələrində sülhməramlıların nəzarət mərkəzində Türkiyənin də iştirak edəcəyini təsdiqlədi. Və bu gün Türkiyənin bir dost, qardaş ölkə olaraq öz hərbçilərini regiona göndərməsi o deməkdir ki, artıq o bölgədə bizim qarantımız var. Bundan əvvəl Suriyada, Rusiya-Türkiyə qarşılıqlı münasibətlərindən doğan ortaq əməliyyatlar aparılıb və Türkiyənin iştirakı ilə hadisələrin nə dərəcədə ədalətli həyata keçirdiyi ortadadır. Ona görə də tədirgin olmağa ehtiyac yoxdur. Daha önəmli olan məsələ budur ki, biz bu gün döyüşlərdə bir daha sübut etdik ki, bizim güclü, dəmir yumruqlu ordumuz var. Əgər hər hansı bir halda problem yaranarsa, o öz zərbəsini vurmağa hazırdır. Putin də öz çıxışında qeyd etdi ki, bu gün Ermənistan siyasi hakimiyyətinin dəyişməsi və yeni hakimiyyətin bu bəyanatı tanımaması onlar üçün özlərinə sui-qəsd olar. Biz bunun xüsusi olaraq qeyd olunduğunu gördük. Ona görə də bundan sonra bizim edə biləcəyimiz iş, Azərbaycan xalqının milli iradə ətrafında bir güc birliyini göstərməsi, Ordu quruculuğunun daha da təkmilləşdirməsi, o bölgədə infrastruktrun inkişaf etdirilməsi və o bölgəyə tam yerləşə bilməkdir. Erməni işğalçılarının həmin regionu tərk etməsi o demək deyil ki, hər şey bitdi. Təbii ki, o bölgənin minadan təmizlənməsi, müxtəlif təxribatları olacaq. Bu təxribatların qarşısını almaq üçün Azərbaycan ordusu, Azərbaycanın bir sıra nazirlikləri, güc struktirları artıq öz fəaliyətlərini görmək üçün daha təmkinli və daha diqqətli olmalıdırlar.

Kəlbəcər və Laçın da Ağdam kimi azad olunacaq. Biz adı çəkilməyən digər bütün torpaqlarımızın Azərbaycan əraziləri olduğunu əvvəldən də bəyan etmişdik. Dünya ərazilərimizi, onun bütövlüyünü tanıyır. Bundan əvvəl də 4 bəyanat verilmişdi. Biz sadəcə 44 günlük müharibədə bu bəyanatın tələblərini və öz ərazi bütövlüyümüzü təmin etmək üçün üzərimizə düşəni etdik. Burda siyasət araya girdi. Amma bu o demək deyil ki, biz ordunun gücündın imtina edirik. Hər hansı bir təxribat olacaqsa, onun qarşısını ala bilmək üçün güc orqanlarımız səfərbərdir və ordu quruculuğunda da Ali Baş Komandan dediyi kimi istənilən lazımı yenidənqurma işləri davam etdiriləcək.

- Ruslan müəllim, Qarabağla bağlı mübahisəli nüanslar daha çox Xankəndi ilə bağlı meydana çıxır. Bir tərəfdə Azərbaycan ordusunun qalibiyyəti, zəfəri, digər tərəfdə düşmən, sülhməramlı qüvvələr və onların Xankəndində erməni xunta rəhbərliyi ilə görüşlələri, ermənilərin Xankəndinə köçürülməsi Qarabağdan Azərbaycan ictimaiyyətinə narahatlıq doğurucu mesajları ötürməkdədir. Bu duruma Ağdamın, Kəlbəcərin, Laçının azad olunmasına baxsaq, Xankəndimizin sonrakı həyatını necə təsəvvür etməliyik?

- Ortaya çıxan bu cür nüanslar, erməni xuntanın, rus sülhməramlıları ilə görüşmələri, kimlərinsə bayraqlarının orda asması hamısı informasiya müharibəsi istiqamətində aparılan təxribatdır. Bunların bir çoxu da feyk məlumatlardır. Mən sizə əminliklə deyirəm: bu ermənilərin içinə o qədər xof yerləşdirilib ki, o qorxunun təsirindən çıxa bilmirlər. Ermənilər bir uşağı yetişdirərkən türkü, azərbaycanlını bir türk olaraq düşmən kimi təlqin edirlər. Düşünmürəm ki, bu şəkildə yetişdirilmiş bir erməni uşaq və o hisslə böyüyən orta yaşlı erməni orda qalıb axıra qədər yaşasın. Onları məcbur etsələr belə, yaşamaq istəməyəcəklər. Çünki onları bizə düşmən ruhunda böyüdüblər. Lakin hətta yaşasalar da, istənilən halda Azərbaycan qayda-qanunlarına uymalı olacaqlar. Çünki o coğrafiyadakı bütün ordu birləşmələrimiz, daxili qoşunlarımız, dövlət təhlükəsizlik xidməti orqanları o yerlərdə də xidmətini quracaq. Yaşamaq istəyəcəklərsə, yaşasınlar. Yenə də bütün güc strkturlarımız asayişi təmin etdikdən sonra onlar orda heç bir şey edə bilməzlər.

Siz düşünməyin ki, bu döyüşün gedişində təxribatlar təkcə müharibə bölgəsində oldu. Düşmənlərimiz Azərbaycanın mərkəzi şəhərlərində -Bakıda, Sumqayıtda, Gəncədə, hər yerdə terror aktlar törətməyə çalışdılar. Amma bacarmadılar. Ali Baş Komandanımız boşuna deməyib ki, “Status -kvo bitdi” və bunun qəti şəkildə belə olacağına inanıram.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru