Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                 

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir” - deputat
Tarix: 13-11-2020, 09:32 | Çap et
“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir”
Milli Məclisin deputatı Cavid Osmanovun Pravda.az-a müsahibəsi:

- Hazırda müharibə başa çatıb. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi cəmiyyətə hansı ab-havanı gətirdi?

- İlk növbədə başda Prezident İlham Əliyev olmaqla, xalqımızı təbrik edirəm. Bu, Azərbaycanın tarixi və şanlı qələbəsidir. Son 500 ildə ilk dəfədir ki, işğal altında olan torpaqlarımız azad edilir. Təbii ki, bunun əsasında Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində qurduğu güclü iqtisadiyyat, ordu quruculuğu, ictimai-siyasi sabitlik dayanır. Azərbaycan xalqı Prezidentinə inanır, güvənir. Bu müharibə Azərbaycan xalqının milli qürurunu, mənliyini özünə qaytardı. 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi, erməni vandalları bizim hisslərimizə toxunurdular. Nəticədə düşmən layiqli cavabını aldı. Artıq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. 44 gün ərzində Azərbaycanın rəşadətli ordusu misilsiz qələbə çaldı, düşmənin “məğlubedilməz ordu” mifini darmadağın etdi. Ordumuz düşmənin başından elə vurdu ki, hələ də özünə gələ bilmir. Ən önəmli məqamlardan biri də odur ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəddə Naxçıvanla kommunikasiyanın yaradılması əksini tapıb.

- İmzalanan bəyanat günlərdir ki, müzakirə olunur. Rusiya sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsindən narahat olanlar var. Sizcə, Rusiya sülhməramlıları Qarabağa niyə gəldi?

- Bəyanatın bəndlərinə baxsaq, görərik ki, hər biri ölkəmizin xeyrinədir. Sənəddə bildirilir ki, Ermənistan nəzarət etdiyi Kəlbəcər rayonunu 15 noyabradək, Ağdamı 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarır. Bu ərazilər döyüşsüz itkisiz Azərbaycana qaytarılır. Xankəndi, Xocalı və Xocavənddə də Azərbaycan qanunları işləyəcək, orada bayrağımız dalğanacaq. Doğrudur ki, insanları Rusiya sülhməramlılarının bölgəyə gəlişi narahat edir. Sülhməramlıların iştirakı vacibdir. Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir. Bu, Rusiyanın hərbi bazasının yaradılması deyil. Bu qüvvələrin məqsədi sırf sülhü bərqərar etməkdir. Göründüyü kimi, sülhməramlıların sayı çox deyil, belə ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. İnsanlar elə başa düşməsin ki, 1990-cı illərdir, zaman dəyişib, ölkəmiz güclənib. Rusiya ilə Azərbaycan yaxın tərəfdaşdırlar, mehriban qonşudurlar. Hər kəs gördü ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytrallıq nümayiş etdirdi. Qeyd etdi ki, döyüşlər Azərbaycanın ərazisində gedir, müdaxilə etmək etmək haqqımız yoxdur. İnsanlar əmin olsunlar ki, narahatlığa əsas yoxdur. İşğala qədər orada yaşayan ermənilər ölkəmizin qanunlarına tabe olmaqla qalacaqlar. Sülhməramlı qüvvələr həm ermənilərin, həm də azərbaycanlıların təhlükəsizliyini təmin edəcək. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırki müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddəti növbəti 5 il üçün uzadılır. Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar. Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Qurum Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq. Təəssüf edirəm ki, şanlı qələbəmizə anti-milli qüvvələr kölgə salmağa çalışırlar. Onlar Azərbaycan xalqının bir nömrəli düşmənləridir. Həmin şəxslər milli birliyə zərbə vururlar. İnsanlar onları tamamilə təcrid ediblər.

- Birgə yaşayışla bağlı fikirləriniz maraqlıdır, mümkün olacaqmı?

- Müharibədən sonrakı prosesin ən çətin dövrü budur. Nəzərə alın ki, 30 il müddətində qan tökülüb, düşmən münasibətdə olmuşuq. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində xüsusi vurğulayıb ki, işğala qədər orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bundan sonra da onların yaşayışı üçün nə lazımdırsa, ediləcək. Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayırlar. Ölkədə 30 mindən artıq erməni var, onlarla bağlı hər hansı problem yaşanmayıb. Yəni biz birgəyaşayışa hazırıq. Amma Ermənistan isə monoetnik dövlətdir. Ona görə də bir qədər çətin olacaq. Burada əsas məsələ ərazi bütövlüyümüzün bərpa olunmasıdır, bu, qələbədir. Sentyabrın 27-dək bəzi güzəştlərə hazır idik, amma hazırda diktə edən tərəfik. Bu uğurun əsasında Prezident İlham Əliyevin qətiyyətli olması dayanır. Ermənilərin abır-həyaları olsaydı, o ərazilərə gəlməzdi, amma gələcəklər də, yaşayacaqlar da...

- Naxçıvan dəhlizinin Azərbaycan üçün önəmi nədən ibarətdir? İddia edirlər ki, dəhliz Ermənistana daha çox sərf edir, qismən blokadan çıxır…

- Bu, yanlış fikirdir. Dəhlizin önəmi Azərbaycanla Naxçıvanı quru yolla birləşdirir. Ermənilər ağılsızlıq edəcəklərsə, o dəhlizdən də məhrum olacaqlar. Ermənilər “dəmir yumruğu” yaddan çıxarmayacaqlar. Ağılla hərəkət etsələr, digər ölkələr kimi bölgənin iqtisadi potensialından istifadə edərlər. Ermənilər Azərbaycan torpaqlarını işğalda saxlamaqla öz iqtisadiyyatlarını məhv etdilər, özlərini dilənçi gününə saldılar. İnkişaf etmək istəyirlərsə, sülh şəraitində yaşamalıdırlar.

- Ermənistan bundan sonra hansı davranışı sərgiləcək, sizcə? Hər hansı təxribat meyilləri ola bilərmi?

- Ermənistanın hazırki vəziyyəti Azərbaycanın 1990-cı illərdəki vəziyyətinə bənzəyir. Ölkədə hakimiyyətsizlik, xaos hökm sürür. Ermənistanda böhran daha da dərinləşib. Düşmənimiz məkrlidir, namərddir. Terror təşkilatlarının çoxu elə Ermənistanda formalaşıb. Bütün bunları nəzərə alaraq, diqqətli olmalıyıq, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin tövsiyələrinə əməl etməliyik. Ermənilərdən hər şey gözləmək olar. Düşmənin məkrli olduğunu heç zaman unutmamalıyıq. Azərbaycan yaxın gələcəkdə daha güclü dövlətə çevriləcək. Prezidentin qurduğu strategiya ölkəmizi önə aparır.

- Bəzi siyasətçilər Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması təklifi ilə çıxış edirlər. Sizcə, bu mümkündür?

- Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı dünyaya nümunədir. İkinci belə nümunə yoxdur. Azərbaycan və Türkiyə həmsərhəddirlər, hansısa ölkəyə təhdid olarsa, bir-birilərinə dəstək verirlər. Türkiyənin hərbi bazaları öz ərazisində, Azərbaycanın da hərbi bazaları öz ərazisindədir. İstənilən məsələdə Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni dəstəkləyir.

- Fransanın mövqeyini necə qiymətləndirirsiniz?

- Azərbaycan qələbə çaldıqdan sonra Fransa Xarici İşlər Nazirliyi qərəzli bəyanat yaydı. Fransa döyüşlər başlayandan Ermənistana açıq dəstək verirdi. Fransa unudur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindəndir, mandatı var. Onlar insan haqları məsələsinə də toxunublar. İlk növbədə Fransanın özündə insan haqlarının tapdanmasını görməlidirlər. “Sarı jiletli”lərin aksiyaları hər kəsin yadındadır, onlarla insan qətlə yetirildi. TF1 telekanalı cəbhədən reportaj hazırladığına görə təhdid edilirdi. Amma buna qarşı Fransanın hansısa rəsmisi etiraz etmədi. Azərbaycan xalqının hüquqları ermənilər tərəfindən 30 ildir, tapdanır. Biz bu məsələdə Fransanın heç bir bəyanatını görməmişik. Ermənistan terrorçu dövlətdir, Fransa da Ermənistanı dəstəkləyirsə, deməli, beynəlxalq terrorizmə dəstək verir. Biz bundan təəssüflənirik. Bütün bunlar bizə mane ola bilməz, artıq qələbə çalmışıq. Fransa rəhbərliyi bilməlidir ki, Qarabağ Azərbaycandır!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru