Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                 

"Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək" - Partiya sədri
Tarix: 7-11-2020, 09:10 | Çap et
"Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək"
Kosovo prezidenti Haşim Taçi hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunur. “Yeni Müsavat” xəbər verir ki, Taçi faktı təsdiqləyib. Prezident deyib ki, ona qarşı irəli sürülən iddia səbəbindən vəzifəsindən istefa vədini yerinə yetirib.

Taçi 1998-99-cu illərdəki müharibə zamanı Serbiyanın təhlükəsizlik qüvvələrinə qarşı döyüşən etnik Alban partizan qrupu olan Kosovo Qurtuluş Ordusunun (UCK) komandiri olub. Xüsusi təyinatlı prokurorluq (SPO) Taçi və digər şübhəliləri 100 nəfərin qətlində əli olmaqla yanaşı, insanların itkin düşməsi, təqib olunması və işgəncə verilməsi kimi cinayət işlərində günahlandırıb. İddialara görə, cinayətlər yüzlərlə Kosovo albanı, serblər, qaraçılar və digər etnik azlıqlar, habelə siyasi opponentlərə qarşı törədilib. Taçi hərbi cinayətlərdə əli olduğunu rədd edib.

Müharibə cinayətlərinə görə çoxlu siyasətçi, hərbçi ittiham olunub. Bu, ilk belə fakt deyil. Məsələn, serb Ratko Mladiçi qeyd etmək olar. “Serb qəssabı” ləqəbli general insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi olub. Onun həbsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdü.

Mladiçin yeri haqda məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. O, 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb, 2017-ci ildə Haaqa məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum olunub. Eyni sözləri Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç haqda söyləmək olar. O, Yuqoslaviya dağılandan sonra müharibələrdə soyqırımı və insaniyyətə qarşı cinayətlərdə ittiham olunurdu.

Bu presedentləri əsas götürərək Azərbaycan tərəfi də müharibədən sonra Ermənistanın siyasi-hərbi cəlladlarını mühakimə edə bilər. İstər Köçəryan-Sərkisyan rejimi olsun, istərsə indiki Paşinyan hakimiyyəti, onların günahsız insanların qanına əli batıb. Düşmən ölkənin keçmiş rəhbərliyi Xocalı qətliamının müəllifləridir, hazırkı isə Gəncə, Bərdə terrorlarının memarları sayılırlar.

Odur ki, savaş qurtardıqdan sonra erməni canilərinin beynəlxalq tribunallarda mühakimə edilməsi heç də mümkünsüz iş deyil. Necə ki, ötən əsrdə yəhudilərə qarşı cinayət törətmiş alman faşistləri Nürnberq tribunalında, İkinci Dünya müharibəsindən sonra təqsirli sayılan yaponiyalılar Tokio tribunalında cəzalandırıldı, eləcə də Baş Prokurorluğun topladığı faktlar cinayətkar erməniləri məsuliyyətə cəlb etməyə imkan verəcək.

Bu gün Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayət əməlləri ilə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrində yayılan məlumatlar, münaqişə ilə bağlı sosial şəbəkələrdə paylaşılan fikirlər də Baş Prokurorluq üçün lazımlı materiallardır. Bir sıra xarici KİV-lərdə Gəncəyə atılan raketlərin günahkarı kimi birbaşa Nikol Paşinyan təqsirləndirilib. Bəzi mənbələrdə isə bu əmri müdafiə nazirinin verdiyi iddia olunur. Məşhur erməni bloqer Tiqran Köçəryan da Gəncə hadisəsində məhz Paşinyanın günahkar olması ilə bağlı paylaşım edib. Həmçinin, ehtiyatda olan polkovnik İqor Korotçenko televiziyada çıxışı zamanı Gəncə hadisəsini hərbi cinayət adlandıraraq qeyd edib ki, raket zərbəsi üçün əmri ya Paşinyan, ya da Tonayan verə bilər. Öz növbəsində rusiyalı politoloq Yevgeni Mixaylov bildirib ki, törətdiyi cinayətlərə görə Nikol Paşinyanı Haaqa Tribunalına vermək lazımdır.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın həm keçmiş, həm indiki hərbi-siyasi rəhbərliyini beynəlxalq tribunala vermək üçün kifayət qədər əsaslar var. Onun sözlərinə görə, 90-cı illərdə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi çoxsaylı beynəlxalq xarakterli, insanlığa qarşı olan cinayətlər törədiblər: “İlk növbədə Xocalı soyqırımını qeyd etmək olar. Eyni zamanda, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə aparılıb, daha sonra təcavüzkar müharibə davam etdirilib, ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirilib. Bütün bu cür cinayətlər Haaqa Məhkəməsi üçün material və əsas ola bilər”.

Hüquqşünas əlavə etdi ki, Ermənistanda iqtidarda olan indiki rəhbərlik də sabiq qüvvələrdən az cinayət törətməyib: “Gəncədə dinc insanların yatdığı yerdə raketlə vurulması, özü də bu terrorun iki dəfə baş verməsi, aralarında azyaşlı uşaqlar da olmaqla onlarla insanın qətlə yetirilməsi, günün günortaçağı Bərdənin mərkəzinə 6 kaset bomba atılması və qadağan edilmiş raketlərlə 20-dən çox mülki insanın, körpələrin öldürülməsi Paşinyan hakimiyyətinin hərbi cinayətləridir. Bundan əlavə, Tərtərdə mülki əhali arasında ölənlər var. Cəbhədən aralı olan Mingəçevir, Ağcabədi və başqa rayonlarımız atəşə tutulub. Faktiki sentyabrdan bu yana 92 nəfər dinc insan erməni terrorunun qurbanı olub. Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək”.

Q.Əlibəyli bildirdi ki, burada hüquqi əngəl Azərbaycan və Ermənistanın Haaqa Məhkəməsinin nizamnaməsini bu günə kimi təsdiqləməməsidir. Partiya sədri hesab edir ki, bunun üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək hüququmuz var: “Azərbaycan Ermənistanın keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin törətdiyi cinayətlərlə bağlı sənədləri, sübutları BMT-nin Təhlükəsizlik Şurasına təqdim edə bilər. Həmin qurum isə Haaqa Məhkəməsinə yönləndirməli, işə baxılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru