Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                 

"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Tarix: 21-10-2020, 08:32 | Çap et
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur"
“Hər bir millətin gələcəyi, uğuru, zəfəri, başucalığı, rifahı və nüfuzu təhsilə bağlıdır desəm, təbii ki, Amerikanı yenidən kəşf etmiş olmaram. Ölkəmizdə güclü təhsil sistemi var desək yalan olar. Universitetlər, elmi-tədqiqat mərkəzləri, Elmlər Akademiyası güclü kadrlar, mütəxəssislər hazırlayıb bazara buraxır desək, adama deyərlər ki, yalan danışma. Biz 10 milyonluq xalqıq və elə coğrafiyada yerləşirik ki, sağ qalmaq uğrunda mübarizə aparmalı oluruq.

O qədər kiçik xalqlar var ki, möcüzə yaradıblar. İsrail, Sinqapur, Luksemburq, onlarla digər əhalisi az olan ölkələr texnologiya, elm, kəşf sahəsində böyük ölkələri ötüb keçib belə. Biz də möcüzələr yarada bilərik. Amma şagirdlərə “Kulikovo döyüşü nə zaman olub?” sualını verməklə və “1380-ci ildə” rəqəmini əzbərtləməklə olmayacaq. "Dünyada neçə okean var?" sualını verib "4" cavabını almaqla olmayacaq, “Azərbaycan BMT-yə nə zaman daxil olub?”, “Toplananların yerini dəyişəndə nə dəyişmir?” sualına cavab əzbərtləməklə olmayacaq”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. R.Nurullayev bildirib ki, indi müharibə vəziyyətində yaşayan ölkəyik:

“Biz özümüz müasir silahlar, pilotsuz uçan aparatlar, tanklar, təyyarələr, qırıcılar, mühəndislik istehkamları, yüksək-dəqiqli texnologiyalar hazırlamalıyıq və kodları da özümüzdə olmalıdır. Demirəm ki, bunları etmirik və yaxud etmək istəmirik. Bu işlərlə, xüsusən hərbi sənayeninin inkişafı ilə bağlı konkret addımlar atılıb, amma biz bir çox komponentləri yerli istehsal olan milli məhsullarımızın hazırlanması üçün elmə və təhsilə böyük məbləğlər yatırmalıyıq. Azərbaycanda kosmik sənaye və peyklərimiz var. Biz bu sahədə ciddi yatırımlarla və mütəxəssis hazırlamaqla daha böyük nailiyyətlər əldə edə bilərik.

10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur. Biz niyə koronovirusa qarşı peyvənd hazırlamaq istəmirik? Ümumiyyətlə, bizdə tibb sahəsində elmi araşdırmalar niyə yoxdur? Varsa, hanı o nəticə? Yoxdur. Bütün sahələr də belə. Bildiyimə görə, Elmin İnkişafı Fondu var. Neçə illərdir yaranıb. Bu fondun fəaliyyətinin nəticəsi nə olub? Nələri maliyyələşdiriliblər, onları səhiflərindən görə bilərik. Amma bilmək istəyirəm ki, konkret hansı nəticələr var və o nəticələr sizin, bizim, xalqımızın firavan, rahat yaşaması üçün hansı rolu oynayıb? Hansı elmi nəticələr var və biz bu elmi məhsullarla dünya bazarına çıxmışıqmı?".

Deputat bildirib ki, bu, vacib məsələdir:

"Təklif edirəm ki, Elmin İnkişafı Fondunun səlahiyyətli şəxslərini Parlamentə dəvət edək və onlar bizi də məlumatlandırsınlar. Jurnalistlərə təklif edirəm ki, araşdırma aparsınlar, nəticəsini dərc etsinlər. Bəlkə ciddi uğurlar var, biz məlumatsızıq. Hər bir şagird potensial savada malik olmalıdır. Gəlin bir məktəb seçək və istənilən bir sinfə daxil olub şagirdlərin bilik səviyyəsini yoxlayaq. 30 nəfər şagirdin içindən bir-iki nəfər fərqlənəcək. Savad deyilən məsələ bitmək üzrədir. Bu, həyəcan təbilini çalıram və deyirəm ki, orta məktəblərdə təhsilin səviyyəsi qalxmasa, bu ölkə heç zaman normal yaşaya bilməyəcək.

Müəllimlərin çoxunun heç dərs keçmək, öz üzərində işləmək həvəsi də yoxdur. Birinci növbədə, büdcəmiz imkan verən kimi müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir. Ölkədə yaşlıların təhsili də vacibdir. Biz normal, rifah içində və təhlükəsiz yaşamaq istəyiriksə, təhsilimiz və səhiyyəmiz ən üst səviyyədə olmalıdır. Yeni nazirdən gözləntilər çoxdur, amma bu məsələ bir nazirlə həll olunası deyil. Buraya ciddi dövlət intervensiyası və maliyyəsi lazımdır. Peşə təhsili ilə bağlı müəyyən işlər görülüb. Amma bunlar dənizdə damladır. Valideynlər çalışır ki, övladları ali təhsil məktəbinə daxil olsun, təki diplom alsın. Diplomlu savadsıza çevrilirlər. 8-ci sinifdən bilik, dünyagörüşü, həvəs, istedad qiymətləndirilməli və sınaqdan çıxmayanlar peşə məktəblərinə yönləndirilməlidir. Nə olsun ki, bir şagird 11-ci sinfi qurtarıb attestat alacaq. Məgər kağız-kuğuz, diplom, əzbərçilik nəyisə həll edir? Biz mütəxəssislər, kadrlar yetişdirməliyik. Bunun üçün hər bir şagirdə fərdi yanaşma olmalıdır, ciddi maliyyə lazımdır və mütləq bunu təmin etməliyik.

Mətbuatdan oxuyuram ki, bir nəfər mütəxəssisi müsahibə ediblər və deyir ki, kəşflərim var, maliyyəm yoxdur. Biri deyir təyyarə düzəltmişəm, biri deyir vertolyot, biri deyir avtomobil, biri deyir yeni informasiya dalğası, biri deyir peyk və s. Yazıqlar sənəd əlində o qapını -bu qapını gəzirlər, görüşüdükləri adamlar da yəqin onlara ürəyində gülür ki, başı xarab olub. Çünki, İQ-su onu qavramağa çatmır.

Bunun üçün də start up fondları olmalıdır. Bu cür insanları maliyyələşdirmək vacibdir. Batırsa maliyyə batsın. Məgər bütün layihələr uğurlu olur? Bu insanların beyinlərinin məhsulunu materiyaya çevirmək üçün vəsaitləri olmalıdır. Belə ixtiraçılara sadələşmiş maliyyə mexanizmi olmalıdır. Ya mövcud fondlar onlara vəsait ayırsın, ya da ayrıca bir Fond yaradılsın ki, ixtiraçılar öz ixtiralarını həyata keçirmək üçün maliyyə mənbəyi əldə edə bilsinlər. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı olmalıyıq?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru