Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                 

“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“ - DEPUTATDAN ÇAĞIRIŞ!!!
Tarix: 10-10-2020, 10:06 | Çap et
“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“
Azərbaycan ordusu 27 sentyabrdan etibarən işğalçı Ermənistan ordusunu darmadağın etməklə, düşməndən təmizlədiyi torpaqlarımızda bayrağımızı ucaltmaqla tarix yazır. Belə bir gündə hər bir azərbaycanlının ürəyi ordumuzla birgə döyünür, qulağı, gözü cəbhədən gələn xəbərləri axtarır. Hər birimiz əminik ki, Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti və xalqımızın dəyanəti sayəsində qələbə bizimlə olacaq, Cənubi Qafqazın qarayarasını birdəfəlik kəsib atacağıq.

123 saylı Kəlbəcər seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov “Yeni Müsavat”ın suallarını cavablandırdı, ordumuzun zəfərləri barədə danışdı.

- Aqil bəy, Vətən savaşının ilk günlərindən başlayaraq, Kəlbəcər istiqamətində ordumuzun uğurları barədə xəbər aldıq. Hazırda vəziyyət necədir? Yəqin, bizim xəbərdar olmadığımız çox məsələlər var ki, siz onlar barədə məlumatlısınız. Oxucularımıza bu barədə nə deyə bilərsiniz?

- Ordumuz əks-hücum əməliyyatlarını çox uğurla davam etdirir. Ötən müddət ərzində Azərbaycan ordusu hər gün öz gücünü qarşı tərəfə göstərə bilir. Ermənistan ordusu hər gün çoxsaylı canlı itki verir, saysız-hesabsız hərbi texnika, hərbi sursat məhv edilir, yaxud qənimət olaraq götürülür. Aldığımız xəbərlər hər birimizi ruhlandırır. Ötən müddətdə Azərbaycan ordusu bir sıra yaşayış məntəqələrini, o cümlədən hərbi əhəmiyyətə malik olan yüksəklikləri ələ keçirib, o cümlədən Murovdağ və onun ətrafındakı yüksəkliklər ordumuzun nəzarəti altındadır. Bu zəfərlər hər birimizi sevindirir. Bu gün əsgərlərimizin Kəlbəcər torpağına ayaq basması qələbədir. Azərbaycan ordusu tariximizin şanlı səhifələrini yazır.

- Murov yüksəkliyi, onun strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Murov yüksəkliyi dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir və döyüşün ilk günlərindən ordumuzun nəzarətindədir. Qarşıda Camışdağ yüksəkliyi var ki, aldığımız məlumata görə, artıq həmin ərazi də ordumuzun nəzarəti altındadır. Artıq Göyçə istiqamətindən Kəlbəcərə gələn və Kəlbəcərdən Ağdərə istiqamətinə gedən yol ordumuzun tam nəzarətidədir. Ona görə hərbi əhəmiyyətə malik olan yüksəklik deyirik ki, o yollara nəzarət imkanı verir. Həmin yüksəkliyin əhəmiyyəti həm də ondan ibarətdir ki, oradan geniş əraziləri müşahidə etmək imkanı yaranıb.

- Yəqin ki, siz zamanında Murovdağ yüksəkliyində olmusunuz, eləmi?

- Əlbəttə. Kəlbəcər işğal olunmamışdan qabaq mən Murovdağ yolundan keçərək dəfələrlə Kəlbəcərə gedib-gəlmişəm. Qışda da getmişəm ordan. Maşınların sürüşüb yolun kənarında qaldığı dövrdə də getmişəm, yaz ağzı, payızda da. Çox çətin idi o zamanlar. Yaz ağzı, hətta yay günlərində o yolla gedib-gəlməyin özü bir qəhrəmanlıq idi. Əvvəllər ora 2-3 difirli maşınlarla gedib-gələ bilirdik. Vaxtaşırı əlaqə saxlayırıq. Bu gün yol tam nəzarət altındadır, işlək vəziyyətdədir, ordumuz üçün maneə yoxdur. Təbii ki, çox yüksəklik olduğu üçün hava soyuqdur, qarın hər an gəlməsi gözləniləndir. Əsgərlərimizə güc-qüvvət arzulayırıq.

- Oradan Kəlbəcərin mərkəzinə nə qədər məsafə var?

- Camışdağ yüksəkliyi Kəlbəcərə daha yaxındır. Ordan daha yaxşı nəzarət etmək mümkündür. Amma bizim elə silahlarımız var ki, hətta indiki mövqelərimizdən də nəzarət etmək imkanımız var. Bir məsələyə toxunum ki, bizim Ermənistanla 136 km-lik sərhədimiz var, dağlı-dərəli. Amma əmin olun ki, Ermənistandan gələn yola tam nəzarət var. İndiki mövqelərimizdən Kəlbəcərin mərkəzinədək hardasa 30-40 km-lik məsafə var. İnşallah, ordumuz tezliklə Kəlbəcərə qələbə bayrağımızı sancar!

Yuxarıda qeyd etdiyim kimi, Göyçə istiqamətindən gələn yol Kəlbəcərə keçir, ordan Laçın istiqamətinə də gedir. O yol da sonradan çəkilib, birinci Qarabağ savaşı dövründə. Çünki Ağdərə istiqamətinə gedən yol ermənilər tərəfindən dayandırılmışdı. Birinci Laçın istiqamətinə gedən yol açıldı, sonradan Kəlbəcər-Murovdağ, Göygöl yolu. O, müharibə dövrü çəkilən torpaq yoldur, müharibə dövründə çəkilib. Amma əsas magistral yol Kəlbəcər-Ağdərə və Dağlıq Qarabağ istiqamətinə aparan yoldur. Bildiyiniz kimi, İran tərəfdən də işğal olunmuş ərazilərimizə yol var. Aldığımız məlumata görə, həmin yollar da ordumuz tərəfindən nəzarətə götürülüb. İnşallah, hər gün uğurlarımız artır, ordumuz qələbələr qazanır. Özü də ordumuz beynəlxalq qanunları gözləmək şərtilə irəliləyir, dinc əhaliyə atəş açmır. Amma Ermənistan ordusu nəinki sərhədboyu yaşayış məntəqələrinin əhalisini, hətta digər bölgələrdəki sakinlərimizi də atəşə tutur. Bu da cinayətdir, beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır.

- Gördüyümüz ki, ordumuzun zəfərlərini sinirməyən qüvvələr də var. Bu günlərdə Azərbaycanın dostları da, özünü “dost”, “müttəfiq” göstərib, əslində işğalçının yanında qərar tutan sifətsizlər də məlum oldu. Siz düşmən mövqedə olan və Azərbaycana qarşı fitnə-fəsad siyasəti yürüdənlərlə bağlı nə deyərdiniz?

- Hamı bilməlidir ki, bu gün Azərbaycan xalqı, Azərbaycan ordusu haqq yolundadır. Biz kiminsə torpağında müharibə aparmırıq, bu, Vətən müharibəsidir. Ermənistanın 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinə bəzi beynəlxalq təşkilatlar, siyasi qurumlar, ayrı-ayrı paytaxtlar bu günə qədər göz yumdular. Amma baxın, bu gün artıq həmin siyasi qurumlar aktivləşib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Fransa başda olmaqla, ədalətsiz bəyanatlar verməkdə davam edirlər.

- Faktiki olaraq işğalçı Ermənistanı xilas üçün hərəkətə keçiblər...

- Bəli, açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edirlər. Bu gün bizə bəlli olur ki, niyə bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətsiz olublar. Artıq onlar konkret şəkildə öz mövqelərini göstərirlər. Bütün bu bəyanatların, çıxışların bir cavabı var. Hər kəs bilməlidir ki, ədalətli olmayan bir sistemdə Azərbaycan əsgəri ədalətli qanunu yazmalıdır. Azərbaycan prezidenti bunu dəfələrlə vurğulayıb ki, əgər Ermənistan tərəf beynəlxalq qanunları pozursa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etmirsə, ona qarşı heç bir cəza tədbiri icra olunmursa, Azərbaycan niyə öz hüquqlarını qorumamalıdır?

- Aqil bəy, bu gün ölkə ictimaiyyətindən gələn bir sosial sifariş, israrlı xahiş və tələb var: hərbi əməliyyatlar sonadək davam etdirilməlidir, son qarış ərazilərimiz azad edilənə qədər. Siz necə düşünürsünüz?

- Edilən çoxsaylı zənglər, keçirdiyimiz görüşlər, cəbhə bölgəsindəki təmaslar zamanı xalqımız yekdilliklə nümayiş etdirir ki, biz bu gün Ali Baş Komandanın, ordumuzun ətrafındayıq, eyni zamanda 27 sentyabr tarixdə Ali Baş Komandanımızın verdiyi əks hücum əmrini yekdilliklə bəyənirik. Arzu-istəyimiz, xahişimiz ondan ibarətdir ki, ərazilərimiz işğaldan tam azad olunana qədər “dur” əmri verilməsin!

Xalqımız bu gün ordumuzun arxasındadır, əsgərimizə dayaqdır. Mən deyərdim ki, bu günə qədər belə həmrəylik, birlik nümayiş etdirilməmişdi. Bu zəfərin qarşısını heç kim ala bilməz. Biz haqq mübarizəsindəyik. Azərbaycan xalqı öz ordusunun gücünə, qüdrətinə inanır. Ordumuz bu gün müasir silahlarla təmin olunub, həm də nizami ordudur, fiziki cəhətdən sağlamdır. Mən inanıram ki, Azərbaycan ordusu çox yaxın gələcəkdə öz sözünü deyəcək və xalqımıza qələbə müjdəsini bəxş edəcək. O gün uzaqda deyil, biz bunu gözləyirik və inanırıq.

- Bilirik ki, siz Kəlbəcərin Ağdaban kəndində doğulmusunuz və 7 il Kəlbəcər rayonuna rəhbərlik etmisiniz. İnşallah, Kəlbəcər işğaldan azad olunandan sonra öncə haranı ziyarət etmək istərdiniz?

- Mənə Azərbaycanın hər qarışı, o cümlədən işğal altında olan bütün ərazilərimiz əzizdir, seçmək, bir-birindən ayırmaq istəməzdim. O cümlədən Kəlbəcərin hər qarışı mənə əzizdir. Kəlbəcərdə doğulmuşamsa, orda boya-başa çatmışamsa, təbii olaraq ora məni daha çox çəkir. Amma Azərbaycanın hər qarışı doğmadır. Səbirsizliklə Kəlbəcər torpağına ayaq basmaq istəyirəm. Təbii ki, doğulduğum yer, uşaqlıq, gənclik dövrünü keçirdiyim ərazi var. İlkin olaraq yadımda qalan xatirələri bir daha canlı olaraq görmək istəyərdim. Mən icra başçısı işlədiyim dövrdə Kəlbəcər haqqında 3 kitab nəşr etdirmişəm, bir film çəkdirmişdim, orda da dəfələrlə vurğulamışıq ki, Kəlbəcər Azərbaycanın zümrüd qaşıdır. Bu baxımdan çox böyük önəmi var. Həm də qərbdən Azərbaycanın qala qapısıdır. Kəlbəcəri elə-belə almaq mümkün deyildi. Yadınızdadırsa, ulu öndər kəlbəcərliləri qəbul edərkən demişdi ki, Kəlbəcərin işğal tarixinədək duruş gətirə bilməsi bir tərəfdən kəlbəcərlilərin öz qəhrəmanlıqları hesabına olub, digər tərəfdən də Tanrıdan yaradılmış qala kimi olması idi. Odur ki, Kəlbəcəri asanlıqla işğal etmək mümkün deyildi. Baxın, Laçın rayonu da işğal olunmuşdu, Kəlbəcər hələ yerindəydi. O vaxt çox çətin dövr idi, müstəqilliyimizin ilk illəri idi, ordumuz yenicə yaradılırdı, daxildə çəkişmələr var idi, xoşagəlməz vəziyyət yaranmışdı. Düşmən də bu vəziyyətdən istifadə etdi. Eyni zamanda, düşmənə kömək edən qüvvələr mövcud idi. Kəlbəcərin və digər rayonların işğalından sonra BMT Təhlükəsizlik Şurası ardıcıl olaraq 4 qətnamə qəbul etdi. Amma 30 ilə yaxın vaxt keçib, qətnamələrin icra olunmaması ilə bağlı işğalçı Ermənistana bir kəlmə söz deyən yoxdur. Bu gün həmsədr Fransa görün hansı mövqedədir? Bəyan edir ki, biz erməni xalqının yanındayıq. Görün bu, həmsədrliyə yaraşan sözdürmü? Qarabağ məsələsi indiyədək niyə həll olunmayıb, artıq bunun səbəbləri açıq-aşkar ortaya çıxır.

- Bu gün xalq Ali Baş Komandanın arxasındadır, ordumuza dayaqdır və bir nəfər kimi döyüşə atılmağa hazırdır. Belə bir durumda əlavə demək istədikləriniz varmı?

- Azərbaycan ordusu, Azərbaycan xalqı yeni bir tarix yazır. Xalqımız öz həmrəyliyini nümayiş etdirməklə, Ali Baş Komandanın yanında olmaqla düşmənə dərs verir. Azərbaycan bu gün heç bir kənar qüvvənin dəstəyindən istifadə etmədən torpaqlarını erməni işğalından azad edir. Bu gün xalqın yekdilliklə səfərbər olunmasına, əlavə canlı qüvvəyə də ehtiyac yoxdur. Amma Azərbaycana dəstək verən ölkələr də var. Türkiyə dövləti başda olmaqla Azərbaycana dəstək verən bütün ölkələrə öz minnətdarlığımı bildirirəm. Bu gün artıq hər kəs öz iç üzünü göstərdi. Belə bir deyim var: dostunu göstər, deyim kimsən? Bu gün Ermənistan kimi bir faşist ölkəni dəstəkləyən - mən onu fransız xalqına aid etmək istəmirəm - bir lider öz münasibətini ortaya qoydu. Erməni xalqının faşist mövqeyi elə bu adamda da var. 1992-93-cü illərdə də dinc əhalini soyqırıma məruz qoymuşdular. Ağdaban işğal olunanda körpə uşağı atasının qucağında öldürüblər, atası da yaralı. Ata yaralı ola-ola ona yeri qazdırıblar, uşağını basdırıblar ki, görsənməsin, sonra da atanı öldürüblər. Xocalı soyqırımında əliyalın uşaqları, qadınları, ağsaqqal- ağbirçəkləri işgəncə ilə qətlə yetirən ordudan nə cür danışmaq olar? Bu gün də dinc əhali hədəfdədir. Mülki əhalinin nə günahı var? Belə faşist bir dövlətin tərəfində durmaq elə onun tayı olmaqdır, bunun başqa adı yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru