"Hələ ki salnamənin yazılması mümkün deyil" - deputat
Tarix: 6-10-2020, 08:12 | Çap et
 Artıq 10 gündür ki, Vətən müharibəsi davam edir. Bugünlərdə Azərbaycan ordusu böyük uğurlar əldə etdi, 14 kəndimiz, 1 qəsəbə, Cəbrayıl şəhəri erməni işğalından azad edildi. Ötən gün Cəbrayıl rayonunun erməni işğalından azad olunması xəbəri isə Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. Ümumiyyətlə, son günlər hərbçilərimizin müharibədə göstərdiyi şücaətlər bir salnaməyə çevrilib. Bəs görəsən, bu uğurları gələcək nəsillərə ötürmək üçün müharibənin videosalnaməsi hazırlanırmı? Gələcək üçün sənədli filmlər çəkilirmi?
“Yeni Müsavat” mövzu ilə bağlı ekspertlərdən mövqe öyrənib.
Mövzu ilə bağlı ilk olaraq millət vəkili Aqil Abbasın fikirlərini öyrəndik:
“Sənədli filmlər əvvəllər də çəkilirdi, indi də çəkilir. 50 sənədli filmdənsə, bir bədii film daha təsirlidir. Sənədli film isə ona görə lazımdır ki, onlar sənəddir, arxivdir, tarix üçün lazımdır. Sənədli filmlərin bu mənada böyük önəmi var, mütləq çəkilməlidir. Televiziyaların hamısında cəbhə müxbirləri var, oradan reportajlar verirlər, bunlar hamısı sənədli filmlər sayılır. Sadəcə, onlar ssenari əsasında hazırlamaqla sənədli filmə çevirmək olar. Sadəcə, bunu sistemləşdirmək lazımdır”.
Millət vəkili salnamənin yazılması məsələsinə münasibət bildirib:
“Hələ ki salnamənin yazılması mümkün deyil. Hazırda döyüşlər gedir, onu yalnız Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında hazırlamaq olar, bizim bildiyimiz, hamının bildiyi məlumatları mətbuata çıxarmaq, yazmaq, dərc eləmək olmaz. Böyük qələbədən sonra yazıçılar onun salnaməsini də sənədlərdən götürərək yazacaqlar. Bunu da tarixçilər, salnaməçilər yazmalıdır, bu, ayrıca bir peşədir. Məsələn, mən bədii əsər, publisist yazısı yaza bilərəm, amma salnaməni yaza bilmərəm. Onun öz mütəxəssisləri var”.
Bizimlə söhbətdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov bildirdi ki, hazırda videosalnamələr hazırlanır: “Döyüş bölgəsinə ezamiyyətdən yeni qayıtmışam. Müharibə mövzusunda Müdafiə Nazirliyi tərəfindən salnamə çəkilişləri aparılır. Eyni zamanda bu çəkilişlər həm telekanallar, həm də Bakı Media Mərkəzi tərəfindən də həyata keçirilir. Yəni həm ön cəbhədə, həm də arxa cəbhədə bu salnamələr çəkilir.
O ki qaldı sənədli filmlərin çəkilməsinə, müharibə ilə bağlı ümumi olaraq müxtəlif studiyalar tərəfindən çəkilişlər aparılır, söhbət yalnız “Azərbaycanfilm”dən getmir. Yəni həm Mədəniyyat Nazirliyinin qurumları tərəfindən, həm də özəl televiziyalar tərəfindən bu işlər aparılır. Sadəcə olaraq, həmin filmlərin istehsal olunub çıxmasına müəyyən vaxt lazımdır. Çünki paralel olaraq kütləvi şəkildə apardığımız çəkilişlər də, ordumuzun mövqelərinin nümayişi də ola bilər. Ona görə hər şey planlaşdırılmış şəkildə, Müdafiə Nazirliyi ilə razılaşdırılmış şəkildə aparılır".
F.Əhmədov deputat Aqil Abbasın bədii filmlərlə bağlı fikri ilə razılaşdığını deyib: “Bəli, dövrümüzdə bədii filmin insanlar üzərində təsir qüvvəsi daha çoxdur, nəinki sənədli filmlərin. Elə Aqil müəllimin ssenarisi əsasında ”Azərbaycanfilm"də “Dolu” filmi çəkilib. Mədəniyyət Nazirliyi tərəfindən milli qəhrəmanlarımızla bağlı silsilə sənədli filmləri çəkilir. “Salnamə” film studiyasında 50-60-dan artıq sənədli filmlər istehsal olunub. Ümumiyyətlə, Qarabağ hər zaman Mədəniyyət Nazirliyinin prioritet mövzusu olub. İstehsala buraxılmış ən azı 3-4 film Qarabağa həsr olunub. Bir deyim də var, ən yaxşı müharibə filmləri müharibədən sonra çəkilir. Xüsusilə də ordumuzun qələbə xəbərləri bizi sevindirir, bu ağır döyüşlərdən bizim daha çox qəhrəman övladlarımız çıxacaq. Bu da gələcəkdə yaradıcı insanlar olaraq bizi ilhamlandıracaq ki, yeni filmlər ərsəyə gətirək".
AZTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Rəfiyeva isə bildirib ki, hazırda müharibə şəraiti ilə bağlı ayrıca hər hansı videosalnamə çəkilmir: “Bizdə salnaməni yaradan bölgə müxbirlərimizdir. Film çəkməyə gəlincə isə hazırda buna icazə də verilməz. Çünki hər yeri bombalayırlar. Buna nə imkan, nə də şərait var.
Sənədli filmlərin çəkilişi də eyni qaydada, təhlükəsizlik baxımından hələ ki aparılmır. Xüsusi müxbirlərimiz çəkilişlər aparırlar, yəqin ki, o kadrlar əsasında da filmlər də hazırlanacaq". “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31 |
|
|
|
| • Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27 |
|
|
|
| • Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24 |
|
|
|
| • BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20 |
|
|
|
| • Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10 |
|
|
|
| • BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05 |
|
|
|
| • Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54 |
|
|
|
| • Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52 |
|
|
|
| • Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52 |
|
|
|
| • Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50 |
|
|
|
| • Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49 |
|
|
|
| • "O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44 |
|
|
|
| • Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28 |
|
|
|
| • "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25 |
|
|
|
| • "14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17 |
|
|
|
| • “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10 |
|
|
|
| • Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05 |
|
|
|
| • Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04 |
|
|
|
| • Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02 |
|
|
|
| • Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56 |
|
|
|
| • Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52 |
|
|
|
| • İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51 |
|
|
|
| • SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47 |
|
|
|
| • Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45 |
|
|
|
| • “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35 |
|
|
|
| • İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27 |
|
|
|
| • İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25 |
|
|
|
| • "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20 |
|
|
|
| • "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05 |
|
|
|
| • “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58 |
|
|
|
| • Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54 |
|
|
|
| • Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52 |
|
|
|
| • Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49 |
|
|
|
| • Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45 |
|
|
|
| • Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
| • FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37 |
|
|
|
| • Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23 |
|
|
|
| • Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21 |
|
|
|
| • “Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13 |
|
|
|
| • "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12 |
|
|
|
| • Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08 |
|
|
|
| • Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03 |
|
|
|
| • Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02 |
|
|
|
| • 41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44 |
|
|
|
| • Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43 |
|
|
|
| • Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42 |
|
|
|
| • İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21 |
|
|
|
| • Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18 |
|
|
|
|