“Elza Seyidcahanın yeri səhv düşüb” .....                     Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                 

"Bizim xalqımız müharibə ehtimallarına görə, az qalır ki, bayram eləsin" - deputat
Tarix: 25-09-2020, 08:41 | Çap et
"Bizim xalqımız müharibə ehtimallarına görə, az qalır ki, bayram eləsin"
Son günlər “Pikap” tipli nəqliyyat vasitələrinin postlarda saxlanılıb, müharibə məqsədləri üçün cərimə meydançalarına aparılması ilə bağlı məlumatlar yayılıb. Daxili işlər Nazirliyi (DİN) “Pikap” tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar yayılan məlumatlara belə münasibət bildidirib: ““Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə, həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir”.

Bəs, rəsmi olaraq səfərbərlik və müharibə elan edilmədən avtomobillərin yığılması nə dərəcədə doğru və qanunidir?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev AYNA-ya açıqlamasında, qanunvericiliyin buna imkan verdiyini deyib: “Düzdür, hüquqi prosedurlarla bağlı qanunvericiliyə baxmadan heç nə demək olmaz. Yəni, bütün hüquqi prosedurlar gözlənilir, yoxsa yox – dəqiqləşməlidir. Amma ümumən bizim qanunvericilik müharibə dövründə belə bir halın baş verməsinə imkan verir”.

“Azərbaycanda məlum olduğu kimi, atəşkəs elan olunub. Yəni, müharibə başa çatmayıb, sülh elan olunmayıb və biz hal-hazırda müharibə vəziyyətindəyik. Ona görə də düşünürəm ki, bu mövqedən çıxış edərək belə bir addım atırlar”, - deputatbildirib.

BAXCP sədri vurğulayıb ki, “Pikap” tipli maşınlar nəzarətə götürülsə də, dövlət onları həm geri qaytarmalı, həm də istismarı və tamamilə sıradan çıxacağı təqdirdə əvəzini ödəməlidir: “Yəni, bunlar qarşılıqsız olmur. Amma o avtomobillərə nə qədər ehtiyac var, bu, hələlik məlum deyil. Hər halda, müvafiq dövlət orqanları belə hesab edib və görünür ki, buna zərurət var. Ki, bu addımı atıblar. Lakin bir müddətdən sonra məsələlər aydınlaşanda, buna nə dərəcədə ehtiyac olduğu məlum olacaq”.

“Başqa dövrlərdə müharibə olanda, dağıntı, itki və ağır nəticələrə görə, adətən insanlar çəkinirdilər. Amma indi bizim xalqımız müharibə ehtimallarına görə, az qalır ki, bayram eləsin. Çünki bizim milli ləyaqətimiz alçaldılıb, torpaqlarımız işğal edilib. Ona görə də xalq torpaqların azad edilməsini istəyir. Düzdür, bir qrup adam bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışsa da, ümumən əhali atılacaq addımlardana asılı olmayaraq, torpaqların azad olunmasını, işğala son qoyulmasını istəyir. Ən önəmlisi də budur”, - müsahibimiz əlavə edib.

AYNA-nın digər müsahibi, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov isə fərqli düşünür: “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərliklə, həmçinin hərbi avtomobil nəqliyyat ilə bağlı qanunlar var. Bir də Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına görə, silahlı qüvvələrin ehtiyacı üçün nəqliyyat vasitələrinin siyahısı təsdiq olunur. Yəni hansılar ki, zəruri nəqliyyat vasiətləri olmalıdır. Səfərbərlik və ya qismən səfərbərlik elan olunanda, qeydiyyata alınmış həmin nəqliyyat vasitələri artıq prosesə cəlb olunur”.

“İkinci məsələ isə qanunvericilikdə “səfərbərlik yoxdursa, nə edilməlidir” məsələsidir. Qanun müəyyən edir ki, hərbi əməliyyatlar zamanı müvafiq nəqliyyat vasitələri əvəzi ödənilməklə alına bilər. Məsələn, sonuncu dəfə, İkinci Dünya müharibəsi dövründə döyüşlər üçün atların rekvizisiyası olmuşdu. Düzdür, vətəndaşdan avtomobilin qeydiyyatı ilə bağlı məlumatların alınması qanunsuz deyil, ancaq nə qədər səfərbəlik elan olunmayıb və müharibə şəraiti yoxdursa, avtomobilin şəxsin əlindən alınıb cərimə meydançasına qoyulması düzgün deyil”, - hüquqşünas deyib.

Gözəlov məsələyə mülkiyyət hüququnun qorunması prizmasından da yanaşıb: “Əgər müharibə şəraiti və səfərbərlik varsa, mülkün əvəzində qarşılığı ödənilməlidir. Azərbaycan Respublikasında “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun 8.1 və 8.3 maddəsində deyilir ki, “Müharibə dövründə ölkənin müdafiəsi və dövlət təhlükəsizliyinin təmin edilməsi məqsədiylə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərti ilə, binaları, tikililəri, nəqliyyat vasitələrini və onların mülkiyyətində olan əmlakı təqdim etmək vətəndaşın vəzifəsidir”. Yəni ki, bu, səfərbərlik hazırlığı və səfərbərlik çağırışında vətəndaşın borcudur”.

“İndiki halda isə əmlakın təqdim edilməsi müvafiq sənədləşməyə uyğun həyata keçirilməlidir, ondan sonra vətəndaşlar özləri də müvafiq qaydada səfərbərlik zamanı və müharibə dövründə cəlb oluna bilərlər. Hazırda səfərbərlik elan olunmayıb, sadəcə ehtiyyatda olan hərbi birləşmələrin nümayəndələri növbədənkənar təlimə cəlb olunurlar. Bu təlimə səfərbərlik adı yapışdırmaq da biabırçılıqdır. Bu gün səfərbərlik yoxdur, müharibə hazırlığı yoxdur, kiminsə maşınını hərbi hissənin qarajında saxlamaq heç bir halda düzgün deyil. Onu da da qeyd edim ki, səfərbərliyin elan olunması da Prezident və Milli Məclisin səlahiyyətlərinə aiddir. Digər tərəfdən, elan olunmayan bir səfərbərlik rejimi yoxdursa, insanın əlindən avtomobilini almaq və cərimə meydançasına qoymaq qətiyyən olmaz”, - həmsöhbətimiz əlavə edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru