Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                 

Ölkədə yeni referendum müzakirələri - siyasilərdən fərqli reaksiyalar
Tarix: 23-09-2020, 10:42 | Çap et
Ölkədə yeni referendum müzakirələri
Azərbaycanda konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-yə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyi ilə bağlı dəyişikliyi - parlament respublikasına keçid etməyi vacib sayırlar. Deputat Fəzail Ağamalı istər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də rayonların ləğv edilməsi, quberniya və vilayətlərin yaranması təkliflərini istisna etməyib. Həmkarı Sabir Rüstəmxanlı da bu ideyaları mümkün sayıb.

Referendum təklifinin irəli sürülməsi ölkədə həyata keçirilən yeni siyasi-iqtisadi formasiyanın davamı kimi qiymətləndirilir. Müşahidəçilərin fikrincə, hakimiyyət referenduma getməklə yeni bir sistemin, iqtidar-müxalifət münasibətlərində fərqli mərhələnin təməlini qoya bilər. Bəzi mütəxəssislər indiki halda referendum keçirilməsini imkansız hesab edir. Onların sözlərinə görə, pandemiya şəraitində ümumxalq səsverməsinə getmək risklidir. Amma fərqli yanaşanlar da var. Bəzi şərhçilər hesab edir ki, Rusiya referendum keçirdi, Belarus prezident seçkiləri təşkil etdi. O baxımdan onlayn səsvermə belə mümkündür.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, konstitusiyaya dəyişikliyi barədə müzakirənin zamanı deyil. Deputatın sözlərinə görə, Azərbaycana indiki halda əsas təhlükə Ermənistan və böyük ölkələr tərəfindən var. A.Mollazadə hesab edir ki, digər tərəfdən, pandemiya ciddi problemlər yaradıb, iqtisadi vəziyyətə təsir edib və ortaya referendum məsələsini atmaq cəfəng ideyalardır: “Görünür, kimlərsə darıxır və gündəmə belə mövzular gətirirlər. Düşünmürəm ki, yaxın müddətdə referendum olacaq. Təbii ki, sadaladığınız icra hakimiyyətlərinin ləğvi, proporsional seçki sisteminə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması kimi təkliflər müzakirə oluna bilər. Amma bizim üçün hazırda daha ciddi problem var. Bu da Ermənistanın ehtimal olunan yeni təcavüzü və arxasındakı qüvvələrdir. İstisna etmirəm ki, yeni müharibə başlaya bilər. Üstəlik, pandemiya şəraitində nə referendum ola bilər?”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, seçki sisteminin dəyişdirilməsinə ciddi ehtiyac var. Partiya sədri hesab edir ki, tam mojaritar seçki sisteminə keçid uğurlu alınmadı. Q.Əlibəyli təklif edir ki, qarışıq seçki sisteminin bərpası məqsədəuyğundur. “Yəni parlamentə seçkilərin yarısı proporsional, yarısı majoritar qaydada keçirilə bilər. Düzdür, ölkədə siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb. Amma qarışıq sistemə keçid zamanıdır”, - də müsahibimiz vurğuladı.

Q.Əlibəyli xatırlatdı ki, bir neçə il qabaq icra hakimiyyətlərinin ləğvini təklif etmişdi: “Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi prosesi getməlidir. Yerlərdə bələdiyyələrin səlahiyyəti olduqca azdır. Sadəcə, indi referendum keçirilərsə, yalnız seçki sisteminə dəyişiklik və Milli Məclisə say tərkibinin artırılması ilə bağlı ola bilər”. Partiya sədri hesab edir ki, pandemiya şəraitində referendum keçirilməsi üçün mexanizm müəyyənləşdirilə bilər: “Əvvəla, bu məsələ Prezidentin və Milli Məclisin səlahiyyətindədir. Amma karantin qaydalarına riayət etməklə ya referendumu bir neçə gün keçirmək, ya da seçki komissiyalarının sayını artırmaq olar”.

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, referendumun keçirilməsinin təşkilatı və texniki tərəflərini pandemiya ilə bağlamaq olmaz. Onun sözlərinə görə, dövlət canlı varlıqdır və müxtəlif funksiyaları var, daim hərəkətdədir: “Pandemiyaya görə hansısa proses axsadılmamalıdır. Necə ki, Gürcüstan oktyabrda seçki keçirəcək, bundan əvvəl Rusiya referendum edib, eləcə də biz həm boş qalan 5 deputat yerinə seçki keçirməliyik, həm də referendum olmalıdır”.

T.Abbaslı konstitusiyaya dəyişikliyi zəruri sayır: “Əvvəl 25 yerə proporsional, 100 yerə majoritar sistemlə seçki keçirilirdi. Sonra 125 yer mojaritar sistemlə oldu və çoxpartiyalılığa böyük zərbə vuruldu. Ona görə yeganə yol proporsional sistemin bərpa edilməsi, deputat sayının 150-yə qaldırılmasıdır”. Partiya sədrinin sözlərinə görə, çoxpartiyalı sistemin inkişafı, siyasətin peşəkarlaşması üçün proporsional seçkiyə keçid əhəmiyyətlidir: “İqtidar bundan ehtiyat edirsə, deputat sayını 150-yə qaldırsın, 100 mojaritar, 50 yer proporsional sistemlə seçilsin. Artıq Cənubi Qafqazda Gürcüstan və Ermənistan proporsional sistemə keçib. Bir bizik ki, dünyanın çoxdan imtina etdiyi mojaritar sistemdə qalmışıq. Ona görə referenduma gedilməlidir. Bu, hakimiyyətin elan etdiyi yeni konfiqurasiya istiqamətində önəmli addım olardı və biz partiya olaraq bu təşəbbüsü dəstəkləyirik”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru