BDU tələbələri PULLARINI TƏLƏB EDİR... .....                     “Elza Seyidcahanın yeri səhv düşüb” .....                     Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                 

“Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır” - deputat
Tarix: 22-09-2020, 08:30 | Çap et
“Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır”
“Neçə gündür ki, məktəb açılıb, amma mənim uşaqlarım hələ də onlayn dərslərə qoşula bilməyib. Yalnız həftədə iki dəfə məktəbdə nə öyrədirlərsə, onunla kifayətlənməli oluruq. ”Teams" proqramı telefonuma yüklənmir. Telefonumda artıq nə varsa silmişəm, yenə də alınmır. Bunun üçün daha bahalı mobil telefon lazımdır, almağa imkanımız çatmır".

Övladı 4-cü sinifdə oxuyan Fidan Əliyeva bu sözləri “Yeni Müsavat”a deyib. Onlayn təhsillə bağlı şikayət edən valideyn məktəblərdə əyani təhsilin tam bərpa olunmasını istəyir.

Nəvəsi 3-cü sinifdə oxuyan Səkinə Məmmədova da oxşar problemlə üzləşib: “Dərslər məktəbdə keçirilməlidir. Onlayn dərsə qoşulmaq olmur, internet tez-tez kəsilir. Nənə-bala bilmirik nə edək, necə düzəldək. Müəllim dərsi başa salandan sonra qoşuluruq, onda da gec olur. Zülm çəkirik, belə təhsil olarmı, əsəblərimiz lap korlanıb”.

Sevda Ziyadovanın isə iki övladı ibtidai sinifdə oxuyur və onlar onlayn dərsə qoşularkən problemlə üzləşirlər: “Oğlum 3-cü sinifdə, qızım da 4-cü sinifdə oxuyur. Hər ikisinin dərsi eyni vaxtda başlayır. Bizdə isə bir telefon var. Nə etməliyik, ancaq biri qoşula bilir. Uşağımın biri dərsdən geridə qalır”.

Valideynlər həmçinin onlayn dərslərə bir çox müəllimlərin ciddi yanaşmadığını, bəzilərinin isə yaranmış fürsətdə fərdi hazırlığa meyllənməsi kimi halların olduğunu bildirirlər...

Göründüyü kimi, orta məktəblərdə dərslər açılar-açılmaz narazılıqlar da yaranıb. Bəs görəsən, distant təhsillə bağlı yaranan bu problemi necə həll etmək olar? “Yeni Müsavat” məsələ ilə bağlı ictimai-siyasi xadimlərdən münasibət öyrənib.

“Heç bir təhsil forması əyani təhsilin yerini verə bilməz”

Bizimlə söhbətdə millət vəkili Fazil Mustafa bildirib ki, burada başqa cür tənzimləmə mexanizmini tapmaq çətindir: “Pandemiya dövründə digər ölkələrdə də eyni çətinliklər yaşanır. Sadəcə, orada internet sistemi yaxşı qurulub. Yəni təchizat məsələsi normaldır deyə, belə şikayətlər də olmur. Bizdə insanların yaşayış səviyyəsi aşağı olduğuna görə bir çox hallarda adi internet, telefon şəbəkəsini həyata keçirmək imkanları olmur. Amma bütün hallarda çalışmalıyıq ki, bu vəziyyəti düzəldək. Məncə, daha çox məktəbdə təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır. Heç bir təhsil forması əyani təhsilin yerini verə bilməz. Distant təhsildə həm texniki çətinliklər var, həm də əqli, fiziki baxımdan da dərsi mənimsəmək çətindir. Müəllimlər üçün də çox ağırdır, bir neçə yükü üzərlərinə götürürlər. Amma bundan sonra insanlar nə dərəcədə qaydalara əməl edəcəklər, bu özü problemdir. Hamıdan eyni məsuliyyəti gözləyə bilsəydik, dərslərin canlı olması daha faydalı olardı. Amma bunu təmin edə bilmirik. Səmimiliklə söyləyirəm ki, vətəndaşın xeyli hissəsinin buna əməl edəcəyinə bir zəmanət verilmir. Təhsil Nazirliyi tam olaraq əyani təhsilə keçsə, yoluxma sayı artarsa, səbəbkar onlar olacaqlar. Burada valideynlərin əməl etməsi məsələsi çox önəmlidir. Bu məsələdə valideynləri, ümumilikdə insanları məsuliyyətli olmağa cəlb edə bilsəydik, ölkədə virusla bağlı təhlükə də bu qədər olmazdı”.

“Yeni tədris ili ötənilki qaydada başlaya bilməz”

Təhsil Eksperti Kamran Əsədov yeni təhsil ilində köhnə qaydalardan yararlanmağı düzgün saymır: “Pandemiya səbəbindən mart ayından tədris prosesi dayandırıldı. Həmin dövr üçün yeganə alternativ yol onlayn dərslərin keçirilməsi idi. Buna görə də Azərbaycanda qısa müddətdən sonra ”Teledərslər", “Virtual məktəb” layihəsi həyata keçirildi. Ardınca isə şagird və müəllimlərin “Zoom” “Skipe”, “Teams” proqramlarından istifadə etməklə dərsləri keçirildi. Həmin dövr üçün bu yeganə vasitə idi, hansı yolla olursa-olsun şagirdlər dərs almalı idilər. Amma həmin üsul və vasitələr yeni təhsil ilində şagirdlərdə zəruri bilik və bacarıqların formalaşmasına imkan vermir. Ona görə ki, 2019-cu ildə şagirdlər dərslərə ənənəvi qaydada başlamışdılar. Mart ayına qədər çox böyük bir məsafə qət etmişdilər. Lazım olan bilik və bacarıqların böyük əksəriyyətini ənənəvi qaydada öyrənmişdilər. Ona görə də onlara tədris ilinin qalan hissəssini onlayn qaydada keçirilməsi o qədər də itkiyə məruz qoymadı. Amma yeni tədris ili həmin qaydada başlaya bilməz. Ona görə ki, Azərbaycanda təsdiq edilmiş proqramlar 34 həftəlik, yaxud 210 günlükdür. Dərslərin həftədə 2 və ya 3 gün keçirilməsi həmin mövzuların mənimsənilməsinə imkan verməyəcək. Digər tərəfdən, Azərbaycanda hazırda 1.6 milyon şagird təhsil alır, onun 1 milyon 200 min nəfəri regionların payına düşür. Regionlarda isə təhsil alan şagirdlərin interneti, kompüteri, planşeti yoxdur. Eyni zamanda 30 mindən çox ailədə təhsil alan şagirdlərin sayı 2 və daha artıqdır. Onlar eyni saatda, eyni vaxtda dərsə qoşula bilmirlər. Bu zaman dərsdən yayınma, dərsdən geridə qalmaq kimi ciddi problemlər ortaya çıxır".

“Şagirdlər planşetlərlə təmin olunmalıdır”

Təhsil eksperti bir neçə təklif irəli sürüb: “Problemin həllinin bir neçə yolu var, birinci yol dövlət büdcəsinin vəsaiti hesabına şagirdlərin planşetlərlə, internetlə təmin edilməsidir ki, təhsilin əlçatanlığı təmin edilsin. İkinci atılması vacib və zəruri addım ondan ibarətdir ki, mütləq şəkildə dərs cədvəli fərqli olmalıdır. Çünki ailələrdə iki və artıq uşaq eyni vaxtda oxuyursa, onlar eyni vaxtda dərsə qoşula bilməyəcəklər. Çünki maksimum ailədə bir kompüter, bir telefon olur. Bu necə ola bilər? Məsələn, ibtidai siniflər saat 8-də, 2-ci siniflər saat 10-da, 3-cü siniflər saat 12-də onlayn tədrisə qoşulmalıdırlar.

Digəri isə keyfiyyət məsələsidir. Etiraf edək ki, onlayn dərslər ənənəvi dərslər qədər keyfiyyətli deyil. Nəinki şagirdlər, heç müəllimlərin proqramla işləmək imkanları yoxdur. Ona görə də valideynlər haqlıdırlar. Çünki müəllimlər dərs bölgüsündə problem yaşayırlar. Qruplarda artıq şagirdlərin sayı çoxalıb. Və onlara tam şəkildə dərs keçməyə imkan vermir. Yeganə həll yolu isə dövlət büdcəsinin vəsaiti hesabına bütün şagirdləri geri qaytarmaq şərtilə planşetlərlə təmin edilməsi, eyni zamanda ənənəvi dərslərin sayını artırmaq lazımdır. Şagirdlər iki gün deyil, dörd gün məktəbə gedərlərsə, bu problemlər az yaşanacaq".

“Teledərs”ləri nə üçün edirik?!"

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələyə münasibətini bildirib:

“Bizim teledərslərimiz də yayımlanır. Valideynlərə də tövsiyə etmişik ki, baxsınlar. Teledərslərin baxılmama imkanı yoxdur, çünki həm televiziya vasitəsilə, həm də saytda yerləşdiririk. Bəli, bəzən internetlə bağlı problemlər olur. Bununla bağlı işlər gedir, amma indiki halda bunu dəf etmək mümkün olmur. Bir müddət sonra yəqin ki, mümkün olacaq. Amma bu o demək deyil ki, biz bütünlüklə yalnız onlayn tədrisə önəm verməliyik. Bununla bərabər teledərslər var. Təhsil Nazirliyi bunu təşkil edir, gün ərzində 8 saat olmaqla, Azərbaycanın ən yaxşı müəllimləri səhər saat 10-dan axşam saat 6-ya qədər dərslər verirlər. Bəs biz bunu nə üçün edirik?!”

C.Valehov valideynlərin teledərsləri tənqid etməsinə də münasibət bildirib:

“Baxan var, əsasən bölgələrdə daha çox tələbat var. Biz bu gün ideal dərsdən danışa bilmirik, bütün dünya pandemiya şəraitində dərs keçir. Bu şəraitdə bizə daha uyğun imkanlardan danışırıq. O ki qaldı əyani dərslərin sayının artırılmasına, indiki halda heç nə deyə bilmərəm. Çünki bu qərarı Operativ Qərargah verə bilər. Doğrudan da bu sahədə problem olarsa, bu qurum da hansısa qərarı verə bilər. Amma bu olacaq, olmayacaq, bir söz deyə bilmərəm, çünki bu məsələ mənim səlahiyyətimdə deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru