Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                     Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu .....                     Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib .....                     “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib .....                     Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib .....                     Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib .....                     Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib .....                     Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir .....                     İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası .....                     Ən radikal “erməni”nin Bakıya növbəti hücumu .....                     SEPAH İsraili müharibə ilə təhdid etdi .....                     Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb .....                     “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür .....                     BDU tələbələri PULLARINI TƏLƏB EDİR... .....                     “Elza Seyidcahanın yeri səhv düşüb” .....                     Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                 

“Əgər müzakirələr təşkil olunarsa, iştirak edərik” - Pənah Hüseyn
Tarix: 16-09-2020, 09:31 | Çap et
 “Əgər müzakirələr təşkil olunarsa, iştirak edərik”
Azərbaycanda iqtidar-müxalifət münasibətlərində yeni bir mərhələnin başlandığını söyləmək olar. Hakimiyyət dialoq tərəfdarı olan siyasi rəqibləri ilə danışıq aparır, illərdir qeydiyyatı olmayan partiyalar dövlət qeydiyyatından keçir, hətta təşkilat sədrinə Prezidentin təbriki ünvanlanır.

Bu formatın təşkilində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin xüsusi iştirakı var. Ə.Vəliyev partiya sədrləri ilə görüşür, fikirlərini öyrənir, problemləri onların dilindən eşidir. Əlbəttə, bu prosesin məntiqi ardıcıllığı olaraq iqtidar-müxalifət dialoqunun baş tutması gözlənilir. Eyni zamanda müxalifət partiyalarının liderləri ilə ölkə rəhbərliyinin görüşü milli barışın əldə edilməsi istiqamətində atılmış mühüm addım olardı.

Necə ki, bundan əvvəl Prezidentin mədəniyyət xadimləri, ziyalılar, fərqli fikir adamları ilə görüşləri olub. Həmçinin Prezident köməkçisi Anar Ələkbərov bu siyasəti davam etdirib, tanınmış siyasi xadimlər, yazarlar, ziyalılarla görüşlər keçirilib.

Ümumiyyətlə, son illər hakimiyyətin bütün istiqamətlər üzrə siyasətində ciddi dəyişikliklər müşahidə edilir. Ənənəvi siyasətdən imtina edildiyi, bunun yerinə təzə yanaşmanın gəldiyi danılmazdır. Bəs müxalif partiyaların sədrləri nə düşünür? Əgər Prezidentlə görüş olsa, hansı məsələlərə toxunarlar, müzakirəni hansı formatda təsvir edərlər?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, belə bir görüş olarsa, orada iştirak etməkdə problem görmür. Onun sözlərinə görə, bu barədə suallar ilk növbədə iqtidara verilməlidir: “Əgər müzakirələr təşkil olunarsa, iştirak edərik”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, hələ 2011-ci ildə “Demokratiyaya yumşaq keçid” strategiyasını irəli sürmüşdü və ictimaiyyətə təqdim etmişdi. S.Əkbərin sözlərinə görə, Ədalət Vəliyevlə görüşdə ondan təkliflər istənilib və sözügedən sənədi yeniləyərək hakimiyyətə təqdim edib: “Bu haqda mətbuata da məlumat vermişəm. Həmin sənəddə atılmalı olan addımları göstərmişəm. Ona görə təbii ki, dialoq olmadan bu strategiyanın həyata keçirilməsi mümkün deyil”. S.Əkbərin fikrincə, təmas baş tutmalıdır ki, iqtidar-müxalifət münasibətləri inkişaf etsin: “Hələlik iqtidarla müxalifət arasında təmas istənilən səviyyədə deyil. Dövlət başçısı müxalifətlə görüşməlidir. İki səbəbdən bu görüş vacibdir: ölkədə xüsusən siyasi qərarlar Prezidentin razılığı olmadan verilmir, ikincisi, bu təmas olmalıdır ki, demokratiyaya yumşaq keçid strategiyası reallaşsın. Ona görə müxalifət dialoqun yüksək səviyyədə qurulmasını istəyir. Hətta bu görüşə qədər hazırlıq da ola, texniki məsələlər həllini tapa bilər”.

AMİP sədri Arzuxan Əlizadənin fikrincə, belə bir görüşün olması hakimiyyətlə müxalifət arasında dialoq mühitinin formalaşmasına xidmət edə bilər. Partiya lideri hesab edir ki, bu təşəbbüs iqtidardan gəlməlidir və AMİP görüşdə iştiraka hazırdır: “Bizim Ədalət Vəliyevlə görüşlərimizdə özü bildirir ki, müzakirə edilən məsələlər Prezidentə məruzə olunur, məlumatlandırılır. Amma bilavasitə prezidentlə görüş daha effektiv olardı. Həmin görüşdə ölkənin bir sıra taleyüklü məsələlərini müzakirə edə bilərik. Düşünürəm ki, Prezidentlə birbaşa təmasda veriləcək təkliflər problemlərin həllini tapmasında daha effektli ola bilər”.

A.Əlizadənin sözlərinə görə, ölkədə siyasi partiyaların fəaliyyət imkanları məhdudlaşdırılıb: “Prezident özü də qeyd edir ki, son dövrlərdə yeni siyasi konfiqurasiya formalaşmaqdadır. Dəfələrlə demişik ki, partiyaların sıradan çıxarılması dövlətçiliyə ziyandır, əks halda, kimlərsə dini radikal qruplaşmalara, qeyri-leqal qruplara qoşulurlar, bu da dövlət üçün təhlükədir. Ona görə barış mühiti yaranmalıdır, insanlar müxalif partiyalarda təmsil olunmaqdan qorxmamalıdırlar. Biz bu illər ərzində partiya işinə dəstək verən iş adamlarının sıxışdırılmasının, biznesinin qapadılmasıın şahidi olmuşuq. Nəticədə ölkənin fəal hissəsinin partiyalarda təmsilçiliyi karyera üçün təhlükəli həddə çatıb. Əgər görüş təşkil olunarsa, bu məsələlərə toxunmaq olar. Eyni zamanda müxalifətdə olan kadrların idarəçilikdə təmsilçiliyini təklif edə bilərik. Təbii ki, ərazi bütövlüyümüzün bərpa olunması, Qarabağ probleminin beynəlxalq təşkilatlar qarşısında qaldırılması barədə təklifləri Prezidentlə görüşdə səsləndirmək fayda verə bilər. Ümumiyyətlə, bu görüş ölkənin imicinə müsbət təsir göstərə bilər və bir yenilik olar”.

AĞ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, Prezidentin mədəniyyət xadimləri ilə görüşünü həm cəmiyyət, həm siyasi təşkilatlar təqdir etmişdi: “Dövlət başçısının mədəni, siyasi, iqtisadi elitası ilə ünsiyyətdə olması pozitiv hadisədir. O dövrdə gözləntilər var idi ki, Prezidentin partiya sədrləri ilə görüşü keçiriləcək. Bir çox partiyalar, o cümlədən biz dəvət olduğu halda məmnuniyyətlə həmin görüşdə iştirak edə biləcəyimizi açıqlamışdıq”.

T.Abbaslı hesab edir ki, Prezidentlə partiya sədrlərinin görüşü baş tutsa, müzakirələrdə mövzu qıtlığı ola bilməz: “Ölkədə siyasi arenanın vəziyyəti, çoxpartiyalı sistemdəki problemlər, parlamentin formalaşması, Seçki Məcəlləsi, siyasi məhbuslar və Qarabağın işğaldan azad olunması müzakirə edilə bilər. Fikrimcə, nəinki bir dəfə, mütəmadi və qrafikə salınmış qaydada Prezidentlə partiya sədrlərinin görüşü, fikir mübadiləsi aparması ənənəyə çevrilməlidir. İqtidarla müxalifətin bir araya gəlməsinin faydasını xalq görəcək. Biz bir daha görüşə açıq olduğumuzu bildiririk”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Bu gün, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Bu gün, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Bu gün, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Bu gün, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Bu gün, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Bu gün, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Bu gün, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Bu gün, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Bu gün, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Bu gün, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Bu gün, 15:56
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Bu gün, 15:55
“Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Bu gün, 15:53
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru