Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: .....                     Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                     Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu .....                     Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib .....                     “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib .....                     Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib .....                     Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib .....                     Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib .....                     Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir .....                     İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası .....                     Ən radikal “erməni”nin Bakıya növbəti hücumu .....                     SEPAH İsraili müharibə ilə təhdid etdi .....                     Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb .....                     “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür .....                     BDU tələbələri PULLARINI TƏLƏB EDİR... .....                     “Elza Seyidcahanın yeri səhv düşüb” .....                     Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                 

“Ənənəvi müxalifət partiyaları sivil siyasi mübarizə mühitinin formalaşmasını istəmirlər” - Natiq Cəfərli
Tarix: 8-09-2020, 09:47 | Çap et
“Ənənəvi müxalifət partiyaları sivil siyasi mübarizə mühitinin formalaşmasını istəmirlər”
Ötən həftənin ən maraqlı siyasi hadisələrindən biri iki yeni müxalifət partiyasının-Milli Cəbhə Partiyası və REAL Partiyasının dövlət qeydiyyatına alınması, ölkə prezidenti İlham Əliyevin bu münasibətlə həmin partiyaların rəhbərliyinə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev vasitəsilə təbrik göndərməsi oldu.

Diqqətçəkən məqamlardan biri isə bu hadisədən sonra adıçəkilən partiyalara stajlı müxalifət partiyaları sayılan Müsavat və AXCP-nin sərt ittihamlar irəli sürməsi oldu. Müsavat Partiyasının başqanı Arif Hacılı artıq REAL adında müxalifət partiyasının olmadığını sosial şəbəkədə yazıb və bu təşkilatı hakimiyyətin siyasətinə xidmət edən təşkilat adlandırıb. AXCP-dən də buna bənzər fikirlər sosial şəbəkədə yazılıb, xüsusilə də Milli Cəbhə Partiyası ağır şəkildə aşağılanıb. Nəticədə 4 müxalifət partiyası arasında söz atışması yaranıb.

İki müxalifət təşkilatının qeydə alınmasına və Prezidentin bu münasibətlə onların rəhbərlərinə təbrik mesajı yollamasına bəzi müxalifət partiyaları niyə belə sərt münasibət göstərdi? Bir müxalifət partiyasının qeydiyyatdan keçməsi və bu vəsilə ilə ölkə rəhbərinin həmin partiyanın sədrinə təbrik ismarışı yollaması sivil rəftardır axı. Belə olduğu halda bu rəftarı, bu nəzakət jestini niyə qılınclayırlar?

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda son 20-25 ildə iqtidardan da qaynaqlanan səbəblərə, müxalifətin də səhvlərinə görə siyasət meydanı qaranlıq döngələrlə, tinlərlə dolub: “Ona görə də kim kimlə nə iş görüb, hansı anlaşmalara gedib, hansı qaranlıq bağlantıları olub, bu kimi məsələlər siyasət səhnəsindən təmizlənməlidir. Siyasət düşmənçilik deyil, rəqabətdir. Biz Yeni Azərbaycan Partiyasını seçkilərdə udmağı hədəf götürmüşük. Bu, hakimiyyətə, həmin partiyaya düşmən olmaq deyil. Biz hakimiyyətə seçkilərlə gəlməyi hədəf götürən müxalif partiyayıq. Partiyanın dövlət qeydiyyatına alınması, ölkə Prezidentinin bu münasibətlə partiyaya təbrik mesajı göndərməsi ancaq pozitiv qiymətləndirilə bilər. Burada neqativ nə var?! Bu qədər absurda getmək olmaz axı! Ölkə siyasətində durulaşma, sivil münasibətlər yarada bilən addımlara o cür münasibət göstərmək ortaya suallar çıxarır. Məncə, ənənəvi müxalifət partiyaları sivil siyasi mübarizə mühitinin formalaşmasını istəmirlər. O partiyalar ki, onların illərlə hakimiyyətin müxtəlif qanadları və qrupları ilə qaranlıq əlaqələri olub, məhz o partiyaları ölkə siyasətində yeni situasiyanın yaranması ehtimalı çox narahat edir. Onlar sanki nifrətdən bəslənirlər, daim qaranlıq əlaqələrin mövcud olduğu siyasi mühitin olmasını istəyirlər. Çünki yeni dövrə uyğun ortalığa qoyacaqları platforma, proqram, baxış yoxdur. Özlərini siyasət aləmində ancaq qarşıdurma xəttində olmaqla göstərə bilirlər. Bizim isə platformamız, proqramımız, ideoloji təməl istiqamətimiz Azərbaycan seçicilərinin rəğbətini qazanıb ölkədə sivil yolla dəyişikliklərin mümkünlüyünü insanlara inandırmaq, sübut etməkdir. Görünür ki, bəziləri buna qıcıq olurlar. Hakimiyyətlə müxalifətin sivil münasibətləri onlara sərf eləmir. Çünki onlar həmişə gərginliklərdən bəslənən təşkilatlar olublar.

İndiki zamanda hakimiyyətin də üzərinə ciddi məsuliyyət düşür. O cür siyasi təşkilatlar və siyasətçilərlə qaranlıq əlaqələrin kökündən qazılıb atılması üçün ortalığa iş qoyulmalıdır".

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov bildirdi ki, iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın dərinləşməsinin nəticəsi olaraq, son 5 ay ərzində 6 siyasi partiya dövlət qeydiyyatına alınıb: "Həmin partiyaların sədrləri ilə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev arasında görüşlər, müzakirələr keçirilib. Partiyaların təklifləri dinlənilib. Ən son olaraq qeydə alınan iki müxalifət partiyasının sədrlərinə prezident İlham Əliyevin təbrik mesajı göndərməsi isə bir müddətdir başlanan bu müsbət prosesin ən parlaq mərhələsi oldu. Cənab Prezidentin bu addımı ölkədə siyasi münasibətlər sisteminə çox ciddi bir yeniliyin, ənənənin əsasının qoyulmasıdır. Bu cür ənənələr bir neçə yüz illər tarixi olan oturuşmuş demokratik dövlətlərin siyasi münasibətlər sistemində mövcud olur. Cənab Prezident Azərbaycan siyasətinə bu cür müsbət bir töhfəni də verdi. Bir daha təsdiq olundu ki, Prezidentin aylar öncə bəyan etdiyi “ölkədə yeni siyasi konfiqurasiya qurulur” bəyanatı çox ciddi iradəyə əsaslanır. Biz hər keçən həftədə, ayda yeniliklərin, dərin sivil münasibətlər sisteminin qurulması istiqamətində addımların atıldığına şahidlik edirik. Ölkədə siyasi münasibətlərin müasirləşməsi, daha da demokratikləşməsi belə görünür ki, bəzi müxalifət adlanan təşkilatları və onların rəhbərlərini narahat edir. Onlar bir tərəfdən sözdə tez-tez bəyan edirlər ki, demokratiya istəyirlər, bir tərəfdən də demokratiyanın ən yaxşı nümunəsi sayılacaq addımlara qarşı çıxırlar. Görünür, onlara ölkədə siyasi münasibətlərdə gərginlik sərf edir. Normal münasibətlər qurulması yolunda olan müxalifət təşkilatlarının mövcudluğunu buna görə istəmirlər".

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, təmsil olunduğu təşkilat 20 ilə yaxındır ölkədə etimadlı və sivil siyasi münasibətlərin formalaşdırılmasının vacibliyindən danışır və bu illər ərzində saysız-hesabsız böhtanın hədəfinə tuş gəlib. Vaxtilə hakimiyyətdə yüksək postlarda təmsil olunan insanlar və onların radikal düşərgədəki əlaltıları buna mane olmaq üçün əllərindən gələni ediblər, cəmiyyətdəki qütbləşməni dərinləşdirmək üçün min oyundan çıxıblar, Azərbaycan vətəndaşlarının ictimai-siyasi dünyagörüşündə bəsit ideoloji texnologiyaları ilə “səngər qazmağa” çalışıblar. Bu baxımdan da dövlət idarəçilik sistemində aparılan islahatlarla iş bitməməlidir. İctimai-siyasi münasibətlər sisteminin özü dəyişməli, dağıdıcı təfəkkürdən xilas edilməlidir: “Cəmiyyəti qütblərə parçalamaq üçün həm daxildə, həm də xaricdə çoxsaylı oyunlar quranlar isə bunu ilk növbədə mövqelərini qorumaq, daha gərəkli olduqlarını nümayiş etdirmək, daha çox qamarlamaq üçün ediblər. Hədəf öz maraqlarının müdafiəsi olub, dövlətin, hakimiyyətin yox! Çünki sivil, etimadlı siyasi münasibətlərin olduğu cəmiyyətlərdə belələrinə ehtiyac duyulmur. İqtidar və müxalifət partiyaları, fərqli siyasi baxışların daşıyıcıları çox rahat bir şəkildə istənilən məsələ ətrafında müzakirə aparır, dövlət və milli maraqlar naminə ortaq məxrəcə gələ bilirlər. Bu zaman həm radikalizm pərdəsi arxasında gizlənən ”beşinci kolon"un təmsilçiləri, həm də onların himayəçilərinin mövqeləri zəifləyir və siyasi sistemin gərəksiz bir parçasına çevrilirlər. Konkret fakta olan aqressiv reaksiya da məhz bu amildən qaynaqlanır.

Bu adamlar üçün dəyər deyilən anlayış yoxdur. Bunlar ideya, məslək adamı deyillər. Əli İnsanovla da, başqa korrupsionerlərlə də bir masa arxasında əyləşə bilirlər. Necə ki, biz bu günə qədər çirkli əməllərinə görə hakimiyyətdən qovulanların radikal düşərgədə özlərinə necə rahatlıqla yer tapdıqlarının şahidi olmuşuq. Eyni proses bu gün də davam edir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Bu gün, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Bu gün, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Bu gün, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Bu gün, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Bu gün, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Bu gün, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Bu gün, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Bu gün, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Bu gün, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Bu gün, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Bu gün, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Bu gün, 15:56
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Bu gün, 15:55
“Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Bu gün, 15:53
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru