"Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə bilərdi, qarğıdalı əkməyə də..." - deputat
Tarix: 4-09-2020, 08:21 | Çap et
 İsi Məlikzadənin В«QuyuВ» povestində belə bir yer var. Allaha bir adam lazım olur, əlini atır yerdən birini götürür, qaldırır ki, baxsın axtardığıdı, yoxsa yox. Qaldırdıqca camaat da deyir, vay dədəm, vay, görün kimi hara qaldırırlar. Allah qaldırır, qaldırır, çatdırır özünə, üzünü çevirib baxır, görür axtardığı adam deyil, elə ordan çırpır yerə.
İndi Ulu Öndər Heydər Əliyev Ramiz Mehdiyevi qaldırdı, qaldırdı, əsl üzünü görməyə vaxtı çatmadı. Sonra bu missiya düşdü Möhtərəm Prezident İlham Əliyevin üstünə. İlham Əliyev də onu qaldırdı, qaldırdı və nəhayət, çevirib üzünə baxdı, gördü onun axtardığı və istədiyi adam deyil, amma day yerə çırpmadı, göndərdi ölkənin ən strateji bir təşkilatı olan Milli Elmlər Akademiyasına prezident. Heydər Əliyev ordeni ilə təltif elədi, xoş sözlərlə yola saldı.
Bir maraqlı film var, Meksikanın milli azadlıq hərəkatı barədədi. Xalq ölkənin müstəqilliyini qazanmaq üçün ayağa qalxır. Ordu generalı xalqın tərəfinə keçir. Kəsəsi, ölkə müstəqilliyini əldə edir və generaldan tələb və xahiş edirlər ki, prezident olsun. General qəbul etmir, deyir:
– Mənə Meksikanın müstəqilliyi lazımdı, onu da gördüm. İndi yaşım keçib, nəvələrimlə oynamaq istəyirəm, qarğıdalı əkmək istəyirəm, inək sağmaq istəyirəm.
İndi Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə bilərdi, qarğıdalı əkməyə də, Akademiyanın əkin sahələri də çoxdu.
Göndərmədi, hörmətlə yola saldı.
Bəs, bu hörmətin qarşısında akademik neylədi?! İncikləri yığdı başına, gövdə göstərisi yapdı. Dəvədən tam düşmədiyinə görə, В«höt-hötВ»ündən qalmadı və qalmır. Demək olar bir gündən bir Akademiyanın saytında hikkəylə hamıya meydan sulayır və aşağılamadığı ziyalı, jurnalist, millət vəkili qalmayıb. Möhtərəm Prezidentə çamur atmaqdan da çəkinmir.
Bir В«ElmВ» qəzeti vardı, rəhmətlik Aydın Səlimzadə də redaktor idi. Zori Balayan В«OcaqВ» kitabında xalqımızı təhqir edib aşağılayanda, Dağlıq Qarabağda separatizmin ocağını qalayanda bizim mətbuat ermənilərə mədhiyyə oxuyurdu. Həmin vaxt İsa Qəmbər Zori Balayana çox savadlı və elmi əsaslara söykənən cavab yazdı, heç bir mətbuat çap eləmədi. Rəhmətlik Aydın Səlimzadə kəfənini boğazına dolayıb İsa Qəmbərin Zori Balayana cavabını В«ElmВ» qəzetində çap elədi. Qəzet əldən-ələ gəzdi və qəzetin üzü çıxardılıb çoxaldıldı və demək olar ki, Azərbaycanın hər yerinə yayıldı. Və В«ElmВ» qəzeti tarixə düşdü.
İndi də Akademiyanın bir saytı var və həmin sayt da Ramiz Mehdiyevin ixtiyarındadı. Və bu gün yəqin ki, ən çox giriş yapılan saytdı.
İsa Qəmbər В«ElmВ» qəzetindən istifadə edib bu milləti qorudu və milli azadlıq hərəkatının öncüllərindən birinə çevrildi. Yəni İsa Qəmbəri İsa Qəmbər edən həmin məqalə oldu.
İndi isə Ramiz Mehdiyev də В«ElmВ» qəzetini əvəz edən həmin saytdan istifadə edərək dövlətçiliyimizi, müstəqilliyimizi və Möhtərəm Prezidenti hədəf götürüb.
Başqa bir sayt olsaydı Rabitə Nazirliyi çoxdan həmin saytı məhv eləmişdi, ya da filtr qoymuşdu.
Əslində Rabitə Nazirliyi düz eləyir. Ramiz Mehdiyev hər məqalə ilə çıxışında özünün isti aşına bir az da su qatır və bataqlıqdakı adam kimi bir az da çamura batır.
В«NəsimiВ» filmində belə bir yer var. Əmir Teymur Şeyxə deyir:
– Göndərərəm səni Qarabağa, gedib orda mehtərlik edərsən.
Əslində bu biabırçılıqdan sonra Ramiz Mehdiyev istefa verməli idi. Nəinki istefa verdi, əksinə, iqtidarın üzərinə daha total hücuma keçib.
Özü istefa vermir, belə davam edərsə yəqin ki, Ramiz Mehdiyevi də göndərərlər qarğıdalı əkməyə.
Və çox qəribədir ki, hətta əlində geniş imkanları olan yuxarıda oturanlar deyəsən, Ramiz Mehdiyevə cavab verməkdən qorxurlar.
Aqil Abbas Milli Məclisin deputatı //yenisabah.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Bu gün, 17:26 |
|
|
|
| • Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:15 |
|
|
|
| • Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Bu gün, 17:14 |
|
|
|
| • Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Bu gün, 17:10 |
|
|
|
| • Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Bu gün, 17:07 |
|
|
|
| • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Bu gün, 17:00 |
|
|
|
| • Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:53 |
|
|
|
| • Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Bu gün, 16:40 |
|
|
|
| • “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Bu gün, 16:37 |
|
|
|
| • Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Bu gün, 16:35 |
|
|
|
| • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Bu gün, 16:33 |
|
|
|
| • Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Bu gün, 16:31 |
|
|
|
| • Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Bu gün, 16:02 |
|
|
|
| • İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Bu gün, 16:01 |
|
|
|
| • Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Bu gün, 15:58 |
|
|
|
| • SEPAH İsraili müharibə ilə təhdid etdi
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Bu gün, 15:55 |
|
|
|
| • “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Bu gün, 15:53 |
|
|
|
| • BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
| • “Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Bu gün, 15:45 |
|
|
|
| • Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Bu gün, 15:43 |
|
|
|
| • "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Bu gün, 15:42 |
|
|
|
| • "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Bu gün, 15:34 |
|
|
|
| • Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31 |
|
|
|
| • Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27 |
|
|
|
| • Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24 |
|
|
|
| • BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20 |
|
|
|
| • Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10 |
|
|
|
| • BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05 |
|
|
|
| • Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54 |
|
|
|
| • Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52 |
|
|
|
| • Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52 |
|
|
|
| • Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50 |
|
|
|
| • Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49 |
|
|
|
| • "O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44 |
|
|
|
| • Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28 |
|
|
|
| • "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25 |
|
|
|
| • "14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17 |
|
|
|
| • “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10 |
|
|
|
| • Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05 |
|
|
|
| • Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04 |
|
|
|
| • Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02 |
|
|
|
| • Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56 |
|
|
|
| • Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52 |
|
|
|
| • İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51 |
|
|
|
| • SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47 |
|
|
|
| • Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45 |
|
|
|
| • “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35 |
|
|
|
| • İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27 |
|
|
|
|