Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                 

“Məhkəmədən qayıdan sonra sudan zəhərləndim, az qalırdı ölüm...” - Sərdar Cəlaloğlu
Tarix: 26-08-2020, 08:44 | Çap et
“Məhkəmədən qayıdan sonra sudan zəhərləndim, az qalırdı ölüm...”
Rusiyalı siyasətçi Aleksey Navalnının həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb. Bu barədə Berlində yerləşən “Şarite” klinikasından bildirilib. Klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Həmçinin bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyəti ağır olsa da, həyatı üçün ciddi təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Xatırladaq ki, Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Şarite” klinikasına aparılıb.

Bəs, Azərbaycanda tanınan siyasətçilər yeməyi harada yeyir, suyu harada içirlər? Ümumiyyətlə, zəhərlənmək qorxusu yaşayıblarmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, siyasətçilərin zəhərlənməsi halları antik dövrlərdən var: “Həbsdə olduğum dövrdə zəhərlənmişdim. Məhkəmədən həbsxanaya qaytarılandan sonra soyuducuda olan suyu götürüb içdim. Çox ağır şəkildə zəhərləndim, az qalırdı ki, ölüm. Deyə bilmərəm ki, suya nə isə qatmışdılar. Amma həddindən artıq çox ağır şəkildə zəhərlənmişdim”.

Partiya sədri deyir ki, növbəti dəfə dostları ilə restoranda çörək yeyəndən sonra çox ağır şəkildə zəhərlənib: “Dostlarla bir yerdə oturub çörək yedik. 1 saat sonra çox qeyri-adi formada zəhərlənmə əlamətləri baş verdi. Qusma, tərləmə, öyümə oldu. 4-5 saat çox ağır duruma düşdüm. Çoxlu su, dərmanlar içdim, vəziyyətdən çıxdım. 2 dəfə çox ağır şəkildə zəhərlənmişəm. Bu zəhərlənmələrin qəsd olub-olmadığını deyə bilmərəm. Yemək keyfiyyətsiz olub, su soyuducuda qalıb deyə belə zəhərlənmişəm və ya bu kənardan olub, bunu bilmirəm”.

Sərdar Cəlaloğlu ixtisasca həkim olduğundan zəhərlənmə halları zamanı atılacaq addımları da bilir. Deyir ki, müxtəlif növ zəhərlənmələr var və hər birinə qarşı da atılacaq addımlar fərqlidir: “Həkim kimi deyirəm ki, dəm qazından zəhərlənmə zamanı ancaq təmiz hava lazımdır ki, insan vəziyyətdən çıxsın. Ağır metan duzları var, ondan zəhərlənəndə təsirini ötüşdürmək çətindir. Çünki metan duzundan zəhərlənmə zamanı böyrəklər sıradan çıxır. Qida toksiki infeksiyaları var, bu zaman öyümə baş verir. Bu zaman zəhərlənən çoxlu maye qəbul edib qusmalı, mədə yuyulmalıdır. Bəzi zəhərlənmələrdə şirin yeməklər çox yaxşı təsir göstərir. Zəhərlənmələr müxtəlifdir. Qan zəhərlənməsi, tənəffüs zəhərlənməsi, dərmanların özündən də zəhərlənmək mümkündür. Zəhərlənmə bərk maddə udandan sonra baş veribsə, həmin maddə mütləq şəkildə bədəndən çıxarılmalıdır. Maye zəhərlənməsidirsə, bu halda maye bədəndən çıxarılmalıdır. Zəhərlənən şəxsin vəziyyətdən çıxarılması zəhərin xarakterindən asılıdır”.

Partiya sədri deyir ki, söhbət hansısa siyasətçini ortadan götürməkdən gedirsə, ən yaxşı vasitə zəhərləməklə neytrallaşdırmaqdır: “Putin KQB-nin İngiltərəyə qaçan əməkdaşı Litvinenkonu orada radioaktiv maddələrlə zəhərlətdirdi. Haaqa Məhkəməsi də bu haqda qərar çıxarıb. Navalnının da zəhərlənməsində Kremlin izlərinin olması haqda söhbətlər gəzir. Antik dövrlərdən siyasətçilərin, ictimai xadimlərin zəhərlə öldürülməsi halları var. İmam Kazım, imam Həsən, başqa imamlarımız zəhərlənərək öldürülüb. Zəhərlənmə siyasi terrorlarda, siyasi qisas almalarda ən geniş yayılmış üsullardan biridir. Zəhərlənmələrdə adətən bunun kim tərəfindən törədildiyinə birbaşa sübutlar olmur, bunu təyin etmək çox çətin olur. Bir qayda olaraq məişət zəhərlənməsi baş verir. Qida ilə, su ilə zəhəri verirlər. Müəyyən etmək olmur ki, zəhər suda, qidada olub yoxsa zəhəri suya, qidaya sonradan əlavə ediblər”.

Partiya sədri deyir ki, zəhərlənəcəklərini düşünənlər tədbirli olmalıdırlar: “Əlbəttə, kimsə düşünürsə ki, hakimiyyət onu zəhərləyə bilər, zəhərlənməklə aradan götürüləcəyini hesab edirsə, harada nə yediyinə, nə içdiyinə diqqət etməlidir. Siyasi opponentlərin zəhərlənmədən başqa yolları da var. Məsələn, gecə vaxtı hücum edib döyüb öldürmə, oğurlama. Bütün dünyada ən geniş yayılmış üsul, əlbəttə ki, zəhərlənmədir. Rus çarı vaxtında Raxmanini öldürmək istəyirdilər. Çünki o, Anna Pavlovnanı o qədər öz təsirinə salmışdı ki, Nikolay onun məsləhəti olmadan heç bir addım atmırdı. Hətta deyirdilər ki, Birinci Dünya müharibəsində də Nikolayın bütün addımlarını Raxmanin müəyyənləşdirirdi. Həmin vaxt knyazlar bir yerə toplaşıb Raxmanini zəhərləməklə aradan götürməyə qərar veriblər. Raxmanini zəhərləməklə aradan götürmüşdülər. General Potyomkin vardı, II Yekatirinanın sevgilisi idi. Saraydakılar onun hərəkətlərini təhqir hesab edirdilər. Yığışıb onu zəhərləməklə aradan götürmək qərarını vermişdilər. İntəhası zəhəri - mışyakı ona şirin yeməklərin içində veriblər. Zəhər, yəni mışyak şirin yeməkdə təsirsiz olur. Potyomkinə şirin yeməklərin içində mışyakdan nə qədər veriblərsə, ölmədiyini görüblər. Düşünüblər ki, Potyomkin ölümsüzdür. Əslində isə mışyak şirin yeməkdə təsirini itirib. Belə siyasi zəhərlənmələr tarix boyu çox olub. Mülkiyyət məsələlərində də varisin zəhərlənməsi halları çox rast gəlinən qəsdlərdəndir”.

Partiya sədri deyir ki, zəhərlənmə ən müxtəlif dövrlərdə, ən müxtəlif motivlərlə törədilən qəsd olub və bu gün də var. Ona görə də zəhərlənəcəyini düşünən kəs bu cür ölümdən yaxa qurtarmaq üçün tədbirini görməlidir. “Zəhərlənmə qorxusu olan siyasətçi suyu da üfürə-üfürə içməlidir”, deyə S.Cəlaloğlu bildirib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru