"Dövlətin qəbul etdiyi qərarların mütləq icra olunması vacibliyini onlar hamıdan daha gözəl bilirdi" - deputat
Tarix: 24-08-2020, 08:15 | Çap et
 Artıq bir neçə gündür ki, ölkədə böyük rezonans doğuran bu toy mərasiminə görə təşkilatçıların cəzalanmasını müsbət dəyərləndirirəm.
DİA.AZ xəbər verir ki, bu sözləri mediaya açıqlamasında millət vəkili Malik Həsənov sabiq millət vəkili İlham Əliyevin (akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni) bağ evində övladına toy mərasimi keçirməsi və buna görə inzibati qaydada 15 sutka həbs olunmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ölkədə koronavirusa yoluxma sayı azalsa da, müəyyən məhdudlaşdırıcı tədbirlər hələ də qüvvədədir:
“Bu məhdudlaşdırıcı tədbirlər içərisində kütləvi mərasimlərin təşkili birinci yerdədir. Təsadüfü deyil ki, Məhərrəmlik olmasına baxmayaraq, Aşura mərasimlərinin keçirilməsi üçün məscidlərin açılmaması qərarı qüvvədə saxlanıldı. Onu da xüsusi vurğulayım ki, dinin dövlət siyasəti səviyyəsində olduğu və dövləti din xadimlərinin idarə etdiyi İran kimi ölkədə belə Aşura mərasimlərinin məscidlərdə keçirilməsi qadağan edildi və məscidlər açılmadı. Yəni koronavirus pandemiyasının qarşısının alınması üçün kütləvi tədbirlərin qadağan olunması vacibdir. Toy, yas mərasimləri pandemiyanın alovlanması üçün münbit şərait yarada bilər. Ona görə də bu tədbirlərin keçirilməməsi haqda Operativ Qərargahın qəbul etdiyi qərara hamı qeyd-şərtsiz riayət etməlidir”.
Millət vəkili qeyd edib ki, məlum toy mərasimində sabiq və hazırkı bəzi məmurların iştirakı təəssüfedicidir:
“Çünki dövlətin qəbul etdiyi qərarların mütləq icra olunması vacibliyini onlar hamıdan daha gözəl bilir. Bu baxımdan hesab edirəm ki, qanunun kobud surətdə pozulmasından dolayı mənəvi məsuliyyət də daşıyırlar. Bu toy mərasimi cəmiyyətdə ona görə bu qədər böyük səs-küyə, geniş müzakirələrə səbəb olub ki, orda akademiklər, ziyalılar, bəzi sabiq və hazırkı məmurlar iştirak ediblər. Bu, yolverilməzdir və cəmiyyətdə haqlı narazılıq yaradır. Qanunları pozan şəxslərin dərhal və ən sərt şəkildə cəzalandırılması vacib idi. Cənab Prezidentimiz İlham Əliyev hər zaman vurğulayır ki, heç kəs toxunulmaz deyil, heç kəs özünü qanundan üstün saya bilməz. Azərbaycan hüquqi dövlətdir və hamı qanun qarşısında məsuliyyətini dərk etməlidir”.
M.Həsənov qanunlara ilk növbədə dövlət məmurlarının, ziyalıların, millət vəkillərinin əməl etməsi gərəkdiyini bildirib:
“İlk növbədə qanunları qəbul edənlər və onun icrasına nəzarət edənlər qaydalara uyğun davranmaqla nümunə olmağı bacarmalıdırlar. Məmurların, ziyalıların, millət vəkillərinin cəmiyyət qarşısında da, dövlət qarşısında da təkcə hüquqi deyil, mənəvi məsuliyyəti də var. Bəlkə də adi insanlar qanunları pozmağa cəhd edərkən onun mahiyyətini dərk etmirlər. Ancaq konkret danışdığımız mövzuda - o toya toplaşanlar bu qadağaların mahiyyətini və kütləvi toplaşmanın koronavirus pandemiyasının yayılmasına necə təsir etdiyini çox yaxşı anlayırlar. Bu baxımdan onlar daha ciddi şəkildə qaydaları qorumağa və bu yöndə təbliğat aparmağa məsuldurlar. Hesab edirəm ki, təşkilatçıların qanunun imkan verdiyi ən sərt şəkildə cəzalanmasının səbəbini burda axtarmaq lazımdır. Yəni qadağanın səbəbini bilən şəxslərin onu pozmasına qarşı qanun daha sərt şəkildə özünü göstərdi”.
Millət vəkili sonda bu cəzalandırmanın çox ciddi təsiri olacağına, qanun qarşısında hər kəsin bərabər olduğu haqda cəmiyyətə müsbət bir mesaj verildiyinə və kütləvi tədbirlərin keçirilməsi cəhdlərinin önünə ciddi sədd çəkdiyinə inandığını qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18 |
|
|
|
| • Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16 |
|
|
|
| • Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13 |
|
|
|
| • - "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12 |
|
|
|
| • Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54 |
|
|
|
| • Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41 |
|
|
|
| • Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28 |
|
|
|
| • Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27 |
|
|
|
| • "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22 |
|
|
|
| • Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18 |
|
|
|
| • Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16 |
|
|
|
| • AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06 |
|
|
|
| • Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02 |
|
|
|
| • Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00 |
|
|
|
| • Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55 |
|
|
|
| • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48 |
|
|
|
| • Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45 |
|
|
|
| • “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42 |
|
|
|
| • Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36 |
|
|
|
| • Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33 |
|
|
|
| • Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21 |
|
|
|
| • Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46 |
|
|
|
| • Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39 |
|
|
|
| • Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07 |
|
|
|
| • ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04 |
|
|
|
| • Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37 |
|
|
|
| • "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36 |
|
|
|
| • Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33 |
|
|
|
| • Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29 |
|
|
|
| • Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26 |
|
|
|
| • Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20 |
|
|
|
| • Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
| • Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • “Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11 |
|
|
|
| • Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03 |
|
|
|
| • Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56 |
|
|
|
| • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53 |
|
|
|
| • “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51 |
|
|
|
| • Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49 |
|
|
|
| • Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42 |
|
|
|
| • Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40 |
|
|
|
| • Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35 |
|
|
|
| • Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18 |
|
|
|
| • Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • “İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01 |
|
|
|
| • İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58 |
|
|
|
| • “Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48 |
|
|
|
|