Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                 

"Mən bilsəydim ki, orada mikrofon olacaq, o zaman mən gedərdim də, çıxış da edər, sözümü də deyərdim" - deputat
Tarix: 24-07-2020, 11:02 | Çap et
"Mən bilsəydim ki, orada mikrofon olacaq, o zaman mən gedərdim də, çıxış da edər, sözümü də deyərdim"
2020-ci ilin 15 iyul tarixi Azərbaycan xalqı üçün təqvimdə adi günlərdən biri olmaqdan çıxdı. Həmin gün xalq lazım gələrsə, istədiyi vaxt öz iradəsini göstərə biləcəyini ifadə etdi. Şəhid xəbərindən ürəyi yanan insanlar öz ordusuna, dövlətinə dəstəyini ifadə etmək üçün küçələrə çıxdılar. Lakin dinc şəkildə davam edən yürüş bəzi təxribatçı əməllər nəticəsində qanıqaraçılıqla sona çatdı.

Bu cür sonluq gözləməyən əksər insanlarda məyusluq, cavabsız suallar yarandı. 30 il əvvəlki Milli Azadlıq Hərəkatını xatırladan bu birlik, elə həmin dövrdə xalqın qarşısına çıxan ziyalıları yada saldı, “ziyalılardan kimsə bu kütlənin qarşısına çıxsaydı, belə bitməzdi” dedirtdi. Ağıllara gələn isimlərdən biri də Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı idi. Elə buna görə də AYNA Xalq şairi ilə həmsöhbət olub, həmin günlə bağlı çoxlarını düşündürən suallara cavab almağa çalışıb.

Qeyd edək ki, müsahibəmizdən bir neçə gün əvvəl millət vəkili Tovuz rayon Ağdam kəndində olub, sakinlərlə söhbətləşib, şəhidlərimiz Elşad Məmmədov və İlqar Zeynallının yas məclislərində iştirak edib.

- Sabir müəllim, sizcə, lidersiz qalan kütlənin qarşısına kim çıxmalı idi? Sizi axtaran gözlər də var idi...

- Bu yürüşü xalqın gəncləri öz istəyi ilə orduya dəstək, şəhidlərimizin xatirəsini yad etmək niyyəti ilə başlatmışdı. Şəhərin müxtəlif yerlərindən yürüşə qatılanlar Azadlıq meydanından keçərək Şəhidlər Xiyabanınadək gəlmişdi. Orada mitinq-filan nəzərdə tutulmamışdı. Həmrəylik, milli birlik yürüşü idi. Bu, gənclərin düşmənlə vuruşan dövlətə dəstək yürüşü idi. Ona görə sonda burada mitinq keçirmək yəqin ki, nəzərdə tutulmamışdı. Lakin sonra məlum oldu ki, on minlərlə insan küçəyə çıxıb, Milli Məclisin qarşısına toplaşıb, o zaman mikrofon qoyulub və orada çıxış edənlər də olub. Bizim xəbərimiz olmayıb. Mənə zəng vuran olmuşdu. Hətta, Nemət Pənahlı da zəng vurmuşdu ki, bəlkə gedək. Sonra özü getmişdi. Amma fikirləşdim ki, bunu mitinqə çevirməyə etiyac yoxdur. Getsəydik də, orada bir mikrofon olmayacaq. Mən bilsəydim ki, orada mikrofon olacaq, o zaman mən gedərdim də, çıxış da edər, sözümü də deyərdim. Bəlkə Milli Məclisə soxulmaq təxribatının qarşısını da ala bilərdik. Amma xəbərsiz olmuşuq bu məsələdən. İkinicisi də heç oraya gedənlərin də çoxu bilməyib ki, sonda belə bir şey ola bilər. Burada bir lider axtarışı olmayıb. Bu, ardıcıl bir hərəkat deyil ki, bunun lideri olsun. İnsanların küçəyə çıxması anidən baş vermişdi. Belə vəziyyətdə hər kəsin də orada çıxıb söz demək cəsarəti olmaz. Orada ancaq ümumi ovqatı ifadə etmək olardı ki, xalq ordusunun yanındadır, ona dəstəkdir, düşmənlə mübarizəyə hazırdır. Düşmən düşünməsin ki, biz torpaqlarımızın itirilməsi ilə barışmışıq. Yəni ümumi ovqat belə idi, bunu da ifadə etmək olardı. Və bu cür çıxışla bir yön vermək oalrdı. Təəssüf ki, bu yürüş sonda ona kölgə salacaq olayla bitdi.
- Ziyalılarımızdan kiminsə kütlənin qarşısına çıxacağı gözlənilsə də, bu, olmadı. Niyə ziyalılarımızdan kimsə çıxmadı?

- Yəqin ki, orada yığışanların da içində bir xeyli ziyalı adamlar olub. Lakin böyük mənada bütün millətin tanıdığı, sevdiyi ziyalıdan söhbət gedirsə, onu deyim ki, 30 ildir iqtidar bir tərəfdən, müxalifət bir tərəfdən bu ziyalıları gözdən salmaqla məşğuldur. Biz indi siyasətlə məşğul oluruq, meydanlara çıxırıq, bir dəstə yazır ki, “ziyalının meydanda, siyasətdə nə işi var?” Ədəbiyyat adamları da meydana çıxanda, siyasətlə məşğul olanda öz həmkarlarımızın da bir qismi deyir ki, “bu adam getdi siyasətə qarışdısa, daha bunun ədəbiyyatda yeri yoxdur”. Yəni davamlı olaraq siyasətçiləri bir burunlamaq, cəmiyyətdə aşağılamaq meyli olub. Bu, bəlkə də düşünülmüş şəkildə, elə bu camaat başsız, bələdçisiz qalsın istəyindən olub. Ona görə də ziyalılar bütün bu prosesdən yorulublar, bir qismi öz qınına çəkilib. Ancaq çətin gündə yada düşürlər. Niyə dünyanın düz vaxtında ziyalılar yada düşmür? Bunu da mən elə cəmiyyətdən soruşmaq istəyirəm. İkincisi də ziyalıların bir qismi ölkədə yoxdur, baş alıb iş dalınca xarici ölkələrə gedənləri var. Amma yenə də deyirəm, işin bu cür istiqamət alacağını bilsəm, heç nəyə baxmadan ora gedərdim. Amma əvvəldən bunun dinc, gənclərin bir həmrəylik yürüşü olduğunu gördüm, düşündüm ki, özləri bir araya gələndə, yəqin, öz sözlərini ifadə edə biləcəklər ki, biz cəbhəyə getməyə hazırıq.

- Bu toplanış Milli Azadlıq Hərəkatındakı birliyi xatırlatdı. 30 il sonra yenidən düşmənə qarşı toplanmış xalqı dağıtmaq düz idimi?

- Düz buyurursunuz, doğrudan da bu hadisə mənə 1988-ci ili – Milli Azadlıq Hərəkatını xatırlatdı. Xalqın yenidən təşkilatlana bilməsi, mütəşəkkil şəkildə küçələrə çıxa bilməsi – bu, çox önəmli hadisə idi. Baxın, bu, başqa bir məqamı da aydınladır. Müxalifətin müəyyən qrupları mitinq keçirmək istəyir, bu zaman iki-üç min, ən çoxu on min adam çıxır. Deməli, müxalifət düşərgəsi xalq arasında o inamı qırıb. Amma Vətənin müdafiəsi ortaya çıxanda on minlərlə adam küçəyə çıxır. Bu yürüş xoş niyyətli idi, ona görə də hər kəs qoşulmağa hazır idi. Bir də nəzərə alaq ki, 1988-ci il mitinqləri Azərbaycanın müstəqilliyi uğrunda idi. Bu mitinqlər SSRİ-nin tərkibindən çıxmaq və onun torpaq iddialarına cavab məqsədi daşıyırdı. Biz artıq müstəqilik və təbii ki, bu mitinqlə o mitinqlərin ruhu fərqlidir. Xalqı dağıtmaq məsələsinə qaldıqda isə, xalq dağılmayıb. Bu gün hər kəs öz evindədir. Lakin xalq toplaşmaqla göstərdi ki, lazım olanda bir araya gələ bilər. Minlərlə gənc hərbi komissarlıqlarda qeydiyyatdan keçib. Onlar bununla göstərirlər ki, düşmənə qarşı döyüşməyə hazırdırlar. Təxribatçı meyilli olan bir neçə gəncin polis maşınını çevirməyi, əzməyi, Milli Məclisin içinə girib kreslonu çevirməyi, divarları döyəcləməyi dağıdıcılıqdır. Qanun var, hər şey qanun daxilində olmalıdır. “Allahu Əkbər” qışqıra-qışqıra pəncərə sındırarlar? “Allahu Əkbər” qışqıra-qışqıra İslamı dünyaya yayıb, dövlətlər qurub, qəhrəmanlıqlar göstəriblər. Yoxsa dağıdıcılıq əməlində “Allahu Əkbər” qışqırmaq, görünür, təxribatçı qüvvələrin əməlidir, onların bu işdə əli olub. Bu cür vəziyyətdə toplaşanları dağıtmaq zəruridir, başqa yolu yoxdur. Onsuz da bu təxribat olayı olmasa da, camaat dağılaşacaqdı. Çünki o olaya qədər artıq meydanın böyük əksəriyyəti dağılmışdı.

- Nümayişin uğursuz sonuclanmasını kütlənin başsız qalması ilə əlaqələndirmək olarmı?

- Mən bu nümayişi uğursuz hesab eləmirəm. İnsanlar toplaşdı, sözlərini dedi, ordu ilə, dövlətlə birliklərini göstərdilər. Burada təşkilat qurmaq niyyəti yox idi ki, hansısa başçıya ehtiyac olsun. Kütlə hər zaman başsızdır onsuz da. Bütövlükdə kütlə əgər idarə olunmursa, başsızdır, dağıdıcıdır, qurulan şeyləri əks istiqamətə yönəldir. Elə buna görə də kütlə deyirlər. Kütlə təşiklatlanmasa, onun xeyrindən çox ziyanı olur, ona görə də heç nə ifadə eləmir. Ancaq şəxsiyyətlərin istiqamətləndirdiyi yönə getdiyində xeyir verə bilir. Bu baxımdan həmin gün toplaşan insanlar özlərinə başçı axtarmırdılar. Ümumiyyətlə, xalqın istəyini ifadə edirdilər.

- Təxribat olmasa, nümayiş dayanmasaydı, nəticə necə olardı? Xalq istədiyinə nail ola, Qarabağ üçün səfərbərlik elan edilə bilərdimi?

- Elə həmin gün toplaşan insanlar buna nail oldular. Hərbi komissarlıqda kişili-qadınlı 40 minə yaxın insan qeydiyyatdan keçib. Yəni o yığışan insanlar öz iradələrini ifadə elədilər, öz məqsədlərinə nail oldular. Bu gün Azərbaycan dövlətinin ordusu var, ehtiyatda olan əsgər və zabitlərimiz var. İlk növbədə əgər bir gərgin vəziyyət olarsa, ehtiyatda olanlar çağrılarlar. Səfərbərlik istəyən gənclər hələ gərək təlim görsünlər, hazırlşasınlar. Təbii ki, bir müharibə şəraiti yaransa, o qeydiyyatdan keçənlərdən də istifadə eləmək olar. Ona görə də Qarabağa səfərbərlik elə bu nümayişlə, mətbuatla olmalıdır. Başqa cür rəsmi çağırış olmadan silahsız adamlar Qarabağa yürüş edə bilməz ki. Nümayiş istəyinə nail oldu. Güney Azərbaycanda yazıldı ki, “Bakı ayaqlandı, Təbriz sən də qalx!”. Avropada, Rusiyada, dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqına dəstək verən onlarla möhtəşəm yürüş keçirildi. Bu, o deməkdir ki, həm ordumuzun Tovuzda qəhrəman müqaviməti, həm də Bakıdakı hadisələr dünyadakı bütün azərbaycanlılar tərəfindən dəstəkləndi. Hər kəsdə ruh yüksəkliyi yaratdı. Beynəlxalq təşkilat və qurumlarla yanaşı, həm də öz diaspor təşkilatlarımızdan böyük dəstək aldıq. Məncə, bu nümayişin elə ən böyük uğuru idi.
//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru