Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                     AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                     Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                 

Hakimiyyətin opponentləri ilə əməkdaşlıq siyasətinə mane olmaq istəyənlər kimlər ola bilər? - GƏLİŞMƏ
Tarix: 7-07-2020, 09:55 | Çap et
Hakimiyyətin opponentləri ilə əməkdaşlıq siyasətinə mane olmaq istəyənlər kimlər ola bilər?
Müxalifət partiyaları sədrlərinin Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşlərinə yenidən start verilib. Bu ilin əvvəlindən başlanan prosesin növbəti mərhələsidir. Bəs Prezident Administrasiyasında görüşlər müxalifəti ümidləndirirmi? Bu prosesi zədələmək istəyən, pozmaq istəyən ola bilərmi?

2015-ci ildə müxalifətlə təmaslar başlayarkən sabiq nazir Eldar Mahmudovun buna mane olduğu deyilirdi. Bəs indi necə, vurulanlar, komandadan uzaqlaşdırılanlar təxribat törədib, prosesi zədələmək imkanına malikdirlərmi?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ötən il Prezident Administrasiyasında mahiyyət etibarı ilə yeni bir struktur, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi təsis olunduqdan və həmin şöbəyə hörmətli Ədalət Vəliyev rəhbər təyin edildikdən sonra cari ilin fevral ayından etibarən ölkədə fəaliyyət göstərən demək olar bütün siyasi partiyaların rəhbərləri ilə ilkin olaraq tanışlıq görüşləri keçirilib. Yalnız iki siyasi təşkilat özünü bu prosesdən kənar qoyaraq görüşdən imtina etdi.

Tanışlıq məqsədilə keçirilən görüşlərdə həmçinin partiyalarla gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş, eləcə də mövcud problemlər, müxalifət partiyalarının fikir və təklifləri də qəbul edilmişdi. İndi isə keçirilən görüşlər artıq tanışlıq xarakterli deyil: “Biz o zaman da bu təşəbbüsü təqdir etdiyimizi bildirmiş və iqtidar-müxalifət münasibətlərinin sivil müstəvidə həyata keçirilməsində maraqlı olduğumuzu vurğulamışdıq. Bir daha qeyd edim ki, nəticə etibarilə demokratik cəmiyyətin inkişafında və xüsusilə də milli mənafelərimizin qorunmasında maraqlı olan siyasi təşkilatların qarşılıqlı etimad mühitində fəaliyyət göstərə bilmələri üçün münbit şəraitin formalaşması baxımından belə təmasları olduqca əhəmiyyətli hesab edirəm. Açığı, sonrakı mərhələdə prezident İlham Əliyevin bu prosesin şəxsən öz nəzarəti altında olması və bir qədər də sürətlə həyata keçirilməsində maraqlı olmasını dilə gətirməsi dövlət rəhbərliyinin ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşmasında maraqlı olduğu və bununla bağlı ciddi siyasi iradənin mövcudluğu barədə bizdə bir qənaət formalaşıb, ümid yaranıb.

Bütövlükdə bu prosesdən əsas istəyimiz və gözləntilərimiz siyasi baxışlarından asılı olmayaraq ölkədə milli dövlətçilik mənafeyindən çıxış edən qüvvələrlə real siyasi dialoq mühitinin formalaşması, bütün sahələr üzrə ictimai nəzarət mexanizminin möhkəmləndirilməsi, azad və ədalətli seçkilərə dayanan çoxpartiyalı sistemin təkmilləşdirilməsi, eləcə də demokratik cəmiyyətin inkişafında və xüsusilə də milli mənafelərimizin qorunmasında maraqlı olan siyasi təşkilatların qarşılıqlı etimad mühitində idarəçiliyə cəlb olunması üçün münbit şəraitin yaradılmasından ibarətdir. Ümid edirik ki, bu məsələlər həyata keçəcək".

A.Əlizadə qeyd etdi ki, əvvəlki illərdə baş verənləri nəzərə alsaq, hazırkı dönəmdə də bu prosesə mane olmaq istəyən qüvvələrin mövcudluğu istisna deyil: “Lakin ilin əvvəllərindən başlayaraq hakimiyyət komandasında həyata keçirilən yenilənmələr, aparılan antikorrupsiya əməliyyatları, siyasi partiyalara münasibətdə normal əməkdaşlıq mühitinin formalaşması istiqamətində atılan addımlar və bu əsasda siyasi iradənin mövcudluğu onu deməyə əsas verir ki, budəfəki prosesə mane olmaq istəyən qüvvələr öz istəklərinə çata bilməyəcəklər. Hesab edirəm ki, siyasi partiyalar olaraq bizlər də öz növbəmizdə mövcud prosesin davamlı olması və cəmiyyətin yenilənməsi uğrunda üzərimizə düşən vəzifəni sonacan yerinə yetirməliyik”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, iqtidarın elan etdiyi islahat, yumşalma siyasəti faydalı və çox labüddür: “Bu istiqamətdə onların atacağı istənilən səmimi pozitiv addıma da təbii ki, dəstək verməyə hazırıq. Mən düşünürəm ki, hazırkı vəziyyətdə Azərbaycanımızın yeganə xilas yolu iqtidar-müxalifət-xalq birliyindən və həmrəyliyindən asılıdır. Bu yöndə də təbiidir ki, əsas iş iqtidarın üzərinə düşür. Çünki iqtidar odur və o gücün yaratdığı məsuliyyət hissi ilə davranmalıdır. İlk baxışdan deyə bilərik ki, nəhayət, bu istiqamətdə iqtidar ilk addımı atıb. Müxalifətin də böyük bir hissəsi bu addıma adekvat - müsbət reaksiyasını sərgiləyib. Görüşlərin davamı ümid yaradır. Gözləntimiz odur ki, hakimiyyət elan etdiyi islahatlarda səmimi, ardıcıl və prinsipial olacaq. Ən əsası birinci şəxs bu məsələdə sona qədər siyasi iradə və qətiyyət nümayiş etdirəcək”.

T.Abbaslının sözlərinə görə, təbiidir ki, illərdir öz varlıqlarını sərt idarəçilik sisteminin hesabına sürdürən, bunun hesabına mal, mülk, vəzifə, səlahiyyət sahibi olanlar bu prosesə sona qədər dirəniş göstərəcək: “Çünki onlar da gözəl anlayırlar ki, idarəçilik qaydaları, sistemi dəyişən kimi, xalqla iqtidar arasında normal, sivil münasibətlər formalaşdıqdan sonra onlar tarixin arxivinə atılacaqlar. Hətta ola bilər ki, onlar tarixin arxivinə deyil, zindanlara atılarlar və onillərdir ki, xalqdan taladıqları da əllərindən çıxar. Odur ki, onların sona qədər dirənməkdən və hər cür qanuni, qanunsuz yoldan istifadə edərək özlərini qorumaqdan başqa çıxış yolları qalmayb. Təbiidir ki, dövlətin canına qarayara kimi çökmüş bu quldurların istər müxalifətdaxili, istər beynəlxalq təşkilatlar və xarici dövlətlərdə də dayaqları kifayət qədərdir. Və dönəm-dönəm biz bu təsir rıçaqlarından istifadə ilə özlərini qoruduqlarının, mövcudluqlarının ömrünü süni şəkildə uzatmalarının şahidi olmuşuq. Bu da ilk növbədə dövlətə və dövlətçiliyə vurulan zərbə olub. Bunları təkcə mən demirəm, hətta mənim dediklərimdən daha açıq və sərt formada iqtidarın öz nümayəndələri etiraf edir. Ancaq bütün maneələrə baxmayaq başlanan proses davam etməlidir. Azərbaycanımızın ərazi bütövlüyü, gücü, qüdrəti və hətta müstəqilliyi belə, həm də bu prosesin inkişafından asılıdır”.

ALDP səri Fuad Əliyev deyir ki, iqtidar-müxalifət görüşünün davamının olması bir müddət əvvəl yaranan ümidləri daha da artırıb. Çünki indiki dövrdə müxtəlif fikirlərin olması, fərqli təkliflərin müzakirə olunması ölkənin iqtisadi, epidemioloji durumdan çıxması, həm də ölkədə yeni bir prosesin yaranması üçün təkan verə bilər. Partiyaların qeydiyyatdan keçməsinin sadələşdirilməsi və əngəllərin aradan qaldırılması pozitiv bir məsələdir. Yəni artıq ortada müsbət nəticələr var.

Müxtəlif siyasi partiyaların olması fikir müxtəlifliyinə, siyasi səhnənin rəngarəng olmasına dəlalət edəcək. Bu görüşlərin davam olunmasında, olub-olmamasında müxalifətdən çox iqtidarın mövqeyi təsirlidir: “Bu proses ardıcıl və davamlı olmalıdır. Kampaniya xarakterli və protokol qaydasında olmamalıdır. Haradasa ümidim var ki, iqtidarın elan etdiyi islahat və yeni kurs kağız üzərində qalmaz”.

O ki qaldı bu prosesi pozmaq istəyənlərə, Fuad Əliyev dedi ki, bu cür cəhdlər həmişə olub və olacaq: “Artıq iqtidara yaxın olanlar da bunu açıq bəyan edirlər. Bəzi keçmiş deputatların və Fəzail Ağamalının silsilə açıqlamaları bunun sübutudur. İndi başlayıblar keçmiş ”sirləri" açmağa. Halbuki biz bunları bilirdik və deyirdik. Vurulanlar, komandadan uzaqlaşdırılanlar və onların vəzifələrdə qalan uzantıları təxribat törədib, prosesi zədələmək istəsələr belə, bu dəfə alınmayacaq. Bu dəfə onlarda heç nə alınmayacaq. Çünki proses artıq gedir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Bu gün, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Bu gün, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Bu gün, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Bu gün, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Bu gün, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Bu gün, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru