Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb .....                     Bakının Rusiya ilə bağlı daha bir addımı .....                     Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? .....                     Ermənistanda bəyanat verildi: .....                     Baş nazir vətəndaşlarla birgə uçdu .....                     Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır .....                     Laçın yollarında 277 min manatlıq cari təmir .....                     Onlara tapşırıq verilib: .....                     Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər .....                     Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb .....                     Kiyev “Gürcü Arzusu”nu ittiham etdi .....                     Paşinyan buna da ÇARƏ TAPA BİLƏR... .....                     Təhsil Nazirliyi bu şirkətlə 5,6 milyon manatlıq müqavilə imzaladı .....                     Şiddətli töhmət alan Fuad Nağıyevin 267 min manatlıq .....                     Binəqədidəki özbaşınalığı ETSN NİYƏ GÖRMÜR? .....                     İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu .....                     İlhamə Elşadqızı yenə həbsdə qalacaq .....                     Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? .....                     Vaşinqton razılaşması regionumuzda sülhə yol açır .....                     Bloqer Səlim Milli vəfat etdi .....                     Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb .....                     Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb .....                     Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı .....                     Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır .....                     Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib .....                     OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? .....                     Dövlət Turizm Agentliyindən bir gündə iki tender: .....                     Saakaşvilidən Azərbaycan açıqlaması: .....                     Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? .....                     Balakənin küçələrini təmir edəcək .....                     “Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır .....                     Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir .....                     Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı .....                     Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün .....                     Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu .....                     Rüşvətxor polis zabitləri .....                     Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB .....                     Vardanyandan Azərbaycana barışıq təklifi .....                     AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb .....                 

Düşmən çörəyinə yağ sürtən milli naxələflər: - xalqa yaxşılığınız dəymir, barı pisliyiniz keçməsin!
Tarix: 1-07-2020, 08:56 | Çap et
Düşmən çörəyinə yağ sürtən milli naxələflər:
Azərbaycan prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında etdiyi çıxış haqda geniş məlumat verilib. Ölkə başçısı çıxışında “müstəqillik” qazanandan sonra Ermənistana rəhbərlik edənlər haqda da sərt fikirlər səsləndirmişdi.

Sitat: “Ermənistanın müstəqillik tarixi rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açıb-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni belə çıxır ki, 20 il ərzində bu “müstəqil” ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar?”

Prezident habelə Nikol Paşinyanın iki illik hakimiyyət dövrünü xarakterizə edərək demişdi: “2018-ci ildən bu yana nə baş verib? Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin “inqilabları”, əslində qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür... Son hadisələr nəyi göstərir? Siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər.

Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır”.

***

Xəbər verdiyimiz kimi, Prezidentin çıxışındakı bu hissələr düşmən ölkədə əsl rezonans doğurub. Korrupsioner-kriminal Sərkisyan rejiminin öz xalqına qarşı cinayətləri erməni mediası tərəfindən yenidən yada salınıb, tənqid hədəfi olub. Bu, həmin Serj Sərkisyandır ki, 2008-ci il martın 1-də, saxta prezident seçkilərindən sonra onu qalib elan edib erməni xalqına qondarma prezident kimi sırımaq üçün İrəvanda 10 dinc erməni nümayişçisi güllələnərək öldürülmüşdü. Yaxşı deyiblər, “Kələklə gələn küləklə gedər”. Düz on il sonra – 2018-ci ilin aprelində S.Sərkisyan konstitusiyanı dəyişib bu dəfə baş nazir qismində hakimiyyətinin ömrünü uzatmaq istəyərkən ondan bezmiş narazı kütlə tərəfindən devrildi – hansı məqama ki, Azərbaycan prezidenti də ümumi şəkildə diqqət çəkib.

Lakin nə qədər qəribə görünsə də, İlham Əliyevin Ermənistan və onun rəhbərləri haqda sərt tənqidi fikirləri “sapı özümüzdən olan baltalar”ın çevrəsində də narahatlıq yaradıb. Onlar az qala, ermənidən də böyük şövqlə qabağa düşərək, “yaxa cırmağa” başlayıblar. Bu xüsusda Milli Şura adlanan qurumun rəhbərləri və xaricdə yaşayan bəzi fəallar məxsusi fərqlənir, müəyyən iddialarla çıxış edirlər. Bildirirlər ki, Ermənistan hakimiyyəti haqqına prezidentin irəli sürdüyü fikirlər elə Azərbaycan hakimiyyətinin özünə aiddir.

***
Amma gəlin görək Azərbaycan prezidenti nəyi səhv deyib?

Məgər Ermənistan işğalçı siyasətə görə düşdüyü təcrid səbəbindən illərdir iqtisadi tənəzzül içində deyil ki? Ölkə boşalmaqda davam eləmir? Əhalinin güzəranı ildən-ilə pisləşmir? Əsgər tuşonkasını oğurlayıb sonra da bazarlarda satdıran erməni generalı – erməni milli qəhrəmanı barədə deyilənlər də yalanmı? Qətiyyən. Bu – general Manvel Qriqoryandır, Ermənistan müdafiə nazirinin sabiq müavini, az öncə xəstəliyinə görə həbsdən buraxılıb.

“Qarabağ ixtilafı olmasaydı, Azərbaycan şübhəsiz ki, ləçər və dilənçi Ermənistana da yardım əli uzadacaqdı”
Və yaxud İlham Əliyev deyəndə ki, “Ermənistan özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir, iqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır, ondan-bundan pul dilənir” yanlışmı söyləyir? Ya bəlkə onun “bu ölkədə demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir, indi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır” sözləri gerçəyi əks etdirmir?

Bütün bunları, o cümlədən Ermənistanın Rusiyadan vassal asılılığında olduğunu ermənilərin özləri, onların ekspertləri, iqtisadçıları, siyasətçiləri, bankirləri neçə vaxtdır açıq deyir, etiraf edirlər. Bu və digər faktlar barədə bizdən qabaq erməni mediası yazıb və yazır. Həm də illərdir.

Paşinyan ailəsinin siqaret qaçaqmalçılığı, digər korrupsiya ittihamlarına gəlincə, bunu da biz yox, öncəliklə işğalçı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan konkret faktlarla dilə gətirib. “Demokrat” Paşinyanın artıq ölkə konstitusiyasını istədiyi şəkildə dəyişərək, avtoritar hakimiyyətini qurmaq yönündə səyləri, onu tənqid edən siyasi fəalları və opponentlərə qarşı təqib kampaniyası aparması da danılmaz faktlardır. Bu barədə artıq Qərb mediası da yazmağa, beynəlxalq insan haqları təşkilatları, Venesiya Komissiyası vəziyyətdən narahat olmağa başlayıb.

***

Sonra. Baxın, pandemiya səbəbindən işğalçı ölkə hansı fəlakətli, çıxılmaz duruma düşüb. Orada vəziyyət postsovet məkanında ən ağır hesab edilir. Hər milyon nəfərə düşən yoluxma sayına görə isə Ermənistan dünyada liderlik edir! Karantin rejimi tətbiq ediləndən N.Paşinyan hökuməti dünyadan, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) pul dilənir, hətta COVİD-19 yayılan xırda ölkələrdən də utanmadan yardımlar qəbul edir, həkimlər dəvət edir. Biz hələ hökumətin ac-yalavac, işsiz əhalisinə ciddi maddi yardım göstərə bilməməsini demirik. Erməni baş nazirin özünün etiraf elədiyi kimi, ölkəsi artıq əsl cəhənnəmdə yaşayır.

Azərbaycanda isə tam əksidir. Azərbaycan dövləti nə qədər çətin vəziyyətdə olsa da, əksinə, onlarla ölkəyə, hətta ÜST-ə pandemiya ilə bağlı maddi yardım edib. Əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəlik milyardlar, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün atılan addımlar da öz yerində.

Nəyin hesabına? Onun hesabına ki, baş tutmayan, xaricdən güclü asılılıqda olan, müstəqil siyasət yürütmək qabiliyyətini itirmiş kasıb Ermənistandan fərqli olaraq, Azərbaycan – imkanlı, sərbəst ayaq üstdə duran, iqtisadi cəhətcə bölgənin gerçəkdən də müstəqil və lider dövlətidir. Heç şübhəsiz, Qarabağ ixtilafı olmasaydı, varlı Azərbaycan ləçər və dilənçi Ermənistana da kömək əlini uzadacaqdı.

***

Qayıdaq, “sapı özümüzdən olan baltalar”a. Belə görünür ki, MŞ rəhbəri Cəmil Həsənli, bu qurumda təmsil olunan digər fəallar, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslər milli hissləri tam itiriblər.

Yoxsa bilərəkdən, ya bilməyərəkdən artıq hakimiyyətə qarşı yox, dövlətimizə qarşı mübarizə aparmazdılar, “Azərbaycanın vəziyyəti nə qədər pisdirsə, Azərbaycan nefti nə qədər ucuzlaşırsa, bizim üçün bir o qədər yaxşıdır” xəstə təfəkkürü ilə yaşamazdılar. Öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etmək, vətənlərini isə ləkələmək kimi satqınçı yol tutmazdılar. Bu ölkəyə və xalqa yaxşılığınız dəymir, heç olmasa, pisliyiniz keçməsin!

Şübhə yox ki, Milli Şuranın, AXCP-nin, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktoru da dayanır. “Pulu kim verirsə, musiqini də o sifariş edir” yəni. Milli Şuranın son videokonfransından yayılan görüntülərdə də açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir.

Hətta Azərbaycana münasibətdə ən radikal mövqedə duran erməni mediası da İlham Əliyevin Sərkisyan və Paşinyan rejimləri haqda sərt tənqidi fikirlərini haradasa bölüşdüyü halda, “azərbaycanlılar”dan ibarət bu bədnam “anti-Azərbaycan kolonu” daha uzağa gedir, Azərbaycanı erməni millətçi-daşnaklarından da betər şəkildə hədəf alır, hər fürsətdə dövlətimizin dünyada gözdən-nüfuzdan düşməsinə çalışır, bundan sanki həzz alırlar.

Əlbəttə ki, Azərbaycanda hər şey ideal, hakimiyyət isə qüsursuz deyil. Bizdə də effektli idarəçilik, korrupsiya-rüşvətxorluqla bağlı problemlər var. Ancaq insafən, bu problemləri yoluna qoymaq üçün siyasi iradə də var. Bu haqda xüsusən son illər ən yüksək səviyyədə deyilir, etiraflar səslənir, media yazır. Lakin “evin qüsurları”nı əldə bayraq edib xain düşmənə tutarqa vermək, ən betəri, ermənilərə bağlı dairələrin əlində Azərbaycan əleyhinə maşaya çevrilmək - öz millətinə sevginin, rəğbətin yox, xəyanətin təzahürüdür. Hətta bəzən heç erməni də bizə belə pisliyi eləmir. Bu da isti nümunə.

Armenianreport.com erməni portalında iyunun 29-da getmiş, Azərbaycan prezidentinin məlum çıxışına həsr olunan məqalədə deyilir: “Təəssüf ki, bizim indiki hökumətimizin (Paşinyan hökumətinin – “YM”) də tənqid ediləsi cəhətləri var. Əvvəlki rejimdən danışmağa isə heç dəyməz: əvvəlki (Sərkisyan-Köçəryan – “YM”) rejiminin qiymətləndirilməsi məsələsində mən İlham Əliyevlə razıyam, hazırkı hökumətin qiymətləndirməsində isə - əksərən xeyr. Paşinyan ailəsi qaçaqmalçılıq və ya başqa hansısa qaranlıq işlərlə məşğuldurmu? Hələlik söyləmək çətindir. Hakimiyyət dəyişsə, onda situasiya aydınlaşar. Yəni günahsızlıq prezumpsiyası”.

Doğrudur, bir qayda olaraq, erməni KİV-ləri mənsub olduqları siyasi çevrələrin sifarişi əsasında Azərbaycan hakimiyyəti haqqında əndazəni aşan sözlər, ağızlarına gələn hədyanlar yazır, çox vaxt situasiyanı malalamağa çalışırlar. Guya ki, 2018-ci ilin “məxməri inqilab"ından sonra Ermənistan demokratik inkişaf yoluna çıxmağa başlayıb. Ancaq bəllidir ki, “demokratiya paytaxtları”, ümumən Qərb dünyası bu erməni yalanını ciddi qəbul eləmir. Paşinyan hökumətinin artıq üçüncü ildir “qapı arxasında” saxlanması, ona heç bir sanballı siyasi-maddi dəstəyin verilməməsi buna bariz sübutdur.

İkinci yandan, bu, erməni mediasıdır – müharibə vəziyyətində olduğumuz bir ölkənin təbliğat maşınıdır. Bu mənada hansı ad altında olur-olsun, düşmən ölkənin Azərbaycan əleyhinə işləyən təbliğat dəyirmanına su tökmək, onun “çörəyinin üstünə yağ sürtmək” Azərbaycan xalqına xəyanətdir, ona nankorluqdur, nəhayət, yediyin qaba tüpürməkdir.
Başqa, daha ağır ad da var...“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Dünən, 23:18
Bakının Rusiya ilə bağlı daha bir addımı – ən tutarlı cavab…
Dünən, 18:03
Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? - AKTUAL
Dünən, 18:00
Ermənistanda bəyanat verildi: - Ruslar çıxarılır, Bakı nəzarət edəcək
Dünən, 17:58
Baş nazir vətəndaşlarla birgə uçdu - FOTO
Dünən, 17:55
Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 17:49
Laçın yollarında 277 min manatlıq cari təmir - DETALLAR
Dünən, 17:40
Onlara tapşırıq verilib: - Bayramovla Mirzoyan sülh prosesini sürətləndirəcəklər
Dünən, 17:39
Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər - SİYAHI
Dünən, 17:32
Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - SANA agentliyi
Dünən, 17:18
Kiyev “Gürcü Arzusu”nu ittiham etdi - Ukrayna xalqına hörmətsizlikdir
Dünən, 17:15
Paşinyan buna da ÇARƏ TAPA BİLƏR... - FADEEVƏ CAVAB...
Dünən, 17:14
Təhsil Nazirliyi bu şirkətlə 5,6 milyon manatlıq müqavilə imzaladı - TƏFƏRRÜAT
Dünən, 17:07
Şiddətli töhmət alan Fuad Nağıyevin 267 min manatlıq SƏRGİ MƏRKƏZİ
Dünən, 17:02
Binəqədidəki özbaşınalığı ETSN NİYƏ GÖRMÜR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:57
İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 16:50
İlhamə Elşadqızı yenə həbsdə qalacaq
Dünən, 16:47
Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 16:31
Vaşinqton razılaşması regionumuzda sülhə yol açır - deputat
Dünən, 16:27
Bloqer Səlim Milli vəfat etdi
Dünən, 16:21
Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb
Dünən, 16:19
Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb - KİV
Dünən, 16:16
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Dünən, 16:15
Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır - Tramp
Dünən, 16:11
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Dünən, 16:08
OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Dünən, 15:42
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Dünən, 15:38
Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Dünən, 15:26
Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Dünən, 15:21
Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Dünən, 15:17
Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Dünən, 15:14
“Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Dünən, 15:12
Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Dünən, 15:09
Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı - TƏFƏRRÜAT
Dünən, 15:06
Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib
Dünən, 15:03
Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - TƏFƏRRÜAT
Dünən, 14:54
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
Dünən, 14:51
Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:47
Vardanyandan Azərbaycana barışıq təklifi – Onları bağışlamaq olarmı?
Dünən, 14:40
AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb - DİQQƏT!
Dünən, 14:34
Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Dünən, 13:10
"Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş"
Dünən, 13:08
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - AKTUAL
Dünən, 13:00
Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
Dünən, 12:58
“Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”
Dünən, 12:53
Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır – 264 min xərclənəcək
Dünən, 12:52
Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? - “Middle East Eye”
Dünən, 12:50
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:47
“Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 12:44
Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Dünən, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru