Partiya sədrləri yardım kampaniyasına qoşulub? - “Özümüzün yardıma ehtiyacı var, o ki qaldı kiməsə yardım etmək”
Tarix: 27-05-2020, 09:08 | Çap et
 Koronavirus pandemiyasının ölkəmizdə də yayılması səbəbilə elan edilən xüsusi karantin rejimi iş yerlərinin müvəqqəti bağlanması, bir çox insanın gəlirdən məhrum olması ilə nəticələndi.
Belə bir zamanda müxtəlif təbəqədən olan insanlar imkansız ailələrə yardım kampaniyasına start verdi. Bu kampaniyaya qoşulanlar arasında tanınmışlar və siravi vətəndaşlar da yer aldı. Artıq karantin qaydaları yumşaldıqdan bəri iş yerləri açılır, fəaliyyət tədricən bərpa olunur.
Maraqlıdır ki, karantin müddətində siyasət nümayəndələri də yardım aksiyasında iştirak ediblərmi?
Cebhe.info bununla bağlı partiya sədrləri arasında sorğu keçirib.
AG Partiyanın rəhbəri Tural Abbaslı açıqlamasında bildirib ki, partiya olaraq karantin müddətində iki fərqli zamanda imkansız ailələrə yardım ediblər:
"Biz karantində 2 dəfə, fərqli zamanlarda partiya olaraq ümumilikdə 60-a yaxın ailəyə yardım etdik. Müxtəlif üzvlərimiz də öz təşəbbüsləri ilə ayrı-ayrı ailələrə, şəxslərə yardım göstərdi. Çalışdıq ki, ən azı 4 nəfərlik ailənin 10-12 günlük ərzağı olsun. Fikrimiz var ki, Allah imkan versə, bunu mütəmadi davam etdirək. Ən azı, ayda bir dəfə. Çünki kampaniya ərzində bəzi adlar, koordinatlar bəlli oldu. Doğrudan da, bəzi insanların acınacaqlı vəziyyətdə yaşadığını gördük. Mən inanmıram ki, yardım olunanların vəziyyəti karantin bitəndə də yaxşılaşsın. Belə məlum oldu ki, onların karantinə qədər də vəziyyəti yaxşı deyilmiş. Düşünürəm ki, hər bir partiya, təşkilat, istənilən kollektiv fəaliyyət istiqamətindən asılı olmayaraq, ayda bir dəfə aralarında müəyyən məbləğdə pul yığaraq bu yardımı edə bilər".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 570 imkansız ailəyə yardım göndərdiklərini söyləyib:
"Biz bununla bağlı partiya xətti ilə 570 ərzaq zənbilini imkansız ailələrə göndərdik. Sadəcə, sosial şəbəkələrdə bunun geniş fotolarını yaymadan rəsmi məlumat verdik".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yardım aksiyasında iştirak etmədiklərini, partiyanın özünün maliyyəyə ehtiyacı olduğunu deyib:
"Xeyr, yardım aksiyasında iştirak etməmişik. Bizim partiya kimi özümüzün yardıma ehtiyacımız var. Çünki bizim saytımız, qəzetimiz, televiziyamız var. Bunların işini təşkil edə bilmirəm, o ki qaldı kiməsə yardım etmək. Bu yardım məsələsi qazanc götürən, müəyyən gəliri olan təşkilatlara aiddir. Yardım var deyə, hər kəs yardım edə bilməz".
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya xətti ilə belə yardımlara qoşulmadıqlarını, ancaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən mənbəğdə yardım etdiklərini vurğulayıb:
"Nə mən, nə rəhbəri olduğum partiya elə bir kampaniya aparıb. Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanımız daxilində müəyyən yardım göstərdik. Prinsipcə, bu yardımların göstərilməsinə fərqli yanaşıram. Hesab edirəm ki, yardımlar dövlət xətti ilə təşkil olunmalıdır. Yardım göstərənlər də bu barədə reklam aparmasalar, bəlkə də, daha doğru olar. Düzdür, reklam bəzilərini bu prosesdə iştirak etməyə təşviq edir. Ona görə də bu məsələyə görə kimisə qınamaq fikrində də deyiləm. Amma özümüzün imkanımız daxilində partiya üzvləri müəyyən iş görüb".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49 |
|
|
|
| • Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40 |
|
|
|
| • Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36 |
|
|
|
| • Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29 |
|
|
|
| • 40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26 |
|
|
|
| • Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15 |
|
|
|
| • Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14 |
|
|
|
| • Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10 |
|
|
|
| • Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07 |
|
|
|
| • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
| • Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Dünən, 16:40 |
|
|
|
| • “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Dünən, 16:37 |
|
|
|
| • Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Dünən, 16:35 |
|
|
|
| • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Dünən, 16:33 |
|
|
|
| • Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Dünən, 16:31 |
|
|
|
| • Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Dünən, 16:02 |
|
|
|
| • İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Dünən, 16:01 |
|
|
|
| • Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Dünən, 15:58 |
|
|
|
| • SEPAH İsraili müharibə ilə təhdid etdi
Dünən, 15:56 |
|
|
|
| • Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Dünən, 15:55 |
|
|
|
| • “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Dünən, 15:53 |
|
|
|
| • BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
| • “Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Dünən, 15:45 |
|
|
|
| • Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Dünən, 15:43 |
|
|
|
| • "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Dünən, 15:42 |
|
|
|
| • "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Dünən, 15:34 |
|
|
|
| • Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Dünən, 13:31 |
|
|
|
| • Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Dünən, 13:27 |
|
|
|
| • Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Dünən, 13:24 |
|
|
|
| • BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Dünən, 13:20 |
|
|
|
| • Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Dünən, 13:10 |
|
|
|
| • BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Dünən, 13:05 |
|
|
|
| • Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
| • Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54 |
|
|
|
| • Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Dünən, 12:52 |
|
|
|
| • Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Dünən, 12:52 |
|
|
|
| • Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Dünən, 12:50 |
|
|
|
| • Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Dünən, 12:49 |
|
|
|
| • "O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Dünən, 12:44 |
|
|
|
| • Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Dünən, 12:28 |
|
|
|
| • "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Dünən, 12:25 |
|
|
|
| • "14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Dünən, 12:17 |
|
|
|
| • “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Dünən, 12:10 |
|
|
|
| • Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Dünən, 12:05 |
|
|
|
| • Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Dünən, 12:04 |
|
|
|
| • Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Dünən, 12:02 |
|
|
|
| • Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Dünən, 11:56 |
|
|
|
| • Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Dünən, 11:52 |
|
|
|
| • İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Dünən, 11:51 |
|
|
|
|