Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                 

“Məhkəmədə Əli Kərimlini ifşa edəcəyəm” - QALMAQAL
Tarix: 13-05-2020, 15:04 | Çap et
“Məhkəmədə Əli Kərimlini ifşa edəcəyəm”
Bugünkü müsahibimiz Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın Nəzarət-Təftiş Komissiyasının sabiq sədri Aydın Əliyevdir.

Qeyd edək ki, Aydın Əliyev Əli Kərimliyə qarşı məhkəmə iddiası qaldırıb. A.Əliyev iddia ərizəsində Əli Kərimlinin partiyaya daxil olan ianə və s. pulları mənimsədiyini, ancaq öz nəzarətində saxladığını, bu pulları özünün, ailəsinin və xaricdə yaşayan övladlarının dəbdəbəli həyatına sərf etdiyini, yüzlərlə cəbhəçini aldatdığını, hər birindən öz şəxsi mənafeyi üçün istifadə etdiyini bildirib. “Yurd” sədrinin anti-demokratik hərəkətlərinə etraz edənləri ləkələdiyini, böhtanlara məruz qoyduğunu və partiyadan uzaqlaşdırdığını, partiyada sərt diktatura rejimi qurduğunu bildirən A.Əliyev Əli Kərimlini “siyasi dələduz” adlandırıb.

A.Əliyev iddia ərizəsində həmçinin, Əli Kərimli tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə imkan verilmədiyini, onun Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğunu qeyd edib və Komissiyanın sədri vəzifəsini icra etməyə maneçilik törətməsinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını istəyib. Hazırda məhkəmə prosesi davam edir.

Aydın Əliyev son vəziyyətlə bağlı Cebhe.info-nun suallarını cavablandırıb.

“Əli Kərimlinin vəkili jurnalistlərin məhkəmə prosesində iştirakında etiraz etdi”

-Aydın bəy, Əli Kərimli ilə bağlı məhkəmə prosesi nə yerdədir?

-Məhkəmə prosesi koronavirusla əlaqədər dayandırılıb. Yəqin ki, mayın 31-dən sonra bununla bağlı qərar veriləcək. Amma bütün hallarda bu müddətdə məhkəmə işinə baxılması ilə bağlı qərar yoxdur. Mən məhkəmədə vəsatət qaldırmışam ki, proseslərə jurnalistlər buraxılsın, proses canlı yayımlansın. Çox güman ki, bu vəsatət qəbul olunacaq. Hətta Əli Kərimlinin vəkili jurnalistlərin məhkəmə prosesində iştirakında etiraz etdi. Çünki onlar mənim haqlı olduğumu bilirlər və ona görə də istəmirlər ki, jurnalistlər prosesdə iştirak etsin.

“Rəyasət Heyətinin məni partiyadan çıxarmaq səlahiyyəti yoxdur”

-Siz partiyadan niyə çıxarılmısınız?

-Əli Kərimlini “siyasi dələduz” adlandırdıqdan sonra Nəzarət- Təftiş Komissiyasının sədri vəzifəsini icra etməyimə maneçilik törədilib. Bu maneənin aradan qaldırılması ilə əlaqədar 27 noyabr 2019-cu ildə Nəsimi rayon Məhkəməsinə müraciət etmişəm. Nəsimi rayon Məhkəməsində iş hakim Cəmilə Musayevanın icraatındadır. Məhkəmə baxışı zamanı Əli Kərimlinin nümayəndəsi və vəkili Fəxrəddin Mehdiyev tərəfindən mənim iddia ərizəmə etiraz təqdim edildi. Həmin etirazda 10 iyun 2019-cu il tarixli Ali Məclisin Rəyasət Heyətinin ümumi yığıncağının çıxarışı protokola əlavə olundu. Çıxarışda qeyd olunurdu ki, həmin tarixdə Rəyasət Heyətinin iclası 12 nəfərin iştirakı ilə keçirilib və həmin yığıncağın qərarı ilə partiyadan xaric edilmişəm. Mənim partiyadan xaric edilməyimin səbəbi Nəsimi rayon Məhkəməsində iddia qaldırmağım olub. Əli Kərimlinin göstərişi ilə Rəyasət Heyəti köhnə tarixə guya ümumi yığıncaq keçirib və xəbərim olmadan partiyadan xaric olunmuşam. Həmin qərar mənə 9 yanvar 2020-ci ildə məhkəmə iclası zamanı təqdim edilib. Ali Məclisin 10 iyun 2019-cu il qərarı qanunsuz və əsassız olduğundan, 30 yanvar 2020-ci il tarixində Nəsimi rayon Məhkəməsinə yeni iddia ərizəsi ilə müraciət etmişəm. Qərar qanunsuz olduğu üçün ləğv edilməsini və mənim partiya üzvülüyünə, Nəzarət- Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunmağımla bağlı qərar qəbul olunmasını xahiş etmişəm. Belə ki, Rəyasət Heyətinin məni partiyadan çıxarmaq səlahiyyəti yoxdur. Bu səlahiyyət ancaq partiyanın qurultayına aiddir. Partiya nizamnaməsinin 6.5 maddəsində göstərilir ki, qurultaylararası müddətdə partiyanın ali orqanı Ali Məclisdir. Ali Məclis qurultayın müstəsna səlahiyyətinə aid olan məsələlərdən başqa partiyanın bütün məsələlərini müzakirə və həll edir. Ali Məclisin səlahiyyət müddəti isə 2 ildir. Ümumiyyətlə, bu qərarın qanunsuz olması ilə bağlı yetəri qədər sübutum var. Belə ki, Rəyasət Heyətinin 10 iyun 2019-cu ildə mənim partiyadan uzaqlaşdırılmağımla bağlı verilən qərardan çıxarışda partiya mövqeyinə zidd olan siyasi hərəkt etməyimlə, nizamnamənin 3.2, 3.4, 3.6 maddələrini pozmağımla, partiyanın məqsəd və vəzifələrini icra etməkdən imtina etməyimlə bağlı sübutlar qeyd edilməyib və ya qərara əlavə olunmayıb.

Bununla bağlı 28 fevral 2020-ci ildə Nəsimi rayon Məhkəməsində vəsatət qaldırmışam. Həmin vəsatət məhkəmədə Əli Kərimlinin vəkili Bəhruz Bayramova təqdim edilib. Həmin məhkəmə iclasında müşahidəçi qismində partiyanın Ali Məclisinin sədr müavini, Rəyasət Heyətinin üzvü İradə Əliyeva və Nəzarət- Təftiş Komissiyasının üzvü Təzəxan Mirələmli iştirak edib. Məhkəmə qaldırdığım iddia əsasında Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə 5 iclas keçirilib. Eyni zamanda, 27 noyabr 2019-cu ildə məhkəmə iclası zamanı Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyevin, Ali Məclisinin sədr müavini, Rəyasət Heyətinin üzvü İradə Əliyevanın və Nəzarət -Təftiş Komissiyasının üzvü Təzəxan Mirələmli iştirak etməsinə baxmayaraq, Əli Kərimlinin nümayəndəsi və vəkili Bəhruz Bayramov bildirdi ki, partiyanın hüquqi ünvanı olmadığından məhkəmə bildirişi partiya nümayəndəsinə çatmayıb. Bəhruz Bayramov bu bildirişi götürməkdən imtina edib. Göründüyü kimi, bu prosesin Əli Kərimli tərəfindən uzadılmasına cəhdlər var.

-Əli Kərimli Rəyasət Heyətində hansı tapşırıqlar verirdi ki, sizin etirazına səbəb oldu? Sizi narazı salan məqamlar nə oldu?

-Ümumiyyətlə, Rəyasət Heyətinin Nəzarət- Təftiş Komissiyasının sədri, üzvü haqqında hər hansı bir qərar vermək və ya müzakirə etmək səlahiyyəti yoxdur. Nizamnamə çərçivəsində də buna yol verilmir və bu hal nizamnaməyə tamamilə ziddir. Ona görə də onların mənimlə bağı qərar verməsi qeyri-qanunidir.

-Məhkəmə iddianızda belə bir məqam var. İddia edirsiz ki, Əli Kərimli sizə ziyan vurub. Söhbət maddi ziyandan gedir?

-Sağlamlığıma zərər vurub. Maddi məsələni mən qabartmıram. Çünki 30 il bu partiyada fəaliyyət göstərmişəm. Mənim haqqımda qeyri-qanuni, nizamnaməyəzidd qərar çıxarıblar, 30 il bir yol gəlmiş şəxsə qarşı yaraşmayan hərəkət ediblər. Bu baxımından, mənə zərər vurduğunu demişəm. Mən bu partiyanın fəal üzvü, rayon təşkilatının sədri olmuşam. Çox təəssüf edirəm ki, Əli Kərimlinin tapşırığı ilə keçirilən, heç bir əsası olmayan, onun biznes marağına uyğun bütün icazəsiz aksiyalarda fəal iştirakçı olmuşam. Ona görə də polis dəyənəyinə tuş gəlmişəm. Hazırda da stressdən, qorxudan aldığım travmaların ziyanını çəkirəm. Hazırda həkim nəzarətindəyəm, müalicə olunuram. Ona görə deyirəm ki, Əli Kərimli mənim sağlamlığıma birbaşa zərər vurub. Amma məhkəmə iddiamda hər hansı bir kompensasiya tələbi yoxdur. Sadəcə, ictimaiyyətə bildirmək istəyirəm ki, Əli Kərimliyə qoşulan insanlar onun bu oyununda iştirak etməsinlər.

“Çünki onlar bilirlər ki, bu məsələdə mən haqlıyam, Əli Kərimli isə haqsızdır”

-Sizə qarşı bir müddətdir ki, sosial şəbəkələrdə söyüş kampaniyası aparılır. Ümumiyyətlə, Əli Kərimlinin təşkilatında söyüş kampaniyasının birbaşa onun tapşırığı ilə həyata keçirildiyi deyilir. 30 il orada olmusuz. Söyüş kampaniyası rəhbərlik səviyyəsində hazırlanırmı?

-Təbii ki, sosial şəbəkədəki söyüş kampaniyası birbaşa Əli Kərimli etiraf etməsə də, o partiyanın rəhbər orqanlarının tapşırığı əsasında aparılır. Onlar müxtəlif gizli saxta profillərlə sosial şəbəkəyə girib söyüş kampaniyasında iştirak edirlər. Məni tanıyan istər partiya funksionerləri, istərsə də siravi üzvlər açıq şəkildə heç vaxt söyməyiblər. Çünki onlar bilirlər ki, bu məsələdə mən haqlıyam, Əli Kərimli isə haqsızdır. Amma Əli Kərimli onlara vəd verir ki, guya hakimiyyətə gələcək və onlara vəzifə verəcək. Mən isə heç bir vəd verə bilmirəm, belə bir niyyətim də yoxdur. Mən ancaq haqq-ədalət vədini verirəm. Özləri də deyirlər ki, hansı cəmiyyətdə yaşayırıqsa, orada haqq-ədalət, demokratik quruluş olsun. Mən birbaşa Əli Kərimliyə demişəm ki, bu söyüş kampaniyası durdurulsun. Bilirəm ki, bu tapşırıq birbaşa Əli Kərimli tərəfindən verilir. Mən öz səviyyəmi gözləyərək məni söyənlərin heç birinə də cavab verməmişəm. Təbii ki, mən ədalətli məhkəmə qərarı ilə Əli Kərimlinin iyrənc işlərlə məşğul olduğunu, nizamnaməyəzidd qərarlar verdiyini ifşa etməklə bir daha haqlı olduğumu sübut edəcəyəm.

“Söyüş kampaniyasının başında duran elə Əli Kərimlinin özüdür”

- Əli Kərimli söyüş kampaniyasında birbaşa iştirak edirmi?

-Sosial şəbəkələrdən izləyirəm. Xaricdə yaşayan söyüşçül blogger Qəbul Məmmədov birbaşa deyir ki, Əli Kərimlinin başına yığışın, onu müdafiə edin. Amma Əli Kərimli bir dəfə çıxıb demir ki, mənim adımdan istifadə etməyin. Bu, nəyin göstəricisidir? Əgər söyüş, təhqir dolu çıxışlar edən bir adam Əli Kərimlini dəstəkləyirsə və onun da bundan xəbəri yoxdursa, çıxsın müraciət etsin ki, Qabil Məmmədov, mənim adımdan istifadə etmə. Amma bunu etmir. Ona görə də düşünürəm ki, söyüş kampaniyasının başında duran elə Əli Kərimlinin özüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Bu gün, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Bu gün, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Bu gün, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Bu gün, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Dünən, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Dünən, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Dünən, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Dünən, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru