Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib .....                     Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? .....                     Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb .....                     Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR .....                     Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər .....                     "Böyük Qayıdış" Strategiyası və... .....                     İcra başçıları üçün yaş həddi .....                     TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM .....                     Ordumuz yeni modelə keçir, gücünü artırır .....                     Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... .....                     “Buraxılış imtahanı DİM-dən alınmalıdır” .....                     “Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” .....                     Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... .....                     "Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı .....                     Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb .....                     İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir .....                     'Texniki nasazlıq' adı altında SOYĞUN .....                     Taliban Əfqanıstanı zülmətə bürüyür... .....                     Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... .....                     AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... .....                     "Siyasi müstəvidə də vəziyyət dəyişir..." .....                     “Azercell”in vətəndaşın cibinə girməkliyi... .....                     Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... .....                     Əli Həsənov hələ də TENDER UDUR .....                     Naxçıvanda işıq dirəyi YEYİNTİSİ .....                     Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... .....                     Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb .....                     Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” .....                     40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Bakıda kişi ondan pul istəyən sevgilisini döydü .....                     Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: .....                     Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                     Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu .....                     Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib .....                     “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib .....                     Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib .....                     Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib .....                 

Müxalifət yeni mitinq formatından imtina edir
Tarix: 1-05-2020, 09:37 | Çap et
Müxalifət yeni mitinq formatından imtina edir
Rusiya müxalifəti “Youtube” platformasında “Həyat uğrunda” şüarı ilə onlayn mitinq təşkil edib. Mitinq “Yox!” kampaniyasının təşkilatçıları tərəfindən gerçəkləşdirilib.

Onlayn tədbirin iştirakçıları hakimiyyəti böhran günlərində konstitusiyaya dəyişikliklər aparmaq yerinə, insanların həyatını xilas etməyə çağırıblar. Tələblər arasında bölgələrdə çalışan həkimlərin bütün zəruri vəsaitlərlə təmin olunması, koronavirusdan zərər çəkən vətəndaşlara birbaşa müavinətlərin ödənilməsi və kiçik biznesə yardım göstərilməsi, habelə epidemiya ilə mücadilə zamanı rusiyalıların hüquqlarının qorunması və konstitusiya islahatlarından imtina edilməsi yer alıb.

“Youtube”dakı aksiya 20 minə yaxın insan tərəfindən dəstəklənib və 3 saat davam edib. Bəs Azərbaycan müxalifəti onlayın mitinq keçirə bilərmi? Planında belə bir aksiya varmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycan arasında xeyli fərqlər var. Rusiyada müxalifət partiyaları yoxdur. Orada müxalifətçiliyi ictimai təşkilatlar, ayrı-ayrı QHT-lərin rəhbərləri, blogerlər edirlər. Onlayn mitinqi də onlar reallaşdırıblar: “Rusiyada daha çox antidemokratik rejim yaradılıb. Müxalif siyasi partiyaların olmaması bununla bağlıdır. Son aylar isə Rusiya hökuməti vacib sosial proqramları həyata keçirə bilmir. Ona görə də ölkədə böyük narazılıqlar yaranmaqdadır. Yaranan narazılıq müxalifət mövqeyində olan ictimai qurumlara, şəxslərə fürsət verib. Azərbaycanda müxalifət partiyaları və müxalif partiya sədrləri hər hansı bir məsələ barədə sözünü internetin verdiyi imkanlardan istifadə etməklə çatdırırlar. Biz internet televiziyalarında müntəzəm çıxışlar edirik, həmin verilişlərə minlərlə insan baxır, canlı verilişlərdə insanlar bizə suallarını ünvanlayırlar, şüarlarını, təkliflərini səsləndirirlər, yazırlar. Yəni əslində bu, onlayn mitinqin bir forması da sayıla bilər. Hətta bu formatın Rusiyadakı müxalif qüvvələrin keçirdiyi onlayn mitinq formatından üstün tərəfləri var. Onların keçirdiyi onlayn mitinqdə vətəndaşlar çıxış edənə sual verə bilmir. Mənim dediyim formatda isə vətəndaşlar sual verirlər, fikirlərini ifadə edirlər. Belə demək mümkünsə, sadə vətəndaşlar da çıxış etmək imkanı əldə edir. Mənim qeyd etdiyim formatın daha bir üstün tərəfi verilişlərə çıxan siyasətçinin fikirlərini, ona yazılanları sonradan istənilən vaxt internetə daxil olub dinləmək, izləmək, hətta yenə də nələrsə yazmaq imkanının olmasıdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan müxalifəti artıq xeyli vaxtdır onlayn aksiya keçirməkdədir. Ancaq bu o demək deyil ki, sırf Rusiyadakı müxalifətin keçirdiyi kimi onlayn mitinqi heç vaxt keçirməyəcəyik. Ciddi zərurət olacaqsa, biz də bu formatdan istifadə edərik”.

S.Cəlaloğlu onu da dedi ki, bu saat Azərbaycanın müxalifət partiyalarının Rusiyadakı müxalif qüvvələrdə olduğu səviyyədə texnika yoxdur: “Bizlərdə onlardakı kimi texnoloji imkanlar yetərli deyil. Bu faktoru da nəzərə almaq lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, elmin inkişafının insan yaşantısına qatdığı yeniliklərdən biri və bəlkə də ən önəmlisi virtual həyatdır. Bu gün insanların həyatlarının müxtəlif sahələrində bu nailiyyətlərdən aktiv istifadə edilir: “Koronavirus pandemiyası və bunun nəticəsində sərtləşdirilmiş karantin şərtləri onlayn həyatı daha da stimullaşdırdı. Hətta yüzilliklərdən bəri formalaşan ənənəvi insan davranışları belə, onlayn sistemə keçid etdi. Ancaq mən düşünürəm ki, bu məsələyə çox da aludə olmaq olmaz. Çünki insan həyatı real şəkildə yaşamalı və fəaliyyət göstərməlidir deyə düşünürəm. Həmçinin elə sahələr var ki, burada virtual və onlayn fəaliyyət lazımi effekt verməz. Bu sahələrdən ən başda gələnlərdən biri də siyasət səhnəsidir. Siyasət insanlarla birbaşa ünsiyyət formasında olduqda daha effektiv və məhsuldar olur deyə düşünürəm. Odur ki, mən onlayn, virtual aksiya və ya mitinqlərin tərəfdarı deyiləm. Düşünmürəm ki, belə aksiyalar Azərbaycanda lazımi effekt verə və hər hansı bir real nəticəsi ola. Odur ki, həyatın tezliklə normala qayıtmasının və həmişəki qaydada yaşamımızı davam etməyin tərəfdarıyam. Bir daha qeyd edirəm, bəlkə də kreativlik və ya rəngarənglik baxımından virtual aksiyalar qulağa xoş gələ bilər. Ancaq belə fəaliyyətin heç bir real siyasi nəticəsi ola bilməz. Odur ki, belə məsələlərə vaxt və enerji ayırmağın tərəfdarı deyiləm”.

AMİP katibi Əli Orucov da qeyd etdi ki, getdikcə virtual aləm real aləmi üstələməkdədir. Bütün müzakirələr və məlumatların yayılması sosial şəbəkələr üzərindən həyata keçirilir. Xüsusən də koronavirus pandemiyası cəmiyyəti real həyatdan daha da uzaqlaşdırdı: “Amma onlayn müzakirələr, internet resurslarının daha geniş yayılmasına baxmayaraq kütləvi etiraz formasının internet üzərindən keçirilməsi istənilən effekti verəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycanda bütün sahələrdə vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq koronavirus pandemiyası dövründə hansısa etiraz mitinqlərinin keçirilməsini düzgün saymıram. Lakin bu heç də o anlamı vermir ki, iqtidar tərəfi nə istədiyini edəcək, müxalifət olaraq da biz seyrçi qalacağıq. İndiki çətin dönəmlərdə hakimiyyətə müəyyən kart-blanş verməyin özü də xoş məramı göstərmək deməkdir. Bundan hakimiyyət sui-istifadə etməməli, problemlərin həllinə və çətin durumdan Azərbaycanı az itkilərlə çıxarmağa yönəltməlidir. Bununla belə, AMİP digər müxalif siyasi partiyalarla müntəzəm əlaqə saxlayıb bu və ya digər məsələlərlə bağlı fikir mübadiləsi aparır. Məsləhətləşmələr davam etdirilir. Yaxın dövr üçün hər hansı bir kütləvi etiraz aksiyası gündəmimizdə yoxdur. Əgər nə vaxtsa buna ehtiyac və zərurət duyularsa baxıla bilər. Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında durum fərqlidir. Şimal qonşumuzla müqayisədə Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Yəni ölkədə Rusiyada olduğu kimi böhranlı hal yoxdur. Kifayət qədər həlli vacib problemlər var, lakin bu, partlayış həddində deyil”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07
Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
“Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02
Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Bu gün, 07:00
"Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı — Şirkəti "Marsol Group"la nə bağlayır?
Bu gün, 06:56
Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:51
İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir – İran panikada
Bu gün, 06:49
'Texniki nasazlıq' adı altında SOYĞUN - "Hər kəsi avam bilməyin..."
Bu gün, 06:36
Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... - İlin sonunadək...
Bu gün, 05:58
"Siyasi müstəvidə də vəziyyət dəyişir..." - Arif Hacılı
Bu gün, 05:36
“Azercell”in vətəndaşın cibinə girməkliyi... - GİLEY
Bu gün, 05:22
Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Cəlilov Musayevi ram edə biləcəkmi...
Bu gün, 05:15
Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... - FAKT BUDUR!
Bu gün, 05:04
Əli Həsənov hələ də TENDER UDUR - TƏFƏRRÜAT
Bu gün, 04:56
Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49
Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40
Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36
Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Dünən, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Dünən, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Dünən, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Dünən, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Dünən, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Dünən, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Dünən, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Dünən, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Dünən, 15:56
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Dünən, 15:55
“Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Dünən, 15:53
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Dünən, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Dünən, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru