“Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir”
Tarix: 25-04-2020, 11:10 | Çap et
 Xəbər verildiyi kimi, REAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın funksioneri Rəsul Cəfərov aprelin 23-də bəraət alıblar.
Onlara təzminat ödənilməsi barədə qərar da çıxarılıb. Hakimiyyətlə dialoqdan imtina edən müxalifət partiyalarının bəzi yetkililəri isə məsələyə “Hakimiyyət niyə müxalifətin bir hissəsinə bəraət və təzminat verir, başqa hissəsini düşmən elan edir” sualını qoyaraq fərqli münasibət sərgiləyir.
Böyük Azərbaycan Partiyasının sədri Elshad Musayev bu barədə Musavat.com-a bildirdi ki, Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasının qeydə alınmasından sonra hakimiyyətin müxalifətə yönəlik daha bir ciddi addımı məhz İlqar Məmmədovla bağlı olub: “Ali Məhkəmə ilk dəfədir ki, belə vacib qərar qəbul etməklə əvvəlki məhkəmə hökmlərinin səhv olduğunu etiraf edir. Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin timsalında hakimiyyətin atdığı bu addım müsbət qiymətləndirilməlidir. Biz illərlə deyirik ki, məhkəmələrdə müxalifətçilərə, müstəqil media təmsilçilərinə qarşı qəbul olunmuş yanlış məhkəmə hökmləri ləğv olunub bəraətlə əvəz olunsun. İndiki halda bəraət verilib, bunun nəyi pisdir? Əgər Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə hökmlərini qüvvədə saxlasaydı, nə olacaqdı? Bu, yaxşı presedentdir və çalışmalıyıq ki, onlar daha çox adama tətbiq olunsun. Məhkəmələr doğrudan da ədalət mühakiməsini həyata keçirsinlər, qanunsuz, ədalətsiz qərarlar, hökmlər verməsinlər. İqtidar-müxalifət mübarizəsi məhkəmə, həbsxana müstəvisində deyil, seçki müstəvisində olsun.
Şəxsi münasibətlərimizdən, ideoloji mövqemizdən asılı olmayaraq istənilən şəxsə, xüsusən də müxalifət və media təmsilçilərinə yönəlik verilən bəraət hökmlərini məqbul hesab etməklə belə addımların davam etməsini arzulayıram. O ki qaldı hakimiyyətin müxalifətin fərqli hissələrinə fərqli münasibət göstərməsi məsələsinə, məncə, sual hakimiyyətin özünə verilməlidir. İndiki halda mən konkret fakta qiymət verirəm. Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir. Düşünürəm ki, hakimiyyət də, müxalifət də radikal səngərdən daha rasional mövqeyə keçməlidir. İndiki pandemiya ilə mübarizə şəraitində isə münasibətlər daha mülayim müstəviyə gətirilməlidir”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ölkədə yeni siyasi konfiqurasiyanın qurulduğu, yeni siyasi yumşalmalara gedilməsi xüsusilə prezident İlham Əliyevin təşəbbüsü ilə baş verir: “Bu siyasi yumşalma cəmiyyətdə yeni müsbət dəyişikliklər, yeni siyasi perspektivlər vəd edir. Siyasi partiyalarla dialoqun başlaması, prezident administrasiyasında bununla bağlı iş şöbəsinin partiya sədrləri ilə dialoqu, mütəmadi əlaqələrin saxlanması, dialoqun davam etdirilməsi dövlətçiliyin möhkəmlənməsinə və iqtidar-müxalifət anlaşması fonunda cəmiyyətin siyasi cəhətdən inkişafına gətirir.
Əslində iqtidar tərəfi heç kimə ayrı-seçkilik qoymadan ilk gündən bütün müxalifət partiyalarına dialoq çağırışı etdi, görüş dəvəti bütün partiyaların sədrlərinə oldu. Əksər müxalifət partiyası dialoqa getdi, görüşlər oldu. Cəmi bir-iki nəfər bu görüş təklifini qəbul etmədi. Yəni onları kənarda hakimiyyət yox, özlərinin davranışı qoyub. Bu dialoqa radikal kəsim getməməklə iqtidarla arasında böyük uçurum yaradır və iqtidar da onların davranışlarını ümumi dövlətçiliyə düşmənçilik kimi qiymətləndirir. Müxalifətin bəlli qisminin düşmən adlandırılmasında, görünür, iqtidarın əlində arqumentlər var ki, bu qənaət formalaşıb. Hesab edirəm ki, hazırkı pandemiya dövründə bütün partiyaların əməkdaşlığı, iqtidarla dialoqu zəruridir. İlqar Məmmədovla bağlı məsələyə gəldikdə, onların partiyası hakimiyyətlə dialoqa getdi, ümumi müsbət atmosfer formalaşdı. İlqar Məmmədova bəraətin verilməsini ədalətin bərqərarı kimi qiymətləndirirəm və onun haqqıdır. Göründüyü kimi, siyasi dialoq və birlik çağırışına cavab verən partiyalarla əməkdaşlıqda hüquqi problemlər də ortadan qalxır”. Musavat.com


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51 |
|
|
|
| • Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46 |
|
|
|
| • Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44 |
|
|
|
| • Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21 |
|
|
|
| • Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17 |
|
|
|
| • Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07 |
|
|
|
| • Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49 |
|
|
|
| • "Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36 |
|
|
|
| • İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
| • TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17 |
|
|
|
| • Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10 |
|
|
|
| • Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06 |
|
|
|
| • “Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04 |
|
|
|
| • “Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02 |
|
|
|
| • Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Bu gün, 07:00 |
|
|
|
| • "Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı — Şirkəti "Marsol Group"la nə bağlayır?
Bu gün, 06:56 |
|
|
|
| • Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
| • İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir – İran panikada
Bu gün, 06:49 |
|
|
|
| • 'Texniki nasazlıq' adı altında SOYĞUN - "Hər kəsi avam bilməyin..."
Bu gün, 06:36 |
|
|
|
| • Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30 |
|
|
|
| • Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03 |
|
|
|
| • AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... - İlin sonunadək...
Bu gün, 05:58 |
|
|
|
| • "Siyasi müstəvidə də vəziyyət dəyişir..." - Arif Hacılı
Bu gün, 05:36 |
|
|
|
| • “Azercell”in vətəndaşın cibinə girməkliyi... - GİLEY
Bu gün, 05:22 |
|
|
|
| • Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Cəlilov Musayevi ram edə biləcəkmi...
Bu gün, 05:15 |
|
|
|
| • Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... - FAKT BUDUR!
Bu gün, 05:04 |
|
|
|
| • Əli Həsənov hələ də TENDER UDUR - TƏFƏRRÜAT
Bu gün, 04:56 |
|
|
|
| • Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49 |
|
|
|
| • Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40 |
|
|
|
| • Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36 |
|
|
|
| • Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29 |
|
|
|
| • 40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26 |
|
|
|
| • Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15 |
|
|
|
| • Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14 |
|
|
|
| • Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10 |
|
|
|
| • Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07 |
|
|
|
| • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
| • Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Dünən, 16:40 |
|
|
|
| • “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Dünən, 16:37 |
|
|
|
| • Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Dünən, 16:35 |
|
|
|
| • Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Dünən, 16:33 |
|
|
|
| • Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Dünən, 16:31 |
|
|
|
| • Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Dünən, 16:02 |
|
|
|
| • İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Dünən, 16:01 |
|
|
|
| • Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Dünən, 15:58 |
|
|
|
| • SEPAH İsraili müharibə ilə təhdid etdi
Dünən, 15:56 |
|
|
|
| • Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Dünən, 15:55 |
|
|
|
| • “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Dünən, 15:53 |
|
|
|
| • BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
|