Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                     Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır .....                     AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib .....                     Milli Ordumuzun şərəfli inkişaf yolu .....                     “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” .....                     Rusiya üçün çox pis xəbər: .....                     Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı .....                     Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər .....                     İrəvan iki ildir KTMT-yə pul ödəmir .....                     Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil .....                     Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib .....                     Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? .....                 

“Partiya sədri haranı tapşırsa, orada olacam” - deputat
Tarix: 7-03-2020, 10:19 | Çap et
“Partiya sədri haranı tapşırsa, orada olacam”
“Yeni Müsavat”ın bu dəfəki müsahibi Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovdur. YAP funksioneri ilə gündəmdə olan əsas məsələləri müzakirə etdik.

- Siyavuş bəy, Konstitusiya Məhkəməsi martın 5-də seçkilərə yekun vurdu. Öncəliklə bu qərarı necə dəyərləndirərdiniz?

- Öncəliklə onu qeyd edim ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün tam münbit bir şərait yaradılmışdı. Şəffaf, ədalətli, demokratik seçki keçirildi. Həm ictimai-siyasi vəziyyət, həm də ictimai-siyasi sabitlik mövcud idi. Hər bir namizəd üçün bərabər şərait yaradılmışdı. Bunun nəticəsi olaraq, Azərbaycanda 20-dən artıq qeydiyyatdan keçmiş siyasi partiya və xeyli sayda ölkə vətəndaşı öz hüquqlarından istifadə edərək, seçki prosesinə qoşuldu. Təbii ki, seçkidə müəyyən olunmuş 125 yer var. Bu sayda şəxs seçilməli idi. Bütün dünyada belədir ki, seçilməyənlərdən narazı olanlar da olur, razı qalanlar da. Bu, aydın məsələdir. Kimin şikayəti var idisə, bunu etmək üçün hər cür şərait namizədlərə yaradılmışdı. Bunun nəticəsində 300-dən artıq məntəqə ləğv olundu, 4 dairənin nəticələri ləğv edildi. Tam şəkildə araşdırmalar aparıldı. Şikayət edən tərəfin iştirakı ilə bu araşdırma getdi. MSK 4 dairəni ləğv etdi, digərlərini təsdiq etmək üçün Konstitusiya Məhkəməsinə göndərdi. Bu məhkəmə də öz qərarı ilə nəticələri təsdiqlədi. Yenə də kiminsə şikayəti qalıbsa, hüquqi müstəvidə bunu davam etdirə bilər. Azərbaycan hüquqi bir dövlətdir. Burada qanunun aliliyi hamı üçün bərabərdir. Hər şey faktlar, qanun çərçivəsində olmalıdır. Söz söhbətlərə ehtiyac yoxdur. Kiminsə səsini telefona yazdırdılar, buna da hüquqi qiymət verildi.

- 4 dairə üzrə təkrar seçkilərin nə zaman keçiriləcəyini düşünürsüz?

- Adətən təkrar seçkilər iki aydan sonra baş tutur. İndi prezident nə zaman münasib biləcəksə, seçki gününü təyin edəcək. Vətəndaşlar da yenə azad şəkildə iştirak edəcəklər.

- Qeyd edirsiniz ki, seçkilər demokratik şəkildə keçirildi. Bəs MSK-nin qarşısında günlərlə keçirilən aksiya nə idi?

- Etiraz edən ilk növbədə özünə sual verməlidir ki, mən niyə seçilməmişəm. Mən Azərbaycanda seçki praktikası üzrə həm Amerikada, həm də Avropanın bir sıra ölkələrində müxalifət partiyalarının bir çoxunun nümayəndələri ilə birlikdə 1995-ci ildən bu tərəfə kurslar keçmişəm. Seçki prosesini çox gözəl bilirəm, nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri qanunvericiliklə nəzərdə tutulur, praktiki seçki prosesidir. Seçkiyə qatılmaq üçün hər bir namizəd düşünməlidir ki, hansı dairədən qatılım və niyə? Bu sual qarşıya qoyulmalıdır. Bəlkə yaşadığın yerdə birinci elə qonşuların əleyhinədir. Bunun tədqiqatını aparmısan ya yox? Bu kənddə doğulmusan deyə, düşünə bilməz ki, camaat gəlib mütləq sənə səs verəcək. Bu düşüncə tərzindən insanlar uzaq olmalıdır. Əgər qarşısına məqsəd qoyubsa ki, namizədliyini irəli sürüb seçilsin, ilk növbədə tədqiqat aparıb dəqiqləşdirməlidir ki, hansı dairədən səs ala bilər. Dairə var ki, orada gənc istəyirlər, yaşlı istəyən dairə də var, yaxud dairə var ki, orada qadının deputat olmasını istəyirlər. Bütün bunların hamısı tədqiqatın nəticəsidir. Seçkiyə bir il qalmış gərək o tədqiqatı aparasan ki, haradan namizədliyini verəcəyini müəyyən edəsən. Seçki elan olundu, görüm bu dairədə nə var, nə yox, düşüncəsi ilə prosesə qatılmaq olmaz. Bu xaricilərin də gülüş obyektinə çevrilir. MSK-nın qarşısında etiraz edənlər məhz bu xarakterə sahib insanlar idilər. Bir-iki dənə yazı yazır, adını qoyur bloger. Bu yazını kim oxuyub oxumayıb özü bilər, yaxud dostları ona səs verib-verməyiblər, bunu da özü bilər. Bəlkə birinin dostları heç o dairənin ərazisində yaşamır? Sən prezident seçkilərində iştirak etmirsən ki. Dairə üzrə gəlib səs verirlər. Bu baxımdan onların praktiki təcrübələri çox az idi.

Digər əsas şərt ondan ibarətdir ki, seçkiyə komanda ilə getmək lazımdır. Onların bir çoxunu gördüm ki, hətta iki nəfər səlahiyyətli nümayəndə təyin etməyə adamları yox idi. Özü DSK-ya aparıb sənədlərini təqdim edir. Halbuki namizədin səlahiyyətli nümayəndəsi bunu etməlidir. Doğrudur, namizədin özünün bunu etməsinə qadağa yoxdur. Amma demək, bu iki nəfər tapa bilmir ki, sənədləşmə işini aparsın. 450 imzanı toplamaq üçün azı 10 nəfər tələb olunur. Amma namizədin özü qapı-qapı düşüb imza toplayır. Deməli, komandası yoxdur. Belə olan təqdirdə hansı qələbədən danışa bilər? İstənilən partiyanın nümayəndəsi gəlsin, üzbəüz debatda onları başa salım. Azından 35 məntəqədir və hərəsində bir müşahidəçi təyin etməlisən - əgər seçkiyə nəzarət etmək istəyirsənsə. Bir müşahidəçi düşüb oradan-ora, buradan-bura əlində telefon çəkə-çəkə gedir. Müşahidəçi seçki məntəqəsi açılanda gəlir, bağlananda gedir. Hansı detala əl atsalar, bunlarda qələbə üçün bir işartı belə yox idi. Bu baxımdan o adamlar xalqın onlara nə üçün səs vermədiklərini düşünməlidirlər. Vətəndaş gəlib deyir ki, sənə axı niyə səs verməliyəm, əsaslandır.

- Müxalif namizədlərin bir kəsimi “Xalq parlamenti” yaradır...

- Belə şeylər çox olub. Son 30 ildə buna az şahidlik etməmişik. Vaxtilə SİDSUH, müvəqqəti, alternativ hökumət, alternativ parlament və s. yaradıblar. Bunlar bir aylıq işlərdir.

- 236 nəfər də seçkilərin ləğvi tələbi ilə sənəd hazırlayıb, imza atıblar.

- Bu, normal haldır. 2500-dən çox insan namizəd olmaq üçün müraciət etdi. Təxminən 1800-ə yaxın insan qeydiyyatdan keçdi. Onlarda da bəziləri başqasının xeyrinə geri çəkildilər, təxminən 1400-ə yaxın insan seçki günündə iştirak etdi. Hər dairə üzrə təxmini 12-13 nəfər mübarizə apardı. Onlardan da biri seçilməli idi. Bunların sırasında narazıların olması gözlənilən idi. Amerikada konqresmenlər, senatorlar iki müraciət hazırlayırlar. Biri seçicilərə təşəkkür edir, digəri seçkilərin saxtalaşdırıldığını deyirlər.

- Parlamentin ilk iclasının təxminən nə vaxt keçiriləcəyi gözlənilir?

- Konstitusiya Məhkəməsi təsdiq edəndən son bir həftə ərzində iclas keçirilməlidir. Burada prosedur qaydalar var. Hazır olan kimi parlament öz işinə başlayacaq.

- Siyavuş Novruzov Milli Məclisin spikerliyinə, yaxud vitse-spikerliyinə iddialıdırmı?

- Mən partiya nümayəndəsiyəm. Partiya sədri haranı tapşırsa, orada olacam. Bizdə partiya intizamı var. Sədr nə göstəriş, tapşırıq verirsə, can-başla yerinə yetirməyə hazırıq.

- Şəxsiniz olmasa da, namizədləriniz varmı?

- Bu seçkilərdə qalib gələn tərəf Yeni Azərbaycan Partiyasıdır. Buna uyğun olaraq, parlament rəhbərliyinin böyük əksəriyyəti partiyamızdan formalaşaq. Bu da partiya sədrimizin tövsiyələri əsasında olacaq.

- YAP-da bu məsələlər müzakirə olunubmu?

- Bu, artıq bizim daxili məsələmizdir.

- “Freedom House” günlər öncə Azərbaycanı “Azad olmayan ölkələr” sırasına saldı, Türkmənistan, Tacikistanla bir yerə...

- Buna gözlə baxmaq lazımdır. Azərbaycanla adını çəkdiyiniz dövlətlər tərəzinin eyni gözündədir? Birinci saxtakarlıq elə oradan başlayır. Bu və ya digər beynəlxalq təşkilatlar 30 ilə yaxındır ki, Azərbaycan haqqında qərəzli mövqedən çıxış edirlər. Burada da əsas məqsəd təzyiq göstərməkdir. Ayrı-ayrı firmaların burada güzəştli şəkildə iş almaları və digər məsələlərdə təzyiq metodundan istifadə edirlər. Bunu edən təşkilatların idarə heyətlərində ermənilər, yaxud erməni mənşəli şəxslər təmsil olunurlar. Onlara Azərbaycanın bu cür inkişafı sərf etmir. Yaxınlarda cənab prezident İtaliyaya səfər etdi və 28 sənəd imzalandı. Bu və ya digər bu kimi göstəricilər ölkəmizə bariz nümunədir. Onlar nə yazırlarsa, yazsınlar. Elə hesab edin ki, Mübariz Əhmədoğlu yazır ki, Amerikada demokratiya yoxdur. Bu, eyni şeydir.

- Bugünlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədəki siyasi partiyalarla görüşləri baş tutmaqdadır. Bu iqtidar-müxalifət dialoquna gedən yolun başlanğıcıdır?

- Prezident Administrasiyasında yeni struktur formalaşıb. Siyasi partiyalarla işlə Ədalət Vəliyev məşğuldur. Siyasi partiyaların bir-bir rəylərini, fikirlərini alır, arzularını, istəklərini öyrənir. Bunlar toplum şəklində hazırlanır. Elə sahə var ki, orada parlamentin qərarına ehtiyac olacaq. Elə sahə olacaq ki, cənab prezidentin sərəncamına böyük ehtiyac duyulur. Yəni hər birinin müxtəlif təklif və istəkləri var. Burada sivil qaydada münasibətlərin qurulmasından söhbət gedir.

Müxalifət düşmənçilik demək deyil, alternativ təklif, fikir deməkdir. Bütün bunlar danışıqlar əsasında ortalıqda olur. Bunlar olmadan bir-birinə mətbuat və ya digər vasitələrlə müraciət etmək mümkün deyil axı. Təbii ki, burada o biri partiyaları monopoliyaya alıb, özlərinin böyük olduğunu göstərməyə çalışanlar var. Əslində onlar da dərnəkdir. Partiya seçkilərdə iştirak edib, alternativ təkliflər verir, kadr bazası formalaşdırır. Bunların işi orada-burada etiraz aksiyaları, piketlər keçirməkdir. 30 ildir eyni işlə məşğulsunuz. Bu məsələləri qurtarın.

- Seçki prosesi dövründə DTX tərəfindən icra başçıları səviyyəsində həbslər oldu. Bu hansı proseslərin başlanğıcı idi?

- Cənab prezident belə məmurlarla bağlı konkret fikirlərini bildirdi ki, xalqın malına toxunan, mənimsəyən, vətəndaşları incidən, onların haqq səsinə qulaq asmayan, öz vəzifə borcunu yerinə yetirməyən şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Burada heç bir güzəşt ola bilməz. Hamı qanun qarşısında bərabərdir.

- Neftçalanın icra başçısı 31 yaşlı Mirhəsən Seyidov təyin olundu ki, bu da bir sıra müzakirələr doğurdu. Əsas da yaşına görə...

- Heç kəs doğulanda icra başçısı doğulmur. İllərlə o vəzifə üçün yetişir. Bu gün gənclərə yol açılır. Onlara özlərini göstərmək üçün şərait yaradılır. Bəzi ölkələr var ki, qəfil gəncləşmə həyata keçirilir. Bu da çox böyük kataklizmlərə gətirib çıxarırdı. Ölkəmizdə bu təkamül yolu ilə gedir. Strukturlarda gəncləşmə prosesi getməkdədir. Bu davamlı olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07
Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
“Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru