Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                     Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib .....                     Münasibətlərin normallaşmasına qərar verilib .....                     Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu .....                     “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... .....                     Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? .....                     Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB .....                     Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü .....                     İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? .....                     "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." .....                     Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                     Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? .....                     Şahin Mustafayev Moskvaya gedir? .....                     “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” .....                     Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi .....                     “Hər şeyi serialların üstünə atmasınlar” .....                     "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" .....                     Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi .....                     “Kapitalbank”ın növbəti problemi .....                     Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş .....                 

“Mehman Hüseynov özü etiraf etdi ki, 10 saat montajla məşğul olub” - Fərəc Quliyevdən sensasion açıqlamalar
Tarix: 26-02-2020, 08:52 | Çap et
 “Mehman Hüseynov özü etiraf etdi ki, 10 saat montajla məşğul olub”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a müsahibə verib. Onunla 9 fevral seçkilərini, seçkilərdə başına gələnlər və gələcək planları ilə bağlı söhbət etdik.

- Fərəc bəy, ümumilikdə 9 fevral seçkilərini necə dəyərləndirirsiz?

- Seçkilərlə bağlı münasibətim belədir. Özümlə bağlı ATƏT-in buradakı nümayəndəliyinə müraciət göndərmişəm. Təbii ki, seçkilərdə ziqzaqlar oldu. Müəyyən dairələrdə çətinliklər yarandı. Amma bütövlükdə hansı dairələrdəki problemlər yaranmışdı, o dairələr ləğv olundu, yaxud o dairələrin problemli məntəqələri ləğv edildi, yaxud təkrar baxışlar oldu. Seçkilər şəffaf şəkildə keçirildi. Müşahidəçilərin verdikləri dəlillər, elektron informasiya vasitələri və sosial şəbəkələrdə edilən etirazlar ciddi şəkildə araşdırıldı. Müraciətimdə də bildirmişdim, hesab edirəm ki, sosial şəbəkələrdə həddindən artıq yayılan materiallara çox istinad edildi. Onların bəziləri əsassız ola bilərdi və aydınlaşdırılmalı idi. Amma bütövlükdə deyə bilərəm ki, bütün şikayətlərə baxılır. Bu proses hələ davam edir. Seçki baş tutub və bir neçə dairə ləğv olunub. Həmin dairələrdə yəqin ki, seçkilər olacaq. İslahatlar dönəmində parlamentin yenidən formalaşdırılması düşünürəm ki, vacib idi. İctimai-siyasi proseslərdə gərginlik yaşandı, bu doğrudur. Bəzi namizədlər etirazlar etdilər. Amma bütövlükdə sakitliyin yarandığını söyləmək olar. Artıq nəticələrlə hər kəs hesablaşdı. Bir sözlə, yeni parlament formalaşdı. Bu seçkilərin rəsmi nəticələrinə görə, deputat seçilməsəm də, bütövlükdə hesab edirəm ki, ciddi kampaniyalar aparıldı. Ölkənin imicinə zərər vurmaq istəyən qruplar var idi, təxribatlar törətmək istəyənlərin olduğu göz önündə idi, xarici ölkələr və beynəlxalq təşkilatlar əvvəlcədən mənfi rəy formalaşdırmağa çalışırdılar. Məsələn, deyirdilər ki, hazır siyahılar var. O siyahıda mənim də adımı hallandırırdılar. Məhz bununla bağlı müraciət etmişdim ki, seçki başlamamışdan əvvəl bunlar böhtandır. Deyirdilər ki, hökumət resursları seçki günü bizlərə kömək edəcək. Bunların hamısı yalan oldu. Seçki başa çatandan sonra bir qalibin seçkini bu cür dəyərləndirməsi nəyisə əsaslandırmağa xidmət edə bilərdi. Amma rəsmi nəticələrlə deputat olmayan biri kimi bu fikirləri deyirəm və daha əsaslı görünür. Bütövlükdə yeni parlamentə gələcək fəaliyyətində uğurlar arzulayıram. Hesab edirəm ki, ölkə bir mərhələni geridə buraxdı. Bizdə olan məlumata görə, bəzi ölkələr burada təxribatlar hazırlayırdı. Amma bu baş tutmadı. Yeni seçilən deputatları təbrik edirəm.

- Namizəd olduğunuz dairədə də seçkilərin şəffaf keçirildiyini deyirsiniz?

- Burada söhbət təkcə mənim olduğum dairədən getmir. Bütün dairələr haqqında danışıram. Bizim olduğumuz dairədə tamam fərqli bir mənzərə baş verdi. Adım bəzi məsələlərdə hallandırıldı. Hətta sizin mətbu orqanda namizədə rüşvət verməyim kimi fikirlər səsləndirildi. Sizin qəzeti özümə dost hesab edirəm. Çünki obyektiv qəzetsiniz. Sizdəki debatdan iki gün sonra artıq Mehman Hüseynovun özü rəsmi şəkildə Xural.TV-də etiraf etdi ki, 10 saat montajla məşğul olub. Biz də bunu deyirdik ki, bu montaj materialıdır. Belə şeylərdə ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, mənə qarşı təxribatın törədilməsi əvvəlcədən hazırlanmışdı. Seçkidən öncə dövriyyəyə buraxılan hazır siyahıda adım var idi. Bu təsadüfi deyildi. Hər kəs gördü ki, o dairədə öz gücümlə böyük görüşlər keçirən yeganə namizəd idim. Deyilirdi ki, mənə kömək olacaq, amma hər kəs hər şeyin şahidi oldu. Cəmiyyət mənə qarşı qurulan montaj işini yaxşı bilir. Doğrudur, imicimə müəyyən qədər zərbə vuruldu, çünki sosial şəbəkələrdə paylaşmalar oldu. Mərkəzi Seçki Komissiyası da bu məsələdə tamamilə yanlış yöndən çıxış etdi. Çünki mənimlə bağlı MSK-ya fikir bildiriləndə özüm də demişdim ki, montaj olunmuş materialdır. Bu da öz təsdiqini tapdı. Onlar orijinal materialı istəməli idilər və əslində istəmişdilər də. Sadəcə verilməmişdi. Verilmədiyi üçün də həqiqət ortada olmalı idi. Düşünürəm ki, MSK-nın mənə xəbərdarlıq etməsi və bunun da rəsmi televiziyada yayılması cəmiyyətdə ciddi şəkildə çaşqınlıq yaratdı.

Bu ana qədər məlum idi ki, namizədlər bir-biriləri ilə vuruşurlar, müəyyən təbliğat işləri qururlar. Mən hər şeyə kifayət qədər normal şəkildə cavab vermişdim. Amma o məqam təbii ki, əleyhimə işlədi. Bu da nəticələrə birbaşa təsir etdi. İstənilən halda seçkiləri bütövlükdə dəyərləndirirəm. Ən müxtəlif dairələrdə fərqli hadisələr baş verdi. Ləğv olunan, məntəqəsi ləğv edilən yaxud deputat seçilən dairələrdə bunlar oldu. Bütün dairələr üzrə konkret qiymətləndirmə mümkün deyil. Sadəcə, şəffaf bir seçkinin keçirildiyini demək olar. Bunu heç kim dana bilməz. Dairələrdə namizədlərin müşahidəçilərindən əlavə, ən müxtəlif qurumların təmsilçiləri var idi. Məsələn, mənim dairəmdə Milli Şuranın da müşahidəçisi var idi.

- Fərəc Quliyevi Mehman Hüseynovun yaydığı məlum video “bitirdi” deyə iddialar var...

- Adam etiraf edir ki, 40 dəqiqəlik materialı 10 saata montaj etmişəm. Sizlər də jurnalistsiniz və hər halda, bu fikirlərin nə demək olduğunu yaxşı bilirsiniz. 40 dəqiqəlik materialdan 10 saata 10 cür material çıxarmaq mümkündür. Bu etirafla cəmiyyətə hər şey aydın oldu. Kim kimi bitirdi? Heç kim heç kimi bitirə bilməz. Məni kimsə bitirə bilməz. MSK-nın küyə düşməsi və tələm-tələsik qərar verməsi mənə çox təsir etdi. Əslində namizədlərin mövqelərinin o qədər də əhəmiyyəti yox idi. Siyasi fəaliyyətimi təbii ki, davam etdirirəm. Fəaliyyətimə zərrə qədər mane olacaq nələrsə olmadı. Doğrudur, mövsümi xarakter daşıyan bu hərəkət zərərimə işlədi. MSK yanlış qərar verməməli idi. Sosial şəbəkələrin girovuna çevrildilər. Hər bir detal araşdırılmalı idi. Adam deyir ki, ayaq üstə dura bilmirəm, analizlərdə məndə xərçəng xəstəliyi aşkar olunsa, ümumiyyətlə, seçkidən gedirəm. Belə olan təqdirdə ondan asılı nə işim qalırdı ki? Mən də, sadəcə, demişəm ki, narahat olma, sənə kömək edərik. Təəssüflər olsun ki, onun son etirafı nəticələri dəyişə bilmir. Amma MSK-dakılar hər halda, bu məsələdən xəbərdardırlar. Düşünməlidirlər ki, biz nə qərar vermişik. Bu məsələlərin siyasi fəaliyyətimə heç bir təsiri olmayacaq. Əksinə, bundan sonra şəxsimə qarşı belə kampaniyalar olanda cəmiyyət başa düşəcək ki, bir sürü trollar var. Eyni zamanda bəzi qurumların xarici təşkilatların əlində maşa olduqları da bir daha aydın olacaq. Bizə mane olmaq istəyənlər etiraf etdilər ki, seçkilərdə deputat olmaq üçün çalışmırlar. Adamların işi-gücü seçkiləri pozmağa cəhd idi. Xaricdəki söyüş kampaniyasi seçkilərdə mənə qarşı da yönəldi. Onların buradakı təmsilçiləri seçki günü məntəqədə hay-küy salmağa çalışdılar. Burada söhbət milli demokratik düşərgənin nümayəndəsinə, milli insana hücumdan gedirdi. Bir müddət əvvəl demişdim ki, burada İranın şəbəkələri, Rusiyanın quraşdırdığı qurumlar və bəzi qurumlar milliyyətçi kəsimə qarşı mübarizə aparırlar. Əslində sözlərimi Jirinovski təsdiqlədi. O, açıq şəkildə dedi ki, milliyyətçi kəsimə qarşı fəaliyyət göstəririk. Bunu necə göstərirlər? Qurddan qorxan meşəyə getməz. Belə şeylər gözlənilən idi. Ona üzgünəm ki, bəzi dostlar bu məsələdə susdular. Bu məsələ fərdi deyildi axı. Milliyyətçi kəsim düşünürəm ki, bu məsələdə bir-birinə lazımi dəstəyi vermədi. Mən 2002-də həbsdən çıxıb, 2010-da deputat olmuşam. 8 il deputat olmadan mübarizə aparmışam. Ondan əvvəlki mübarizəm də göz önündədir. Azadlıq meydanından keçən insanam. Mütləq deputat olmaq əsas deyil. Təbii ki, kimsə desə ki, deputatlığa mandat sahibi olmamaq üçün namizəd olmuşdum, bu çox absurd bir şey olardı. Hər kəs istəyir ki, qalib gəlsin.

- Siyasi karyerasının ömrü səs yazısını yayan şəxsdən bütövlükdə çox olan bir təcrübəli siyasətçi üçün bu cür danışığa getmək, sizcə, normal idimi?

- Bunu kimsə siyasi səhv kimi qəbul edə bilər, bu da onun öz işidir. Bu subyektiv dəyərləndirmədir. Amma bunu yaşla əlaqələndirmək doğru deyil. Sizin yaşınız məndən azdır. Lakin siz bildiklərinizi bilirsiniz, bizim bilmədiyimiz bəzi şeyləri də bilə bilərsiniz. Cəmiyyət sizin kimi gəncləri dəyərləndirməyi bacarmalıdır. “Bizdən yaxşı bilən yoxdur” şüarı ilə gələcəyə doğru getmək olmaz. Bir daha deyim ki, həmin anda bizim Mehmanla münasibətimiz mövsümi idi. Bizim dairədə 30-a yaxın namizəd var. Siz Türkiyə və digər ölkələrdəki seçki modelindən xəbərsiz deyilsiniz. Yazılarınızda bunun şahidi çox oluruq. O ölkələrdəki seçkilərdə namizədlərin rəqiblərini tərəfdarına çevirməyə normal bir texnologiya kimi baxırlar. Bir dairədən bir nəfər keçir və qruplaşma, digər hallar normaldır. Seçkilərdən sonra bir şəxs bir partiyadan başqasına keçə bilər. Mənim rəqibimi tərəfdarıma çevirmək texnologiyam çox normal idi. Təklifim o idi ki, yanımda vəkilim kimi çıxış et.

- O şəxs siz də yaxşı bilirdiniz ki, hakimiyyət daxilində isti qarşılanmırdı...

- Olsun. Biz bəzən insanları itələməkdən çox yanımıza çəkmək taktikasından istifadə etmirik. Həmin səs yazısında görürsünüz ki, məlum şəxsə deyirəm ki, gələcəkdə siyasi fəaliyyətində, davranışlarında müəyyən redaktələr etməlisən. Başqa bir namizəd-Ramazan bəylə də danışmışdım. O, tərəfdarım kimi təbliğatıma başlamışdı, yəni namizədliyini geri götürmüşdü. Kimsə birinin yanına gedib onun səsini yazırsa, buna nə deyə bilərik? Məkanıma kimisə çağırıramsa, onun üst-başını yoxlamalıyam? Bunu heç zaman etmərəm. Adama bir türk kişisinə yaraşan təklif etmişəm ki, gedərsən, xəstəliyin aşkar olunarsa, kömək edərəm. Bundan iyrənc üsulla mənə qarşı istifadə olundusa, kimsə yenə bunu səhv sayırsa, sadəcə, subyektiv yanaşma kimi qəbul edirəm.

- Sizə MSK xəbərdarlıq edəndə artıq hər şeyin sonu deyildimi?

- MSK-nın qərarı bir şey deyildi. Sadəcə, cəmiyyətdə çaşqınlıq yarandı. Mənə bu xəbərdarlıq olunmamalı idi. Seçkiyə 2-3 gün qalanda belə bir xəbərdarlıq olunursa, bunu aradan qaldırmaq çox çətinləşir. Yanlış qərar olduğunu özləri də bilməmiş deyillər.

- Sizin dairədən Etibar Əliyev seçildi. Bu şəxs barədə nə deyə bilərsiniz?

- Bu məsələlərə artıq münasibət bildirmək istəmirəm. O mərhələ mənim üçün keçib.

- Təkrar seçkilərdə namizəd olacağınızı açıqlamısınız.

- İstənilən partiya seçkilərə köklənməlidir. Hər bir partiyanın hakimiyyətə gəlmək yolu seçkilərdən keçir. Bunun başqa bir yolunu görmürük, qəbul da etmirik. Böyük ehtimalla ləğv olunan dairələrdə iştirak edəcəyik. Fikirlərimiz hələlik qətiləşməyib. Partiya strukturlarında bunu müzakirə edəcəyik.

- Namizəd olacağınız dairəni, hər halda, müəyyən etmisiniz...

- Xeyr. Bunun o qədər də əhəmiyyəti yoxdur. Çünki ləğv edilən dairələrin yerləşdiyi rayonlarda partiya şöbələrimiz kifayət qədər güclüdür. Ona görə bizə çətin deyil.

- Fərəc Quliyev Bakıdan, yoxsa rayonlardan seçkilərə qatılacaq?

- Dediyim kimi, hələlik bu barədə bir fikrim yoxdur.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru