İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                 

“Onun rişxəndlə gülməsi mənə çox pis təsir etdi” - QALMAQAL
Tarix: 31-01-2019, 09:03 | Çap et
“Onun rişxəndlə gülməsi mənə çox pis təsir etdi”
Amerikada yaşayan jurnalist Sevinc Osmanqızı ilə sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının yaradılmasının təşəbbüskarı, AMDP sədri İsgəndər Həmidov arasında son günlərdə yaranan qalmaqal səngimək bilmir. Qalmaqalın yaranmasına səbəb xanım jurnalistin internet üzərindən yayımlanan verilişinə İ.Həmidovu qonaq qismində çağırması və veriliş zamanı ona ünvanlandığı suallardır.

Yarım saatlıq verilişdə S.Osmanqızı tərəf kimi daha çox görünüb və açıq şəkildə AXH-ni hədəf alıb. Bu azmış kimi, verilişdən sonra o, müsahibəni sabiq nazirin 1993-cü ildə insident yaşadığı və kadrlara düşən bir videosu ilə paylaşıb və başlığa “Davakar İsgəndər Həmidov” yazıb. Bütün bunlardan sonra S.Osmanqızının jurnalist etikasını pozduğu barədə sərt qınaqlar, etirazlar səslənməyə başlayıb. Öz həmkarları onu daha çox qınayıblar.

Qalmaqalla bağlı “Yeni Müsavat”a danışan sabiq nazir bunun onun üçün gözlənilməz olduğunu söylədi: “Açığı, Sevinc xanım verilişə dəvət edəndə düşünürdüm ki, son zamanlar ölkədə baş verənləri müzakirə edəcəyik. Belə vəziyyətin yaranacağını təsəvvür etməzdim. Amma ilk suallarından başa düşdüm ki, bu insan haradansa 5-10 sual əzbərləyib. Gözləməzdim ki, belə olsun. İstənilən halda canlı yayımı tərk etməzdim. Bir də niyə tərk etməliydim ki? Nədən qorxuram, yaxud çəkinirəm? Çəkinəcəyim heç nə olmadığı üçün rahat idim. Onu da düşündüm ki, növbəti suallarda yəqin hər şey düzələr. Öz sözümü dedim. Nə qədər sual versəydi, hamısına cavabım var idi. Verdiyim cavablara göstərilən reaksiyalar da pis deyil. Sevinc xanımın sifariş yerinə yetirdiyini dəqiq deyə bilmərəm. Amma onda Azərbaycan Xalq Hərəkatına qarşı bir qısqanclıq gördüm. Özü də çox böyük qısqanclıq idi. Sanki bu hərəkatın yaranması kimlərisə narahat edir. Bu narahatlıq da yəqin ki, iqtidarda olar. Başqa kimlərdə olsun ki? Sevinc xanımın Milli Şura, konkret olaraq Əli Kərimlinin sifarişini yerinə yetirdiyi barədə fikirlərə rast gəlirəm. Amma mən bunu hiss etmədim, hiss edə də bilməzdim. Açığı, mənə daha çox elə gəldi ki, o, iqtidarın tapşırığını yerinə yetirir. Çünki onun suallarında iqtidarın narahatlığı daha çox hiss olunurdu. Onu dedi ki, 19 yanvardakı mitinqə Xalq Hərəkatı alternativ deyildi. Hərəkat zatən həmin mitinqdən öncə yaranmışdı. Çağırış edib o mitinqə qoşuldum və çıxış da etdim. Canlı yayımda isə bildirdim ki, biz heç kəsə, heç bir quruma qarşı alternativ hərəkat yaratmırıq. Bizim məqsəd və məramımız ölkəmizdə demokratik düşərgəni dəstəkləmək və demokratik cəmiyyət yaratmaqdır. Canlı yayımda nələri hiss etdimsə, onu da dedim”.

İ.Həmidov S.Osmanqızının canlı yayımın videosunu paylaşarkən əvvələ və axıra “Davakar İsgəndər Həmidov” başlıqlı təqdimatına da münasibət bildirdi: “Onun özünə dedim ki, əgər Azərbaycanda bütün bəlalar, çatışmazlıqlar mənim bir insidentimə görədirsə, özümü Xəzər dənizinə atmağa hazıram. Sevinc xanım bilmədi ki, hansı bostana girir sonu necə olacaq... Hər kəsə müraciət edirəm ki, o, xanımdır, çox üstünə getməyin. Onun düşüncəsi elədirsə, olsun. Onun nə üçün belə etdiyini hələ də düşünürəm və səbəbini anlaya bilmirəm. 10 ildə məni tapmamışdı, indi birdən-birə axtarıb tapıb, verilişə çıxarıb, belə suallar verməyi gözlənilməz oldu. Sevinc xanımla indiyə qədər aramızda heç bir soyuqluq olmayıb. Sevinc xanımın rəhmətlik atası Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri idi. Allah ona rəhmət eləsin. Onun atası ilə aramızda ciddi bir soyuqluq olmayıb. Sadəcə, biz Xalq Cəbhəsində idik, Ayaz Mütəllibov isə iqtidar idi. Ayaza deyilən hər bir sözü Sevinc xanımın atası sanki öz üzərinə götürürdü. Sizləri tam əmin edirəm k, Sevinc xanımın suallarının o məsələlərə heç bir dəxli yoxdur. Sadəcə, sualları ancaq Xalq Hərəkatının yaranmasından doğan narahatlıqla bağlı idi. Çünki sualların hamısı Xalq Hərəkatının üzərində qurulmuşdu. Bu hərəkata görə narahat olanları isə anlamaq, sadəcə, çətindir. İqtidarın narahatlığı anlaşılandır. Sevinc xanımda yaranan narahatlığın səbəbi ondan soruşulsa daha yaxşı olar. Çünki ən doğru cavabı o verər. Jurnalist etikası baxımından Sevinc xanımın bu davranışlarını mətbuat təmsilçiləri dəyərləndirsələr daha düzgün olardı. Onun 71 yaşlı kişiyə belə suallar verərək, rişxəndlə gülməsi, açığı, mənə çox pis təsir etdi. Amma bu da Sevinc Osmanqızının öz şəxsi işidir. Eşitdiyim və bildiyim qədəri ilə jurnalistlərdən çoxu ona öz iradlarını bildiriblər. İstənilən halda, xanımdır, qürbətdə yaşayır. Allah köməyi olsun”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru