Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                 

“Strukturlar olmadığı, vətənpərvər insanlar az olduğu üçün qiyamın qarşısını almaq mümkün olmadı”
Tarix: 4-06-2018, 10:33 | Çap et
“Strukturlar olmadığı, vətənpərvər insanlar az olduğu üçün qiyamın qarşısını almaq mümkün olmadı”
1993-cü ilin 4 iyun qiyamından 25 il ötür. AXC hökumətinə qarşı qaldırılan və Azərbaycanda ciddi siyasi dəyişikliklərə səbəb olan bu qiyamın üzərindən keçən müddət ərzində hər il yeni-yeni faktlar, mövqelər meydana çıxır.

4 iyun qiyamı Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qaldırılıb. Bunun nəticəsində o zaman qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Günlər keçdikcə böhran daha da dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar.

Məhz bu hadisələrin nəticəsində 25 il öncənin 9 iyununda qiyamın qarşısını almaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəy tərəfindən Bakıya dəvət olunub. Bundan sonra proseslər səngiməyə doğru gedib, amma ölkədə hakimiyyət dəyişiklikliyinin qarşısını almaq mümkün olmayıb.

Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bu məsələni yalnız bir hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması kimi qiymətləndirməyin əleyhinədir: “Bu qiyam böyük bir planın tərkib hissəsi idi. Planı hazırlayan böyük dövlətlər, qüvvələr bəllidir. Bununla bağlı dəfələrlə fikirlər səsləndirilib. Rusiyanın o zaman Azərbaycan ordusunun tərkibinə təsir imkanları kifayət qədər yüksək idi. O vaxt ordu yeni qurulmağa başlayırdı və bu ordunun zabit hissəsinin bütövlükdə yüzdə yüzü sovet ordusuna xidmət etmişdi. Belə zabitlərin mütləq əksəriyyəti bu və ya digər formada Rusiya kəşfiyyatı ilə əlaqələri var idi. Amma o zabitlərdən vətənpərvər, vətənini ürəkdən sevənlər də az deyildi. Onların xidmətlərinə, əməklərinə, millətə və dövlətə olan sevgilərinə kölgə salmaq niyyətində deyiləm. Lakin qeyd etdiyim qurumlarla bağlılığın olduğu danılmaz faktdır. Siyasi hakimiyyət bu qiyamın qarşısını ala bilərdimi, yaxud hansısa addımlar atmalı idimi suallarına gəlincə, təbii ki, bu addımlar atılmalı idi. Amma bir reallığı unutmaq olmaz ki, dövlət strukturlarımız qurulmuş olsaydı, bugünkü dövlət mexanizmi o zaman işlək vəziyyətə gəlib çatsaydı, hüququ mühafizə orqanları Azərbaycan dövlətinə və ona rəhbərlik edənə sədaqətli olsaydı, qiyamın qarşısını almaq mümkün idi. 1993-cü ildə Azərbaycanda dövlət quruculuğu elan olunmuşdu. Dövlət strukturları formalaşmaqda idi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə dövlətin sadəcə adı var idi. Strukturlar olmadığı, vətənpərvər insanların sayı az olduğu üçün belə bir qiyamın qarşısını almaq mümkün olmadı. Gəncəyə qiyamçıları tabe etməyə gedən güc strukturlarının nümayəndələri daha peşəkar, təcrübəli, qətiyyətli hərəkət etsəydilər, nəticə fərqli ola bilərdi. Sədaqətli insanların peşəkarlığı, təəssüflər olsun ki, çox aşağı idi. Təcrübəlilərin isə dövlətə və millətə sədaqəti aşağı səviyyədə idi. Məsələnin ən çox diqqətçəkən məqamı bundan ibarətdir. Qeyd etdiyim səbəblər bu qiyamın qarşısının alınmamasında əsas rol oynadı. O hadisələrin qarşısının alınmamasına görə hamımız təəssüf edirik. Kaş o zamankı güc strukturları dövlət mənafeyini daha yüksəkdə tutmaq istəyərdilər, xarici kəşfiyyat orqanları ilə əlaqələri olmayaydı”.

O.Qasımov Elçibəy hökumətinin rus qoşunlarını Azərbaycandan çıxarmasının 4 iyun qiyamına əsas səbəb olan amil kimi önə çəkilməsinə də aydınlıq gətirdi: “O zaman Elçibəylə bağlı Rusiyanın mövqeyi tam fərqli idi. 1992-ci ilin dekabrında Azərbaycandakı rus səfirinin Moskvaya göndərdiyi bir raport var idi. O raportda qeyd edirdi ki, əgər Əbülfəz Elçibəyin apardığı müstəqil siyasətə əngəl törədilməsə, bu siyasət davam edərsə, yaxın 2-3 il ərzində Azərbaycan tamamilə müstəqil dövlət halına çatacaq, onun digər postsovet ölkələrinə bu mənada neqativ təsirləri ola bilər və bunun üçün də proseslərin qarşısı alınmalıdır. Kreml Elçibəyin müstəqil siyasət aparmasından və dövlət maraqlarını önə çəkməsindən xoşlanmırdı. Bunun qarşısını almaq üçün də hərəkətə keçdi. Nəticədə bir sıra planlar qurdu, bunu həyata keçirməyə çalışdı. Kəlbəcərin işğalı bununla bağlı idi. Elçibəy iqtidarını zəiflətmək və hakimiyyətdən salmaq üçün edilən həmlələrdən biri idi. Bu işğalın ardınca belə bir qiyam təşkil olundu. Kəlbəcərin işğalından sonra Rusiyanın Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsinin Azərbaycan rəsmiləri ilə görüşü olmuşdu. Həmin görüş zamanı bir ifadə olmuşdu ki, Kəlbəcər zərbəsinə tab gətirə bildiniz, amma qarşıda siz vətəndaş müharibəsi ilə qarşılaşsanız nə edəcəksiniz? Bu onu göstərir ki, Rusiyanın burada təxribat planları var idi və bu planlar üzərində ardıcıl işlər gedirdi”.

Prezidentin sabiq köməkçisi AXC hökumətinin qiyam rəhbəri S.Hüseynova milli qəhrəman adı verməsindən də söz açdı: “Surət Hüseynova milli qəhrəman adı 1992-ci ilin payızında verildi. 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin bəyanatı oldu və o bəyanatda Surət Hüseynovun Ağdərə istiqamətində qoşunların geri çəkilməsi haqqında verdiyi sərəncam xəyanət kimi qiymətləndirilib”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru