Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                 

Əli Kərimli çevrəsinə növbəti dəfə “atıb” - QALMAQAL
Tarix: 31-05-2018, 08:36 | Çap et
Əli Kərimli çevrəsinə növbəti dəfə “atıb”
Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilində ziddiyyətlər kəskinləşməyə başlayıb. Partiyanın 10 üzvünün son iki ildə mənbəyi bəlli olmayan 412 min ABŞ dollarının sədr Əli Kərimliyə çatdırılması prosesində yer aldıqları üçün həbs edilmələrindən sonra ortaya növbəti ilginc faktlar çıxıb.

Etibarlı mənbələrdən qəzetimizə daxil olan məlumata görə, artıq AXCP daxilində Kərimliyə yönəlik etiraz dalğası başlayıb ki, o, bunun qarşısını ala bilmir. Mənbə bildirir ki, əksəriyyət AXCP liderindən böyük miqdardakı pul vəsaitinin hesabatını tələb edir. Məsələ ondadır ki, Əli Kərimli ayda təxminən 30 min dollar vəsaiti partiyadaşlarının da adı olduğu siyahı üzrə alsa da, onu təkbaşına mənimsəyib.

Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul “atmasının” ifşa olunmasıdır. Bununla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Xəbər ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Bizi bilgiləndirən bir cəbhəçinin dediklərindən: “Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!”

Təşkilatdakı mötəbər mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan ailəsinə yönləndirirmiş. Ana müxalifət adına bir mənbədən - Moskvadan daxil olan vəsait isə nə az, nə çox - 412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib. Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Mənbəmiz deyir ki, yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.

İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəkir.

Eyni zamanda AXCP rəhbərinin çirkli pullarla bağlı açılan cinayət işində adının ön sırada keçdiyini, özünün də həbs təhlükəsinin böyüdüyünü görərək, bu təhlükəni başqa istiqamətlərə yönəltmək üçün hərəkətə keçdiyi, bunun üçün hər gün facebook səhifəsində statusları ard-arda paylaşdığı qeyd edilir.

Gedən müzakirələrdə cəbhəçilərin ittihamları ilə üzləşən şəxslərdən biri də yeni AXCP-nin sədri Razi Nurullayevdir. AXCP-nin Ə.Kərimli qanadının bəzi tərəfdarları iddia edirlər ki, hazırda hüquqi qeydiyyatı olmayan partiyanın R.Nurullayev qanadının tanınması üçün belə bir kampaniya təşkil olunub.

Məsələyə mövqe sərgiləyən bir qisim sosial şəbəkə istifadəçiləri isə qeyd edir ki, Kərimliyə ölkə xaricindən pul vəsaitləri uzun illərdir gəlir. Bəziləri 2009-cu ilə qədər AXCP-nin əsas funksionerlərindən biri olan R.Nurullayevə qarşı da iddialar səsləndirirlər...

R.Nurullayev ittihamlara cavab olaraq bildirdi ki, “Yurd” təşkilatında olduğu zamanlar belə söz-söhbətlər yox idi: “Mənim əlimlə heç bir maliyyə alınmayıb, heç bir maliyyə də verilməyib. Bu işlərdən tam kənarda olmuşam. Dəfələrlə dediyim bu fikirlərimi bir daha israrla deyirəm. Orada təmsil olunduğum illərdə belə işlərdən xəbərsiz olmuşam. Xarici dairələrlə müxalifət arasında alış-verişin iştirakçısı heç vaxt ola bilməzdim, bundan sonra da bu mümkün deyil. Təbii ki, o vaxt mən də bilirdim ki, heç bir partiya pulsuz yaşamır, partiyaya pullar gəlir. Mən AXCP adına iddia etmişəm, bu gün də iddia edirəm və düşünürəm ki, əsl AXCP-ni biz təmsil edirik, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın adı ”Yurd"dur. Ünvanıma ittiham səsləndirənlər də yurdçulardır. Əsl cəbhəçi olan Elçibəyçilər belə fikirlər səsləndirmirlər. Bu gün AXCP-nin adının verilməsi üçün məhkəmələr süründürülür, hazırda da belədir. Fikir versəniz, onların yalanları üzə çıxar. Bu qədər riyakar olmaq lazım deyil. Hökumət mediası Əli Kərimlini AXCP kimi təqdim edir. İttiham aktında da onlar AXCP-çilər kimi gedir. 2015-ci ildən bu günə qədər olmayan adların hamısını AXCP sözünün ətrafına qoyub, adımla hallandırırlar. Riyakarlığın haradan doğduğunu hər kəs görür, qeyri-səmimiliyin haradan doğduğu da görünür, kimin kimlərə yaxın olduğu, kimin əli ilə işlədiyi, kimin kimlərin vasitəsilə hansı işlər qurduğu, dəstək aldığı artıq sirr deyil. Hansı şəxsin hər zaman gündəmdə qaldığı, məqsədli şəkildə gündəmdə saxlanıldığını hər kəs görür. 412 min ABŞ dolları ittihamı hakimiyyətin dediyinə görə faktdır, əllərində sənədlər var. “Yurd” sədri də bəzi məqamlarda belə şeylərin olduğunu təsdiqlədi, həbs olunan şəxslərdən 5 min manat aldığını etiraf etdi. Bu baxımdan ittihamların real olduğu görünür. Hər şeyi istintaq, məhkəmə göstərəcək. Amma sanki gizli əllər Əli Kərimlini qoruyur, Azərbaycan xalqına müxalifət lideri kimi təqdim edir. Bu riyakarlığa da aydınlıq gətirilməlidir".

R.Nurullayev Kərimlinin 412 min ABŞ dollarını nələrə sərf etdiyi barədə məlumatsız olduğunu söylədi: “Bu məbləğin müxtəlif vaxtlardamı, yaxud bir dəfəyəmi alınması barədə nəsə deyə bilmərəm. Alıb nəyə xərclədiyini özləri bilirlər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Dünən, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Dünən, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Dünən, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Dünən, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Dünən, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Dünən, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Dünən, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Dünən, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru