Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                 

“Azərbaycandan öz kursunu dəyişməyi tələb etməsi mənasızdır” - deputat
Tarix: 26-01-2018, 08:58 | Çap et
“Azərbaycandan öz kursunu dəyişməyi  tələb etməsi mənasızdır”
Avropa Şurasının insan haqları üzrə yeni komissarı seçilib. Modern.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında keçirilən səsvermənin nəticələrinə əsasən bu posta Dünya Miyatoviç seçilib.

Xanım komissardan əvvəl Avropa Şurasının insan haqları üzrə komissarı olan Nils Muyjnieksin “Turan”ın müxbiri ilə söhbətində Azərbaycanla bağlı səsləndirdiyi bəzi fikirlər ölkəmizdə ciddi etiraz doğurub. Jurnalist Əfqan Muxtarlıya oxunan 6 illik cəzanı pisləyən, REAL sədri İlqar Məmmədovun azad edilməsini tələb edən Nils Muyjnieksin Azərbaycan qarşısında şərt qoyub. O bildirib ki, Bakı Avropa ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, kursu dəyişməlidir.

Onun bu fikirlərinə fərqli reaksiyalar var.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Azərbaycanın kursu dəyişməyə dəvət edilməsinin Avropa Şurasının hələ də ikili standartlardan çıxış etdiyini göstərdiyini söylədi: “Azərbaycanın özünün kursu var. Bu kurs Heydər Əliyev kursu adlanır. Eyni zamanda bu kurs 12 noyabr 1995-ci il konstitusiyasında nəzərə alınıb və ümumxalq referendumu, səsverməsi ilə qəbul olunub. Müstəqil Azərbaycan da bu kursla inkişaf edir. Bu da fundamental demokratiyanın prinsiplərinə sadiqdir, insan haqlarının qorunması, vətəndaş cəmiyyətinin, söz və ifadə azadlığının təmin olunmasıdır. Azərbaycan bu kursda öz milli maraqlarına uyğun addım atır. Beynəlxalq qurumlar və dövlətlərlə münasibətlər qurularkən bu kursa sadiqlik var. Azərbaycan yalnız öz milli və dövlət maraqlarını əsas götürür. Bu kursdan nə Azərbaycan xalqının, nə də dövlətinin dönmək fikri yoxdur. Biz işğal olunmuş ərazilərimizi azad etmək yolunu tutmuşuq. Beynəlxalq qurumlar qəbul etdikləri qərarlara əməl etmirlər. Təkcə BMT-nin 4 qətnaməsini xatırlatmaq kifayət edər. Öz sənədlərinə məhəl qoymurlar, yalnız Azərbaycana irad tutmaqla məşğuldurlar.

Biz yaxşı bilirik ki, Avropa Şurasının qərarları tövsiyə xarakteri daşıyır. Azərbaycana qarşı münasibətdə bunlar hökmlə çıxış etmək istəyirlər. Ölkəmiz nə edirsə, öz maraqları, demokratiya, xalqının maraqlarını təmin etmək naminə edir. Bu isə kimlərisə qane etmir. Çalışırlar ki, Azərbaycan özünün deyil, başqa dövlətlərin maraqlarını üstün tutsun. Avropa Şurası və digər beynəlxalq qurumlar ikili standartları əllərində tutaraq, başqa dövlətlərə münasibətdə deyil, Azərbaycana qarşı münasibətdə daim qərəzli mövqe tuturlar. Heç bir əsası olmadan anti-Azərbaycan şəbəkəsinin verdikləri köhnə arayışlar əsasında bunlar rəylər verirlər. Görünür, bunlar onları qane edir. Cənab prezident iki gün öncə Davosda olarkən mətbuat və söz azadlığı ilə bağlı verilən suala cavab verəndə bütün bunlara çox dəqiq və aydın şəkildə cavab verdi, məsələnin mahiyyətini aydınlaşdırdı. Yaxşı olardı ki, ikili standartlardan əl çəkilsin. İndiyə qədər kimsə Azərbaycanla təzyiq dili ilə danışıbsa, ölkəmizə nəyisə diktə etmək istəyibsə, uğursuzluğa düçar olub. Yaxşı olardı ki, onlar qərəzsiz, obyektiv olsunlar, Azərbaycanın ən mühüm probleminin həllində ona kömək etsinlər. Əgər Azərbaycanda hansısa bir sahədə nöqsan görürlərsə, bunu dostcasına yanaşıb, bu şəkildə də sözlərini desinlər. Hansısa bir nöqsan olanda biz özümüz maraqlıyıq ki, onu sürətlə aradan çıxaraq ki, inkişafımıza mane olmasın. Belə bir xeyirxah yanaşma ilə həm bizə kömək edərlər, həm də öz hörmətləri artar. Amma hökmlə danışmaq, hətta Azərbaycandan öz kursunu dəyişməyi tələb etməsi mənasızdır, bunlar heç bir effekt verməyəcək”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi ki, Azərbaycan Avropa Şurasına daxil olandan üç komissarla çalışıblar: “Artıq seçilən 4-cü komissarla işləyəcəyik. Üçüncü komissar olan Muyjnieks daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Ondan əvvəlki iki komissar ölkəmizə gəlib ümumi vəziyyətlə tanış olandan, eləcə də siyasi məhbuslarla görüşəndən sonra olan problemləri həll etmək yollarını elə aparırdılar ki, biz bunun müsbət nəticələrini az vaxt ərzində görürdük. Nəticədə kifayət qədər də böyük işlər görülürdü. 716 nəfərlik vaxtilə siyasi məhbus siyahımız var idi. Onların işlərinin böyük bir qisminin həll olunmasında bu şəxslərin müstəsna xidmətləri olub. Onlar danışmağı bacarırdılar. Muyjnieks komissar olduğu müddətdə Azərbaycanla daim amiranə dillə danışıb. Azərbaycana qarşı bu cür cümlə işlətməklə nə demək istədiyini, hər halda, açıqlasın. Azərbaycanda insan hüquqları ilə bağlı problemlər var. Bu problemlərlə biz də məşğuluq. Bunlar çox ciddi problemlərdir və bunu bilməmiş deyilik. Bu problemləri elə həll etmək lazımdır ki, aqressivlik olmasın. Ölkəni aşağılamaqla problem həll olunmur. Dunya Miyotoviçə böyük ümidlərimiz var. O, Azərbaycanı yaxşı tanıyır, problemləri yaxşı bilir. Ölkəmizdəki söz azadlığı ilə bağlı kifayət qədər məlumatlıdır. Hər halda, bundan sonra onunla olacaq görüşlərimizdən sonra o, Azərbaycanda olan problemlərin aradan qaldırılmasına var gücü ilə çalışacaq. Ümid edirik ki, Avropa İnsan Hüquqları komissarı kimi müsbət imici yenidən geri qaytaracaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru