"Bizim əksər problemlərimiz özümüzə dəyər verməməyimizlə bağlıdır" - deputat
Tarix: 14-07-2017, 10:27 | Çap et
 "Sağlamlıq üçün gəldiyin yerdə ancaq kabab infrastrukturuna rast gəlirsən."
Moderator.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa feysbuk statusunda yazıb:
"Radiodan iki gün öncə dinlədim ki, Azərbaycan əhalisi qonşu ölkələrə nisbətdə daha az balıq yeyir və daha az üzgüçülük vərdişlərinə yiyələnirlər. Həqiqətən də müçahidələrimiz, həyat təcrübəmiz göstərir ki, bizdə qoyun-quzu, dana ətinə təlabat daha çoxdur və balıq məhsullarına ən azı Türkiyədəki qədər həvəslilik yoxdur. Səbəb yalnızca balığın qiyməti və ya əlçatan olması deyil, sadəcə balıq məhsulları daha faydalı olduğu üçün bizim faydalılığa qarşı əks immunitetimizlə bağlıdır. Elmdə, sağlamlıqda, təhsildə, dində necə faydalı olana qarşı total mənfi davranış sərgiləyirik, yeməyimizdə də bu hiss olunur.
Üzgüçülüyü öyrənmək məsələsində də həqiqət payı var. Bu cür dənizə çıxış imkanı hansı xalqda olsaydı, ondan necə faydalanardılar, sahilində hər səhər necə həvəslə idman edərdilər, təsəvvürə gətirmək olar. Doğrudur, təhsil müəssisələrimizdə üzgüçülük hovuzu yoxdur, kasıb əhali üçün ümumiyyətlə üzgüçülük hovuzları əlçatan deyil və bu idmana həvəsləndirmə də sıfır vəziyyətindədir. Rusiyada uşağı gəlib məktəbdən yalvarıb aparırlar üzgüçülüyə, ləvazimatlarını da alıb verirlər ki, həvəslənib sağlamlıqlarının qeydinə qalsınlar, bizdə isə bu sahədə məqsədyönlü çalışmaların şahidi olmursan. Bununla belə, ən azı dəniz, göl, çay kimi nemətlərimiz var və valideynlər uşaqların üzmək vərdişinə yiyələnməsi üçün vaxt ayırmağa borcludurlar. Dənizdə, göldə, çayda boğulanların statistikasının artması da əsasən bununla bağlıdır. Biz vaxtilə pioner düşərgələrinə getdiyimizə görə şanslıyıq, dağ çaylarının qarşısında bir genişlik tapıb suyun qarşısını daşlarla kəsib çimərdik və üzməyi öyrənərdik. Burada həm də bədənin sağlamlığından, boyun artışından söhbət gedir. Dəfələrlə demişəm, Bakı şəhərində, digər alababat şəhərlərimizdə boy artımına faydalı olan basketbol meydançaları tapmaq mümkün deyil. Çimərliklərdə nadir hallarda normal futbol, voleybol meydançasına rast gəlirsən, hər şey yalnız qarın üçün düşünülür, sağlamlıq üçün gəldiyin yerdə ancaq kabab infrastrukturuna rast gəlirsən, hərə bir qarpızı qoltuğunu vurub gəlir, gedəndə də bir çoxları qabığını öz ədəbsizliyindən xatirə olaraq sahildə qoyub gedir. Dərindən düşünsəniz, görərsiniz ki, bizim əksər problemlərimiz ATƏT-lə, rusla, erməni ilə bağlı deyil, özümüzə dəyər verməməyimizlə bağlıdır. Odur ki, yeməyinizə, sağlığınıza, beyninizə özünüz diqqət yetirin ki, sabah kimsəni bəhanə olaraq göstərməyəsiniz. Dünyanın bütün xəstəxanaları azərbaycanlılarla doludur, pullarımız ora-bura axır, mədə, qara ciyər, ürək-damar problemləri böyük əksəriyyəti girinc edib, ancaq sağlığını vaxtında qorumaq barədə düşünənlər cəmiyyətimizin həddən artıq az faizidir. Sevindim ki, radioda bu cür problemlərin qabardılması baş verir, ən azı durum dəyərləndirməsini təkrar aparmaq fürsətimiz yaranır."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir - KİV
Bu gün, 12:21 |
|
|
|
• Yekaterinburqda “qara bayram” - Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Bu gün, 12:18 |
|
|
|
• Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir - Nazirlik
Bu gün, 12:14 |
|
|
|
• Uydurma keçmişin əsarəti altında - AKTUAL
Bu gün, 10:32 |
|
|
|
• “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Bu gün, 10:29 |
|
|
|
• Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:24 |
|
|
|
• Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Bu gün, 10:18 |
|
|
|
• Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Bu gün, 10:08 |
|
|
|
• “Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Bu gün, 10:02 |
|
|
|
• Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Bu gün, 09:59 |
|
|
|
• Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58 |
|
|
|
• Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52 |
|
|
|
• "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48 |
|
|
|
• Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27 |
|
|
|
• "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22 |
|
|
|
• "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17 |
|
|
|
• İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14 |
|
|
|
• Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06 |
|
|
|
• Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
• Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46 |
|
|
|
• Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41 |
|
|
|
• Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37 |
|
|
|
• Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36 |
|
|
|
• "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49 |
|
|
|
• Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43 |
|
|
|
• Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06 |
|
|
|
• Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03 |
|
|
|
• Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55 |
|
|
|
• Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33 |
|
|
|
• “Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56 |
|
|
|
• "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52 |
|
|
|
• Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47 |
|
|
|
• AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42 |
|
|
|
• Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30 |
|
|
|
• Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18 |
|
|
|
• Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16 |
|
|
|
• Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11 |
|
|
|
• Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06 |
|
|
|
• "Qocalıqdan çox qorxuram"
Dünən, 10:00 |
|
|
|
• İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52 |
|
|
|
• Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49 |
|
|
|
• Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39 |
|
|
|
• II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34 |
|
|
|
• Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32 |
|
|
|
• İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30 |
|
|
|
• Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25 |
|
|
|
• İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19 |
|
|
|
|