Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                 

“Buraxılmış səhvləri xatırlamadan dövlətçiliyi inkişaf etdirmək olmaz” - deputat
Tarix: 29-09-2016, 08:53 | Çap et
“Buraxılmış səhvləri xatırlamadan dövlətçiliyi inkişaf etdirmək olmaz”
“1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi. İlk iki il xalqımız, dövlətimiz üçün çox ağır, faciəvi olub. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı”.

Prezident İlham Əliyev Sumqayıtdakı çıxışında belə deyib. 23 il öncəki hakimiyyəti kəskin tənqid edən ölkə başçısı bildirib ki, Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözüb.

“Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir”, deyən prezident vurğulayıb. İ.Əliyev daha sonra Azərbaycanla təzyiq dilində danışanlara da mesaj verib: “Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir. Müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil”.

Ölkə rəhbəri onun hakimiyyətini tənqid edənlərə aşağıdakı cavabı verib: “Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir”.

Üstündən 23 ildən artıq bir zaman keçdiyi halda İ.Əliyevin keçmişə qayıtmasının, müxalifəti nə səbəbə xatırlatması barədə müxtəlif fikirlər səslənir. Hətta belə iddialar var ki, dövlət başçısı bununla referendumöncəsi aksiyalar keçirən, daha sonra isə referendumun nəticələrini tanımayan qüvvələrə cavab verib. Elçibəy hakimiyyəti zamanı baş nazir vəzifəsində çalışmış AXP sədri Pənah Hüseyn AzadlıqRadiosuna açıqlamasından bunları deyib: “Ölkəyə azadlıq, müstəqillik qazandırmış qüvvələrə qarşı indiki dövlət başçısının zaman-zaman bu mövqedən çıxış etməsi onun əsas siyasi rəqibinin yenə də həmin qüvvələr olduğunu göstərir. Ölkənin demokratiyanın əksi istiqamətində inkişafı, hakimiyyət strukturlarındakı korrupsiya və respublikanın inkişafını, təhlükəsizliyini təhdid edən məsələlərlə mübarizədə yük yenə həmin qüvvələrin üzərinə düşür. Çünki bu qüvvələr Azərbaycan kimi ölkələrdə siyasi xarakter daşıyır. O baxımdan, həm indiki hakimiyyətin, həm də bizim demokratik qüvvələrin, daha doğrusu, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki qüvvələrin daxili mahiyyətini, siyasi xarakterini və hansının gələcəyə doğru istiqamətləndiyini seçməyə xalqın gözəl imkanı var”.

P.Hüseyn təmsil olunduğu hakimiyyətin ölkəni dağıtmaqda ittiham olunmasına da reaksiya verib: “Bu dəlilsiz-sübutsuz ittihamlar sözdən başqa bir şey deyil. Çünki konkret olaraq, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu bir ildə inqilabi islahatlar həyata keçirildi. SSRİ-nin süqutundan sonra Azərbaycan həqiqətən ciddi böhran yaşayırdı. Amma biz ölkənin toparlanmasına nail olduq. Ən əsası isə erməni işğalına qarşı ciddi dirəniş davam etdi. Təsadüfi deyil ki, artıq 1993-cü ilin yayında Kəlbəcərin də azad edilməsi şərti daxil olmaqla, sülh müqaviləsi imzalanırdı və faktiki olaraq, müharibə qurtarırdı. Bundan əlavə, ölkənin inkişafında çox mühüm əhəmiyyətə malik neft müqavilələri 1993-cü il iyulun 1-də bağlanmalı idi, artıq müqavilələr hazırlanmışdı. Və ya 1993-cü ilin yayına yaxın iqtisadi sahədə çöküş artıq dayanmışdı, hətta 12 faiz iqtisadi artım əldə edilmişdi. Manatın o dövrdə rus rubluna və dollara olan dəyərinə baxsaq, bir ildə inflyasiya, demək olar ki, sabit qalmışdı. Özəlləşdirmə proqramının həyata keçirilməsi, 5 il ərzində olmayan dövlət büdcəsi haqda qanunun və büdcənin qəbulu, daha sonra torpaq islahatına başlanması, postsovet məkanında ilk dəfə təhsildə test sisteminə keçid, milli valyutanın rus rublunu əvəzləməsi və s. sistem xarakterli islahatlar idi. Bu da ölkənin inkişafından ötrü çox vacib işlər idi. Təkrar edirəm, İlham Əliyevin dedikləri, sadəcə, sözdür. Məhz indiki hakimiyyətin özünün də iştirakçısı olduğu 1993-cü ilin qiyamı ölkəni inkişafdan saxladı. Az əvvəl dediyim kimi, sülh müqaviləsi bağlanmadı, beş rayon işğal edildi, təslimçi atəşkəs müqaviləsi imzalandı, neft müqavilələrinin imzalanması ilyarım yubandı. Nəticədə ölkədə avtoritar rejim formalaşdı. Onun ağır nəticələrini indi də hiss edirik”.

AVP sədri, deputat Fəzail Ağamalı isə hesab edir ki, əslində ölkə prezidenti məsələnin mahiyyətinə tamamilə doğru yanaşır: “Gərək zamanında baş verən hər şeyi olduğu kimi deyəsən ki, həm tarixilik, həm də dövlətçilik baxımından əhəmiyyətli olsun. Buraxılmış səhvləri xatırlamadan dövləti, dövlətçiliyi inkişaf etdirmək olmaz. Bu baxımdan, cənab prezidentin dedikləri tamamilə doğrudur. Həmin dövrdə yaşamış insanlardan biri də mənəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm Ayaz Mütəllibov, həm də Əbülfəz Elçibəy iqtidarı dövrü Azərbaycanın itirilmiş illəri sayılmalıdır. Ayaz Mütəllibovun Moskvaya bütün tellərlə bağlı olması, səriştəsizliyi, vassallıq təfəkkürü ilə yaşaması heç şübhəsiz ki, Azərbaycana böyük zərbə vurdu. Ondan sonra meydandan hakimiyyətə gələn qüvvələr də səriştəsizliyi, bacarıqsızlığı ilə seçildilər. Onların bəzilərində çoxlu pul ələ keçirmək kimi meyllər də var idi. Odur ki, ölkə tamamilə idarəolunmaz vəziyyətlə üzləşmişdi. Əlbəttə, Elçibəy təmiz adam idi, onu korrupsiya və rüşvətlə bağlamaq ədalətsizlik olardı. Amma o, təcrübəsiz olduğuna, ciddi iradə sahibi, komandası üzərində söz sahibi olmadığına görə Azərbaycan idarəolunmaz vəziyyətə çatmışdı. Daha sonra Müsavat Partiyası bərpa olundu və İsa Qəmbər rayonlarda öz adamlarını yerləşdirdi. Həmçinin Prezident Administrasiyasında dövlət katibi postuna yüksələn Əli Kərmli də ”Yurd"çları öz ətrafında birləşdirirdi. Beləliklə, Krılovun məşhur təmsilində olduğu kimi, dövləti hərə bir tərəfə çəkirdi". F.Ağamalı qəti şəkildə əmindir ki, prezident Əliyevin Elçibəy iqtidarını tənqid etməsi AXCP və Müsavatın referendumöncəsi fəallığı ilə bağlı deyil: “Əslində İlham Əliyev prezident olaraq tarixə ekskursiya etdi. Azərbaycanın 1993-cü ildə Heydər Əliyevin müdrik siyasəti ilə əsası uğura söykəndiyini xatırlatdı. Odur ki, bu fikirlərdə başqa kontyukturalar axtarmaq lazım deyil. Prezident Azərbaycanın itirilmiş zamanını önə çəkməklə ölkəmizin bugünkü uğurlarını ortalığa qoydu. Həmin dövrdə hakimiyyətdə olanlara gəldikdə, onlar bu gün Bakıda ofis partiyalarına çevrilib. Belə olan halda hansı fəallıqdan danışmaq olar?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru