Nəsimidə hakim partiyanın referendum təbliğatı... - FOTOLAR
Tarix: 24-09-2016, 09:13 | Çap et
 DİA.AZ: - Dünən Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində açıq havada rayon seçiciləri ilə görüş keçirilib.
DİA.AZ xəbər verir ki, tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün mövcud iqtidarın monolit birliyi nəticəsində milli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir:
“Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.Möhtərəm Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində, ölkəmizin hərtərəfli inkişafında mühüm uğurlar qazanılmaqdadır.Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi şüur səviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, şəxsiyyət və dövlət arasında qarşılıqlı əlaqənin köklü surətdə dəyişməsi, vətəndaşların şəxsiyyətinin qorunmasının təmin edilməsi, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Bütün bunlar demokratiyanın, iqtisadi-sosial yüksəlişin nəticəsidir. Ölkəmizin davamlı inkişafı, onun ildən-ilə Avropaya və dünyaya inteqrasiya olunması Konstitusiyada bir sıra mütərəqqi dəyişikliklər edilməsi zərurətini yenidən meydana gətirib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb“.
M.İbrahimqızı qeyd edib ki, möhtərəm prezidentimizi cənab İlham Əliyevin təklif etdiyi referendum aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacaq:
“Konstitusiyaya prezidentlik institutunun gücləndirilməsi ilə bağlı təklif olu-nan dəyişikliklər ölkədə siyasi sistemin sabitliyinin təmin edilməsinə, dövlət idarə-etmə aparatında səmərəli idarəçilik və çevik qərar qəbul etmə mexanizminin for-malaşdırılmasına xidmət edir. Çevik qərarların qəbul olunaraq icra edilməsi, səmərəli fəaliyyət göstərilməsi, xüsusilə iqtisadi islahatların davamlılığının təmin edilməsi idarəetmədə yeni keyfiyyət dəyişiklikləri yaradacaq“.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər əks olunub. Bu layihə geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir:
“Hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır. Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan hüquqi dövlətdir və ölkə Konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Bu, təkcə vətəndaşlar səviyyəsində baş vermir, bu cür hallara milli dövlətlərin iradəsinə hüquqdan sui-istifadə edərək təzyiq göstərən ayrı-ayrı mərkəzlər tərəfindən də yol verilir. Məhz hüquqdan sui-istifadəni qadağan edən bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq”.
Tədbir sonra musiqili konsert proqramı ilə davam edib.       


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45 |
|
|
|
| • Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44 |
|
|
|
| • “Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41 |
|
|
|
| • Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33 |
|
|
|
| • Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31 |
|
|
|
| • Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09 |
|
|
|
| • Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05 |
|
|
|
| • Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57 |
|
|
|
| • AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50 |
|
|
|
| • Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43 |
|
|
|
| • Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23 |
|
|
|
| • “Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17 |
|
|
|
| • Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10 |
|
|
|
| • Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16 |
|
|
|
| • “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12 |
|
|
|
| • Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09 |
|
|
|
| • Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02 |
|
|
|
| • Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56 |
|
|
|
| • "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53 |
|
|
|
| • "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47 |
|
|
|
| • AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43 |
|
|
|
| • Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38 |
|
|
|
| • BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33 |
|
|
|
| • ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
| • Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19 |
|
|
|
| • "Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15 |
|
|
|
| • İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11 |
|
|
|
| • Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08 |
|
|
|
| • Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02 |
|
|
|
| • Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59 |
|
|
|
| • Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56 |
|
|
|
| • Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49 |
|
|
|
| • QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46 |
|
|
|
| • 16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39 |
|
|
|
| • Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
| • Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14 |
|
|
|
| • Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05 |
|
|
|
| • Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01 |
|
|
|
| • Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59 |
|
|
|
| • "BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53 |
|
|
|
| • Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
| • Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40 |
|
|
|
| • Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31 |
|
|
|
| • Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25 |
|
|
|
| • Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22 |
|
|
|
| • Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14 |
|
|
|
| • Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13 |
|
|
|
| • ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06 |
|
|
|
|