Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

“CƏMİYYƏT RADİKAL ÇAĞIRIŞLARA CAVAB VERMİR”
Tarix: 13-04-2012, 12:57 | Çap et
“CƏMİYYƏT RADİKAL ÇAĞIRIŞLARA CAVAB VERMİR”

"CƏMİYYƏT RADİKAL İSLAHAT İSTƏYİR”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Parlament komitəsində “Siyasi partiyalar haqqında” qanuna edilən son dəyişiklikləri necə dəyərləndirirsiniz? Bu dəyişiklikləri mütərəqqi hesab etmək olarmı?
- Qanuna edilən dəyişiklikləri mütərəqqi hesab edirəm. Fikrimcə, bu Azərbaycanda siyasi islahatların genişləndirilməsi istiqamətində atılan addımdır. Prezident İlham Əliyev də parlamentdəki çıxışında ölkədə siyasi sistemin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Avronestin sonuncu iclasında da bildirib ki, ölkənin siyasi sistemi gücləndirilməli, siyasi partiyaların inkişafı üçün müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, bu düzəlişlərin edilməsində əsas məqsəd siyasi sistemin gücləndirilməsidir. Siyasi sistemin gücləndirilməsi isə yalnız partiyaların inkişafından keçir. Bu düzəlişlərlə bağlı bizim təkliflərimiz də olub və tənqidi yanaşdığımız məqamlar da mövcuddur.

Siyasi partiyalar arasında vəsaitin bölüşdürülməsi məsələsi elə həll olunmalıdır ki, narazılıqlar yaranmasın. Əlbəttə, istənilən halda narazı qalanlar olacaq. Amma elə ədalətli bölgü olmalıdır ki, ümumi rəydə partiyaların maliyyələşməsi ilə bağlı qərar YAP-ın maliyyələşdirilməsi üçün dekorasiya xarakterli addım kimi qiymətləndirilməsin. Qanuna görə, ayrılacaq vəsaitin 40 faizi parlamentdəki partiyalar arasında bərabər bölüşdürüləcək. Mən bu məbləğin ümumi vəsaitin 60 faizi miqdarında göstərilməsini təklif etdim. Vəsaitin 10 faizi parlamentdən kənarda qalan və 3 faizdən çox səs toplayan siyasi partiyalara veriləcək ki, bu faizi toplayan partiyalar olmayacağı təqdirdə həmin 10 faizin də parlamentdəki partiyalar arasında bərabər bölüşdürülməsi məqbul olardı. Yerdə qalan 30 faiz isə partiyaların parlamentdəki yerlərinin sayına görə, bölüşdürülə bilər. Yəni mövcud reallıq nəzərə alınmalıdır. Ona görə ki, partiyalar xətti ilə parlamentə seçilən deputatların 84,5 faizini YAP üzvləri təşkil edir və ayrılacaq vəsaitin 84,5 faizi də həmin partiyaya çatacaq. İndiki halda 40 faiz 11 partiya arasında bölünəndə isə bu partiyalara əhəmiyyətli vəsait düşməyəcək. Artıq YAP-dan da mütərəqqi təklif daxil olub ki, seçki kampaniyaları dövründə bu vəsait 2-3 dəfə artırıla bilər. Başqa ölkələrin təcrübəsində də bu var. Çünki seçki kampaniyası əlavə vəsait tələb edir. Biz də YAP-ın bu təklifini dəstəklədik.

- Siz öz təkliflərinizi ədalətli hesab edirsiniz?
- Ümumiyyətlə, hər dəfə mövcud reallıq nəzərə alınmalıdır. Hazırda müxalifət o qədər zəifdir ki, parlamentdə fraksiya da yarada bilmir. Gələcəkdə müxalifətin parlamentdə bir fraksiyası olarsa, o zaman həmin 50 faizin parlamentdəki yerlərin sayına görə bölünməsi doğru olar. Amma indiki reallıqlar baxımından bu düzgün deyil. Gələcəkdə partiyaların güc nisbəti dəyişəcəksə, real siyasi rəqabət yaranacaqsa, o halda indiki təqdim olunan təklifi normal qəbul edərəm. Amma bu gün üçün bu bölgü ədalətsiz olar. Bütünlükdə isə Seçki Məcəlləsinə edilən dəyişiklikləri mütərəqqi addım kimi qiymətləndirirəm və alqışlayıram.

- Növbəti mərhələ kimi proporsional və majoritar sistemin bərpası gündəmə gələ bilərmi?
- Buna ehtiyac var. Əvvəllər bu məqam Konstitusiyada öz əksini tapmışdı. Sadəcə 2002-ci ildə keçirilən referendumda hesab olundu ki, mütərəqqi deyil, ona görə ki, insanlar birbaşa namizədləri seçə bilmirlər. Bizim siyasi praktikada bu düşüncəyə haqq qazandıran misallar da olub. Məsələn, parlament seçkilərinin birində AMİP-in siyahısında Vaqif Musayev adlı bir şəxs ikinci yerdə idi. Bu adamı siyasətdə, ictimai həyatda, hətta AMİP-də heç kim tanımırdı. Amma birdən-birə AMİP-də siyahıda ikinci yerə - siyasətdə kifayət qədər populyar sayılan Nazim İmanovdan, Şadman Hüseyndən önə keçirilmişdi. Bu həm cəmiyyətdə, həm də AMİP-in özündə kifayət qədər suallar doğurdu. Bu da ona gətirib çıxarırdı ki, insanlar faktiki olaraq partiyanı seçsələr də, şəxslərə münasibətdə seçim edə bilmirlər. Ancaq proporsional seçki sistemində nə qədər neqativ hallar olsa da belə çoxpartiyalı sistemin inkişafı üçün bu sistemin bərpa olunması vacibdir. Amma biz bunu elə formada edə bilərik ki, vətəndaşın təkcə partiya siyahısına yox, həm də siyahıdakı konkret şəxslərə də səs vermək imkanı olsun. Yəni bu siyahının müəyyənləşdirilməsində vətəndaş da iştirak etsin.

- İctimai Palatanın aprelin 8-də keçirilən mitinqini necə dəyərləndirirsiniz?
- Mitinqin gedişindən məlumatlı idim. Hesab edirəm ki, dövlətin maraqları baxımından çox əhəmiyyətli hadisə oldu. Uzun müddətdir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığına qadağa qoyulmasına dair bəzi təşkilatlar kampaniya aparırdılar. Söhbət indiyə qədər Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin keçirilməsi üçün ayırdığı yerlə razılaşmamaqdan gedirdi. Mən də o fikirdəyəm ki, icra hakimiyyəti mitinqlərin keçirilməsi üçün daha əlverişli yer ayıra bilər və ayırmalıdır. Amma ölkənin imici baxımından mitinqi önəmli hesab edirəm. Çünki bu məsələdə Azərbaycanın əleyhinə çıxışlar edirlər. Bu mitinq göstərdi ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələrin əsas gözünü dikdiyi İctimai Palatanın imkanları nə qədərdir. Onların vasitəsilə ölkəyə təzyiq eləmək istəyən qüvvələrin də bu birliyin potensialını görmək və müzakirə eləmək imkanları yarandı. Hər halda bu qüvvə ilə heç bir tələb və təzyiqi həyata keçirmək mümkün olmadığını onlar da anladılar. Bildilər ki, bu kəmiyyət və keyfiyyət göstəricisində olan siyasi birlik üçün bu qədər güc və vəsait sərf etmək, Azərbaycanla münasibətləri korlamaq mənasızdır. Çünki bu mitinqə xalqdan dəstək olmadı, orda toplaşanların böyük əksəriyyəti vəzifə istəyən funksionerlər, əsasən 24 il ərzində tanıdığımız insanlar idilər. Əlbəttə, cəmiyyətdə narazı insanlar, hüququ pozulanlar var, amma o insanlar bunların perspektivinə, səmimiyyətinə inanmadıqları, dediklərinə şübhə ilə yanaşdıqları üçün mitinqə qatılmadılar. Ümumiyyətlə, mitinq ənənəsi yaranmalı və adiləşməlidir. Vaxtilə təklif etmişdim ki, Böyük Britaniyada Haydparkda olduğu kimi Bakıda da bir yer ayrılsın, bağ salınsın, siyasi hüquqlarının müdafiəsi ilə bağlı çıxışlar orada həyata keçirilsin. İnsanların, ayrı-ayrı peşə sahiblərinin mitinqləri, aksiyaları adiləşməlidi. Dünyanın ən inkişaf etmiş ölkələrində belə gündə bir neçə qrup piket, mitinq keçirir. Bu da səsini çatdırmaqda bir vasitədir. Buna normal və adi baxmaq lazımdı.

Amma bu mitinqin məndə narahatlıq doğuran başqa tərəfi də var. İndi ölkədə mərhələli şəkildə islahatlar aparılır. Yüksək sürətlə olmasa da, islahların getdiyini deməliyik. Məndə narahatlıq yaradan odur ki, hökumət rəqiblərinin son dərəcə zəif olduğunu görəndən sonra bu islahlarda səngimə yarana bilər. Amma ümid edirəm ki, bu, belə olmayacaq.

İnsanlar bu aksiyanın sifarişlə, hansısa maraqlara xidmət etdiyini bildikləri üçün dəstək vermirlər. Çünki sual yaranır ki, bu aksiyanı niyə məhz “Eurovision” adı ilə bağlı, bu müsabiqə ərəfəsində keçirilər. Axı bu qeyri-siyasi müsabiqədi, şoudu. Bir müddət əvvəl burda “Avronest”in sessiyası keçirildi, dünyanın hər yerindən siyasi şəxslər, millət vəkilləri, media nümayəndələri gəlmişdilər. Əgər məqsəd siyasi diqqət cəlb eləmək idisə, elə həmin günlərdə aksiya keçirilə bilərdi. Amma bəllidi ki, məqsəd ölkənin imicinə məhz bu müsabiqə ərəfəsində ziyan vurmaq istəyənlərə dəstək vermək, onların marağına xidmət etməkdir. Bunu insanlar başa düşürlər, ona görə də onlar sosial problemləri olsa da, bu aksiyaya qatılmırlar. Çünki bu aksiyanın onların haqları uğrunda keçirilmədiyini bilirlər.

Amma son iki aksiya bir daha vaxtilə onu sübut elədi ki, cəmiyyət radikal çağırışlara cavab vermir. Cəmiyyət ağır islahatları, radikal dəyişiklikdən üstün tutur. Çox istərdim ki, mitinqi təşkil edənlər doğurdan da öz fəaliyyətlərinə, proqramlarına, şüarlarına tənqidi yanaşa bilsinlər. Çünki dünyada baş verən hadisələri izləyən siyasətdən kənar insanlar belə üsyanın heç bir halda xalqlara xoşbəxtlik gətirmədiyini görürlər. Göz önündə Liviya və Misirin acı təcrübəsi var. İnqilab istəmək, adamları buna çağırmaq asandı. Amma mən inqilab istəyən adamlardan soruşuram, onlar övladının, ailə üzvünün ölümü bahasına dəyişiklik olmasına razıdırlarmı? Bu suala müsbət cavab vermək üçün ya ruhi xəstə, ya da qeyri-səmimi olmaq lazımdı. İnsan ən pis şərtlərdə yaşamaqla razılaşır, amma övladını itirməklə yox. Ona görə də heç kəs özünə rəva bilmədiyini başqasına da rəva bilməməlidir. Azərbaycan xalqı Liviyada, Misirdə, Suriyada baş verənləri görür və bundan da nəticə çıxarır. Vətəndaşımız bilir ki, o ölkələrdə baş verənlər xarici qüvvələrin istəyinin nəticəsidir. Misirin yenidən əvvəlki vəziyyətinə qayıtması üçün onilliklər lazımdı. Böyük bir ölkə məhv oldu, iqtisadiyyat dağıldı, vətəndaş qarşıdurması yarandı və bu, bitməyəcək. Çünki o üsyanda ölən yüzlərlə insanı geri qaytarmaq mümkün olmayacaq. İnsanlar isə mal-mülk itkisi ilə barışa bilirlər, amma insan itkisi ilə barışmaq olmur.

- Bəzi xarici ölkələrə aid media qurumlarının və təşkilatların Azərbaycanda “Evrovision” musiqi yarışması ərəfəsində ölkəyə qarşı aksiya başlatmalarına münasibətiniz necədir?
- Bu yarışmanın Azərbaycanda keçirilməsinin erməni diasporunu və lobbisini narahat etdiyi məlumdur. Bu yarışma ərəfəsində Azərbaycanla bağlı kampaniyalarla yarışmanı kölgədə qoyub, hətta boykota nail olaraq, ölkənin siyasi imicinə zərbə vurmaq istiqamətdə ciddi işlədikləri də aydın görünür. Dünyanın tanınmış siyasi xadimləri, beynəlxalq təşkilatlarla və bu musiqi yarışmasını keçirən təşkilatçılarla, o cümlədən iştirakçı ölkələrin komandaları ilə təmas quraraq Azərbaycan əleyhinə kampaniya aparırlar. Təəssüf ki, ölkəmizdə bəziləri Azərbaycana qarşı bu kampaniyaya hökumətdən narazı olduqları üçün dəstək verməyə çalışırlar. Onlar bu prosesdən faydalanmaq istəyirlər. Hökumətdən heç bir narazılıq düşmənin yanında dayanmağa əsas vermir və haqq qazandırmır. Hansı motivlə bu prosesə qatılmağın isə əhəmiyyəti yoxdur. Yeri gəlmişkən, bu gün Azərbaycana ən çox ittihamlar yağdıran Almaniyanın ölkəmizə münasibətləri ilə bağlı bir məsələyə diqqəti çəkmək istəyirəm. Almaniya həmin ölkədir ki, Türkiyə Almaniyadan aldığı özüyeriyən artilleriya qurğularının mühərriklərini Azərbaycana vermək niyyətini açıqlayan kimi almanlar Türkiyəyə bu mühərriklərin satışını dayandırdı. Almaniya Türkiyənin Avropa Birliyinə daxil olmasının qarşısını alan Fransa ilə həmfikirdir. Almaniya hər gün insan öldürüldüyü, küçələrində savaş gedən Liviya ilə bağlı məsələdə ikili standartlardan çıxış edib, baş verənləri bu ölkənin daxili işi hesab etdi və sanksiyaların tətbiqinə səs vermədi. Almaniya Rusiyanın Avropadakı əsas müttəfiqidir və Ermənistanla Türkiyə arasında sərhədin açılmasına təzyiq edən ölkələrdən biridir.

Digər Qərb media qurumlarının da bu məsələdə maraqları olduğu bəllidi. Azərbaycanın İranla münasibətlərinin tamamilə kəsilməsində maraqlı olan qüvvələr var. Təəssüf ki, bəzi media vasitələri də bu kampaniyaya qoşulublar. Guya İsrail Azərbaycanı özünün hərbi bazası səviyyəsinə salıb və ABŞ da bunun üstünü açıb, Azərbaycanı xilas etmək istəyir. Bunu anlamalıdırlar ki, ABŞ-İsrail əlaqələri stratejidir, İsrail ABŞ-ın bölgədəki nümayəndəsidir. Bu qurulmuş bir oyundur və xəbər məqsədyönlü şəkildə yayılıb. Məqsəd Azərbaycanın İranla münasibətlərini tamamilə bitirərək, Azərbaycana ABŞ və İsraillə təkyönlü əməkdaşlıqdan başqa yol saxlamamağa nail olmaqdır. Bizim bəzi avantüristlər bu məsələdə dolayısı ilə ABŞ-ın siyasətinə xidmət edirlər. Vətəndaşlarımız bunun fərqində olmalıdır.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da, QHT və KİV də belə həssas məqamlarda bəzən bilərəkdən, bəzən də bilməyərəkdən kampaniya tərəfinə çevrilir. Bu isə arzuolunmazdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru