Türkiyədə SİVİL PKK-nın liderilərindən olan Dəmirdaş Azərbaycana ilişdi - İŞİD mövzusu PKK yandaşlarını çaşdırıb…
Tarix: 27-09-2014, 14:34 |
Çap et
DİA.AZ: - Məlum olduğu kimi, Suriyanın Kobani ərazilərində 105 kürd kəndi İŞİD tərəfindən işğal olunub və nəticədə yüzlərlə kürd İŞİD terrorçuları tərəfindən qətlə yetirilib.
Və bu olay Türkiyədə yaşayan kürdlər tərəfindən də böük rezonansla qarşılanıb və Türkiyə kürdləri Türkiyə-Suriya sərhəddini dağıdaraq İŞİD-ə qarşı savaşmağa gediblər. Amma DİA.AZ-ın Türkiyə KİV-lərindən əldə etdiyi məlumatlardan aydın olur ki, İŞİD-ə qarşı vuruşmağa gedən kürdlər elə anındaca geri qayıdıblar. Yəni çox çəkməyibö
DİA.AZ bildirir ki, Türkiyə-Suriya sərhəddini qanunsuz olaraq keçərkən Türkiyə kürdlərinə qarşı Türkiyə polisi tərəfindən ciddi müqavimət göstərilib. Amma sonradan polis sərhəddi keçmək istəyənlərə sərbəstlik verib.
Polisin müqaviməti isə Türkiyədə «sivil PKK»nın tanınmışlarından olan, Diyarbəkirin keçmiş bələdiyyə başqanı Səlahəddin Dəmirdaşı bərk əsəbiləşdirib. Necə əsəbiləşdiribsə, Dəmirdaş hətta Azərbaycan türklərini də özünün «tvitter»dəki statusunda… türkiyəlilər demişkən, elişdirib…
Həmin statusu diqqətinizə çatdırırıq: