Le Penin prezidentliyə gedən yolu .....                     "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq .....                     Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi .....                     Ünvanlı sosial yardım üçün müraciət edib, amma... .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: .....                     "Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı .....                     "Bəlkə də camış göstərsən, tanımazlar..." .....                     Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı .....                     Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq .....                     İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür .....                     Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib .....                     "200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." .....                     Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... .....                     İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb .....                     Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri .....                     Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq .....                     “Eyni xəstəyə fərqli rəylər verilir” .....                     Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" .....                     İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı .....                     Müştərilər təşvişdə: Banklar bağlanır? .....                     AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi .....                     Rusiya İrandan kimi çıxarmağa çalışır? .....                     AQTA-nın yeni qərarı nələrə yol açacaq? .....                     ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər .....                     Əməkdar artist tıxacın əlindən evini satır .....                     "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb .....                     Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı .....                     ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb .....                     Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib .....                     İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: .....                     Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır .....                     Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi .....                     Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi .....                     Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq .....                     ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək .....                     Talehin reklamındakı aktrisa danışdı .....                     Beyləqanda “pambıqla baş kəsirlər” .....                     Səfirlikdə işə düzəlmək istədi, .....                     Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq .....                 

Rusiyadakı SƏFİR POSTU: Hələ ki boşdur... AMMA... - YENİ İDDİA...
Tarix: 31-08-2024, 11:14 | Çap et
Rusiyadakı SƏFİR POSTU: Hələ ki boşdur... AMMA...
Siyasi cameənin tanımadığı, daha çox “uğurlu iş adamı” kimi cəmiyyətdə mövqe tutan Elnur Allahverdiyevin onu qoruyan deputat mandatını “yeniləmək” planının baş tutmamasından sonra daha böyük iddiaya düşdüyü bildirilir.

Azərbaycanda müştəri məmnunluğu məsələsi istehlak bazarının ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Ölkədə istehlakçı hüquqlarının qorunmasına yönəlik çox sayda qanunvericilik aktlarının qəbul edilməsinə baxmayaraq, bu sahədə vətəndaş şikayətlərinin azalmaq əvəzinə artması acınacaqlı gerçəklikdir.

Çox maraqlıdır ki, istehlakçıların hüquqlarının pozulması “yarış”ında radio və telekanallarda, o cümlədən, elektron və çap mediasında, həmçinin küçə lövhələrində reklamları ilə gözləri qabar edən geniş ticarət şəbəkələri öndə gəlir. Yayımladıqları reklam materiallarında potensial alıcılar üçün cazibədar, ilk baxışda son dərəcə “sərfəli” görünən şərtlər əsasında fərqli məişət texnikaları və texnoloji cihazlar təklif edən bu satış şəbəkələri yekunda istehlakçını çıxılmaz borc quyusuna yuvarladır.

Yaxşı, vətəndaşın ailəsinin boğazından kəsib öncə sərfəli görünən şərtlərlə aldığı məişət əşyasının qalaqlanan borcunu birtəhər ödəyib tamamlayacağı düşünülsə də, problemlər bununla yekunlaşmır. İş ondadır ki, nəzərdə tutulan ticarət mərkəzlərinin bəh-bəhlə tərifini göyə qaldırdıqları bu və ya başqa məişət əşyasının ömrü alıcının evinə aparılana qədər olur. Bundan sonra o əşyanı alaraq, başına bəla açan vətəndaş haqqını bərpa etmək üçün sonu görünməyən, ucunda ədalətin olduğu təxmin belə edilməyən yola çıxır. Sonucda pulu gedən, əsəbləri korlanan, bunların qarşılığında isə əlində qalan tək şey ona sırınan keyfiyyətsiz əşya olan vətəndaş çarəsiz vəziyyətdə küncə sıxışır.

Bəli, bu ümumi qeydlər bəlkə də hər gün yaşanan mənzərinin yüngül, “böyük tablo”da diqqəti çox da cəlb etməyən, həmçinin artıq yetərincə adiləşən solğun ştrixlərdir. Çünki dəyişən heç nə yoxdur. Konkretliyə gəldikdə, yuxarıda istehlakçıların ümumiləşdirilmiş problemlərinin əsas mənbələrindən biri qismində “Kontakt Home” mağazalar şəbəkəsinin çıxış etdiyi aksiom kimi ortadadır.

Mediada və sosial şəbəkələrdə bu qəbildən olan şikayətləri təsnifatlaşdırdıqda, bu yanaşmanın tamamilə əsaslı olduğu ortaya çıxar. Hər halda, alınan məişət texnikasının, başqa cihazların və əşyaların zay çıxması, buna baxmayaraq, keyfiyyətsiz məhsulun geri qaytarılması, yaxud da yenisi ilə əvəzlənməsi “Kontakt Home”un dəyişməz kredosuna çevrilib. Bu iddiada qərəz axtaranların diqqətini ən yeni “nümunə”lərdən birinə yönəltmək istəyirik.

Yayılan məlumata əsasən, haqqında danışılan mağazalar şəbəkəsindən soyuducu alaraq özünü işə salan vətəndaşların sırasına Bakı sakini Rüfət Dadaşov da qoşulub. Bildirilir ki, aldığı təzə soyuducunu evə aparıb onun işləmədiyinə əmin olan Dadaşovun “Kontakt Home”la apardığı müzakirələr nəticəsiz qalıb. Mağazadan ona bildiriblər ki, ən yaxşı halda soyuducunu təmir edə bilərlər, əşyanın yenisi ilə əvəzlənməsindən isə söhbət gedə bilməz. Təbii, pulunu çöldən tapmayan Dadaşov bu şərtlə razılaşmayıb və özünün pozulmuş istehlakçı hüquqlarını məhkəmə vasitəsilə bərpa etməyə qərar verib.

Yenicag.az müştərinin iddiası ilə bağlı “Konatkt Home”nin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Qeyd edək ki, “Kontakt Home”nin sahibi olaraq illərdir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin adı hallanır. Onun 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı ilə deputat seçilməsi ilə bu yöndə məlumatların intensivliyi daha da artdı. Allahverdiyevin parlament üzvü statusu əldə etdikdən sonra sahibkarlıq fəaliyyətinə son qoymasına dair verdiyi açıqlamalar da bu iddiaları dövriyyədən çıxarmadı. Azərbaycan reallığında bu kimi “hüquqi prosedur”ların formallığını bilən insanları Allahverdiyevin “Kontakt Home”la bütün bağlarını qopardığına inandırmaq nəinki çətin, hətta mümkünsüzdür.

Digər tərəfdən, adı sahibkarlıq fəaliyyətində hallanan, lakin özlərinin bunu qətiyyətlə inkar etdiyi bir sıra başqa deputatların xarici mediada “biznes qəhrəman” olaraq tanıdılması, böyük məbləğdə pullarına məhkəmə qərarı ilə əl qoyulması cəmiyyətdə möhkəm “immunitet” yaradıb. O baxımdan, Allahverdiyevin biznesdən çəkildiyi barədə bəyanatlarının etimadla qarşılanmaması təəccüblü deyil.

Yeri gəlmişkən, 2020-ci il seçkiləri dönəmində onun Sloveniyanın Azərbaycandakı fəxri konsulu olmasına dair informasiyaların yayılmasından sonra Allahverdiyevin vətəndaşlıq məsələsi də bir müddət geniş müzakirəyə çıxarılmışdı. Lakin Milli Məclisin ardıcıl ikinci dəfə vaxtından əvvəl buraxılması VI çağırış parlamentin hakim partiyadan olan bir çox üzvləri kimi Elnur Allahverdiyevin də narahatlığını artırması əsassız deyilmiş.

O baxımdan, 2020-ci il seçkilərində daxil edildiyi YAP-ın namizədlər siyahısında Allahverdiyevin adının olmaması çox da təəccüb doğurmadı. Xatırladaq ki, 2020-ci il seçkiləri qlobal pandemiyanın ilkin əlamətlərinin baş qaldırdığı dövrə təsadüf etmişdi. Eyni zamanda, Milli Məclisin tərkibinin yenilənməsi zərurəti və digər faktorlar Allahverdiyevin şansına təkan verərək, ona deputat mandatı qazandırmışdı.

Ancaq indi vəziyyət kökündən dəyişib. İlk növbədə onu qeyd etməliyik ki, bu seçkilər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması, o cümlədən, regionda yeni reallığın formalaşması şəraitində keçirilir. Belə bir gerçəklikdə adı vətəndaşların istehlakçı hüquqlarının pozulmasında davamlı hallanan “Kontakt Home”un sahibi kimi tanınan – ictimai rəy çox inadkardır – Elnur Allahverdiyevin, o cümlədən, digərlərinin deputat mandatdan məhrum qalması qanunauyğun nəticə sayıla bilər.

Ancaq vəziyyət fərqli də ola bilərdi. Bunun üçün heç olmasa, “Kontakt Home”un müştərilərinə münasibətdə sayğılı olmaq gərəkirdi. Çünki ortada təsadüfən başlayan karyeranın inkişaf perspektivi vardı.

Bununla belə, Milli Məclisə düşmək şansını itirən Elnur Allahverdiyevin “yüksəliş” cəhdini artıq başqa bir müstəvidə sınadığına dair yenə də media və sosial şəbəklərdə müxtəlif iddialar dolaşır. Bildirilir ki, deputat mandatı itirildikdən sonra rəsmi status əldə etmək planını dəyişməyən Allahverdiyev bu dəfə gözünü daha strateji bir posta dikib. İddialara əsasən, Polad Bülbüloğlunun deputatlığa namizəd olması səbəbindən Azərbaycanın Rusiyadakı səfiri postunun boşalması “Kontakt Home” sahibi üçün göydəndüymə fürsət kimi qarşılanıb. Başqa sözlə, Sloveniyanın Bakıdakı fəxri konsulu olan Allahverdiyevin bu dəfə gerçək səfir qismində Azərbaycanın Rusiyadakı diplomatik təmsilçisi olmağa can atdığı deyilir. Lakin bir dəfə təsadüfən deputat mandat qazanmaq, mağazalar şəbəkəsinə sahib olmaq, yaxud Balkan ölkələrindən birinin fəxri konsulu təyin edilmək belə bir strateji vəzifə iddiasına düşmək üçün əsas yaradırmı?

Normalda yaratmamalıdır və hər halda, “Kontakt Home” sahibi də bunun fərqindədir. O zaman Allahverdiyev kimə və nəyə güvənir? Bəhs olunan məsələ aktuallaşarsa, bu sualın cavabına da aydınlıq gələcək.

Mövzunu diqqətdə saxlayacağıq.

www.yenicag.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Le Penin prezidentliyə gedən yolu - GƏLİŞMƏ
Bu gün, 10:07
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
Bu gün, 10:04
Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi - 4 illik HƏBS CƏZASI
Bu gün, 10:00
Ünvanlı sosial yardım üçün müraciət edib, amma... - MÜRACİƏT
Bu gün, 09:58
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 09:49
Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: - Əri tərəfindən döyülən qadın onu bağışladı
Bu gün, 09:46
"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
"200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30
“Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24
İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14
Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07
AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05
Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03
AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01
ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59
Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55
Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 05:50
Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Dünən, 18:03
İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Dünən, 18:01
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Dünən, 17:55
Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Dünən, 17:52
Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Dünən, 17:46
Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Dünən, 17:44
ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Dünən, 17:38
Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Dünən, 17:32
Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Dünən, 17:12
Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Dünən, 17:10
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Dünən, 17:08
Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Dünən, 17:06
Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Dünən, 17:03
Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Dünən, 17:01
14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:59
Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Dünən, 16:57
"Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Dünən, 16:50
Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Dünən, 16:44
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Dünən, 16:12
Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Dünən, 16:10
Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru