"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi .....                     Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb .....                     ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” .....                     IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu .....                     4 min verib aldığımız “iPhone” deyilmiş .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” .....                     Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi .....                     Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib .....                     Flora Kərimovanın səhhəti necədir? .....                     NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar .....                     Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə .....                     Autizmli uşağın anası: .....                     “Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi .....                     Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır .....                     AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? .....                     "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq .....                     Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... .....                     “Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın .....                     ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib .....                     Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub .....                     “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” .....                     MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? .....                     Paşinyan "boz kardinal"la yollarını ayırır .....                     "Bax, Aytən Səfərova, bu budur.." .....                     Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? .....                     Qubada 5 aylıq hamilə xəstəxanada ölüb .....                     Dərmanları rütubət içində saxlayıblar .....                     Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır .....                     Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... .....                     Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ .....                     ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. .....                     Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər .....                     Le Penin prezidentliyə gedən yolu .....                     "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq .....                     Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi .....                     Ünvanlı sosial yardım üçün müraciət edib, amma... .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: .....                 

Nazirlik 3 ildir ki, bu kəndin sakinlərini aldadır... - NARAZILIQ VAR...
Tarix: 28-07-2024, 09:11 | Çap et
Nazirlik 3 ildir ki, bu kəndin sakinlərini aldadır...
Bakıdan Hacıqabula gedəndə yolun sağındakı Navahi kəndinə tərəf boylanan hər kəs köhnə məktəbin binasını görə bilər. Bura M.Ağayev adına Navahi kənd tam orta məktəbidir. Azı 300 nəfər şagirdi olan bu məktəblə kəndin arasında 3 kilometr məsafə var. Kəndin məktəbliləri təhsil ili boyunca qar-palçıq demədən kənddən məktəbədək yol qət edirlər. Son vaxtlar valideynlər öz təşəbbüsləri ilə avtobus tutublar ki, heç olmasa ibtidai sinifdə oxuyanlar dərsə əziyyətlə gedib-gəlməsin. Dərd bununla bitmir, təqribən 3 il əvvəl Meydan TV həmin məktəbdən yazmışdı. Navahi kəndinin sakinləri müraciət edərək məktəbin bərbad vəziyyətdə olmasından gileylənir, yeni məktəblə bağlı arzularını dilə gətirirdilər. Ancaq indi məlum olur ki, o vaxt dövlət qurumlarının verdiyi vədlər boşa çıxıb, kənd sakinlərinin yeni, işıqlı, müasir məktəb arzusu hələ də gerçəkləşməyib.

“Bu məktəb 1875-ci ildə yaradılıb”

İbad Nəzirov 23 il (2000-ci ilədək) Hacıqabul Şəhər İcra Hakimiyyətinin Navahi kəndi üzrə nümayəndəsi işləyib. Bu dəfə Meydan TV-yə o müraciət edib, kənd məktəbinin problemlərini təkrar gündəmə gətirməyimizi istəyib. İbad Nəzirov sözə məktəbin yaranma tarixinə ekskursiya etməklə başlayır. Deyir, rəsmi sənədlərdə bu təhsil ocağının 1970-ci ildə inşa olunduğu qeyd edilsə də, əslində tarixi 1800-cü illərə gedib çıxır:

“Buralar keçmiş Şamaxı qəzasına aid olub. 1875-ci ildə Bakı-Tiflis dəmiryolu xətti çəkiləndə Talışınski soyadlı bir xeyriyyəçi kəndimizdə ikimərtəbəli rus-tatar məktəbi açır. Udulu, Paşalı və başqa kəndlərin uşaqları həmin məktəbdə təhsil alırmış. Şamaxı qəzasında ən iri məktəb sayılan bu təhsil ocağı əvvəllər Şamaxı qəzasının xeyriyyəçilərinin dəstəyi ilə vaxtaşırı təmir olunur, baxımlı saxlanılırmış. Sonralar bu adamlar da həyatdan köçür, məktəb baxımsız qalır. 1970-ci illərdə məktəb bərbad vəziyyətdə olanda o vaxt “Mozalan” Satirik Jurnalı məktəbdən tənqidi süjet hazırlayır. Bundan sonra məktəb əsaslı təmir olunur. Hətta uzaqdan gələn müəllimlərin yollarda qalmaması üçün ikimərtəbəli yataqxana da inşa edilir. 1961-ci ildə Navahi kəndi artıq Şamaxı qəzasından çıxarılaraq Salyanın, 1990-cı ildə Hacıqabulun tərkibinə verilib. Bax, elə kəndimiz Hacıqabulun tərkibinə keçəndən sonra bağçalar, məktəblər baxımsız qaldı. Müəllimlər üçün tikilmiş yataqxana dağıldı, indi dörd quru divarı qalıb. O yataqxana da, uşaq bağçası da dağıldı, bircə divarları qalıb”.

“Sovet hökuməti məktəbləri, uşaq bağçalarını, yataqxanaları da özüylə apardı”

İbad bəyin sözlərinə görə, hələ Sovet vaxtı kəndin kolxoz sədrinin təşəbbüsü ilə kolxozda işləyənlərin uşaqları üçün uşaq bağçası da tikilib. İllərlə uşaqların istifadəsində olan bağça da Sovet dağılandan sonra baxımsız qalıb və istifadəyə yararsız olduğuna görə illər əvvəl qapısı qıfıllanıb:

“Sovet hökuməti dağıldı, özü ilə məktəbləri, uşaq bağçalarını, yataqxanaları da apardı. Mən o vaxt təklif etmişdim ki, Sovet dağılandan sonra baxımsız qalan o ikimərtəbəli uşaq bağçasını ibtidai sinif məktəbi edək. 1-5-ci sinifləri o məktəbə verək, balaca uşaqlar 3 kilometr yol gedib, kəndin qırağına çıxmasınlar. Aidiyyəti qurumlara da müraciət etdik, nəticəsi olmadı. O boyda bina istifadəsiz qalıb. Bu məktəbə görə də çox müraciətlər etmişik. Məktəbin rəhbərliyi müəllimlərdən, valideynlərdən xahiş edir ki, şikayət yazmasınlar, çünki onsuz da heç kəs gəlib məktəb tikən deyil, əvəzində yuxarı qurumlar məktəb rəhbərliyini qaralalayırlar. Bax, vəziyyət belədir”.

İbad Nəzirovun sözlərinə görə, son illərdə Navahidə dörd məktəb tikilib, ancaq azı 300 şagirdi olan bu məktəbdə bircə dəfə də əsaslı təmir işi aparılmayıb:

“Sovet vaxtı qaz olub, istilik təchizatı olub, 30 ildən çoxdur ki, o qaz xətləri sinif otaqlarının divarlarında paslanıb, qalıb. Sinif otaqları odunla qızdırılır. Qışda valideynlər əllərində balta, məktəbin qarşsında odun yarırlar. Sizə göndərdiyimiz fotolardan məktəbin vəziyyəti aydın görünür. Döşəmələr, dam örtüyü çürüyüb. Avadanlıqlar köhnə, sınıq-salxaqdır, ayaqyolu demək olar ki, yoxdur”.

Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən yabildirilib ki, sözügedən məktəb binasının sökülərək yerində yenisinin tikilməsi ilə bağlı ilkin sənədləşmə işləri başa çatıb. Yeni məktəb binasının layihəsi təsdiq olunduqdan sonra tikinti işlərinə başlanılacaq.
O da qeyd olunub ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində 177 ümumtəhsil, 53 məktəbəqədər, 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son iki ildə bu təhsil müəssisələrinin 60-dan çoxunda təmir işləri aparılıb. Yeddi yeni təhsil müəssisəsi tikilərək istifadəyə verilib.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Bu gün, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Bu gün, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Bu gün, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Bu gün, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Bu gün, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Bu gün, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04
Flora Kərimovanın səhhəti necədir?
Bu gün, 12:01
NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - İLGİNC İDDİA
Bu gün, 11:55
Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46
Autizmli uşağın anası: - "Ailələlər böyük maddi yükün altında əzilir"
Bu gün, 11:42
“Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:32
Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır - NARAZILIQ VAR...
Bu gün, 11:27
AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? - NHMT sədri soruşur ki...
Bu gün, 11:18
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq - TƏDARÜK VAR...
Bu gün, 11:12
Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... - NƏ BAŞ VERİR?
Bu gün, 11:10
“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03
“Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02
MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? - ARAŞDIRMA
Bu gün, 10:59
Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran
Bu gün, 10:57
"Bax, Aytən Səfərova, bu budur.."
Bu gün, 10:55
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46
Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32
Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30
Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24
Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22
ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18
Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər - TƏFƏRRÜAT
Bu gün, 10:15
Le Penin prezidentliyə gedən yolu - GƏLİŞMƏ
Bu gün, 10:07
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
Bu gün, 10:04
Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi - 4 illik HƏBS CƏZASI
Bu gün, 10:00
Ünvanlı sosial yardım üçün müraciət edib, amma... - MÜRACİƏT
Bu gün, 09:58
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 09:49
Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: - Əri tərəfindən döyülən qadın onu bağışladı
Bu gün, 09:46
"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
"200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru