Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                 

Bu məmura qarşı ciddi ittihamlar VAR
Tarix: 8-07-2017, 10:42 | Çap et
Bu məmura qarşı ciddi ittihamlar
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi tədbirdə Prezident İlham Əliyev bildirdi ki: “Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır. Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir.”
Təəssüflər olsun ki, Dövlət Başçısının korrupsiya və rüşvətxorluqla mübarizə istiqamətində apardığı məqsədyönlü fəaliyyətə mane olmaq cəsarətində olan məmurlar hələ də görəvlərinin başındadırlar. Bəzi nazirliklərin, dövlət komitələrinin, səhmdar cəmiyyətlərin rəhbərləri qüsurlu hərəkətləri, təkəbbürü, ən başlıcası isə yarıtmaz əməlləri ilə vətəndaşı öz dövlətindən və hakimiyyətindən narazı salan bu cür müəssisə rəhbərlərini nəinki gizli, hətta açıq şəkildə qoruyurlar. Sanki yöndəmsiz idarəçiliyi ilə ad çıxarmış bu cür müəssisə rəhbərləri bilərəkdən şımarıqlaşdırılır. Beləliklə bir nazirin, komitə sədrinin və ya səhmdar cəmiyyət rəhbərinin hikkəsinin nəticəsi ölkə insanının dövlətinə və hökumətinə inamını sarsıdır. Hər halda bunu məntiq deyir.
Conflict.az-ın ötən saylarında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində baş verən rüşvət olayları ilə bağlı bir neçə audio – müsahibələr dərc edilmişdi. Xatırladaq ki, həmin səs yazılarının birində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov təqaüdü hesabına köçürülməyən III qrup əlildən müxtəlif bəhanələr gətirməklə, pul istəyit. Bakir Məmmədovun öz dili ilə rüşvət istədiyi səs yazısı belə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyini, konkret nazir Səlim Müslümovu hərəkətə gətirmədi. İnspektorun öz dili ilə rüşvət istəməsi və nazirliyin bu cür biabırçı olaya seyirçi mövqedə qalması olduqca təəccüb və təəsüf yaradacaq vəziyyətdir. Görəsən cənab Səlim Müslümov bununla nə demək istəyir? Axı baş verən hadisə ilə nazirin KİV-də səsləndirdiyi fikirlər tərs mütənasibdir. Əgər nazir son illər vətəndaş – məmur təmasının minimuma enməsini iddia edirsə, İmişlidə Səlim Müslümovun rəhbərlik etdiyi qurumda çalışan məmur artıq vətəndaşın nəinki özü, hətta birbaşa cibi ilə təmas qurur. 4 aydır təqaüdünü ala bilməyən əlil probleminin araşdırılması üçün İmişli DSMF-yə müraciət edir, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov III qrup əlilə onun “probleminin” həllinin olduqca çətin olduğunu deyir. Ustalıqla müxtəlif bəhanələr uyduran inspektor marağı təmin edilmədiyi üçün təqüdçüyə çatan 4 aylıq vəsaitin yalnız 15 günlük miqdarını ala biləcəyini söyləyir. Yəni III qrup əlilin dövlətdən aldığı təqaüdü belə İmişli DSMF-də şöbə əməkdaşının “yardımı” olmadan alması mümükünsüzdür. Bakir Məmmədovun janqlyorluğunun sonu III qrup əlildən 30 manat rüşvət istəməklə sonuclanır. Nəticə, Bakir Məmmədov və onu birbaşa himayə edən İmişli DSMF-nin müdiri İntiqam Əliyev hətta bu hadisədən sonra belə hələ də görəvlərinin başndadırlar.

Məlumatın dərcindən cəmi iki gün sonra Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucov redaksiyaya telefon açaraq bildirdi ki, İmişli DSMF-nin müdiri İntiqam Əliyev ona iş otağında oğlu, II qrup əlil Orucov Elgün Yaqub oğlunun təqaüdünü kəsəcəyini deyib. İntiqam Əliyev Y.Orucova buna səbəb kimi Elgünün işlədiyi müddətdə əmək haqqından DSMF-yə hər hansı məbləğin daxil olmamasını göstərib. Şikayətçi cavabında bu məsələnin həlli məsuliyyətinin fəhlənin deyil, məhz müəssisənin aidiyyatı strukturunda olduğunu söyləsə də, DSMF müdiri məcburi köçkünlə razılaşmayıb və onu otağından qovub. Yaqub Orucov II qrup əlil övladına qarşı atılan bu addımı DSMF sədrinin ondan maddi istəklərinin olması ilə əlaqələndirmişdi. “...Əgər məndən umacaqları olmasa idi sənədlərimi əvvəldən qəbul etməzdilər. Mən sənədi təqdim edəndə İmişli DSMF-nin əməkdaşı biz sənin işini “düzüb-qoşacağıq”, səndə bu işlərin necə “həll” olunduğunu bilirsən də, mənə istəyini açıq şəkildə bildirmişdi.” – deyə əməkdaşımıza audio – müsahibə verən Yaqub Orucovla bağlı məlumatın dərcindən bir gün sonra məcburi köçkünə qarşı İmişli DSMF-nin rəhbərliyi tərəfindən təzyiqlər başladı.

Təkrar redaksiyaya telefon açan məcburi köçkünə mətbuatda dərc edilən audio – müsahibəsindən imtina edəcəyi və ittihamlarını əsəbi halda söylədiyi ilə bağlı izahat yazacağı təqdirdə əlil övladının təqüdünə toxunulmayacağı vədini verirlər. Biz həmin vaxtda qeyd etmişdik: Əlil və ya qocanın təqaüd, müavinət və ya s. adda aldığı müavinət kimsənin şəxsi əmlakı deyil. Ölkə Qanunları əsasında təyin olunmuş dövlət vəsaitidir. Bəs elə isə nədən Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin İmişlidəki qurumunun rəhbəri İntiqam Əliyev bu kateqoriyaya aid olan insanların özünə borclu olduğunu düşünür? Bu gün Yaqub Orucovun sağlıq durumu ilə bağlı Conflict.az-a daxil olan məlumatda bildirlir ki, həmin hadisədən sonra II qrup əlil olan məcburi köçkünün səhhətində ciddi problemlər yaranıb. Əslində Yaqub Orusov audio – müsahibəsində İntqam Əliyevin öz xidməti otağında ona qarşı hədələyici hərəkətlərindən sonra özünü olduqca pis hiss etdiyini qeyd etmişdi. Audo - müsahibəsində “pilləkənləri necə düşdüyümü bilmədim” – deyən II qrup əlil məcburi köçkünə qarşı sonrakı təhrikedici təzyiqlər də nəticədə Yaqub Orucovun səhhətinə təsirsiz qalmadı.

II qrup əlil olan məcburi köşkünə qarşı DSMF-nin İmişli rayon şöbəsindəki məlum hadisədən isə cəmi bir gün sonra, eyni məzmunlu hərəkətlər yazıçı – jurnalist, II qrup əlil Məryəm Şahverdiyevaya qarşı da edilir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, özüdə II qrup əlil olan Məryəm Şahverdiyevanın yaşlı anasının problemləri ilə bağlı DSMF-nin İmişli rayon şöbəsinə müraciəti zamanı şöbə müdiri İntiqam Əliyev xəstə qadını nənki qəbul etməyib, hətta köməkçisinə onu qəbul otağından uzaqlaşdırmağı tapşırıb. Redaksiyaya telefon açan Məryəm Şahverdiyeva əməkdaşımıza verdiyi audio – müsahibəsində bildirdi ki, DSMF-nin İmşli rayon şöbəsinin əməkdaşlarından biri onun gözləri önündə şöbəyə müraciət edən vətəndaşdan 15 manat rüşvət alıb. Yazıçı – jurnalistin DSMF əməkdaşının hərəkətinə etirazından sonra aldığı cavab isə daha orjinal olub: “Məryəm xanım bu rüşvət deyil şirinlikdir.” Xatırladaq ki, Yaqub Orucovun audio – müashibəsini dinləyən DSMF-nin İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyevdə sonda eyni məzmunlu cümlə ifadə etmişdi: “burada nə var ki, aldığımız rüşvət deyil şirinlikdir”.

DSMF-nin İmişli rayon şöbəsinin müdiri və əməkdaşları ilə bağlı vətəndaşın öz səsi ilə səsləndirdiyi ittihamlara məhz Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, konkret nazir Səlim Müslümovun hələ ki, biganə qalması, İnitqam Əliyevin və onun komandasının məğlubedilməz obarazını yaradır. Əslində ən böyük yanlışlıq da budur. Bu cür düşünənlərə ən tutarlı cavabı cənab Prezidentin məmur övladları ilə bağlı söylədiyi fikirlərində axtarmaq lazımdır: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru