GƏNCƏDƏ 1 POLİS ƏMƏKDAŞI ÖLDÜRÜLÜB
Tarix: 6-04-2012, 12:37 |
Çap et
HƏR İKİ TƏRƏF İTKİ VERİB
Bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.
Gəncə Şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.
Bildirilib ki, hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
İdarədən insidentlə bağlı ətraflı məlumat verilməyib.
Gəncə şəhər hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb.
Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.