İRANLI MƏHBUS AZƏRBAYCAN TÜRMƏSİNDƏ ÖLDÜ
Tarix: 5-04-2012, 13:16 |
Çap et
İŞLƏ BAĞLI ARAŞDIRMA APARILIR
Azərbaycanda Cəzaçəkmə Müəssisəsində İran İslam Respublikasının vətəndaşı olan məhkum ölüb.
Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Narkotik qaçaqmalçılığında təqsirli bilinərək həbsə məhkum edilən və adıçəkilən müəssisədə saxlanılan, İran İslam Respublikasının vətəndaşı, 1963-cü il təvəllüdlü İsmayıli Mövsudi Mirabdulla oğlu naməlum şəraitdə dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra mərhumun ölüm səbəbləri məlum olacaq.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.