BAKIDA “PRİTON” AŞKARLANIB
Tarix: 4-04-2012, 12:43 |
Çap et
“PRİTON”U İŞLƏDƏN QADIN İMİŞ
Azərbaycanda insan alveri faktı qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Sona Cumayeva tutulub.
S. Cumalıyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə və Sabunçu qəsəbəsi ərazisindəki "Damla" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə təqsirləndirilir.