8-Cİ SİNİF ŞAGİRDİ ÖZÜNÜ ASDI
Tarix: 2-04-2012, 13:18 |
Çap et
BU ÖLKƏDƏ İNTİHARLAR DA GƏNCLƏŞİB - FACİƏ
Azərbaycanda orta məktəb şagirdi intihar edib.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 31-də Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Ədalət Bəhruz oğlu Rəsulov yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə məlumat verilmir. Ə. Rəsulov orta məktəbin 8-ci sinif şagirdi olub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, istintaq aparılır.