QƏRB SƏRHƏDDİNDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİB
Tarix: 30-03-2012, 12:11 |
Çap et
ERMƏNİLƏR TOVUZLA QAZAXI ATƏŞƏ TUTUBLAR
Azərbaycan Müdafiə Nazirliyi martın 30-da səhər cəbhə xəttində vəziyyətin yenidən gərginləşdiyini bildirib. Mənbənin məlumatına görə, martın 29-da axşam və martın 30-na keçən Azərbaycanın Tovuz və Qazax rayonları ilə Ermənistanın Berd, Noyemberyan və İcevan rayonları arasında atışma baş verib.
Qarabağda Ağdam və Cəbrayıl istiqamətlərində atışma baş verib. İtki barədə məlumat verilmir.