"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" .....                     25 minlik dələduzluq, 3 müstəntiq və nəticəsiz istintaq .....                     İsrail Livanda atəşkəs xəbərini təkzib edib .....                     Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər .....                     Ermənistan bu tarixlərdə hava məkanını bağlayır .....                     Space TV bağlanır? .....                     Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının sədri dəyişdi .....                     AB Ermənistana yeni missiya göndərir .....                     Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək .....                     "Hər şeyi o bilir, o da ölüb" .....                     Cənubi Qafqazda böyük güc savaşı başlayır .....                     Qəza, diplomatiya və nəticə: Azərbaycan istədiyini aldı .....                     ABŞ-da azərbaycanlı həbs olundu .....                     Rəssamlıq Akademiyasında təqaüdlər gecikir? .....                     Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilib .....                     İcra hakimiyyəti toyuqla adama fərq qoymur: Zirədə üfunət qalmaqalı .....                     Şahin Bağırovdan iki rəis təyinatı .....                     Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək .....                     Xalq artisti əməliyyat olunacaq .....                     Səhnəmizin “boşluq ustası” olan Çingiz Əhmədov .....                     Azərbaycanda dolların məzənnəsi dəyişəcək? .....                     Eşqi Bağırov onları müavin təyin etdi .....                     Bərbərxanada sevgilisini döyən şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Göyçay RMX-da RƏZALƏT: Növbə gözləyən yaşlı qadın xəstəxanalıq oldu .....                     Paşinyan müxalifəti Ermənistanı müharibəyə sövq etməkdə günahlandırıb .....                     Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır .....                     İranla müharibəyə girməyəcəyik .....                     Opera və Balet Teatrında QALMAQAL böyüyür .....                     Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxunub .....                     Azərbaycan və Rusiya AZAL təyyarəsinin qəzasından irəli gələn məsələlərin həlli barədə razılığa gəlib .....                     Azərbaycan nümunəsi göstərir ki... .....                     Nazir müavini təyin olunan agentlik rəisinin yerinə təyinat .....                     İcra başçısı yeni sektor müdirləri təyin etdi .....                     Avropanın bəzi ölkələri Azərbaycana pislik etmək üçün fürsət axtarır .....                     Turançılıq ideyasına açıq dəstəyi Orbana qarşı cəbhəni böyütdü .....                     Rəssamlıq Akademiyasında təqaüdlər gecikir? .....                     Moskva “düyməni basdı” .....                     Sülh kifayət qədər güclü hüquqi əsaslara malikdir .....                     Dollar manata “uduzur” .....                     Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu .....                 

İRAN AZƏRBAYCANDA 20 İLDİR NƏ AXTARIR:
Tarix: 23-02-2012, 12:02 | Çap et
İRAN AZƏRBAYCANDA 20 İLDİR NƏ AXTARIR:

ƏMİN-AMANLIQ, YOXSA ANARXİYA?

Əvvəllər məscid və mədrəsələrdə daha çox görünən iranlılar, indi də elm və təhsilə üz tutublar

Son zamanlar İranın Azərbaycan Respublikasına qarşı yönəlmiş hədələrinin güclənməsi və buna adekvat olaraq Azərbaycan hakimiyyətinin atdığı addımların şübhəsiz köklü səbəbləri var. Hər halda Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra (1991) İran İslam Respublikasının bu türk dövlətinə, xüsusi maraq dairəsində olması heç kəsə sirr deyil. O da sirr deyil ki, farslar 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin varlığından hansı dərəcədə rahatsız olmuşdusa, eyni rahatsızlığı bəlkə bir qədər də çox, 20 ildir İran İslam Respublikası yaşayır. Halbuki, Azərbaycan hökuməti daim İranla yaxın qonşu kimi sivil münasibətlər qurmaq istəyini dəfələrlə bəyan edib.

Bəs, bütün bunlara baxmayaraq İranı bu qədər rahatsız edən nədir? Nədən İran istər açıq, istərsə gizli şəkildə bütün vasitələrlə müstəqil Azərbaycan Respubllikasını danmaq yolu tutur? Hələ, Azərbaycan Cümhuriyyətinin ilk aylarında onun müstəqilliyini tanımaq istəməyən, hətta bu türk dövlətinin adının dəyişməsi (məsələn, В«Aran CümhuriyyətiВ» kimi) təklifi ilə çıxış edən ovaxtkı İranın həmin iddialarını indi də molla-fars rejiminin bu və ya başqa formada irəli sürməkdə məqsədi nədir? Ən vacibi özünü islam dövləti elan edən, vətəndaşlarının az qala yarısı Azərbaycan türklərindən ibarət olan bir В«respublikaВ»nın bütün bunlara göz yumaraq, Azərbaycan Respublikasının ərazisini işğal edən, xalqına qarşı soyqırımı törədən Ermənistanla ən yaxın münasibətlər qurmağın kökündə nə dayana bilər?

Şübhəsiz, bu və bu kimi oxşar sualların yeganə bir cavabı var: Cənubi Azərbaycan türklərinin Şimali Azərbaycan türkləri ilə eyni soykökü, dili, mədəniyyəti, dini-fəlsəfi dünyagörüşü, tarixi keçmişi və s. paylaşması. Bir qədər də dəqiqləşdirsək, eyni milli mənəvi dəyərləri paylaşan vahid millətin bir yarısı müstəqil olduğu halda, digər yarısı isə ən təbii hüquqlardan (ana dilində təhsil almaqdan, milli kimliyini ifadədən, mədəniyyətini təbliğdən və s.) belə məhrumdur. Təbii ki, müstəqil olan hissə, ən təbii hüquqlardan məhrum olan üçün bir stimuldur. Bunu, bir əsr əvvəl olduğu kimi, indi də fars rejiminin ideoloqları yaxşı anlayırlar. Bu baxımdan molla-fars rejimi bütün vasitələrlə çalışır ki, Azərbaycan Respublikası güclü və layiq (dünyəvi) bir dövlət olmasın.

Bu yöndə molla-fars rejiminin ənənəvi əməllərindən biri, Azərbaycan Respublikası ərazisində təbliğat-təşviqat işləri aparmaqdır. Bu məsələ də isə onlar ən çox din-islam amilindən istifadə edirlər. İslamı əldə bayraq tutaraq cəmiyyətin müxtəlif təbəqələrinə təsir etmək niyyəti güdən, xüsusilə məscid və mədrəsələrdə irançılığı (paniranizmi) yayan molla-fars rejimi son illərdə Azərbaycan elm və təhsilinə də axın etməyə başlayıb. İlk baxışda burada qeyri-adi heç nə yoxdur. İranlılar da, digər əcnəbilər kimi Azərbaycanda təhsil alır, hətta elmi dərəcələr əldə edirlər. Ancaq bu əcnəbilərin xeyli bir qisminin Azərbaycan türkcəsində danışdığını və soykökcə Azərbaycan türkü olduğunu nəzərə alsaq, onlara В«əcnəbiВ» demək də olmur. Bununla yanaşı, onları В«əcnəbiВ» adlandırmaqda zorluq çəkdiyimiz, В«soydaşmızВ» adlandırmaq da asan deyil. Çünki, Azərbaycan Respublikasına üz tutan iranlıların əksəriyyəti Azərbaycan türkcəsində danışsalar da, milli ruh baxımdan azərbaycanlıdan daha çox iranlı, yəni iranpərəstdirlər. Bu iranlılıq-iranpərəstlilik onların qanına-canına hopdurulmuşdur. Hər halda molla-fars rejimi yaxşı bilir ki, Azərbaycan Respublikasında təhsil və elmi dərəcə almaq üçün kimlərə icazə verir. Şübhəsiz, molla-fars rejimi damarlarından təmiz türk qanı axan, milli ruhun daşıyıcısı olan hər hansı bir Azərbaycan türkünə nəinki belə bir şərait yaradır, əksinə belə bir türk fədaisi ələ keçərsə, ona divan tutur. Daha doğrusu, artıq neçə on illərdir ki, tutur və tutmaqda da davam edir.

Əlbəttə, çar Rusiyası və SSRİ imperiyası dövründə müstəmləkə həyatını yaşamış biz Şimali Azərbaycan türkləri bunun nə demək olduğunu yaxşı anlayırıq. Biz Şimali Azərbaycan türkləri Cənubi Azərbaycan türklərindən bəlkə də çox assimilyasiya olmuş, əzab-əziyyət və işəncələrə məruz qalmışıq. Məhz bunun nəticəsidir ki, 20 ildir müstəqil olmağamıza baxmayaraq, əslində bizlərin arasında da hələ SSRİ-nin müstəmləkə ideologiyasını təsirindən qurtulmayanlar var. Bizlərin arasında da vaxtilə sovetpərəst-rusiyapərəstlər olub və bu gün də var. Sadəcə olaraq, burada qeyd etmək istədiyimiz ondan ibarətdir ki, SSRİ rejimi vaxtilə ruspərəst-sovetpərəst azərbaycanlılardan istifadə etdiyi kimi (bu gün də həmin azərbaycanlılar sıralarmızda var), bu gün molla-fars rejimi də öz çirkin niyyətlərini həyata keçirmək üçün iranpərəst azərbaycanlıları əllərində alətə çeviriblər. Bununla da, Cənubi Azərbaycan türklərinin, guya İrana bağlı olduğunu, islamın dirəyinin İran olmasını və s. təbliğ edirlər. Şübhəsiz, bütün bunlar molla-rejiminin uydurmalarından başqa bir şey deyildir.

Belə ki, Cənubi Azərbaycan türklərinin artıq ilbəil deyil, hətta günbəgün istiqlala doğru addımladığını nəinki bütün dünya, o cümlədən İranda da yaxşı anlayırlar. Bu baxımdan molla-rejimi 5-10 nəfər iranpərəst azərbaycanlını əlində oyuncağa çevirməklə nə Cənubi Azərbaycanda, nə də Şimali Azərbaycanda heç nəyə nail ola bilməyəcək. Artıq hamı yaxşı anlayır ki, molla-rejiminin Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, mətbuatının və s. içərisinə yeritmək istədiklərinin xeyli qismi nəyə xidmət edir. İlk baxışda elm və təhsil almaq təsiri bağışlayan bir çox iranlıların daxilinə nüfuz etdikcə görürük ki, birinci onların əksər qisminin istənilən səviyyədə elmi biliyi yoxdur, ikincisi sözdə və əməldə zahirən Azərbaycan Resupblikasının əleyhinə bir şey ifadə etməsələr də, ümumilikdə iranpərəst (paniranizm) dünyagörüşləri hər şeyi ortaya qoyur.

Bütün hallarda əksəriyyəti Cənubi Azərbaycandan olan iranlıların əvvəllər məscid və mədrəsələrdə daha çox göründükləri halda, son zamanlar Azərbaycan təhsilinin və elminin müxtəlif sahələrində peyda olması təsadüfi ola bilməz. İranlılar bəzi universitetlərdə (BDU və b.), AMEA-nın institutlarında dissertant kimi elmi işlər müdafiə edirlər və yaxud da etməyə hazırlaşırlar. Xüsusilə, AMEA-nın Tarix, Ədəbiyyat, Folklor, Fəlsəfə və başqa institutlarında onların sayı artıq onlarla, yüzlərlə deyə biləcəyimiz qədər artmağa başlayıb. Bundan çıxış etsək, belə hesab etmək olar ki, Azərbaycan təhsili və elmi İran təhsil və elmindən güclüdür. Ancaq təcrübə və praktika heç də bunu təsdiq etmir. Hər halda İranın elm və təhsil sahəsindəki uğurları göz qabağındadıdr. O zaman belə bir məsələ ortaya çıxır ki, iranlıları Azərbaycana cəlb edən ya təhsil və elmimizdəki problemlərdən çıxış edərək asan müdafiə etmək, ya da İranın maraqlarının təbliğidir. Yaxud da ki, elə hər ikisi iranlılar üçün əlverişlidir. Yəni iranlılar Azərbaycan təhsil və elmindəki boşluqlardan, nöqsanlardan və s. istifadə edərək həm müxtəlif dərəcələr alır, həm də İranın mənafeyini yeri gəldikcə təbliğ edirlər. Bunu anlamaq üçün, onların həm özləri, həm də dissertasiyaları, elmi məqalələri ilə yaxından tanış olmaq yetərlidir.

Bu məsələ ilə bağlı düşündürücü məsələlərdən biri odur ki, necə olur Azərbaycan Respublikasından İranın müxtəlif şəhərlərinə (Təbriz, Tehran, Qum və b.) təhsil almaq üçün gedənlərin əksəriyyəti, sonra Azərbaycana iranpərəst halda qayıtdıqları halda, bunun eynisini biz Azərbaycana gələn iranlılar üzərində edərək onları geriyə azərbaycanpərəst kimi göndərə bilmirik. Üstəlik, iranlılar burada nəinki azərbaycanpərəst olur, hətta azərbaycanlıları iranpərəst etməyə çalışırlar. Bu baxımdan Azərbaycan təhsili və elminə iranlı axını məsələsi son dərəcə ciddiyə alınmalıdır. Bu, iranlıların məscid və mədrəsələrdə apardığı təbliğatdan daha təhlükəlidir. Xüsusilə, sovet ideologiyası baxımından rus təhsil və elminin təsirindən tam qurtulmadığımız bir zamanda (bu gün də Azərbaycan təhsil və elmində sovet-rus amili qalmaqdadır), elm və təhsil sahəsində sıralarmızda iranlıların sayının da ilbəil artması, milli və müstəqil varlığımız üçün yaxşı heç nə vəd etmir.

Heç vaxt unutmamalıyıq ki, Şimali Azərbaycan sovet işğalı altında olduğu dövrdə SSRİ imperiyası və İranın fars-pəhləvi rejimi ideoloqları elm və təhsildə Azərbaycan türklərinin milli və müstəqil varlığını danmaq yolu tutmuş, onun soykökünü, dilini, mədəniyyətini və s. saxtalaşdırmağa çalışmışlar. Məqsəd isə bəlli idi: türklərin Azərbaycanın yerli milləti olmamasını sübut etВ­mək. Bu gün də həmin xətti davam etdirən İranın Azərbaycan təhsil və elminə get-getə ayaq açması, bu və ya başqa formada antitürk ideyaların yenidən Azərbaycan türkünün şüuruna yeridilməsi deməkdir. Hər halda, İranın Azərbaycanın torpaqlarını işğal edən Ermənistan və Rusiya ilə yaxın münasibətlərinin fonunda başqa cür mühakimə yürütmək də mümkün deyildir.

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti Bilal Əliyev
Dünən, 18:45
25 minlik dələduzluq, 3 müstəntiq və nəticəsiz istintaq – kiberdələduzluq işi niyə dalana dirənib?
Dünən, 18:40
İsrail Livanda atəşkəs xəbərini təkzib edib
Dünən, 18:26
Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər - KİV
Dünən, 18:24
Ermənistan bu tarixlərdə hava məkanını bağlayır
Dünən, 17:42
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Dünən, 17:29
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının sədri dəyişdi
Dünən, 17:26
AB Ermənistana yeni missiya göndərir
Dünən, 17:20
Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək
Dünən, 17:12
"Hər şeyi o bilir, o da ölüb" - Xaricdə qızı boğub öldürən azərbaycanlıların İŞİ
Dünən, 17:06
Cənubi Qafqazda böyük güc savaşı başlayır - ŞƏRH
Dünən, 17:04
Qəza, diplomatiya və nəticə: Azərbaycan istədiyini aldı - İNCƏLƏMƏ
Dünən, 17:02
ABŞ-da azərbaycanlı həbs olundu
Dünən, 17:01
Rəssamlıq Akademiyasında təqaüdlər gecikir? – Rəsmi açıqlama
Dünən, 16:55
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilib
Dünən, 16:51
İcra hakimiyyəti toyuqla adama fərq qoymur: Zirədə üfunət qalmaqalı - NARAZILIQ VAR...
Dünən, 16:47
Şahin Bağırovdan iki rəis təyinatı - ƏMR
Dünən, 16:41
Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək
Dünən, 16:40
Xalq artisti əməliyyat olunacaq - AÇIQLAMA
Dünən, 16:38
Səhnəmizin “boşluq ustası” olan Çingiz Əhmədov - Orxan Saffari yazır...
Dünən, 16:36
Azərbaycanda dolların məzənnəsi dəyişəcək? - Rəsmi açıqlama
Dünən, 16:33
Eşqi Bağırov onları müavin təyin etdi - FOTO
Dünən, 16:32
Bərbərxanada sevgilisini döyən şəxs cinayət məsuliyyətindən azad edildi
Dünən, 16:30
Göyçay RMX-da RƏZALƏT: Növbə gözləyən yaşlı qadın xəstəxanalıq oldu – Foto
Dünən, 16:26
Paşinyan müxalifəti Ermənistanı müharibəyə sövq etməkdə günahlandırıb
Dünən, 16:23
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
Dünən, 16:21
İranla müharibəyə girməyəcəyik - Starmer
Dünən, 16:13
Opera və Balet Teatrında QALMAQAL böyüyür – Erməni İTTİHAMI
Dünən, 16:12
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:08
Azərbaycan və Rusiya AZAL təyyarəsinin qəzasından irəli gələn məsələlərin həlli barədə razılığa gəlib - BİRGƏ BƏYANAT
Dünən, 16:07
Azərbaycan nümunəsi göstərir ki... - GƏLİŞMƏ
Dünən, 16:01
Nazir müavini təyin olunan agentlik rəisinin yerinə təyinat - ƏMR
Dünən, 15:56
İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTO
Dünən, 15:55
Avropanın bəzi ölkələri Azərbaycana pislik etmək üçün fürsət axtarır - Professor
Dünən, 15:53
Turançılıq ideyasına açıq dəstəyi Orbana qarşı cəbhəni böyütdü - Azər Ayxan
Dünən, 15:46
Rəssamlıq Akademiyasında təqaüdlər gecikir? – Akademiyadan açıqlama
Dünən, 15:44
Moskva “düyməni basdı” – yeni “Vardanyan kartı” işə düşdü
Dünən, 15:40
Sülh kifayət qədər güclü hüquqi əsaslara malikdir - Nikol Paşinyan
Dünən, 15:07
Dollar manata “uduzur” - AKTUAL
Dünən, 15:05
Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu - FOTO
Dünən, 15:02
Daha iki tanınmış ekspert AQC-yə qoşuldu – FOTOLAR
Dünən, 14:59
İran ABŞ-ı Fars və Oman körfəzlərində, eləcə də Qırmızı dənizdə ticarətə icazə verməyəcəyi ilə hədələyib
Dünən, 14:54
Müəllimə 3 övladı ilə deportasiya olundu – Həyat DRAMI: “Nə evimiz var, nə çörəyimiz...”
Dünən, 14:52
Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib
Dünən, 14:49
"Uşaqlarımı hələ bir-biri ilə tanış etməmişəm"
Dünən, 14:46
Orban "Drujba" kəmərinin işi bərpa olunandan sonra Ukrayna ilə bağlı vetonu aradan qaldıracaq - Macar
Dünən, 14:44
İran ciddi şəkildə zəifləyib, nə qədər tab gətirə biləcəkləri sual altındadır - Tramp
Dünən, 14:42
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
Dünən, 13:04
"O, 17 il teatrı zəbt etdi, heç kim qərarlarına qarşı çıxa bilmirdi" -Əməkdar artist
Dünən, 13:02
“Bank of Baku”nun borcu 1 milyardı keçdi
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru